Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci



Yüklə 409,49 Kb.
Pdf görüntüsü
səhifə6/33
tarix13.12.2023
ölçüsü409,49 Kb.
#149108
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   33
web-derslik-1

Fayl nədir


 
Windowsda həm verilənlərə həm də proqramlara vahid yanaşma var.Orada istifadəçinin rastlaşdığı hər 
şeyə obyekt kimi baxılır və hər bir obyekt kimi onlar da parametrlərlə və hərəkətlərlə xarakterizə olunur.
 
Windows sisteminin əsas obyektlərindən biri fayldır.  Fayl diskdə saxlanılan hər 
hansı informasiyadir. 
 faylda proqram əməliyyat sisteminin özünün bir hissəsi və ümumiyyətlə hər hansı 
verilənlər ola bilər. 


4. HTML dili 
HTML (Hypertext Markup Language, Гиппертекставой язык меток) – Web-səhifənin növünü və funksiyasını 
təyin edən diskriptorlar əsasında yaradılmış proqram dilidir. Başqa sözlə desək HTML hipermətn sənədlərini 
təsvir edən dil olub, Internetin fundamental baza texnologiyasıdır. Bütün Web qovşaqlarda toplanmış və 
Internetə qoşulmuş kompyuterlərin ekranlarında göstərilən sənədlər HTML proqram kodunda yazılırlar. HTML 
– səhifələrdə mətn bloklarının, təsvirlərin yerləşdirilməsinə, cədvəllərin qurulmasına, sənədin və sənəddəki 
mətnin rənglərinin seçilməsinə, multimediya elementlərinin əlavə edilməsinə, hiperistinadların və bütün bu 
elementlər arasında əlaqələrin yaradılmasına imkan verir. Hipermətn koduna malik olan fayllar .htm və .html 
genişləndirməsi ilə göstərilir. 
Hipermətn (Hyperlink, Гиппертекст) – HTML sənədinin verilən Web-səhifədə hər hansı obyektin digər 
sənəddəki konteks verilənlər arasında dinamik əlaqəni realizə edən baza funksional elementidir. Bu termini 
açıqlamaq üçün sadə misala baxaq. Fərz edək ki, yaratdığınız HTML sənədində “hiperistinad” yazılmış söz 
vardır və bu sözün açılışı Internetdə bu sənəddən asılı olmayan digər bir sənəddə verilmişdir. Bu sözü 
hiperistinad etməklə, yəni ikinci sənədlə əlaqələndirməklə sadə hiperistinad yaratmış olursunuz. Hiperistinad 
sözünün mənasını bilmək istəyən istifadəçi üçün həmin sözün üstündə manipulyatorun göstəricisini basmaq 
kifayətdir. Bu zaman “hiperistinad” sözünü açıqlayan növbəti web-səhifəyə keçid yaranır. Hiperistinad kimi 
nəinki mətn elementlərindən, eləcə də qrafiki obyektlərdən istifadə etmək olar. Hiperəlaqəni nəinki bir fiziki 
serverdə yerləşən bir neçə sənəd arasında, eləcə də Internet-in müxtəlif şəbəkələrində yerləşən obyektlər 
arasında qurmaq olar. 
Tarixi 
HTML dilinin inkişaf tarixi 1989-cu ildə Oksford Universitetinin tələbəsi Tim Berners-Li tərəfindən 
hipermətnli sənəd sisteminin çıxarılması təklifi ilə başladı. 1990-cı ildə isə o bunu World Wide Web 
(Ümumdünya hörümçək toru) adlandırdı. Sistemi təşkil edən hissələrdən biri hipermətnli nişan qoymaq idi. 
Onun əsası 1990-cı ildə Berners–Linin hipermətnli sənədlərə baxmağa icazə verən brauzeri yaratması ilə 
qoyuldu. Nəhayət, 1995-ci ildə dilin birinci versiyası – HTML 1.0 çıxdı. Yalnız 1995-ci ildə HTML 2.0 
versiyasının işlənməsi başa çatdıqdan sonra, HTML dili standartlaşdı. O vaxta HTML dilinin yeni versiyasını 
çox brauzerlər dəstəkləyirdi. 
1996-cı ildə artıq dilin HTML 3.2 (HTML 3.0 versiyasında cədvəllər əmələ gəlmişdi) versiyasını bütün 
brauzerlər dəstəkləyirdi. Bunun nəticəsində veb-dizayn yüksək səviyyəsinə yüksəldi. Veb-dizayn erasına 
başlanğıc verən yeni imkanlar ortaya çıxdı. 
Dilin növbəti versiyası HTML 4.01 1999-cu ildə standartlaşdı. Bundan sonra dilin təkmilləşməsi dayandırıldı. 
Çünki, faktiki olaraq bundan başqa heç nə etmək olmurdu. Müasir internet istifadəçilərini daha da razı salan 
yeni texnologiyalar əmələ gəldi. Dinamik səhifələr yaratmağa və məlumat bazasına sorğu göndərməyə imkan 
verən müxtəlif proqramlaşdırma dilləri yarandı. Lakin 2004-cü ildə HTML-in yeni versiyası HTML5-in 
yaradılmasına başlandı və 2014-cü il 28 Oktyabrda tamamlandı və standardlaşdırıldı. Hazırda HTML dilinin 
davamçısı XHTML (eXtensible HyperText Markup Language – Hipermətn nişan qoyma genişlənməsi) sayılır. 

Yüklə 409,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə