Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   26   27   28   29   30   31   32   33   34

 
85
və “AzəriLayt” markalı neftin qiymətində ucuzlaşma müşahidə olunur. Bu azalmalar 
isə mənzil bazarında durğunluğun qalacağını göstərir. 
Onuda  qeyd  edim  ki,  mənzillərin  qiymətinin  düşməsi  2014-cü  ilin 
sentyrabrından  başlayaraq  müşahidə  edilir.  Ölkəmizin  əmlak  bazarını  əsas  alıcıları 
əsas  3  tipə  ayrılır:  I)  Azərbaycandan  kənarda  bizneslə  məşğul  olanlar;  II)  Mənzilə 
investisiya  vasitəsi  kimi  baxan  imkanlı  adamlar;  Onlar  hələ  tam  tikilməmiş  , 
tikilməkdə  olan  binalardan  mənzilləri  ucuz  qiymətə  alıb  daha  sonra  baha  qiymətə 
satırlar;  III)  Yerdə  qalan  əhali  isə  köhnə  evlərini  satanlar  və  ya  onların  uçurulması 
nəticəsində yaxşı kompensasiya alan insanlar idi. 
Böhran  nəticəsində  tikinti  sektoru  zəifləməyə  başladı.  Nəticədə  regionlardan 
gələn bu sektorda çalışanlar  iş  yerlərini  itirdilər,  mənzillər  üçün aksesuar təklif edən 
ticarət obyektlərinin dövriyyəsi aşağı düşdü, mebel salonları boşaldı. 
2015-ci  ilin  artıq  sonlarıdır  və  dünya  bazarında  neftin  qiymətinin  düsməsinin 
davam  etməsi  ilə  əlaqədar  mənzil  bazarlarında  qiymətlərin  düşməsi  hələdə  davam 
edir.  Bu bazarda ipoteka kreditlərinin rolu böyükdür. İpoteka kreditlərinin həcminin 
azalması  daşınmaz  əmlak  bazarında  qiymətlərin  daha  da  düşməsinə  səbəb  olacaq. 
Avropa  Oyunlarından  sonra  bazarda  qiymətlər  donub.  Bu  böhrandan  çıxış  hələ  də 
uzaqdadır.  
Ümumilikdə  2015-ci  ilin  ilk  6  ayında  daşınmaz  əmlak  bazarında  təqribən  30% 
azalma  olub.  Mövcud  vəziyyətlə  əlaqədar  gələcəklə  bağlı  ekspertlərdə  fikir 
söyləməkdə  çətinlik  çəkir.  Əgər  neft  bazarında  qiymətlər  psixoloji  qiymət  həddi  70 
dollardan  yuxarı  qalxmasa,  onda  mənzil  bazrında  baş  verən  durğunluğunda  sona 
çatmayacağı gözlənilir.  
Neftin qiymətinin 1 dollar aşağı düşməsi Azərbaycan Respubliksının büdcəsinə 
26  milyon  manat  təsir  göstərməsi  deməkdir.  Əgər  10  dollar  düşərsə,  bu  260  milyon 
manat,  20  dollar  düşərsə,  520  milyon  manat  təsir  göstərməsi  deməkdir.  Artıq  ilin 
sonudur və bu cür aşağı düşmə hələdə davam edir. Bu cür təsirlər büdcənin azlmasına 
gətirib  çıxarır.  Milli  valyutanın  məzənnəsinin  sabit  saxlanılması  da  ciddi  valyuta 
ehtiyatlarının itirilməsinə səbəb olub. Artıq ikinci devalvasiya qaçılmaz idi.  


 
86
2015-ci  il  dekabrın  21-ində  manatın  bu  il  üçün  ikinci  devalvasiyası  oldu. 
Əvvəldə  qeyd  etdiyimiz  kimi  2015-ci  ilin  fevral  ayında  da  manatın  devalvasiyası 
həyata  keçirilmişdi.  Devalvasiyanın  səbəbi  dünya  enerji  daşıyıcıları  bazarlarında 
təklifin  artması,  əsas  neft  istehlakçısı  olan  ölkələrdə  iqtisadi  artımın  zəifləməsi  və 
digər  səbəblərdən  irəli  gələrək  neftin  qiymətinin  2014-cü  ildən  bəri  3  dəfəyə  qədər 
enməsi  idi.  Nəticədə  ticarət  balansının  müsbət  saldosu    və  valyuta  daxilolmalarının 
digər  mənbələri  azalmışdı.  Ölkənin  milli  valyutasının  məzənnəsinə  təzyiq  artmışdır. 
Buna görə də carı ilin fevralında manatın devalvasiyası həyata keçirildi. Lakin 2015-
ci  ilin  iyul  ayından  başlayaraq  qiymətlər  yenidən  enməyə  və  məzənnəyə  təzyiq 
yenidən artmağa başladı. Əgər 2014-cü ilin sentyabrın 1-də  Mərkəzi Bankın valyuta 
ehtiyatları 15.3 mlrd. manat idisə, 2015-ci ilin dekabrın 1-də Mərkəzi Bankın valyuta 
ehtiyatları  6.2  mlrd.  manata  enmişdi.  Manatın  məzənnəsini  qoruyub  saxlamaq 
çətinləşmişdir.  Eyni  zamanda  tərəfdaş  ölkələrdə  davam  edən  devalvasiyalar  milli 
iqtisadiyyatın  beynəlxalq  rəqabət  qabiliyyətinə  mənfi  təsir  etməyə  başlayıbdır. 
Yaranmış  vəziyyət  manatın  məzənnəsini  neftin  yeni  qiymətinə  uyğun  müəyyən 
olunmasını tələb edir. Beləliklə, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin qorunması, 
tədiyyə  balansının  tarazlığının  saxlanılması,  ölkənin  ölduqca  azalmış  valyuta 
ehtiyatlarının  qorunması  məqsədilə  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankın 
İdarə  Heyəti 21 dekabr 2015-ci  il tarixində üzən  məzənnə rejiminə keçilməsi barədə 
qərar qəbul etdi.[6] 
Milli  valyutanın  ikinci  devalvasiyası  fevral  devalvasiyasında  olduğu  kimi 
qısamüddətli  dövr  üçün  bir  çox  iqtisadi  və  sosial  problemlər  doğurdu.  Devalvasiya 
xüsusilə  bank  sektoruna  təsir  etdi.  Xarici  valyuta  ilə  götürülən  kreditlərin 
qaytarılmasında  borcun  yükü  artır.  Kredit  istehlakçılarının  borclarını  geri 
qaytarmasında  problemlər  yaranır.  Bu  da  öz  nüvbəsində  bankların  özünə  də  mənfi 
təsir göstərir, riskli kreditlərin artmasına, onların aktivlərinin aşağı düşməsinə gətirib 
çıxarır.  Bankların  manatda  olan  aktivlərinin  qiyməti  qalxır  və  müvafiq  olaraq  bütün 
bankların  kapitalının  kifayətlilik  normativi  aşağı  düşür.  Bütün  bunlar  Bank 
sektorunda  ciddi  islahatlar  aparmağı  tələb  edir.  Eyni  zamanda  banklarda  əhalinin 


 
87
əmanətlərinin  və  digər  depozitlərin  təhlükəsizliyinin  təmin  edilməsi  məqsədilə 
bankların  maliyyə  dayanıqlılığının,  kapital  və  likvidlik  mövqeyinin  gücləndirilməsi, 
əmanətlərin  sığortalanması  sisteminin  təkmilləşdirilməsi  məqsədilə  kompleks 
tədbirlər görülməlidir.  
2015-ci ildə iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin 
möhkəmləndirilməsi,  qeyri-neft  sektorunun  inkişafının  sürətləndirilməsi,  regionların 
tarazlı  inkişafı,  əlverişli  biznes  və  investisiya  mühitinin  formalaşdırılması  və  digər 
sahələrdə  əhəmiyyətli  irəliləyişlərə  nail  olunmuş,  əhalinin  rifah  halının  daha  da 
yüksəldilməsi  təmin  edilmişdir.  Dünyada  neftin  qiymətinin  kəskin  aşağı  düşməsi 
çətinliklər  yaratsa  da,  iqtisadiyyatın  şaxələndirilməsi  istiqamətində  aparılan  uğurlu 
islahatlar  ölkəmizin  dayanıqlı  inkişafını  təmin  etmişdir.  Bu  da  ölkəmizdə  həyata 
keçirilən  iqtisadi  siyasətin  kifayət  qədər  praqmatik  olduğunu  və  reallıqlara 
əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha təsdiq edir. 
Müstəqil  Azərbaycanın  son  illər  inkişaf    yolunda  olması  ilk  növbədə  onun 
dövlət  büdcəsində  yer  alan  makroiqtisadi  göstəricilərində  real  əksini  tapır.  2016-ci 
ilin  dövlət  büdcəsi  deməyə  əsas  verir  ki,  qarşıdakı  ildə  də  respublikamızda 
makroiqtisadi  sabitlik  qorunub  saxlanılacaqdır.  2016-cı  ildə  də  qarşıya  qoyulan  əsas 
məqsədlər  maliyyə  təminatı  rolunu  oynayan  dövlət  və  icmal  büdcələrdə  risklərin 
qarşısının  alınması,  onların  potensial  gəlirlərinin  neft  konyunkturasından  asılılığının 
azaldılması,  qeyri-neft  sektorundan  daxilolmaların  artırılması  istiqamətində  səmərəli 
işlərin  görülməsidir.  Dövlət  başçısının  müəyyənləşdirdiyi  prioritet  istiqamətlərə 
adekvat  olaraq  iqtisadi  diversifikasiya  və  qeyri-neft  sektorunun  dövlət  büdcəsindəki 
payının artırılması əsas hədəflərdəndir. 
Dövlət  büdcəsinin  hazırlanması  zamanı  dünyada  gedən  bütün  iqtisadi 
proseslərin  təsiri  nəzərə  alınmışdır.  2016-cı  ildə  dövlət  büdcəsinin  gəlirləri  ümumi 
daxili  məhsulun  25,2%-i  həcmində  olmaqla,  nominal  ifadədə  14  mlrd.  566  mln. 
manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 28,2%-ni təşkil etməklə 
16,264  mlrd.  manat  həcmində  nəzərdə  tutulur.  Dövlət  büdcəsi  gəlirlərinin  6  milyard 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə