Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci


 Brauzerlər. Server, sayt və səhifə



Yüklə 409,49 Kb.
Pdf görüntüsü
səhifə14/33
tarix13.12.2023
ölçüsü409,49 Kb.
#149108
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   33
web-derslik-1

 



9. Brauzerlər. Server, sayt və səhifə 
HTML sənədləriniə baxmaq üçün xüsusi proqram təminatı lazımdır ki, bu da HTML kodunun dinamik 
işlənməsi və web-səhifələrin göstərilməsini təmin edir. Belə proqramlar brauzerlər adlanır. Brauzer – xüsusi 
kliyent proqramı olub, web-qovşaqlarda yerləşən informasiyaları və HTML sənədlərini göstərmək üçün 
nəzərdə tutulub. Brauzerlər imkanlarının realizə spektrlarından asılı olaraq bir neçə siniflərə bölünürlər. Əsas 
iki sinif - web-səhifələrdə qrafik element təsvirlərini dəstəkləyən və dəstəkləməyən brauzellər mövcuddur. 
İnternet istifadəçiləri arasında ən çox yayılmış brauzerlər Microsoft Windows mühitində işləmək üçün nəzərdə 
tutulmuş Microsoft Internet və Explorer Netscape Navigator proqramlarıdır. Daha sonra isə Opera, Arachne və 
UNIX platforması üçün yaradılmış Lynx mətn brauzeridir. 
Qeyd etmək lazımdır ki, müxtəlif brauzerlərdə qurulmuş HTML interpritatorları eyni cür işləmirlər, nəticədə 
bir HTML sənədi müxtəlif brauzerlərdə müxtəlif görsənir. 
Server, sayt və səhifə 
Server dedikdə İnternet şəbəkəsinə qoşulmuş və xüsisi proqram yazılmış kompyuter nəzərdə tutulur. Ona başqa 
sözlə web-server və ya http-server də deyirlər. Server klient kompyuter sorğusuna cavab olaraq lazımi Web-
səhifəni İnternetdən gətirir. Əgər sizin fərdi kompyuterin serverlə əlaqəsi varsa və oradan lazımi informasiya 
alırsa bu halda sizin kompyuter «klient», bütün bu server isə «klient-server» adlanır. Öz resurslarını 
istifadəçinin öhdəsinə buraxan uzaq məsafədə yerləşən kompyuter ilə bu resursları istismar edən istifadəçi 
kompyuter arasında informasiyaları ötürmə mexanizmi klient-server sistemi adlanır. 
Serverlər müxtəlif olurlar. Bu muxtəliflik serverlərin işlədikləri operasion sistemlərdəki fərqlərdən ibarətdir. 
Hal hazırda İnternet şəbəkələrində ən çox iki növ server proqramlarından istifadə olunur: 
Microsoft Internet Information Server (IIS) - Window NT/2000 sistemi əsasında işləyən. Hər hansı təşkilatda 
yerləşdirilmiş ayrıca bir serverdir. Apache – OC UNIX standartına uyğun platforma üçün nəzərdə tutulmuşdur. 
My SQL verilənlər bazası ilə inteqrasiya olunur, Web-provayderlərin çoxu tərəfindən istifadə olunur. Apache 
Web-servert proqramını http://www.apache.org URL ünvanından pulsuz yükləmək olar. Adətən serverlər 
böyük ötürücü xüsusiyyətə malik xətlərdə işləyirlər. Məsələn: əlaqə kanalları optik liflərdən ibarət şəbəkələrdə. 
Hər bir serverin xüsusi domeni olmalıdır ki, bu da Domain Name System standartlarına cavab verən DNS 
ünvanıdır. Beləliklə server xüsusi proqram təminatı qurulmuş, məxsusi domen ada malik kompyuterdir. 
Serverin sahibi və administratoru serverə müraciətə icazəni verə bilər və ya bu icazəyə qadağan qoya bilər. 
Eyni zamanda administrator CGI skripti və SSI əlavə proqram və funksiyaları qoşa, sazlaya və yerinə yetirmək 
ixtiyarına malikdir. 
Server Internet istifadəçiləri arasında «informasiya portalı» adlanır. Bu çoxlu sayda kiçik ölçülü müxtəlif 
tematik bölmələrdən və ya müəyyən sayda sərbəst proyektlərdən təşkil olunmuş böyük virtual fəzadır. 
Serverdən fərqli olaraq sayt server proqramı ilə təmin olunmayıb. Saytların çoxunun xüsusi domen adına malik 
olmalarına baxmayaraq, onlar serverin bir hissəsi sayılırlar. Sayt (site, sahə) – serverin hər hansı sahəsidir, yəni 
bütünlüklə hər hansı mövzuya həsr olunmuş bölmədir. 
Internetdə yerləşən resursların realizə olunması verilənlərin ötürülməsinin «kliyent-server» sxemi əsasında 
təşkil edilmişidir. Web-səhifənin kliyent brauzerinə yüklənilməsi üçün kliyent brauzeri server kompyuterində 
yerləşən və http-server adlanan xüsusi proqrama sorğu göndərir və sorğuya əsasən alınan informasiyanı 
araşdırır. Göstərilən halda brauzerin əsas funksiyası serverdən nəzərdə tutulmuş səhifəni soruşmaq, bu səhifəni 
almaq və istifadəçinin ekranında işıqlandırmaqdır. Server isə brauzer tərəfindən sorğunu qəbul edir, göndərilən 
sorğuya əsasən sənədi axtarır və tapılmış faylın məzmununu boauzerə göndərir. Əgər server tərəfindən 
soruşulan fayl tapılmırsa və ya fayla müraciətə qadağan qoyulubsa, o halda server brauzerə səhv haqqında 
məlumat göndərir. Bu zaman http-server ötürülən sənədin məzmununu analiz etmir. Başqa sözlə http-serverin 
işi informasiyanı brauzerə göndərməkdir. İnformasiyanın strukturlaşdırılması və ekranda işıqlandırılması 
işlərini isə brauzer yerinə yetirir. Soruşulan səhifənin axtarışı verilən server kompyuterində sayt üçün ayrılmış 
xüsusi direktoriya üzrə aparılır. Bu direktoriyaya istinad istifadəçi tərəfindən daxil edilmiş ünvanda yerləşir. 
Əgər müraciət konkret sənədə deyil, bütünlükdə sayta edilirsə, http-server avtomatik olaraq index.html (Apache 
Web-serverləri üçün) və ya default.htm (Microsoft IIS Web-serverləri üçün) adlanan və saytın əsas səhifəsi 
olan «başlanğıc səhifəni» gətirir. Bu sənəd mütləq serverdə həmin sayt üçün ayrılmış əsas qovluqda 
yerləşdirilməlidir. Saytın digər faylları ya əsas qovluqda və ya buraya daxil olan digər direktoriyalarda 
yerləşdirilirlər. Web-sayt – bir-biri ilə əlaqəli, mənaca yaxın olan Web-səhifələrin və faylların yığımıdır. 
Web-səhifə – xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və 
animasiyaları (animation) göstərən sənəddir. Web-səhifələr 2 cür olurlar: Statik və dinamik. 
Statik Web-səhifələr «təmiz» html teqlərindən ibarət olurlar.


Dinamik Web-səhifələrdə aktiv kodlardan istifadə edilir: RNR, ASR, SSI... və s.
Birinci misalda səhifə brauzerə göndərilməzdən öncə göstərilən tarix hər dəfə Web-master tərəfindən 
dəyişdirilirsə, ikinci misalda tarix Web-serverdə avtomatik dəyişilir. Web-saytın bütün səhifələri ümumi 
struktura və quruluşa malik olmalıdırlar. Web-səhifəyə daxil olan əsas elementlər: 
Səhifənin başlığı (banner); 
Naviqasiya elementləri (menyu) – bir səhifədən digərinə keçmək üçün istifadə olunur
Qrafik təsvirlər; 
Mətn blokları. 

Yüklə 409,49 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə