Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci


 WEB SAYTLAR. WEB saytlar formaları



Yüklə 409,49 Kb.
Pdf görüntüsü
səhifə9/33
tarix13.12.2023
ölçüsü409,49 Kb.
#149108
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   33
web-derslik-1

7. WEB SAYTLAR. WEB saytlar formaları.
1989-cu ildə amerikan texniki Tim Berners Li tərəfindən irəli sürülmüş «hipermətn» prinsipi və sonradan 
HTML dilinin və HTTP protokolunun yaradılması kompüter informasiya texnologiyasında yeni istiqamətin-
Web texnologiyanın əsasını qoydu. Bunun nəticəsində İnternetin yeni xidmət növü – World Wide Web 
(ümumdünya hörümçək toru) və ya WWW xidməti təşəkkül tapdı və İnternet rahat və əlverişli informasiya 
mübadiləsi və ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də böyük informasiya mənbəyinə çevrildi. Bu gün WWW 
xidməti vasitəsilə praktiki olaraq bütün mövzularda informasiya əldə etmək olar. İnformasiya əsasən Web-
saytlar formasında istifadəçilərə təklif olunur. Web- saytlar bir-birilə əlaqəsi olan və vahid mövzuya həsr 
olunmuş Web-səhifələr sistemidir. Hər bir Web-sayt unikal URL ünvanına malik olur. İnformasiyanın axtarışı 
və sənədə istinad bu ünvan əsasında həyata keçirilir. Web-saytlar əsasən HTML, XML2 və XMTL dilləri 
əsasında yaradılır. Son illər saytların yaradılmasında həmçinin aşağıdakı müasir Web texnologiyalardan geniş 
istifadə edilir: 
• JavaScrpit 
• VbasicScript 
• CGİ (Common Gateway Interface) 
• ASP 
• PHP 
• Macromedia Flash3 
• CSS 
Müasir Web texnologiyalar saytların funksiyalarını genişləndirir, onlara dinamizm verir, gözəl tərtibat 
effektlərinin yaradılmasını, istifadəçi və informasiya mənbəyi arasında interaktiv əlaqəni təmin edir. Saytın 
yaradılmasında əsasən 2 tip proqramlardan: HTML və ya XMTL redaktorlardan və WYSIWYG prinsipi ilə 
işləyən Web redaktorlardan (məsələn: FrontPage, Macromedia Dreamweaver MX və s.) istifadə olunur. Sayt 
yaradan şəxslər– Web dizaynerlər bu proqramları dərindən bilməklə yanaşı, həm də yüksək bədii yaradıcılıq 
qabiliyyətinə malik olmalıdır. Belə ki, sayt informasiyanı istifadəçiyə dolğun çatdırmaq və istifadəçinin estetik 
zövqünü «oxşamaq» üçün gözəl tərtibatla yaradılmalıdır. Bu məqsədlə saytların yaradılmasında Web qrafika 
elementlərindən: şəkillərdən, diaqram və qrafiklərdən, animasiyalı təsvirlərdən, səs və video fayllardan və s. 
Geniş istifadə olunur. Qeyd edək ki, İnternetdə sürətli informasiya mübadiləsini təmin etmək üçün xüsusi Web 
qrafika, səs və video formatlarından istifadə olunur. Web qrafika formatı olaraq 
Эиф, Жпеэ, Жпэ, Пнэ
, səs formatı 
olaraq 
Au, Мп-3, Rmx, Rmj
,
video formatı olaraq 
Avi, Мpeg-3,Mov, Swf, Spl
 
və s. formatlarından istifadə 
olunur. Web qrafika elementlərini yaratmaq üçün xüsusi dizayn proqramları, məsələn Ulead Gif Animator, 3D-
Xara, XaraWeb Style və s., bir sıra rəsm redaktorlarının, məsələn, PhotoShop, Corel Photo 
Paint və s. xüsusi utilitləri tətbiq olunur.
Web-saytlar iki formada: statik və dinamik saytlar şəklində yaradılır. Statik saytlar əsasən istifadəçiyə konkret 
informasiyanı çatdırmaq funksiyasını yerinə yetirir. Dinamik saytlar istifadəçi ilə informasiya mənbəyi arasında 
interaktiv əlaqəni təmin edir. Çatlar, Web forumlar, Internet mağazalar, elan lövhələri, qonaq kitabları, axtarış 
və reytinq sistemləri və s. dinamik saytlar şəklində yaradılır. Dinamik saytlar «klientserver » arxitekturası 
əsasında fəaliyyət göstərir. Belə ki, klient kimi Web brauzer (məsələn, İntenet Explorer, Opera və s.), server 
kimi Web server və verilənlər bazası serveri çıxış edir. Brauzer vasitəsilə istifadəçinin göndərdiyi məlumatı 
Web server təhlil edərək, server əlavəsinə ötürür. Server əlavəsi göndərilmiş məlumat əsasında verilənlər bazası 
serverində axtarış və verilənlər üzərində nəzərdə tutulmuş əməliyyatları yerinə yetirir. Sonrakı addımda server 
əlavəsi aparılmış əməliyyatların nəticəsini brauzerin qəbul etdiyi formata çevirib Web serverə, o isə öz 
növbəsində Web brauzerə göndərir. Bu səbəbdən dinamik saytlar mütləq, istifadəçinin informasiyasını Web 
serverə çatdıracaq forma ilə təchiz edilmiş Web-səhifəyə və bu informasiya əsasında verilənlər bazasında 
əməliyyat aparan və nəticəni istifadəçiyə çatdıran server əlavəsinə malik olmalıdır.



Yüklə 409,49 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə