Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci



Yüklə 409,49 Kb.
Pdf görüntüsü
səhifə3/33
tarix13.12.2023
ölçüsü409,49 Kb.
#149108
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   33
web-derslik-1

Proqramlaşdırma.
Proqramçı "Texniki Layihə" sənədi əsasında proqram təminatını hazırlamağa 
başlayır. Bu mərhələdə proram təminatının sinifləri, funksiyaları, qlobal dəyişənləri, massivləri, verilənlər 
bazaları yaradılır, mühafizə məsələləri həll olunur. Bu mərhələnin nəticəsi işlək şəraitə gətirilmiş proqram 
təminatıdır. 
Ekspremental tətbiq.
Bu mərhələ yaradılmış proqram təminatının yoxlanılması üçün nəzərdə tutulub. 
Qabaqcadan hazırlanmış yoxlama testləri vasitəsilə proqram təminatı yoxlanılır. Yoxlama testlrəri qabaqcadan 
hazırlanmış, verilmiş giriş parametrləri əsasında alınacaq nəticəni özündə saxlayan yoxlama sistemi olub, 
proram təminatının necə işləməsini müəyyən etmək üçün nəzərdə tutulub. 
İstismar.
Ekspremental tətbiq bitəndən sonra proqram təminatının istismarı başlayır.
Göstərilən bütün mərhələlər bir-birlərilə sıx əlaqədə olub, proqram təminatının yaradılması müddətində 
bir-birlərini korreksiya edir. 
Bizim şirkət yaratdığı bütün prorqam təminatlarında bu mərhələləri tətbiq edir. Bu səbəbdən də 
yaratdığımız sistemlər öz yüksək keyfiyyətinə görə digərlərindən fərqlənir. 
Proqram sistemlərin əsasən 3 növü var: 
1.Lokal proqramlaşdırma.
Ayrıca kompüter, lokal/korporativ şəbəkələr üçün nəzərdə tutulan 
proqram sistemlər. Bununla yanaşı ofis sistemlərləri üçün nəzərdə tutulan Plug In tipli proqram sistemlərdə 
lokal proqramlaşdırmanın ayrıca bir sahəsidir. 
2.WEB proqramlaşdırma.
WEB serverlərdə yerləşərək İnternet şəbəkəsində klientlərə xidmət edən 
proqram/skript sistemlər. 
3.Qarışıq proqramlaşdırma.
Yuxarıda göstərilən proqram sistemləri xüsusi interfeyslə bağlanmış 
sistemlərdir. Bu sahə yaxın gələcəkdə əsas proqramlaşdırma sahəsinə çevriləcək. 
2. Lokal və qarışıq proqramlaşdırma 
Klassik mənada proqramlaşdırma deyəndə məhz lokal proqramlaşdırma nəzərdə tutulur. Proqram 
sistemlərin yaradılmasının 2-ci mərhələsində ("Texniki layihə") hansı Alqoritmik Dildən(dillərdən) (AD) 
istifadə olunacağı müəyyənləşdirilir. Çünki AD-in seçilməsi, yalnız "Texniki məsələnin" tam araşdırılmasından 
sonra müəyyən olunur. AD-lər yalnız instrumental mahiyyət daşıyır. Həll olunacaq məsələnin optimal həll üçün 
uyğun AD-nin seçilməsi zəruridir. Gənc proramçıların bəziləri bu məsələni dəqiq anlamadıqları üçün bildikləri 
AD-i yerli-yersiz tətbiq etməyə çalışırlar. Bu isə proqram sistemlərin gələcək istismarında ciddi səhvlərin 
əmələ gəlməsinə gətirib çıxarır. Uyğun AD-in düzgün seçilməməsi ləng, qeyri-optimal və idarəsi mürəkkəb 
olan proqram sistemlərin əmələ gəlməsinin əsas səbəblərindən biridir. Biz sifarişlərimizi həll etməmişdən öncə 
hansı AD-dən istifadə olunacağı haqda ciddi araşdırma aparırıq. Məsələnin həlli tələb edərsə yeni AD-nin 
öyrənilməsi üçün ayrıca vaxt ayırırıq. Çünkü əsas məqsəd keyfiyyətli proqram sisteminin yaradılmasıdır! 
Lokal proqramlaşdırmada biz aşağıdakı proqram-sistem alətlərdən istifadə edirik: 
İT məsələ 
Məsələnin həll etmək üçün nəzərdə tutulmuş AD və digər proqram-sistem alətlər 
Kiçik və orta ölçülü Verilənlər Bazası (100000 yazıya qədər), ümumi xarakterli problem məsələlər
VB (VB.NET) AD-i, SQL müraciət imkanlı MDB bazalar 
Böyük ölçülü Verilənlər Bazası (100000-dən yuxarı yazıya malik olan), ümumi xarakterli problem 
məsələlər 
FoxPro/Delphi AD-ləri, SQL müraciət imkanlı MDB/DB/MsSQL bazaları 
Böyük ölçülü Verilənlər Bazası, mühafizə və avtorizasiya məsələsi maksimum nəzərdə tutulan, bank 


məsələləri 
SQL müraciət imkanlı Oracle bazaları, VB/FoxPro/Delphi
Riyazi məsələlər 
VB (VB.NET)/FORTRAN, MatLab sistemi 
Proqram təminatının mühafizəsi 
Assembler/C(C++, C#), debaqerlər - WinICE/WinDasm/IDA, 
HEX redaktorlar 
Yeni yaradılmış texniki avadanlıqların drayverləri əhatə edən sistem-məsələlər Assembler/C(C++, 
C#), debaqerlər - WinICE/WinDasm/IDA, HEX redaktorlar 
Crack Assembler/C(C++, C#), debaqerlər - WinICE/WinDasm/IDA, HEX redaktorlar Real Proqram 
sitemlərdə yuxarıda göstərdiyimiz İT məsələlərin bir neçəsi ola bilər.

Yüklə 409,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə