Azərbaycan respublikasi təHSİl naziRLİYİ


MICROSOFT WORD MƏTN REDAKTORU 2013



Yüklə 22,81 Kb.
Pdf görüntüsü
səhifə2/23
tarix11.10.2017
ölçüsü22,81 Kb.
#4371
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   23

MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 

əldə  edirəm
))  işləyən  Word  mətn  redaktoru  Macintosh  üçün 
hazırlanmış proqram təminatları arasında özünəməxsus yer tutur. 
MS-DOS – un mətn əməliyyat sistemi olmasına baxmayaraq 
sistem  qrafik örtükdən məhrumdur.  Bu  baxımdan  Word   IBM PC 
kompüterlərində  istifadə  olunan  DOS  üçün  ilk  mətn  redaktoru 
hesab  edilə  bilər.  Mətn  redaktoru  istifadəçiyə  mətnin  üzərində 
müəyyən  redaktə  işlərinin  həyata  keçirilməsinə  imkan  verirdi 
(məsələn,  mətn  üzərində  redaktə  əməliyyatı  aparan  zaman 
istifadəçinin  qalın  və  ya  kursiv  yazı  üslubundan  istifadə  etməsi). 
Bunlara  baxmayaraq  sözün  əsl  mənasında  mətn  redaktorunu 
WYSIWYG-redaktoru  adlandırmaq  mümkün  olmadı.  Digər  mətn 
redaktorlarından  olan  WordStar  və  WordPerfect  proqramları  isə 
rəngli  mətnin  yazılması  imkanlarının  olması  ilə  yanaşı  kod  ilə 
nişanlanan sadə mətn ekranına da malik idilər. 
1990÷1995-ci  illərdə  Windows  üçün  Word-ün  birinci 
versiyası  (1989-cu  ildə  istehsal  olunan)  Amerika  Birləşmiş 
Ştatlarında  500  dollara  satışa  çıxarılır.  Mətn  redaktoru  Microsoft 
şirkətinin  bu  sahədə  düzgün  istiqamət  seçdiyini  nümayiş  etdirir. 
İstehsal  olunan  Windows  əməliyyat  sistemi  həddindən  çox 
əməliyyatları  Macintosh  əməliyyat  sistemindən  mənimsəməklə 
yanaşı müəyyən əməliyyatların və əmrlərin həyata keçirilməsindən 
ötrü  klaviatura  üzərindəki  düymələr  kombinasiyasından  da 
(məsələn,  faylın  yaddaşa  yazılması  üçün  [Ctrl]+[S]  düymələrinin 
birgə sıxılması) tutarlı səviyyədə istifadə edirdi. 
Növbəti  ildə  firma  Windows  3.0  əməliyyat  sistemini  satışa 
çıxarır.  Qeyd  etmək  lazımdır  ki,  o  ərəfədə  istifadəçi  tərəfindən 
istifadəyə  yararlı  olan  Word  1.0  əməliyyat  sistemi  Windows-un 
əvvəlki  versiyalarından  olan  Windows  x386  və  Windows  x286 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 

əməliyyat  sistemləri  ilə  müəyyən  qüsurlarla  işlədiyi  halda  Word 
1.0  Windows  3.0  versiyası  ilə  nəzərə  çarpacaq  dərəcədə  yaxşı 
işləyirdi.  Həmin  ildə  Word  –ün  güclü  rəqibi  sayılan  WordPerfect 
əməliyyat sistemi Windows-un örtüyü altında işləyən işçi versiyanı 
istehsal edə bilmədiyi üçün satış bazarında tənəzzülə uğrayır. Bu 
WordPerfect üçün sözün əsl mənasında “ölüm”ə bərabər idi.  
Bu  ərəfədə  istehsal  olunan  2.0  versiyası  WinWord-ün  satış 
bazarında mövqeyini möhkəmləndirir və əməliyyat sistemi liderliyi 
əldə  edir.  Satış  bazarında  Nisus  proqramının  satılmasına 
baxmayaraq  (proqram  istifadəçiyə  bir-biri  ilə  əlaqəsi  olmayan 
mətnin  bir  neçə  hissəsini  kəsərək  üzərində  əməliyyat  aparmaq 
imkanı  verirdi)  Macintosh–da  istifadə  olunan  Word-ün  satış 
bazarında  ciddi  rəqibləri  yox  idi.  Əksər  proqram  istifadəçilərinin 
fikirlərinə görə 1987-ci ildə buraxılan 3.01 və 1991-ci ildə istehsal 
olunan  versiyaları  arasında  köklü  fərqin  olmasına  baxmayaraq 
belə  bir  imkan  sonralar  istehsal  olunan  Office  XP  əməliyyat 
sisteminə  daxil  olan  Word  2002  mətn  redaktorunda  istifadə 
olunmağa başlandı.  
Word-ün  1994-çü  ildə  istehsal  olunan,  Macintosh  üçün 
buraxılan  6.0  versiyasında  bir  çox  əməliyyatlar  istifadəçilər 
tərəfindən şübhə ilə qarşılandı. Çünki o zaman istehsal olunan və 
istifadəçilər tərəfindən istifadə olunan Windows və Mac əməliyyat 
sistemləri  arasında  o  qədərdə  hiss  ediləcək  fərq  yox  idi.  Şirkət 
növbəti versiyanı istehsala buraxır və onu Windows 6.0 adlandırır. 
Yeni  istehsal  olunan  versiyaya  sadə  mətn  redaktorunun 
imkanlarından  kənara  çıxan  digər  əmrlərdə  daxil  edilir  (şəkil 
çəkmə alətlərinin əlavə edilməsi, qrafikadan mətndə və ya əksinə, 
mətndə qrafikadan istifadə və s.).  


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
10 
Hal-hazırda  Microsoft  Word  mətn  redaktoru  istifadə  olunan 
mətn redaktorları arasında ən populyar mətn redaktoru sayılır. Bu 
populyarlıq mətn redaktorunu həqiqətdə (de-fakto) standart binar 
format  sənədi  səviyyəsinə  qaldırdı.  Bununda  nəticəsində  bu 
proqram ilə rəqabət aparan çoxsaylı proqramlar həmin format ilə 
uyğunluğu  dəstəklədilər.  Beləliklə,  IBM  PC  kompüterlər 
platformasında  “.doc”  genişlənməsi  Word  97÷2000  ikilik 
formatının  sinoniminə  çevrildi.  Formatın  eksport  və  import 
süzgəcləri (filtrləri) əksər mətn redaktorlarını dəstəklədilər. 
Qeyd  etmək  lazımdır  ki,  Word-ün  müxtəlif  versiyalarındakı 
sənədin formatı daima dəyişsədə belə bu formatlar arasındakı fərq 
çox cüzüdür. 
MS  Word  2007  –nin  sonuncu  versiyası  susmaya  görə  XML 
formatını  dəstəkləyir.  Format  faylının  təsnifatı  Microsoft  firması 
tərəfindən 
2008-ci 
ildə 
müxtəlif qəzetlərdə çap edilir. 
Qeyd  etmək  lazımdır  ki, 
Microsoft  Office  proqramının 
bütün  əlavələri  kimi  Word 
proqramı  da  öz  imkanlarını 
onda 
qurulmuş 
makrodil 
vasitəsilə  genişləndirir.  Öncə 
makrodil 
kimi 
əvvəlki 
versiyalarda  WordBasic-dən, 
Word 
97 
versiyasından 
başlayaraq VBA – Visual Basic 
-dən 
istifadə 
olunmağa 
başlandı. 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
11 
Sonrakı  illərdə  istifadə  edilən  proqramlar kimi Word  mətn 
redaktoru da müəyyən çətinliklər ilə qarşılaşır. 1994-cü ilin dekabr 
ayında Con MakNamara tərəfindən yaradılmış DMV makrovirusları 
Microsoft Word sənədlərini də virusa yoluxdurur. 
Növbəti  ildə  əməliyyat  sistemi  kompüter  texnikası  aləminə 
makrovirus epidemiyası kimi daxil olan Concept virusu ilə üzləşir. 
Bu 1995-ci ilin iyul-avqust aylarına təsadüf edir. 
12  avqust  2009-cu  ildə  Texas  ştatının  məhkəməsi  şirkətə 
Word  mətn  redaktorunu  Amerika  Birləşmiş  Ştatlarının  ərazisinə 
daxil  olan  satış  bazarlarına  çıxarmağı  qadağan  edir.  Bu  əsasən 
onunla bağlı idi ki, Microsoft şirkəti Kanadanın i4i şirkətinin patent 
əsasında  istehsal  etdiyi  XML-fayllarının  oxunma  üsulundan  qeyri-
qanunu olaraq istifadə etmişdi. 
Sonrakı illərdə şirkət digər firmalarla əlaqələrini genişləndirir 
və istehsal etdiyi mətn redaktorunun daha da təkmilləşdirilməsinə 
nail olur.  
Cədvəldə  Microsoft  şirkətiin  istehsal  etdiyi  əməliyyat 
sisteminin müxtəlif versiyalarının versiya tarixi verilmişdir. 
 
MS – DOS VERSİYALARININ VERSİYA TARİXİ: 
VERSİYANIN YARANDIĞI İL 
VERSİYANIN ADI 
        1983 - cü il    
Word 1 
1985 - ci il     
Word 2 
1986 - cı il     
Word 3 
1987 - ci il   
Word  4  (kompüter  aləmində 
PC 
kompüterləri 
üçün 
Microsoft  Word  4.0  kimi 
məşhurdur) 


Yüklə 22,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə