Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu


ESTETİK VƏ YARADICI İNKİŞAF -quraşdırma



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə62/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   58   59   60   61   62   63   64   65   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

ESTETİK VƏ YARADICI İNKİŞAF -quraşdırma

Verilmiş nümunə və sxemlər əsasında quraşdırma (fərdi və kollektiv 
şəkildə müxtəlif fiqurlar və kompozisiyalar düzəltmək), planlaşdırma 
bacarıqları nümayiş etdirir.
 

ESTETİK VƏ YARADICI İNKİŞAF -musiqi

Musiqini dinləyərək xarakterinə, janrına, melodiyasına, ritminə, səs 
tonuna, müəyyən hissəsinə görə fərqləndirir, ifaçılıq (solo və xorla 
oxumaq; musiqili-ritmik hərəkətləri yerinə yetirmək; uşaq musiqi 
alətlərində tək və ansamblda ifa etmək) bacarıqları nümayiş etdirir. 

Müstəqil yaradıcılıq (təsviri fəaliyyət, musiqi və konstruktiv fəaliyyət
rolların ifası) qabiliyyətləri nümayiş etdirir. 

III. FİZİKİ İNKİŞAF, SAĞLAMLIQ VƏ TƏHLÜKƏSİZLİK 

Əsas hərəkətləri (qaməti düz saxlamaqla istiqaməti və tempi dəyişərək 
yerimək və qaçmaq; yerində, uzununa və müxtəlif istiqamətlərə 
hoppanmaq; müxtəlif əşyaların üstü, altı və arası ilə sürünmək



88 
məhdudlaşmış sədd üzərində müvazinəti saxlamaqla yeriş və yürüş; 
gimnastika nərdivanına istiqaməti dəyişməklə dırmanmaq; topu yerə 
vuraraq irəliləmək; kürəciyi diyirlətmək; qum kisəciyini atmaq) yerinə 
yetirir. 
Müxtəlif məsafələrdə olan əşyaları sensor və emosional xüsusiyyətinə 
(forma, rəng, hərəkət, ölçü, səs, dad və iyinə) görə ümumiləşdirir və 
təsnif edir. 

Özünəxidmət vərdişləri (yatağını, xarici görünüşünü səliqəyə salmaq; 
təmizliyə riayət etmək) nümayiş etdirir.

Şəxsi mədəni gigiyena qaydalarına (saçının səliqəsini, bədəninin, 
paltarlarının, dişlərinin təmizliyini gözləmək; tez və səliqəli soyunub, 
geyinmək; paltarlarını səliqə ilə yığmaq; yatağını səliqəyə salmaq) 
əməl edir.

Əşyalardan (karandaşlar, flamaster, rəngli təbaşir, rəngli boya, 
mozaika, musiqi oyuncaqları, yapışqan, pazllar, qayçı, düymə), təbiət, 
tullantı və tikinti materiallarından təyinatına görə istifadə edir. 

Sadə təhlükəsizlik qaydalarına (təhlükəli heyvan, bitki və əşyalar, 
dərman və kimyəvi preparatlarla müvafiq qaydada davranmaq; yol 
hərəkəti qaydalarına riayət etmək; situasiyaya uyğun yanğınsöndürən, 
təcili yardım və polisə çağırışlar etmək; özünə və başqalarına ilkin 
yardım göstərmək; təbiət və fövqəladə hadisələr zamanı ehtiyat 
tədbirləri görmək; məişətdə ehtiyatlı davranmaq) əməl edir. 

Fəaliyyət zamanı hərəki qabiliyyətlər
14
nümayiş etdirir. 

Masa arxasında mədəni davranış qaydalarına (qamətini düz saxlamaq
yemək dəstləri-qaşıq, bıçaq və çəngəldən istifadə etmək; səssiz və 
səliqəli yemək) əməl edir. 

Sadə oyunların qaydalarını başa düşür və əməl edir 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə