Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci



Yüklə 409,49 Kb.
Pdf görüntüsü
səhifə5/33
tarix13.12.2023
ölçüsü409,49 Kb.
#149108
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   33
web-derslik-1

3. Web proqramlaşdırma 
Web proqramlaşdırmanın 2 növü var

Server tərəfdə proqramlaşdırma 

Klient tərəfdə proqramlaşdırma 


Server tərəfdə proqramlaşdırma dilləri kimi əsasən PHP, PERL, JAVA, C++, ASP və digər AD-dən 
istifadə olunur. Klient tərəfdə isə JavaScript, VbScript, JScript və s. bu kimi AD-dən istifadə olunsada, bütün 
Web baxıcılar (browserlər) tərəfindən əsasən JavaScript problemsiz istifadə olunur. Digər klient tərəfdə işləyən 
skriptlər Web baxıcılar tərəfindən bir mənalı qəbul olunmur: ya işləmir ya da səhvlər verir. Klient tərəfdə 
işləyən AD-lər dinamik Web səhifələr yaratmağa icazə verir, bu zaman səhifənin bütünlüklə yüklənməsi 
Serverdən tələb olunmur - yalnız Web səhifənin müəyyən elementləri tələbdən asılı olaraq dinamik dəyişdirilə 
bilər. 
Server tərəfdə işləyən AD-lər - skriptlər əsasən müəyyən alqoritmlər əsasında html səhifəni 
formalaşdırıb, server vasitəsilə klientə ötürür. Klient (yəni biz, daha doğrusu kompüterimizdəki Web baxıcı) bu 
məlumatları monitora çıxarır. Bu məlumatın mətninə (yəni İdarəetmə Kodlarına - teqlərə) baxsaq orda yalnız 
HTML teqlərinə(İdarəetmə Kodlarına) və JavaScript AD-nin kodlarına rast gələ bilərik. Server skriptlərinin 
kodu HTML səhifədə görünmür, yalnız bu skriptlərin işlərinin nəticəsi HTML şəkində bizə çatdırılır. Böyük 
həcmli, çox funksiyalı Web layihələri Server Skriptlərsiz həll etmək mümkün deyil. Xüsusilə Verilənlər 
Bazaları ilə iş bunlarsız mümkün deyil. 
Adi istifadəçi yalnız HTML teqlər vasitəsilə formatlaşdırılmış, Web baxıcıda dizaynerlərin qrafik 
paketlər vasitəsilə "bəzədikləri" müəyyən səhifəni görürlər. Amma bunun vasitəsilə (Web dizayn) tam 
funksional saytlar yaratmaq mümkün deyil. O səbəbdən Web səhifələrin yaradılmasında Web 
proqramlaşdırmaya ən əsas yer ayrılır. 
Web Texnologiyalar çox sahə olub, aşağıdakıları əhatə edir: 
1.
Web proqramlaşdırma (PERL/PHP/MySQL/JavaScript kimi AD-skript dillərdə professional səviyyədə 
proqramlaşdırma) 
2.
Web dizayn (HTML/DHTML/XML texnologiyaları dərindən bilmək) 
3.
Dinamik banerlər (GİF animasiya və MacroMedia Flash animasiyada müxtəlif dinamik səhnələrin 
hazırlanması) 
4.
Web audio/video məlumatların emalı (İnternetə qoşulmaq üçün lazım olan rabitə kanallarının 
ötürücülük sürətinin artması, video/audio məlumatlı saytların yaradılmasına imkan verir. Yaxın 
gələcəkdə bu kontentli saytların sayının daha sürətlə artması gözlənilir. Belə tip saytları yaratmaq üçün 
audio/video məlumatların yaradılması, emalı, ötürülməsi, arxivləşdirilməsi və s. bu kimi məsələlərin 
Web variantının hazırlanmasına ehtiyac var) 
5.
Əməliyyat sistemləri və onlara yüklənmiş Web serverlərlə işləmək qabiliyyəti (Yuxarıda sadalanan bütün 
texnologiyalar hansısa əməliyyat sisteminin Web serverində istismar olunacağını nəzərə aldıqda, bu 
serverlərin professional səviyyədə idarə olunmasının nə qədər zəruri bir məsələ olduğu meydana çıxır) və 
s. 
6) HTML-faylının başlığını QuikStart pəncərəsində yaxud sonradan vermək olar. Bunun üçün 
teqindən istifadə edilir.Siçanın göstəricisini <HEAD> teqinin daxilində çıqqıldadın vəTtl  <br />düyməsindən istifadə edin. Klaviaturada başlığın adını yazın. Bu veb-səhifənin deyil HTML-faylının  <br />başlığıdır.Fayla edilmiş dəyişiklikləri yazıb saxlayın.  <br />7)Yaradılmış səhifəyə brauzerdə baxın.Bunun üçün İnternet Explorer-də file menyusuna daxil olun və  <br />Open bəndini seçin. Browse düyməsindən istifadə etməklə indicə yaratdığınız faylın saxlanıldığı qovluğa keçin  <br />və faylın adını çıqqıldadın.  <br />8)Veb-səhifənin mətnini formatlamağı öyrənin.Bunun üçün QuickTab <a href="/fonts-license.html">panelindəki Fonts və Lists  </a><br />düymələrindən istifadə edin.  <br />9)Faylın mətnini aşağıdakı kimi redaktə edin.  <br /><HTML>  <br /><HEAD> <br /><TITLE>what is file  
 
 

Yüklə 409,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə