87
Obyektlər haqqında məlumat toplayır və müxtəlif yollar ilə (müzakirə
edir, şəkillər şəkir, müxtəlif simvollar düzəldir və s.) izah və təsvir
edir.
Müşahidələri müzakirə edir və qeydlər aparır.
Səbəb-nəticə əlaqələri müəyyənləşdirir.
Müxtəlif təbiət materialları (daş, qum, su, torpaq) haqqında məlumat
toplamaq üçün hiss üzvlərindən istifadə edir və onlar haqqında izahat
verir və ümumiləşdirmə (məsələn, materialların fərqini müəyyən edir,
oxşar cəhətlərini, onlar bir-biri ilə necə əlaqəli olduğunu deyir və s.).
aparır.
II. ESTETİK VƏ YARADICI İNKIŞAF - təsviri fəaliyyət
Rəsmetmə (mövzular, bədii əsərlər, təsəvvürləri əsasında sujetlər
yaratmaq), yapma (mövzular, bədii əsərlər, təsəvvürləri əsasında sadə
obrazlar yaratmaq) və yapışdırma (müxtəlif kəsmə üsullarından
istifadə edərək, mövzular, bədii əsərlər, təsəvvürləri əsasında
kompozisiyalar qurmaq) bacarıqları nümayiş etdirir.
Təsvir alətləri və vəsaitlərdən (sadə və rəngli
karandaş, flamaster,
rəngli təbaşir, kömür, rəngli boya, qayçı, fırça, yapışqan, rəngli
kağızlar, gil və plastilin, molbert, palitra) təyinatına görə istifadə edir.
Dostları ilə paylaş: