Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 22,81 Kb.
Pdf görüntüsü
səhifə20/23
tarix11.10.2017
ölçüsü22,81 Kb.
#4371
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   23

MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
117 
istifadə etmək üçün sadəcə olaraq seçilmiş üslubun üzərinə 
mausun oxunu gətrib sol düyməni sıxmaq lazımdır. 
 
 
 
Şəkil 59. Shading (Заливка-Rəng dolumu) kolleksiyasından 
istifadə etməklə hücrələrin rənglənməsi 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
118 
 
 
Şəkil 60. Design (Конструктор-Layihələndirmə) qoşması, 
Table Styles (Стили таблиц-Cədvəl üslubları) sahəsi 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
119 
VERİLƏNLƏRİN CƏDVƏLƏ DAXİL EDİLMƏSİ 
 
İstifadəçinin  sənəd  hazırlayarkən  cədvəldən  istifadə 
etməsində  əsas  məqsədi  mətn  verilənlərini  və  rəqəmləri 
cədvəl  görkəmində  auditoriyaya  təqdim  etməkdir.  Hücrəyə 
mətn  daxil  edərkən  mətnin  uzunluğundan  asılı  olaraq  mətn 
avtomatik  olaraq  yeni  sətirə  keçir  (sözsüz  hücrə  daxilidən 
söhbət gedir). Hücrə daxilində mətn bir neçə sətirdən ibarət 
ola  bilər.  Mətni  və  ya  rəqəmi  başqa  hücrəyə  daxil  etmək 
lazım  olanda  istifadəçi  kursoru  başqa  hücrənin  üzərinə 
gətirib sol düyməni sıxmalıdır, sonra yeni hücrəyə mətni və 
ya rəqəmi daxil edə bilər. 
Daxil etmə əməliyyatı iki üsulla həyata keçirilir. 
1.Kursoru lazım olan hücrəyə daxil edin. 
2.[Tab]  düyməsini  sıxın.  [Tab]  düyməsini  hər  dəfə 
sıxdıqda kursor növbəti, sağda yerləşən hücrəyə kecəcəkdir. 
Əgər  kursor  sonuncu  hücrədədirsə  (birinci  sətirin  sonuncu 
hücrəsində),  onda  [Tab]  düyməsini  sıxdıqda  kursor  ikinci 
sətirin birinci hücrəsinə gələcək. 
Əgər  kursor  sonuncu  sətirin  sonuncu  hücrəsindədirsə, 
onda  [Tab]  düyməsini  sıxdıqda  cədvələ  yeni  sətir  əlavə 
olunacaq. 
İkinci üsul aşağıda verilən kimidr. 
1.Cədvəlin istənilən hücrəsində kursoru yerləşdirin. 
2.Klaviaturadan  mətn  və  ya  rəqəm  daxil  edin  (şəkil 
61.). 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
120 
 
 
Şəkil 61. Cədvəlin doldurulmasına nümunə 
 
Cədvəldəki  mətnin  formatlanması  sənəddəki  mətnin 
formatlanması  ilə  eynidir.  Formatlama  üçün  lent  üzərindəki 
Home  (Главная-Əsas)  qoşması  alətlərindən  istifadə  etmək 
olar. Bu məqsəd üçün Layout (Макет-Quruluş) qoşmasındakı 
Alignment (Выравнивание-Tənləşdirmə) qrupuna daxil olan 
alətlərdən də istifadə mümkündür (şəkil 62.).  
 
 
 
Şəkil 62. Layout (Макет-Quruluş) qoşması, Alignment 
(Выравнивание-Tənləşdirmə) qrupu, mətnin cədvəldə 
tənləşdirilməsi üçün istifadə edilən alətlər 
 
Alignment  (Выравнивание-Tənləşdirmə)  qrupundakı  9 
düymə  (sağ  tərəfdə  yerləşən  düymələr)  mətnin  və  ya 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
121 
rəqəmin  hücrədə  tənləşdirilməsi  üçündür.  Nəzərə  almaq 
lazımdır  ki,  tənləşdirməyə  ancaq  aktiv  hücrə  məruz  qalır. 
Mətn  hücrədə  üfqi  və  şaquli  istiqamətdə  tənləşdirilə  bilər 
(mətn ya yuxarı, ya aşağı sərhədə, yaxud da mərkəzə doğru 
tənləşdirilə bilər). 
Alignment (Выравнивание-Tənləşdirmə) qrupuna daxil 
olan Text Direction (Направление текста-Mətnin istiqaməti) 
düyməsi mətnin istiqamətini dəyişməyə imkan verir. Düymə 
hər  dəfə  sıxılanda  mətn  hücrə  daxilində  90  dərəcə  saat 
əqrəbi  istiqamətində  dönür.  Bəzən  mətni  hücrə  daxilidə 
şaquli istiqamətdə yerləşdirirlər. 
Cell  Margins  (Поля  ячейки-Hücrə  sahəsi)  düyməsi 
sıxıldıqda ekrana dialoq pəncərəsi açılır (şəkil 63.).   
Hücrə  sahəsi  dedikdə  yuxarıdan,  aşağıdan,  sağdan  və 
soldan  yelənlər  nəzərdə  tutulur.  Mətn  hücrə  daxilində  bu 
yelənləri  nəzərə  almaqla  yerləşir.  İstifadəçi  yelənlərin 
ölçüsünü dəyişə bilər (şəkil 63.). 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
122 
 
 
Şəkil 63. Options Table (Параметры таблицы-Cədvəlin 
parametrləri) dialoq pəncərəsi 
 
Dialoq  pəncərəsindəki  Allow  spacing  between  cells 
(Интервалы  между  ячейками-Hücrələrarası  interval) 
bayraqcığı  aktivləşəndə  hücrələrarsı  interval  yaranır 
(aşağıdakı cədvələ diqqət yetir).  
  
 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
123 
Adı 
Soyadı 
Atasının 
adı 
Doğulduğu 
il 
Vəzifəsi 
Asif 
Vəlizadə 
Əli 
1950 
Mühəndis 
Vasif 
Əlizadə 
Vəli 
1951 
Elmi işçi 
Cəfər 
Quluzadə 
Qulu 
1952 
Baş elmi 
işçi 
Qəfər 
Seyidzadə 
Ağa 
1953 
Kiçik 
mühəndis 
 
CƏDVƏLDƏ VERİLƏNLƏRİN ÇEŞİDLƏNMƏSİ 
 
Cədvəldəki  vеrilənləri  həm  artım,  həm  də  ki,  azalma 
istiqamətində  çeşidləmək  mümkündür.  Cədvəldə  çeşidləmə 
bəzən  sütunlar  üzrə  aparılır,  əvvəcə  birinci  sütundakı 
verilənlər, sonra isə ikinci sütundakı verilənlər çeşidlənir.  
Çeşidləmə  prosesini  aydınlaşdırmaq  üçün  aşağıdakı 
cədvəldə  dəftərxana  mallarının  satışını  nümunə  kimi 
göstərək. 
Cədvəl  balaca  olduğu  üçün  hər  şey  göz  qabağındadır. 
Hesab edin ki, hazırlanmış cədvəl yüzlərlə, minlərlə sətirdən 
ibarətdir.  Belə  olan  halda  cədvəldə  çeşidləmə  əməliyyatının 
aparılmasının  nə  qədər  çətin  olduğunu  yəqin  ki,  başa 
düşürsünüz.  
 
 
 


Yüklə 22,81 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə