Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

 
82
dövlət  və  özəl  sektorunun  gəlirlərindən  aşağı  düşməsi  ,  bunun  nəticəsində  olaraq 
sahibkarlığın  iqtisadi  fəaliyyətinin  ləngiməsi  və  maliyyə  bank  sektorunun 
dayanaqlılığının zəifləməsi olmuşdur. 
2014-cü  ildə  neftin  qiymətinin  aşağı  düşməsi  Azərbaycan  iqtisadiyyatına  ciddi 
təsir etdi.  Həmin  ilin  noyabrında bir barel “Azərilayt” neftinin qiyməti 81.79 dollara 
düşdü,  halbuki,  sentyabrda  97.88  dollara  satılırdı.  Bu  da  ölkənin  xarici  ticarət 
dövriyyəsinə,  həm  də  illik  daxilolmalarına  təsir  göstərdi.  Bunlardan  başqa 
Azərbaycanda ərzaq məhsullarının bahalaşması da baş verirdi.  
2014-cü ildə neftin ucuzlaşması ilə yaranan kəsri hökumət valyuta ehtiyatları ilə 
örtbasdır etməyə çalışdı. 2014-cü ildə ÜDM-in artımı sadəcə 2.8% oldu. Bu dünyada 
ən  pis  nəticə  olmasa  da,  təhlükəli  göstərici  idi. Xarici  ticarət  dövriyyəsi  də  ilk  dəfə 
2014-cü ildə mənfi oldu.  
Dünya  birjalarında  “Brent”  markalı  neftin  1  bareli  46.11  dollara  qədər,  “Layt” 
markalı  neftin  1  bareli  isə  41.32  dollara  qədər  enmişdi.[31]    2015-ci  ilin  dövlət 
büdcəsinin  isə  neftin  1  barelini  90  dollardan  müəyyənləşdirdiyini  nəzərə  alsaq 
yarıbayarı  ucuzlaşma  olması  demək  idi.  Regionun  demək  olar  ki,  bütün  ölkələrində 
milli valyutanın dollar qarşısında ucuzlaşması müşahidə olunurdu. 
 Ölkəmizdə  də  devalvasiya  artıq  qaçılmaz  idi.  Bu  haqda  artıq  müzakirələr 
başlanmışdı. 
Manatın devalvasiyasından əvvəl ekspertlər bu prosesin iqtisadiyyata müsbət və 
mənfi təsirini proqnozlaşdırırdılar. Müsbət nəticələr aşağıdakılar ola bilərdi: 
-  Ölkədə  daxili  istehsal  üçün  əla  imkanlar  yaranacaq.  Məsələn,  Əvvəllər  xarici 
malların  gətirilib  satılması  daha  sərfəli  idisə,  devalvasiya  nəticəsində  daxili  istehsal 
sektorları xüsusəndə kənd təsərrüfatı daha da inkişaf edə bilər. 
-  Ölkə  daxilində  xarici  malların  analoqları,  xüsusəndə  istehsalçılar  daha  da 
güclənəcək. Məsələn, qonşu Rusiyada ən güclü şirkətlər 1998-ci il devalvasiyasından 
sonra daha da gücləndi. 


 
83
-  Ölkədən  malların  ixracı  daha  da  qazanclı  olacaq.  Prosesə  ölkə  xaricindən 
baxsaq  digər  xarici  alıcılar  üçün  Azərbaycanın  istehsal  etdiyi  malları  almaq  daha 
sərfəli olacaq, çünki daha ucuz olacaq. 
-  Devalvasiya  həmçinin  ölkənin  makroiqtisadi  göstəricilərinə  də  müsbət  təsir 
edə bilər. Məsələn, ölkənin qızıl ehtiytları artar və.s. 
Gözlənilən mənfi nəticələrə gəldikdə onlar aşağıdakılar idi: 
-  Birinci  və  ən  təsirlisi,  devalvasiya  nəticəsində  əhalinin  ödəniş  qabiliyyətinin 
aşağı  düşməsi  baş  verə  bilər.  Nəzərə  alsaq  ki,  maaşlar  olduğu  kimi  qalır,  ölkəyə 
gətirilən  xarici  malların  qiymətləri  qalxır  və  nəticədə  eyni  pula  daha  az  fayda  əldə 
edilmiş olunur. 
-  Panikaya  düşən  əhali  banklardan  pullarını  çəkməyə  başlayır.  Bu  isə  milli 
valyutanın dəyərini daha da aşağı salır və devalvasiya prosesini dərinləşir. 
-  Xarici  malların  bahalanmasının  təsiri  nəticəsində  yerli  mallarında  qiymətləri 
qalxa bilər. Nəticədə isə pulun dəyəri ölməyə, infilyasiya faizi şişməyə başlayar. 
- Kiçik və orta bizneslərin vəziyyəti pisləşə bilər. Belə ki, əhali daha az məhsul 
istehlak etməyə başlayacaq və bu da kiçik və orta biznes sahiblərinin müflisləşməsinə 
gətirə bilər. 
- Ən ağır vəziyyət isə kredit sektorunu gözləyir. Belə ki, xarici valyuta ilə kredit 
götürənlərin  vəziyyəti  ağırlaşır.  Çünki  kredit  götürüldüyü  dövrdə  xarici  valyutanın 
dəyəri  daha  aşağı  idi,  amma  devalvasiyadan  sonra  onun  dəyəri  qalxır  və  geri 
qaytarılmalı olan borcun yükü artır. 
2015-ci  il  fevralın  16-sında  Mərkəzi  Bank  manatın  devalvasiyasını  həyata 
keçirdi  və  dollara  və  Avroya  nəzərən  dəyəri  aşağı  salındı.  Yuxarıda  verilən 
proqnozlar özünü doğrultdu. 
Neftin  qiymətinin  düşməsi  maliyyə  bazarında  vəziyyəti  ağırlaşdırıb.  Məlumdur 
ki,  Azərbaycan  iqtisadiyyatı  neftdən  aslıdır.  İxracının  təxminən  92-93%-i  neftin  və 
neft  məhsullarının  hesabına  baş  verir.  Daxili  məhsulun  40%-i  də  neft  məhsullarının 
payına düşür. Amma qeyri-neft sektorlarını araşdırsaq görərik ki, onlarda dolayı yolla 
neftlə  bağlı  sahələrdir.  Məsələn,  tikinti  sektoru.  Belə  vəziyyətdə  manata  təzyiq  çox 


 
84
düşür. Buna  görə də devalvasiya qaçılmaz idi. Bəzi ekspertlərin  fikrincə devalvasiya 
1 neçə il öncə qlobal maliyyə böhranı başlayan zaman eləmək lazım idi. Azərbaycan 
bəlkədə  yeganə  ölkə  idi  ki,  öz  valyutasını  ucuzlaşdırmamışdı  .  Mərkəzi  Bank  riskə 
gedib  valyutanı  ucuzlaşdırmamışdı.  Bu  risk  özünü  doğrultdu,  çünki  neftin  qiyməti 
sonradan - 2010-cu ildə bahalaşmışdı. 
Neftin bu cür enməsi dövlət büdcəsinin icrasına da təsir etmişdir. Belə ki, sosial 
layihələrin icrası ilə bağlı heç bir problem olmasa da, investisiya layihələrinin yerinə 
yetirilməsində müəyyən problemlər yaranmışdır. 
Bütün  bunlara  baxmayaraq  2015-ci  ilin  ilk  6  ayında  ölkə  iqtisadiyyyatının  nail 
olduğu  makroiqtisadi  göstəriciləri    uğurlu  hesab  etmək  olar.  2015-ci  ilin  fevralında 
manatın  xarici  valyutalar-  dollar  və  Avroya  nəzərən  ucuzlaşmasına  baxmayaaq 
ölkədə istehlak qiymətləri indeksi olduqca qənaətbəxş -3.5% olub. 
Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyevin  göstərişinə  uyğun  olaraq 
ölkə  iqtisadiyyatına  kənardan  mənfi  təsirin  minimuma  endirilməsi  istiqamətində 
atılmış  kəsərli  addımlar  nüfuzlu  beynəlxalq  maliyyə  iqtisadi  təşkilatlar  tərəfindən 
BVF, Dünya Bankı tərəfindən qiymətləndirilmiş və dəstəklənmişdir.  
Möhtərəm  prezidentin  xüsusi  diqqəti  sayəsində  ölkənin  müdafiə  qabiliyyətinin 
və  hərbi  potensialımızın  artırılması,  hərbi  qulluqçuların  sosial  müdafiəsinin 
gücləndirilməsi  dövlətimizin  ən  ümdə  vəzifələri  kimi  gündəmdə  qalmaqdadır.  2015-
ci  ilin  6  ayında  inistitutsional  xərcləri  3  mlrd.  102  mln  manat  təşkil  edib.  Həmin 
vəsaitin 1  mlrd. 656  mln.-nu elm, təhsil, səhiyyə,  mədəniyyət, idman  və digər sosal-
mədəni  və  o  cümlədən  Bakıda  Avropa  Oyunlarının  keçirilməsinə,  1  mlrd.  150  mln. 
manat  ölkənin  enerji  su  və  qaz  təhcizatı,  nəqliyyat,  kommunal,  meliorasiya 
infrastrukturlarının tikinti və yenidən qurulması üçün istifadə olunub. 
Qlobal iqtisadi böhranın ikinci dalğası bütün dünyada olduğu kimi ölkəmizdə də 
daşınmaz əmlak bazarına mənfi təsir etdi. 
İqtisadçı ekspertlərin fikrincə əmlak bazarına pul yönəldilməsi dünyanın heç bir 
ölkəsində bu gün rentabelli deyil. Neftin mövcud qiyməti buna imkan vermir. “Brent” 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə