Azərbaycan respublikasi təHSİl naziRLİYİ


MICROSOFT WORD MƏTN REDAKTORU 2013



Yüklə 22,81 Kb.
Pdf görüntüsü
səhifə10/23
tarix11.10.2017
ölçüsü22,81 Kb.
#4371
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
55 
yetirə bilir. Bəzən isə mətn üzərində formatlama əməliyyatını 
daha  incə  (dəqiq)  yerinə  yetirmək  lazım  gəlir.  Bunun  üçün 
Font  (Шрифт-Yazı  tipi)  dialoq  pəncərəsinə  müraciət 
məsləhətdir.  Font  (Шрифт-Yazı  tipi)  dialoq  pəncərəsini 
ekrana  açmaq  üçün  Font  (Шрифт-Yazı  tipi)  qrupunun 
aşağı/sağ  küncündə  yerləşən,  aşağı  istiqamətlənmiş  qara 
rəngli  üçbucağı  sıxmaq  kifayətdir.  Bu  zaman  masaüstünə 
Font (Шрифт-Yazı tipi) dialoq pəncərəsi açılacaq (şəkil 25.).  
İstifadəçinin  nəzərinə  çatdırmaq  lazımdır  ki,  Font 
(Шрифт-Yazı  tipi)  dialoq  pəncərəsindəki  Font  (Шрифт-Yazı 
tipi)  səhifəsində  seçilmiş  fraqmenti  formatlaşdırmaq  üçün 
çoxlu  sayda  parametrlər  toplanmışdır  (lent  üzərində  bu 
qədər parametrlər toplusu yoxdur).  
Məsələn,  dialoq  pəncərəsindən  istifadə  etməklə 
hazırlanmış  mətndəki  sözlər  üzərindən  ikiqat  xətt  çəkmək 
mümkündür.  İstifadəçi  çəkilmiş  xətləri  rəngləmək  imkanına 
da  malikdir.  Göstərilən  əməliyyatı  lent  üzərində  yerləşən 
parametrlərin köməkliyi ilə etmək mümkün deyil. 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
56 
 
 
Şəkil 25. Font (Шрифт-Yazı tipi) dialoq pəncərəsi, Font 
(Шрифт-Yazı tipi) səhifəsi   
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
57 
Font  (Шрифт-Yazı  tipi)  dialoq  pəncərəsindəki 
Advanced  (Дополнительно-Əlavə)  səhifəsində  şriftlərarası 
intervalı  sazlamaq,  hərflərarası  məsafəni  düzləndirməklə 
hərflərin daha görüntülü olması üçün kerninqdən istifadə və 
s. əməliyyatları yerinə yetirmək mümkündür (şəkil 26.). 
 
QEYD:  Kerninq  –  seçim  aparmaqla  hərflərin 
formasından  asılı  olaraq  onlar  arasındakı  intervalın 
dəyişdirilməsidir.  İnterval  susma  prinsipinə  görə  iki  hərfin 
kənar  sərhədləri  arasındakı  məsafəyə  bərabər  götürülür. 
Buna əsas səbəb  odur ki, bəzi hərflər ya yanıüstə əyilmiş və 
ya  da  ki,  yan  tərəfləri  çıxıntılı  olur.  Odur  ki,  istifadəçi  bu 
formada olan hərflərə nəzər saldıqda onları digər hərflərdən 
ölçü baxımından böyük görür.    
 
İstifadəçinin  nəzərənə  çatdırılır  ki,  Font  (Шрифт-Yazı 
tipi)  dialoq  pəncərəsinin  köməkliyi  ilı  yerinə  yetirilmiş 
əməliyyatlar  dialoq  pəncərəsində  yerləşən  OK  düyməsi 
sıxıldıqdan  sonra  həyata  keçir.  OK  düyməsi  sıxılan  kimi 
dialoq  pəncərəsi  bağlanır.  Odur  ki,  istifadəçi  mətn  üzərində 
müəyyən  formatlaşdırma  əməliyyatlarını  ancaq  dialoq 
pəncərəsi açıq olan halda yerinə yetirə bilər. 
   


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
58 
 
 
Şəkil 26. Font (Шрифт-Yazı tipi) dialoq pəncərəsi, Advanced 
(Дополнительно-Əlavə) səhifəsi   
 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
59 
 
ABZASIN  FORMATLANMASI 
 
 
Abzasın 
formatlanması 
dedikdə 
müəyyən 
parametrlərin  mətndəki  bütün  abzaslara  tətbiqi  başa 
düşülür. 
Abzasın 
formatlanması 
özündə 
müəyyən 
parametrləri  cəmləşdirir.  Bunlara  mətnin  tənləşdirmə 
üslubunu,  sətirlərin  çıxıntılarını,  öndəki  abzas  ilə  növbəti 
abzas  arasındakı  intervalı,  abzasa  daxil  olan  sətirlərarası 
intervalı və s.  aid etmək olar. 
İstənilən  abzası  formatlamaq  üçün  əvvəlcə  həmin 
abzasa  daxil  olan  bütün  mətn  seçilməlidir.  Seçim  aparmaq 
üçün müxtəlif üsullardan: 
1.Mausun  oxunu  abzas  mətninin  istənilən  yerinə 
gətirib sol düyməni iki dəfə sıxmadan;  
2.Mausun  oxunu  abzas  mətninin  sol  tərəfinə  gətirib 
sol düymənin sıxılmış vəziyyətində oxu sürümədən. 
Abzasa  tətbiq  edilən  bütün  formatlama  parametrləri 
bütün abzasda öz əksini tapacaq.  
 
MƏTNİN TƏNLƏŞDİRMƏ TİPLƏRİ  
 
İstifadəçi  mətn  hazırlayarkən  hazırladığı  mətnə 
qoyulmuş tələbatdan asılı olaraq dörd tip tənləşdirmə tətbiq 
edə bilər (şəkil 27.). 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
60 
 
 
Şəkil 27. Tənləşdirmə düymələri 
 
Susma  prinsipinə  görə  hazırlanmış  sənədin  sol 
tərəfinə  görə  tənləşdirmə  yerinə  yetirilir.  Sənədi  mərkəzə 
doğru  tənləşdirəndə  sətirlərin  sol  və  sağ  tərəflərinə  eyni 
məsafəyə  malik  yelənlər  verilir.  Belə  hiss  olunur  ki,  nəzəri 
olaraq sətirin ortasından keçən şaquli xətt hazırlanmış mətni 
iki  bərabər  hissəyə  bölür.  Sətirin  bu  şəkildə  bölünməsi 
adətən  başlıqlar  və  ya  titul  vərələri  hazırlananda  həyata 
keçirilir.  
Sətirin  sağa  doqru  tənlənməsi  təsadüfi  hallarda 
istifadə edilir. Bu tipdə sətirlər sağa doğru düzlənir, sol tərəf 
isə ixtiyarı şəkildə düzülmüş olur.  
İstifadəçi  əsasən  hazıladığı  materialın  hər  iki  tərəfə 
düzlənməsindən çox istifadə edir. Bu tipdən istifadə edəndə 
nəzərə  almaq  lazımdır  ki,  mətndəki  abzaslar  sola  doğru 
nizamlanır. 
Bu 
tipdən 
əsasən 
kitabların, 
qəzet 
materiallarının, jurnalda dərc edilən məqalələrin, bukletlərin 
və s. hazırlanmasında geniş istifadə edilir.  


Yüklə 22,81 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə