Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci


Ofis sistemlərində proqramlaşdırma



Yüklə 409,49 Kb.
Pdf görüntüsü
səhifə4/33
tarix13.12.2023
ölçüsü409,49 Kb.
#149108
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   33
web-derslik-1

Ofis sistemlərində proqramlaşdırma 
Lokal proqramlaşdırmanın alt-sistemi kimi Ofis proqramlarında proqramlaşdırmanı ayrıca qeyd etmək 
istərdik. Göstərdiyimiz kimi ideal universal sistem mövcud deyil. Ofis proqramları istifadəçiyə maksimum 
yaxınlaşdırılsada (yəni xüsusi bacarıq tələb etmədən hər bir insanın istifadəsi üçün nəzərdə tutusada), bu 
sistemlərin istismarı zamanı elə məsələlər ortaya çıxır ki, onları bu sistemin mövcud rejimləri vasitəsilə həll 
etmək qeyri-mümkün olur. Məsələn, MsWord-də Azərbaycan dilində olan mətnin qrammatik qaydalar əsasında 
hecalamaq, mətnin kod cədvəlinin dəyişdirilməsi və ya MsExcel-də ədədlərin Azərbaycan dilində sözlərlə 
avtomatik əvəz etmək. Bu sistemlərin yaradıcıları bu cür problemləri həll etmək üçün öz sistemlərinin daxilində 
proqramlaşdırma imkanı yaradıblar. Demək olar ki, bütün müasir sistemlərin (qrafik, animasiya, mətni və d. 
redaktorlarında - ofis proqramlarında) daxili Alqoritmik Dilləri mövcuddur. Yuxarıda adların çəkdiyimiz 
MsWord, MsExcel və MisroSoftun digər ofis proramlarının daxili dili VBA(Visual Basic for Aplication)-dır. 
Faktiki VBA "Visual Basic"-in alt çoxluğu olmaqla, onun bütün əsas imkanlarını özündə saxlayıb.VBA çox 
geniş yayılıb, bəzi proqramlaşdırma şirkətləri öz məhsullarının daxili dili kimi bu AD-dən istifadə edirlər. 
Məsələn, Corel şirkətinin məşhur qrafik paketləri Corel Draw/PhotoPaint sistemləri də VBA-dan istifadə edir. 
Bizim şirkət VBA-da bir neçə sistem yaradıb. Bunlardan sosialoji sorğular üçün nəzərdə tutulmuş Excel VBA-
da realizə olunmuş bir neçə xüsusi sistemi, mətnin kod cədvəlini dəyişən Word VBA-da yazılmış sistem,
Word-dən FrontPage-ə import olunmuş mətni "abıra" salan FrontPage VBA-da yazılmış sistemi misal gətirə 
bilərik. 
Qarışıq proqramlaşdırma 
Korporativ şəbəkələrdə məlumatların saxlanılması və korporativ klientlər tərəfindən istifadəsi üçün lokal 
və Web proqramlaşdırmadan eyni zamanda istifadə edilməsi zəruriyyəti ortaya çıxır. Hər iki tip üzrə yaradılmış 
proqram sistemlər arasında interfeysin(keçid proqramlarının) yaradılması Qarışıq Proqramlaşdırmanın ən əsas 
məsələsidir. Hər iki sahədə proqram sistemləri yaratmağa qadir olan şirkətimiz Qarşıq proqramlaşdırmada 
sahəsində də sizə unikal həll metodları təklif edir. 
Local və korporativ şəbəkələr. Şirkət və təşkilatın ofisində olan kompüterlərin lokal şəbəkədə 
birləşdirilməsi. Əgər kompüterlər bir binada yerləşmirsə korporativ şəbəkənin yaradılması. Lokal/korporativ 
şəbəkənin İnternet çıxışının təmin olunması.
Şirkətimizin əsas fəaliyyət sahələrindən biridir və bu sahə əsasən aşağıdakı işləri nəzərdə tutur: 
Şirkət və təşkilatın ofisində olan kompüterlərin lokal şəbəkədə birləşdirilməsi.
Əgər kompüterlər bir binada yerləşmirsə korporativ qlobal şəbəkənin yaradılması. 
Lokal/korporativ şəbəkələrdə İnternet resurslardan istifadə olunması. 
Məsələdən asılı olaraq şəbəkə aşağıdakılara bölünür: 
Serversiz şəbəkə. Şəbəkəyə qoşulmuş bütün kompüterlər eyni hüquqludur və öz aralarında fayl 
mübadiləsi etmək, informasiya və ya texniki imkanlardan müştərək istifadə edə bilərlər. Belə şəbəkələr əsasən 
kiçik şirkətlərdə istifadə olunur. 
Serverli şəbəkə. Belə şəbəkələr əsasən iri şirkətlərdə, şəbəkə proqram təminatı istismar olunan 
şəbəkələrdə istifadə olunur. Serverlərə məsələdən asılı olaraq ya Windows2000/2003 və ya Linux əməliyyat 
sistemlərindən biri yüklənir.
Server kompüterə uyğun əməliyyat sistemi yazılandan sonra, bu sistemlərə müxtəlif funksiyalı 
Proqram-Serverlər yüklənir (məs. Web server, Mail server, BackUp Server və s.). Bundan başqa xüsusi 
yaradılmış şəbəkə proqram təminatlarıda server kompüterə yüklənir.

Yüklə 409,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə