Microsoft access 2010 veriLƏNLƏr bazasinin idarəetmə Sİstemi



Yüklə 125,56 Kb.
səhifə1/10
tarix02.05.2023
ölçüsü125,56 Kb.
#107958
  1   2   3   4   5   6   7   8   9   10
Mühazirə 10


MICROSOFT ACCESS 2010 VERİLƏNLƏR BAZASININ İDARƏETMƏ SİSTEMİ:
Verilənlər bazası (VB) anlayışı. VB-nin struktur elementləri. Verilənlər Bazasının İdarəetmə Sistemləri (VBIS), onların funksiyaları və növləri. VBIS-in komponentləri. Verilənlər bazasının modelləri (iyerarxik, şəbəkə, relyasiya və obyektyönlü). VBIS-in təsnifatı
İnformasiya ilə işləmək və xüsusən də, nəsildən-nəslə ötürmək üçün onun saxlanılma əhəmiyyəti vardı. İnformasiyanı saxlamaq üçün müxtəlif vasitələr düşünülmüş və onlar zaman-zaman təkmilləşdirilmişdir. Informasiyanın sadəcə əsaslanılması yetərli deyildir. İnformasiya elə saxlanılmadır ki, lazım olduqda ondan asanlıqla istifadə etmək mümkün olsun. Məhz axtarışları asanlaşdırmaq məqsədi ilə əlifbası qeyd kitabçaları düzəldilmiş, kitabxanalarda isə əlifba və mövzular üzr kataloqlar yaradılmışdır.
Verilən-bazaya daxil ediləcək informasiya vahidi, elementidir. Verilənlər-predmet sahəsinə uyğun obyekt, proses və hadisələri və onlar xassələrini xarakterizə edən ayrı-ayrı informasiyalardır. İngiliscə verilənlər sözünü ifadə edən "data" termini latınca "datum" (informasiya, məlumat, fakt sözündən yaranmışdır. Lakin verilənlər bazan konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışlar ifadə edə bilərlər.
Odur ki, verilənlər dedikdə bizim üçün əhəmiyyəti olan istənilən hadisə və ya fikrin təsviri başa düşülür. Məsələn, hər bir müəssisənin kadrlar şöbəsində onun əməkdaşları haqqında (kadr uçotu vərəqində informasiya saxlanılır. Bu informasiyanın verilənləri elementləri bunlardır: ad, soyad, atamın adı, təvəllüd, milliyyət, hansı ali təhsil müəssisəsini neçənci ildə bitirməsi, hansı dilləri bilməsi, neçə elmi müəllifi olması və s. İnformasiya texnologiyaları baxımından, verilən kimi təsvir olunan dəyişənlər-hesablama texnikası vasitələri ilə avtomatlaşdırılma üçün yararlı olan formallaşdırılmış rəqəmlər ardıcıllığı şəkilində təqdim edilən informasiyadır.
Verilənlər ümumi halda ad, qiymət, tip və struktur xarakteristikalar ilə təyin olunurlar. Verilənin adı onun mənasını (semantikasini) ifada edir, məsələn, çəki, ölçü, rəng və s.
Verilənin qiyməti isə, əslində, verilənin özünü xarakterizə edir, çünki faktları bir-birindən ayırmaq üçün onları qiymətləndirmək lazımdır. Təbii dilin zənginliyi verilənlərin adları ilə qiymətlərinin birlikdə təsvirinə imkan verir. Məsələn, "insan bədənin temperaturu +36,5 dərəcədir”ifadəsində “36,5" verilənin qiyməti, "insan bədənin temperaturu dərəcəsi ilə”verilənin adıdır.
Verilənlərlə tip və struktur xarakteristikalar kəmiyyətlərində, əsasən proqramlaşdırmada istifadə olunur.
Burada tipms görə verilənləri 4 qrupa ayırırlar: hesabi (və ya rəqəm tipli), mətn (və ya simvol tipli, məntiqi və göstərici tipli verilənlərBelə ki,
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə