Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə65/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   60   61   62   63   64   65   66   67   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

Resurslar 
-
Məzmun standartlarının reallaşdırılmasında istifadə 
olunan təlim vasitələridir.
Pedaqoji innovasiya 
-
təhsil müəssisələrində, pedaqoji nəzəriy-
yələrdə, tərbiyəçi və uşaqların fəaliyyətlərində, təlim-tərbiyənin 
məzmununda, forma, üsul və vasitələrində, idarəetmədə, məqsəd və 
nəticələrdə, ümumiyyətlə, pedaqoji sistemdə baş verən yeniliklərdir. 


91 
Uşaq nailiyyətləri 
- təlim zamanı uşaqların qazandıqları dəyər-
lərdir.
Dəyərlər 
- şəxsiyyəti şərtləndirən keyfiyyətlərdir.
Şəxsiyyətyönümlülük 

uşaqlara bütöv bir şəxsiyyət kimi 
yanaşmağı və onlarda həyat üçün lazım olan ən zəruri dəyərlərin 
formalaşdırılmasını bir vəzifə kimi qarşıya qoyur. 
Differensiallaşdırma - 
təhsil islahatının prinsiplərindən biridir.
 
Uşaqların fərdi xüsusiyyətlərini, maraq və tələbatlarını, fiziki və əqli 
inkişaf səviyyələrini, psixofizioloji xüsusiyyətlərini nəzərə almaqla, 
onların təliminin bu xüsisiyyətlər əsasında təşkil olunmasını tələb 
edir.
Əməkdaşlıq - 
“Tərbiyəçi-uşaq və valideyn” münasibətlərində 
qarşılıqlı fəaliyyətin təmin olunmasıdır.
Nəticəyönümlülük 
- fəaliyyətin əvvəlcədən müəyyən olunmuş 
nəticələr əsasında qurulmasıdır. 
Portfolio - 
uşağın müəyyən müddət ərzində yerinə yetirdiyi 
işlərin (çəkdikləri rəsmlər, fikirləşdikləri hekayələr, təsviri fəaliyyət 
məşğələlərinin nəticələri və s.) toplandığı xüsusi qovluqdur. 
Motivasiya - 
məşğələnin vacib komponenti olmaqla, uşaqların 
idrak fəallığına təkan verən prosesdir. 
Qiymətləndirmə 
- məktəbəqədər yaşlı uşaqların inkişafı, nailiy-
yətləri və xüsusi ehtiyacları haqqında məlumatın toplaması prosesi-
dir. Hər hansı uşağın nailiyyətlərinin qiymətləndirilməsi həmin uşa-
ğın təlim fəaliyyətini təkmilləşdirmək üçün nəzərdə tutulur. 
Dəyərləndirmə -
dəyərləndirmə toplanmış məlumatların təhlili 
və nəticələrin çıxarılması prosesidir. Dəyərləndirmə
 
uşağın əldə 
etdiyi irəliləyişi müəyyən etmək üçün qiymətləndirmə əsasında 
toplanmış məlumatlar barədə mühakimə yürütməkdən və həmin 
məlumatları şərh etməkdən ibarətdir. 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə