Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   26   27   28   29   30   31   32   33   34

 
88
773  milyon  manatı  və  yaxud  46,5  %-i  qeyri-neft  sektorunun  payına  düşməsi 
planlaşdırılıb.[3, səh.10] 
Dövlət  büdcəsinin  təşkili  zamanı  neftin  qiyməti  40-50  dollardan  hesablanıb. 
Müsbət  tendensiyalardan  biri  də  odur  ki,  qeyri-neft  sektorunun  payının  ilbəil 
artmasıdır.  Neft-qaz  sektorundan  asılılığın  azalması  və  iqtisadiyyatın  digər 
sahələrinin  inkişaf  etdirilməsi  qarşıya  qoyulan  ən  vacib  məqsədlərdən  biridir.  Son 
illərdə  olduğu  kimi  2016-cı  ildə  də  iqtisadi  artım  qeyri-neft  sektorunun  hesabına 
təmin  ediləcək.  Növbəti  illərdə  sənayenin  inkişafına  dövlətin  dəstəyi  daha  da 
artırılacaq və rəqabət qabiliyyətli məhsulların artırılması diqqət mərkəzində olacaq. 
Bütünlükdə  qeyri-neft  sənayesi  üzrə  2016-2019-cu  illər  üzrə  orta  hesabla  9.2% 
artıma  nail  olunacağı  proqnozlaşdırılır.  2016-  cı  ildə  real  iqtisadi  artım  isə  1.8% 
olmaqla  proqnozlaşdırılır.  Proqnozlara  görə  ÜDM  57.7  mlrd  manat  təşkil  edəcək. 
Neft sektorunun ÜDM-də payı 1.7% azalma ilə proqnozlaşdırılır.[3, səh.1] 
Turizm  sahəsində  də  yerli  və  xarici  investorların  cəlb  edilməsi,  xidmət 
keyfiyyətinin  daha  da  yaxşılaşdırılması,  müasir  standartlara  cavab  verən 
infrastrukturlar  yaradılması  nəzərdə  tutulur.  Xidmətlərdə  əlavə  dəyərin  yaradılması 
gözlənilir və bu göstərici 39.7% həcmində gözlənilir. (Qrafik 3.3) [3, səh.5] 
Qrafik 3.3 
2016-cı ildə ÜDM-in sahə strukturu 
2016-cı ildə ÜDM-in sahə strukturu
6,50%
7,70%
39,70%
32%
14,10%
Kənd, meşə
balıqçılıq
Məhsula və idxala
xalis vergilər
Tikinti
Xidmətlərin istehsalı
Sənaye
 
Mənbə: Azərbaycan Respublikası Maliyyə Nazirliyi,
 
www.maliyye.gov.az
 


 
89
2016-cı ildə sosial yönümlü xərclərində artırılması nəzərdə tutulub. 2016-cı ildə 
sosial  yönümlü  xərclər  dövlət  büdcəsinin  xərclərinin  36.1%-i  səviyyəsində  olacağı 
nəzərdə tutulub. Bu göstərici 2015-ci illə müqayisədə 8.6% daha çoxdur.[4 səh.1-14] 
Bu  gün  iqtisadiyyatımız  üçün ciddi problemlər gözlənilən  idi. Aydın  məsələ  idi 
ki,  neftə  bir  tərəfli  bel  bağlamaq  təhlükəli  idi.  Neftin  daha  da  ucuzlaşması  qlobal 
böhranın  ikinci  dalğasının  genişlənməsinə  səbəb  olacaq.  Bu  da  Azərbaycana  yaxşı 
prespektiv vəd etmir.  
Böhranın  təsirini  azaltmaq  üçün  daxili  iqtisadiyyatın  stimullaşdırılması  həyata 
keçirilməlidir.  Azərbaycanda  qeyri  neft  sektorunun  inkişaf  etdirilməsinə  fikir 
verilməlidir.  Ölkədə  iqtisadiyyatın  inkişafına  mənfi  təsir  edən  bütün  fəsadlar  aradan 
qaldırılmalıdır. 
Azərbaycan  iqtisadiyyatı  kiçik  olmağına  baxmayaraq  çox  dinamikdir. 
Azərbaycan  əhalisi  isə  iqtisadi  fəallığa  meyilli  olan  insanlardır.  Əgər  bölgələrdə 
infrastruktur  layihələri  sürətlə  inkişaf  etdirilərsə,  ölkə  ərazisinin  hər  yeri 
qazlaşdırılarsa,  həmin  bölgələrdə  əhali  müəyyən  işlərlə  məşğul  olar  və  özünü  maddi 
təmin  edər  və  nəticədə  böhranın  Azərbaycana  təsirini  azaltmaq  olar.  Bunun  üçün 
ölkənin  daxili  potensialı  da  çoxdur.  Sənayecə  inkişaf  etmiş  ölkələrdə  olduğu  kimi, 
Azərbaycanda  da  istehsalın  elə  sahələri  vardır  ki,  onların  sürətlə  inkişaf  etdirilməsi 
iqtisadiyyatda taralığın təmin olunmasına öz töhfəsini verə bilər. Bunlara, hər şeydən 
əvvəl,  energetika  sənayesi,  tikinti  materialları  istehsalı  və  bəzi  infrastruktur  sahələri 
daxildir.[26, səh.29] 
Bütün bunlara baxmayaraq ÜDM-in 35% artdığı dövrlər geridə qalıb və 2020-ci 
ildə ÜDM-in 2 dəfə artırılması fikri hal-hazırda utopik görünür.[1] 
 
 
 
 
 
 


 
90
NƏTİCƏ VƏ TƏKLİFLƏR 
Dünya 
təsərrüfatının 
müasir 
mərhələsi 
milli 
iqtisadi 
sistemlərin 
liberallaşdırılmasının  aktivləşdirilməsi  ilə  iqtisadiyyatın  qloballaşması,  transmilli 
konstruksiyaların formalaşması, istehlak tələbinin formalaşması və yerləşdirilməsi ilə 
xarakterizə olunur.  
Qloballaşmanın  əsasında  inteqrasiya  prosesləri  durur,  o  da  ölkələrarası  milli 
sərhədlərin  yox  olmasına  səbəb  olur  və  dövlətin  idarəetmə  funksiyası  öz  yerini 
bazarın  qlobal  idarə  edilməsinə  verir.  Buna  görə  də  dünya  iqtisadiyyatının 
qloballaşması  kontekstində  ön  plana  dövlətlərdə  narahatçılıq  doğuran  suverenliyin 
qorunması  məsələsi  çıxır.  Belə  ki,  bu  proses  xarici  investorların  ölkə  ərazisinə 
buraxılmasında  böyük  əhəmiyyət  kəsb  edir.  Külli  miqdarda  xarici  kapital  axını 
ölkənin  suverenliyinin  zəifləməsinə  səbəb  olur.  Belə  ki,  kapital  gəldiyi  kimi  birdən 
“yoxa çıxa” da bilər.  
Beləliklə  müasir  dövrdə  qloballaşmanın  əsas  xüsusiyyəti  odur  ki,  milli 
iqtisadiyyatlar  bir  tərəfdən  yuxarı  güclər-transsosial  səviyyədə,  digər  tərəfdən  isə 
aşağı  güclər-regionlaşma  və  dövlərin  parçalanmaları  ilə  sarsılır  və  nəticədə  siyasi 
baxımdan  dövlətlər  suveren  qalır,  lakin  iqtisadi  baxımdan  qloballaşmanın  təsiri  ilə 
dəyişir. 
Yeni  innovativ  texnologiyalar  pul  dövriyyəsini,  kredit  bazarlarını  və  valyuta 
mübadiləsinə  dövlət  nəzarətini  azaldır.  Zəif  inkişaf  etmiş  ölkələr  isə  öz  “oyun 
qaydalarını” onlara tətbiq edən beynəlxalq maliyyə qurumlarının xarici kreditlərindən 
asılı qalırlar. 
2008-ci  ilin  qlobal  maliyyə-iqtisadi  böhranı  kapitalist  münasibətlərinin 
inkişafının  müasir  mərhələsində  sosial-iqtisadi  fenomen  kimi  qloballaşmanın 
uğursuzluğunu  nümayiş  etdirdi.  Qlobal  maliyyə  iqtisadi  böhranının  əsas 
səbəblərindən  biri  kimi  törəmə  maliyyə  alətlərinin  idarə  olunmayacaq  qədər  yüksək 
miqdarda  istehsalı  durur,  hansıki  hal-hazırda  onun  səviyyəsi  dünya  ÜDM-indən  8 
dəfə  çox  hesab  olunur.  Baxmayaraq  böhran  ABŞ-ın  ipoteka  bazarından  başlamışdı 
onun  təməlində  qlobal  makroiqtisadi  səbəblər  dayanırdı.  Vacib  səbəblərdən  biri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə