Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 419,13 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix05.03.2018
ölçüsü419,13 Kb.
#29824
1   2   3   4   5   6   7   8   9   ...   15

 

18

Elektroliz  vannasından  alınan  ilkin  alüminiumun  tərkibində  müxtəlif 



qarışıqlar  olur  və  onu  təmizləmək  üçün  onun  maye  hissəsinə  750

0

S  və  15  dəqiqə 



müddətində xlor qazı üfürülür və alınan alüminium saflıq dərəcəsinə görə 3 qrupa 

bölünür: 

1.  xüsusi təmiz alüminium A-999, A-995; 

2.  yüksək təmiz alüminium A-99, A-97, A-95; 

3.  texniki təmiz alüminium A-85, A-8, A-7, A-6. 

Alüminiumun  ərintiləri  böyük  əhəmiyyət  kəsb  edir.  Onun  çox  əhəmiyyətli 

ərintisi  duralümindir.  Onun  sənayedə  aşağıdakı  markalarda  istehsal  olunur:  D1, 

D6,  D16  və  D18.  Ondan  müxtəlif  borular,  lenta  və  müxtəlif  cihazlar,  maşın 

hissələri  hazırlanır.  Tökmə  alüminium  ərintiləri  müxtəlif  formalı  məmulatlar 

hazırlamaq üçün istifadə olunur. Burada maye halda olan ərinti formalara tökülür. 

Bu  metodla  istənilən  məmulat  istehsal  olunur.  Bu  ərintiyə  Fe,  Ni,  Cr,  Mn,  Ti,  Be 

elementləri  əlavə  olunur  ki,  bu  da  ərintinin  möhkəmliyinə,  bərkliyinə  və  başqa 

xassələrinə müsbət təsir göstərir. 

Mis və onun ərintiləri. Mis açıq qırmızı rəngli metal olub, onun sıxlığı 8,96 

q/sm


3

,  ərimə  temperaturu  1083

0

S,  qaynama  temperaturu  2360



0

S,  möhkəmliyi  85-

115  HB,  nisbi  uzanması  40-50%  və  dartılmaya  görə  möhkəmlik  həddi  200-250 

Mpa. Elektrik  və  istilik keçirməyə  görə ancaq gümüşdən  geri  qalır. Onun elektrik 

keçirmə  qabiliyyəti  alüminiumdan  1,7  dəfə,  Pt  və  Fe-dən  6  dəfə,  volframdan  isə 

300 dəfə çoxdur. 

Misin  texnoloji  xassələri  onun  soyuq  halda  nazik  təbəqələr  və  lentlər 

şəklində  yayılmasına  imkan  verir,  asanlıqla  pardaqlanır,  yaxşı  lehimlənir  və 

qaynaq edilir. O, sərbəst halda elektrotexnikada  tətbiq  olunur. Onu  istehsal etmək 

üçün tərkibində 1-6% qədər olan filizlərdən və mis tullantılarından istifadə olunur. 

Mis filizləri 2 qrupa bölünür: 1. sulfidli filizlər; 2. oksidli filizlər. 

Sulfidli  birləşmələrə  xalkopirit  (CuFeS

2

),  xalkozin  (Cu



2

S),  kovalin  (CuS), 

oksidli birləşmələrdən kupurit (Cu

2

O), malaxit [(CuCO



Cu(OH)



2

)], tenorit (CuO) 

və  s.  Sulfidli  filizlər  dünya  mis  yataqlarının  80%-ni,  oksidli  filizlər  isə  təqribən 



 

19

15%-ni təşkil edir.  Tərkibində  3%-dən çox  misi olan  filizlər zəngin  hesab  olunur. 



Zəngin  filiz  yataqları  Uralda,  Qazaxıstanda,  Azərbaycanda  (Gədəbəy,  Filizçay) 

yerləşir. Mis istehsalı filizlərdən emalı 2 üsulla alınır: 

1.  pirometallurgiya üsulu – filizlərin bilavasitə əridilməsi; 

2.  hidrometallurgiya  üsulu.  Bu  üsulda  filiz  Cu  məhlula  keçirir  və  emal 

olunur. 

Sulfidli  filizləri  pirometallurgiya  üsulu  ilə  emal  etmək  üçün  onlar  birinci 

mərhələdə  oksidləşdirilir  və  oksid  halına  keçirilir.  Kükürd  isə  kükürd  qazına 

çevrilir.  Kükürd  qazının  xaric  olunması  nəticəsində  filizdəki  misin  faizlə  miqdarı 

təqribən  2  dəfə  artır.  Alınan  mis  oksidi  qüvvətli  reduksiyaedicilər  vasitəsilə  (C, 

CO, H


2

) reduksiya olunur və təmiz mis (98,5-99,5%) alınır. 

Daha  təmiz  mis  almaq  üçün  tutumu  250-400  ton  olan  peçlərdə  aparılır. 

Saflaşdırmanın  müddəti 16-26 saat,  maye  mis doldurulduqda  isə 10-14 saat çəkir. 

Misin  elektrlitik  üsulla  saflaşdırılmasında  məqsəd  daha  saf  mis  almaq  və  onun 

tərkibində olan qızıl və gümüşü çıxarmaqdır. 

Elektroliz  içərisi  qurğuşun  və  ya  viniplast  ilə  örtülmüş  vannalarda  aparılır. 

Anodları alovlu saflaşdırma ilə alınan misdən, katodları isə təmiz mis lövhəsindən 

hazırlanır. Elektrolit kimi mis-sulfatın (CuSO

4

) sulu məhlulundan və sulfat turşusu 



qarışığından  istifadə  olunur.  Vannaya  sabit  cərəyan  buraxdıqda  anod  həll  olaraq 

məhlula keçir, katodlarda isə mis ionlarının toplanması baş verir. 

Qatışıqlar  vannanın  dibinə  çökür  və  o,  şlak  adlanır.  O  xüsusi  deşiklərdən 

buraxıb,  emal  yolu  ilə  ondan  nəcib  metalları  ayırırlar.  Bir  ton  katod  misi  almaq 

üçün  250-350  kvt/saat  elektrik  cərəyanı  sərf  olunur.  Cərəyan  şiddəti  10000-

15000A,  gərginlik 0,3-0,35V  bərabər olur. Anodların  həll olması orta  hesabla 20-

30  gün  davam  edir.  Təmizlik  dərəcəsindən  asılı  olaraq  aşağıdakı  mis  markaları 

mövcuddur:  M00  (99,99%  Cu),  M0  (99,97%  Cu),  M1  (99,9%  Cu),  M2  (99,7% 

Cu), M3 (99,5% Cu). 

Nikel,  xrom,  qalay,  sink  və  başqa  əlvan  metallar.  Nikel  açıq-boz  rəngli 

metaldır.  Onun  ərimə  temperaturu  1453

0

S,  sıxlığı  8,9  q/sm



3

,  bərkliyi  (NB  70 




 

20

kqs/mm



2

).  Ondan  polad  istehsalında  leqirli  metal  kimi  və  həm  də  poladın  səthinə 

çəkilmək üçün istifadə olunur. 

Xrom  ağ  rəngli  metaldır,  ərimə  temperaturu  1910

0

S,  sıxlığı  6,92  q/sm



3

-dir, 


bərkliyi  isə  NB  220  kqs/mm

2

  bərabərdir.  O  da  bir  sıra  qiymətli  ərintilərin 



alınmasında, polada əlavə edilmədə, poladın üzərinə çəkilmədə istifadə olunur. 

Qalay  gümüşü-ağ  rənglidir,  ərimə  temperaturu  232

0

S-dir,  bərkliyi  NB  5 



kqs/mm

2

,  sıxlığı  isə  7,3  q/sm



3

-dir.  O  da  qalaylama  işlərində,  poladın  üzərinin 

örtülməsində istifadə olunur. 

Sink  mavi-ağ  rəngli  metaldır,  ərimə  temperaturu  419,5

0

S,  bərkliyi  NB  35 



kqs/mm

2

,  sıxlığı  7,14  q/sm



3

-dir.  O,  korroziyaya  davamlı  olduğu  üçün  poladın 

üzərinin örtülməsində istifadə olunur. 

Qurğuşun  açıq-boz  rəngli  metaldır.  Onun  sıxlığı  11,3  q/sm

3

,  bərkliyi  NB  4 



kqs/mm

2

.  O,  korroziyaya  davamlıdır,  ondan  bir  sıra  ərintilər  alınır  və  həm  də 



ondan maşın akkumulyatorlarının plastinkaları hazırlanır. 

Yüksək  dərəcədə  əriyən  metallar.  Bunlara  volfram,  molibden  və  titan 

daxildir.  Volfram  daha  yüksək  dərəcədə  əriyən  metaldır  (3400

0

S).  O, 


elektrolampalarda 

közərmə 


tellərinin, 

elektrodların, 

radiolampaların 

hazırlanmasında  istifadə  olunur.  Molibden  2635

0

S  əriyir.  O,  ən  çox  polada  əlavə 



olunur.  Titan  1680

0

S  əriyir,  bərkdir,  yüngüldür.  O,  bir  sıra  ərintilərdə  istifadə 



olunur. 

Qiymətli  metallar.  Bunlara  qızıd,  gümüş  və  platin  elementləri  daxildir. 

Onlar  korroziyaya  qarşı  davamlıdır  və  havada,  suda,  atmosferdə,  oksigendə  və 

qələvi  mühitdə  oksidləşmir.  Qızılın  ərimə  temperaturu  1063

0

S-dir,  sıxlığı  19,54 



q/sm

3

-dir,  bərkliyi  NB  25  kqs/mm



2

,  parlaq  sarı  rənglidir.  O,  yüksək  plastikliyə 

malikdir və ona görə onun 1 qramından təxminən 1 km uzunluqda tel çəkmək olar. 

Qızıl gümüş və mislə ərinti əmələ gətirir. O, mislə 553, 750 və daha yüksək problu 

ərinti  əmələ  gətirir  ki,  onlardan  bir  sıra  bəzək  əşyaları  hazırlanır  və  dişdüzəltmə 

işlərində istifadə olunur. 




Yüklə 419,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə