Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   2   3   4   5   6   7   8   9   ...   34

 
10
iqtisadçıların  fikrincə  isə  maliyyə  böhranı  birdən-birə  yüksək  tələbin  yaranmasına  
baxmayaraq kapital  ehtiyatlarının çatışmamasıdır. 
Ümumilikdə  isə  maliyyə  böhranı  anlayışına  müxtəlif  yanaşmalar  vardır.  Misal 
üçün  BSE-nın  (Böyük  Sovet  Ensiklopediyası)  ideoloji  yanaşmasına  görə  maliyyə 
böhranı  kapitalist  ölkələrin  dövlət  maliyyə  sisteminin  dərin  dağınıqlığı  kimi  başa 
düşülür.    Buna  səbəb  isə  silahlanma  yarışının  davam  etməsidir.  Lakin  bu  cür  qeyri-
müəyyən  yanaşma,  hansıki,  böhranın  səbəbini  mücərrət  olan  dövlət  maliyyə 
sisteminin  dərin  dağınıqlığında    görən  müasir  “İqtisadiyyat  və  Hüquq  Ensiklopedik 
lüğət”i  üçün  çox  qəribə  görünür.  “Wikipedia”  onlayn  ensiklopediyasında  maliyyə 
böhranı  anlayışını  hər  hansı  maliyyə  alətlərinin  dəyərinin  kəskin  şəkildə  aşağı 
düşməsi  kimi  qiymətləndirir.[94]  Bu  da  “maliyyə  alətlərinin  qiymətlərinin  aşağı 
düşməsi  böhranın  əlamətidirmi?!”  sualını  açıq  qoyur.  Bundan  əlavə  əsas  səbəbləri 
aydınlaşdırmaq  üçün  bütün  hadisələri  fərqli  qiymətləndirmək  olar.  Bu  baxımdan 
“maliyyə sistemində pozuntular” bu anlayışı daha düzgün ifadə etmiş olur. 
Ayrı-ayrı  iqtisadçılar  maliyyə  böhranı  anlayışına  fərqli  aspektlərdən  və 
istiqamətlərdən yanaşmışlar:  
-  likvidlik  problemi,  maliyyə  resursları,  maliyyə  stabilliyi,  həmçinin  böhran 
prosesinin müəyyənləşdirilməsində transmilli bankların iştirakı - M.Kouli,  T.Sindler, 
O.Vilyamson. 
-  maliyyə  böhranının  modelləşdirilməsi  məsələsi  -  M.Brukşir,  R.Kamminnqz, 
J.Keydjel, F.Nayt, E.Rot, V.Şulz, Y.Şumpeter. 
- iqtisadi stabillikdə və ümümi iqtisadi böhranda onun yeri və rolu - B.Bernanke, 
A.Qrinspen, R. Kaqan, F. Mişkin, Ç. Morris, F. Nayt, Rozenberq, Q.Şinazi. 
- maliyyə və iqtisadi böhranların nəzəri və praktiki inkişafının ümumi aspektləri 

Z.V.Atlas, 
A.A.Varqa, 
B.B.Qeraşenka, 
E.F.Jukov, 
A.M. 
Tavisiyev,  
M.M.Yaponskiy və başqaları. [ 76, səh.7-9] 
Dünyada  mövcud  olan  və  maliyyə  böhranlarını  açıqlayan  nəzəriyyələri  əsasən 
altı  başlıq  altında  toplaya  bilərik:  1.  Dövri  borc  yığımı.  2.  Bankçılıqda  yaşanan 


 
11
böhran.  3.  Rasional  nəzəriyyə.  4.  Qeyri-müəyyənlik  nəzəriyyəsi.  5.  Kredit 
nəzəriyyəsi. 6. Maliyyə bazarı strukturu nəzəriyyəsi.[35, səh.16-17] 
Müasir  rus  və  xarici  ədəbiyyatlarda  maliyyə  böhranı  definisiyasının  bir  mənalı 
izahı yoxdur. Maliyyə böhranı sadəcə olaraq geniş spektrə malik iqtisadi böhranın bir 
parçasıdır  hansı  ki,  iqtisadiyyatın  ümumi  böhranı  zamanı  yaranır.  Bir  çox  iqtisadçı 
alimlər  maliyyə  böhranını  maliyyə  sistemindəki  böhran  kimi  qələmə  verirlər,  başqa 
sözlə, onu maliyyə sisteminin böhranı kimi adlandırırlar. 
Belə  ki,  A.Q.Qryaznova  2002-ci  ildə  kollektiv  surətdə  işlənib  hazırlanmış 
“Maliyyə-kredit  ensiklopediya  lüğətində”  maliyyə  sistem  böhranını  maliyyə 
sisteminin  əsas  tərkib  hissələrinin  fəaliyyətinin  dərin  pozğunluğu  kimi  izah  edir. 
Onun  fikrincə,  maliyyə  sisteminin  böhranı  əsasən  maliyyə  institutlarının  borcunu 
ödənə bilməməsi ilə ifadə olunur və “maliyyə çaxnaşması” ilə müşayiət olunur.[81] 
Bizim  fikrimizcə,  bu  cür  yanaşma  hər  zaman  doğru  deyil,  çünki  o,  maliyyənin 
qeyri-sabitliyini onların sisteminin çərçivələri ilə məhdudlaşdırır. 
Bazar  azadlığının  tərəfdarı  olan  və  dövlətin  iqtisadiyyata  müdaxiləsinə  qarşı 
çıxan  F.Fon  Hayyek  hesab  edirdi  ki,  həddindən  artıq  istehsal  böhranları  dövlətin 
həddindən  artıq  maliyyələşdirməsi,  iqtisadiyyatın  həddindən  artıq  kreditləşməsi  və 
tələbin stimullaşdırılması səbəbindən baş verirlər. [36, səh.25] 
Ümumilikdə  maliyyə  böhranının  yaranmasına  səbəb  olan  faktorlar  bunlardır:  
1.qiymətli  kağızların  məzənnələrinin  qeyri-sabit  olması;    2.milli  pul  vahidinin 
məzənnəsinin  qeyri-sabitliyi  və düşməsi;   3.infilyasiya;  4.büdcə gəlirləri  ilə  xərcləri 
arasında  uyğunsuzluğun  yaranması;  5.təsərrüfat  subyektlərinin  qarşılıqlı  qeyri-
ödənişləri;  6.pul dövriyyəsində lazımı qədər pul kütləsinin olmaması və s. 
Maliyyə  böhranlarının  yaranmasının  səbəblərini  bir  başqa  cür  də  ifadə  etmək 
olar:  1.  İqtisadi  sistemdə  maliyyə  sektorunun  hakimliyindən  yaranmış  böhranlar;       
2.  Tənzimlənmənin  çatışmamazlıqları  nəticəsində  yaranmış  böhranlar;  3.  Maliyyə 
bazarı  subyektlərinin  psixoloji  davranışı  nəticəsində  yaranmış  böhranlar;  4.  Kredit 
ekspansiyası ilə yaranmış böhranlar. 


 
12
Maliyyə  böhranının  təsnifatına  da  yanaşmalar  bir  mənalı  deyildir  və  müxtəlif 
təsnifatlar  irəli  sürülür.  Rus  alimi  B.B.Rubsov  hesab  edir  ki,  “maliyyə  böhranına” 
valyuta  sisteminin  böhranı,  bank  sisteminin  böhranı  və  fond  birjasının  böhranı 
(müvafiq olaraq, valyuta, bank və fond böhranları) daxildir.[90]  
ABŞ-ın  Milli  iqtisadi  tədqiqatlar  bürosunun  eksperti  Maykl  Bordonun  təklif 
etdiyi  geniş  yayılmış  təsnifata  uyğun  olaraq,  maliyyə  böhranları  3  kateqoriya  üzrə 
qruplaşdırıla bilər: bank, borc və valyuta böhranları.[91] 
Ümumilikdə maliyyə böhranının müxtəlif növləri var və onlar aşağıdakılardır: 
1. bank böhranı; 2. borc böhranı; 3. valyuta böhranı; 4. satılma böhranı;  5. birja 
və ya fond böhranı;  6. bazar köpükləri böhranı;  7. suveren defolt. 
Qeyd  etdiyimiz  kimi  maliyyə  böhranının  əsas  komponenti  bank  böhranıdır. 
Bank böhranının səbəbləri aşağıdakılardır: 
1.  Makroiqtisadi  şoklar;  faiz  nisbətlərindəki  ani  yüksəlmələr,  qısa  müddətli 
borcları  uzun  müddətli  kreditlərə  çevirən  qurumları  cəzalandırmışdır.  İqtisadi 
yavaşlama  və  iqtisadi  fəaliyyətlərin  gərginliyi  banklar  üzərində  güclü  mənfi  təsirə 
sahib olmuşdur. 
2.  Çox  riskli  fəaliyyətlər;  bankçılıq  fəaliyyətləri  son  illərdə  gedərək  daha  riskli 
hala  gəlimişdır.  Xüsusi  ilə  qanuni  tənzimləmələrin  asanlaşdırılması  əhəmiyyətli  bir 
faktor olaraq meydana cıxmışdır. 
3.  Güclü  rəqabət;  rəqabət,  iki  cəbhədə  artmışdır.  Birincisi  banklar  arasında 
yaranan  güclü  rəqabət,  ikincisi  bankların  maliyyə  sektorundakı  hakim  vəziyyətlər 
digər maliyyə qurumlarının genişlənməsi ilə yanaşı əhəmiyyətli ölçüdə dəyişmişdir. 
4.  Pis  idarəcilik;  göstəricilər  bankcılıq  krizislərində  pis  idarəciliyin  və  sui 
istifadənin əhəmiyyətli yeri olduğunu göstərir. 
Maliyyə  böhranının  digər  kompanenti  valyuta  böhranıdır.  Valyuta  böhranı  bir 
ölkənin  milli  puluna  etibarın  itməsidir.Valyuta  və  ya  pul  böhranının  göstəriciləri  isə 
aşağıdakı beş qrupda toplana bilər: 1. Zəyif makroiqtisadi göstəricilər və səhv iqtisadi 
siyasət.  2.  Malyiyə  bünövrəsinin  yetərsizliyi  və  ya  zəyifliyi.  3.  Əxlaqi  risk  və 
assimetrik  informasiya  ifadəsi.  4.  Mövcud  kreditlərin  və  beynəlxalq  maliyyə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə