Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci



Yüklə 409,49 Kb.
Pdf görüntüsü
səhifə2/33
tarix13.12.2023
ölçüsü409,49 Kb.
#149108
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   33
web-derslik-1

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


1. Proqram Sistemləri haqqında 
Müasir dünyanın informasiya dünyası olması şəksizdir. İnformasiyanın istehsalı və istehlakı müasir 
İnformasiya Texnologiyalarının tətbiqi olmadan demək olar ki, qeyri-mümkündür. Bu texnologiyaların önündə 
proqramlaşdırma gedir. Müasir proqram sistemlər öz əcdadlarından daha mükəmməl olmalarına baxmayaraq, 
informasiya ilə bağlı bütün problemələri həll etmək iqtidarında deyillər və proqramçılara ehtiyac daha da 
çoxalıb. Tam universal sistmlər mövcud deyildir. Süni intelekt sahəsində aparılan tədqiqatlar bütün işlərə 
yarayacaq universal, ağıllı sistelmlərin yaradılmasına nail olmadı. Kompüter istifadəçiləri arasında geniş 
yayılmış "intelektual" sistem fikiri mifdən başqa bir şey deyil. Yalnız konkret məsələləri həll etmək üçün 
proqram sistemləri mövcuddur. Bu sistemlər sadə və ya mürəkkəb alqoritmlərə malik ola bilər, amma onlar 
nəzərdə tutulmamış məsələlərin həllində acizdirlər.
Hər hansı proqram sisteminin yaradılması əsasən 5 mərhələni əhatə edir: 
Texniki məsələ.
Sifarişçi və icraçı arasında danışıqlar. Sifariş veriləcək proqram sistemin giriş və çıxış 
parametrlərinin(formalarının) müəyyən olunması.Proqram sistemin yaradılması üçün zəruri olan "Texniki 
məsələ" adlı sənədin hazırlanması. 
Texniki layihə.
"Texniki məsələ" sənədinin əsasında proqram sistemin ümumi layihə-alqoritmini əhatə 
edən sənədin hazırlanması. Bu mərhələdə aşağıdakı məsələlər araşdırılır və həll olunur: 
sistemin giriş və çıxış bloklarının və onlar arasındakı əlaqələrin müəyyən olunması; 
verilənlər bazasının tipinin müəyyən olunması; 
məsələni həll etmək üçün lazım olan Alqoritmik Dilin və dillərin müəyyən olunması; 
məsələnin texniki təminatının müəyyən olunması. 
Bu mərhələnin nəticəsi "Texniki Layihə" sənədidir. 

Yüklə 409,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə