Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə64/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   60   61   62   63   64   65   66   67   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

 
Tərbiyəçinin imzası: ___________________________ 
Valideynin imzası: ____________________________ 
 
 


90 
TEZEARUS 
Məktəbəqədər təhsilin proqramı (kurikulumu) - 
məktəbəqədər
 
təhsilin
 
son məqsədlərini, həmin məqsədlərə çatmaq üçün müəyyən 
edilən yol, forma və vasitələri, uşaq inkişafının və təliminin 
izlənilməsini və dəyərləndirilməsini, inkişaf səviyyəsini müəyyən-
ləşdirmək mexanizmlərini özündə cəmləşdirən dövlət sənədidir.
 
Təlimin məzmunu -
uşaq şəxsiyyətinin formalaşmasına yönəl-
miş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin (təlim stan-
dartlarının) məcmusudur.
Təlim nəticəsi -
müəyyən bir mərhələdə mənimsənilməsi nəzər-
də tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin 
konkret bir səviyyəsidir. 
İnkişaf sahələri
-
uşaqların inkişaf sahələri üzrə ümumi təlim 
nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunan məz-
munun zəruri hissəsidir.
Məzmun standartı -
dövlətin təhsil alanların bilik və bacarıq 
səviyyəsinə qoyduöu dövlət tələbidir. 
Təlim strategiyası -
təhsil prosesində istifadə olunan forma
metod, üsul və vasitələrin məcmusudur.
İnteqrasiya - 
müəyyən təhsil sistemi çərcivəsində uşaqların 
təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, 
onları inkişaf və özünüinkişafa istiqamətləndirmək məqsədilə təli-
min bütün məzmun komponentləri arasında struktur əlaqələri 
qurmağı və onları sistemləşdirməyi tələb edən didaktik prinsipdir. 
Kurikulumda şaquli və üfüqi olmaqla onun iki növündən istifadə 
edilir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə