Bütövlükdə cəmiyyətin formalaşması və inkşafı aşağıdakı üç şərt sayəsində



Yüklə 10,25 Kb.
tarix27.03.2022
ölçüsü10,25 Kb.
#84771
1.Cəmiyyət və o-WPS Office


1.Cəmiyyət və onun formlaşması.İnsan cəmiyyəti təbiətin inkşafının müəyyən mərhələsində,onun özünəməxsus şəkildə davamı kimi yaranmışdır.Buna görə də sosial fəlsəfədə təbiət və cəmiyyətin qarşılıqlı münasibətləri məsələsi mühüm yer tutur.Bu mövzunun öyrənilməsi həm də aşağıdakı iki səbəblə bağlıdır:a)bütün dövrlərdə cəmiyyətin mövcudluğu və inkşafı təbiət ilə ayrılmaz əlaqədə baş verir.Bu mənada təbiət cəmiyyətin daimi və zəruri şərtidir,təbiətsiz cəmiyyət mövcud deyildir.b)müasir dövürdə təbiət-cəmiyyət-insan münasibətlərində gərginlik durmadan artmaqdadır.Ekoloji böhran sivilizasiyanın gələcək varlığını ciddi təhlükə altına alır,buna görə də onun həlli labüd və zəruridir.

Bütövlükdə cəmiyyətin formalaşması və inkşafı aşağıdakı üç şərt sayəsində

mümkün olur:təbii mühit,əhali artımı və insanların müxtəlif həyat fəaliyyəti formaları. Cəmiyyət ilə təbiət bir-birilə sıx vəhdətdədir.Onlar arasında müəyyən ziddiyyətlər də özünü göstərir. Bunlar həm təbiətin, həm də cəmiyyətin inkişafı üçün hərəkətverici qüvvə rolunu oynayır. Belə ki, insan lap qədimdən daimi təbiətlə, təbiət qüvvələri ilə müəyyən mənada mübarizə prosesində inkişaf edirlər. Tarixin bütün dövrlərində bu və ya digər formada çıxış edən təbiət – cəmiyyət

ziddiyyətlərinin həlli svilizasiyanın inkşafına təkan verir.Cəmiyyət təbiətin sirrlərinə yiyələnmək və onun qüvvələrindən öz mənafeləri üçün istifadə etmək yolu ilə irəliləyir. Təbii ehtiyatlar cəmiyyətin sərvətidir.Bundan əlavə bütün dövrlərdə

demoqrafiq prosseslərin inkşafı,əhalinin sağlamlığının təmin edilməsi təbii mühit ilə üzvi surətdə bağlıdır.Belə ki,iqlim,hava,su,ərzaq məhsulları və s.insanların həyat fəaliyyətinin bioloji göstəricilərinə,əmək qabiliyyətinə,bir sözlə işçi qüvvəsinin təkrar istehsalı ilə əlaqədar olan bütün prosseslərə mühüm dərəcədə təsir göstərir.Nəhayət,ekoloji amillər kompleksi həm də insanların pisxoloji,əxlaqi-etik və estetik keyfiyyətlərinə,şəxiyyətin ahəngdar inkşafına ciddi təsir edir.

Təbiət-cəmiyyət münasibətləri məzmunca çox geniş olub,aşağıdakı əsas səpkiləri əhatə edir.Hər şeydən əvvəl bunu qeyd etmək lazımdır ki,təbiət insanın mövcudluğunun təbii şəraiti, onun fəaliyyəti üçün məkan etibarı ilə meydan rolunu oynayır.Bu səpki ən əsasdır və digər istiqamətlərin bir növ onun konkretləşmiş formalarıdır.Bununla yanaşı onlar xeyli dərəcədə müstəqil xarakter daşıyır və onları ayrı-ayrılıqda qeyd etmək vacibdir.

İnsanın təbiətə münasibətinin ikinci formasını qısa şəkildə idraki münasibət

kimi göstərmək olar.Bu o deməkdir ki,insan bütün ömrü boyu təbiətin sirrlərini,onun qanunauyğunluqlarını dərk etməyə səy göstərir.Həmin istiqamət təbiətşünaslıq elmlərinin(təbiət haqqqında elimlərin)yaranması və inkşafında daha əyani reallaşır.Üçüncü insan təbiətə həm də fəal, qiymətverici münasibət bəsləyir.Qeyd olunan səpki öz ifadəsini bunda tapır ki, insan təbiətə gözəllik mənbə yi, xeyirxahlıq, xoşniyyət mənbəyi kimi yanaşır.Nəhayət,son dövrlərdə insan-təbiət münasibətlərində prinsipcə yeni bir səpki formalaşmış və inkişaf etməkdədir. Bu səpki odur ki, insanda təbiətin qorunub saxlanması üçün getdikce artan məsuliyyət hissi yaranir. Bu hiss daha çox inkişaf etməkdədir.

Yuxarida deyilənlər sübut edir ki, insanın təkcə fiziki həyatı deyil, həm də mənəvi həyatı təbiyətlə sıx bağlıdır.Buna görə də təbiətin fəlsəfi anlaşılmasında onunla insanların fəaliyyəti arasında əlaqələr ilə yanaşı, həm də estetik,əxlaqə və qiymətverici tərəfləri araşdırmaq zəruridir. Təbiət ilə cəmiyyət arasındakı münasibətlərin xarakteri konkret- tarixi məzmuna malikdir. Bu mənəda aşağıdakı tarixi mərhələləri ayırmaq olar: Birinci mərhələ ən qədim dövrü əhatə edir.Bu mərhələdə insanlar təbiətin hazır məhsullarından istifadə etməklə,ovçuluq və balıqçılıqla məşğul olurdular.başqa sözlə mənimsənilən iqtisadiyyatın hökm sürdüyü həmin mərhələdə insanlar təbiət qüvvələrindən demək olar ki, tam asılı idilər. Buna görə də onlar təbiətə sitayiş edir, müxtəlif qurbanlar verməklə ondan rəhm diləyirdilər.Həmin dövürdə onların dünya görüşündə fetişizm,cadugərlik və ovsunçuluq geniş yer tuturdu.İbtidai insan təbiəti ilahiləşdirir, yaşamağının mənbəyini ona itaət etməkdə görürdü.

İkinci mərhələ təxminən 7-10 min il bundan əvvəl baş vermiş neolit inqlabı ilə başlanmışdır.Onun əsas məzmununu əkinçilik ilə maldarlığın bir-birindən ayrılması,oturaq həyata və yaradılan iqtisadiyyata keçilməsi təşkil edir.Artıq bu dövrdə insanlar təbiətin hazır nemətlərindən istifadə etməklə kifayətlənmir,lazım olan məhsulları və yaşayış vasitələrini özü istehsal etməyə başlayır.Bu bir tərəfdən ictimai inkşafa təkan verdi,digər tərəfdən cəmiyyət ilə təbiət arasında ziddiyyətlərin yaranmasına gətirib çıxartdı. Buna baxmayaraq təbiət ilə cəmiyyət arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir və möhkəmlənirdi.



Üçüncü mərhələ təxminən XVI - XVII əsrlərdən etibarən özünü göstərir.Onun əsas mahiyyətini maşınlı sənayeyə keçilməsi nəticəsində insanların təbiətə göstərdiyi təsirin güclənməsi təşkil edir.Cəmiyyətin sərancamında olan texniki vasitələr təkmilləşdikcə sözün əsl mənasında təbiətin amansız istismarı baş verdi.Təbiətdən mərhəmət gözləmək,onu özünə ram etmək bu mərhələnin əsas prinsipini təşkil edir.

Nəhayət,XX əsrin ortalarından etibarən təbiət cəmiyyət münasibətlərində keyfiyyətcə yeni,dördüncü mərhələ özünü göstərir.Onun səciyyəvi cəhətini müasir elmi-texniki tərəqqi şəraitində cəmiyyətlə təbiət arasındakı ziddiyyətlərin kəskinləşməsi təşkil edir.Bu öz ifadəsini müasir ekoloji böhranda,bəşəriyyətin gələcək mövcudluğunun təbii şəraitinin artmaqda olan təhlükəsində tapır.
Yüklə 10,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə