Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 419,13 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix05.03.2018
ölçüsü419,13 Kb.
#29824
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

 

27

Əsas ştamplama üsulları: çəkiclərdə ştamplama, çarxqollu qızğın ştamplama 



proseslərində ştamplama  və üfüqi döymə maşınlarında ştamplamadır. 

Soyuq  təbəqə  tşamplama  ilə  yastı  və  həcmli  kiçik  divarlı  məmulatlar 

hazırlanır.  Ilkin  material  (pəstah)  kimi  təbəqə,  zolaq  və  lent  şəkilli  metallar 

götürülür.  Soyuq  təbəqə  ştamplama  preslərdə,  soyuq  oturma  avtomatlarında 

aparılır. Bu üsul yüksək  məhsuldarlığı, yüksək keyfiyyəti,  metala qənaət edilməsi, 

az (kiçik) maya dəyəri və s. ilə xarakterizə olunur. 

Metalların kəsmə üsulu ilə emalı. Metalların kəsmə üsulu ilə emalı dedikdə 

metalın  səthinin  istənilən  formaya,  ölçüyə  salınması  nəzərdə  tutulur.  Bunun  üçün 

metalın səthi kəsici bıçaqlarla yonulur və hamarlanır. 

Kəsmə  metodu  ilə  emal  müxtəlif  metal  kəsmə  dəzgahlar  vasitəsilə  həyata 

keçirilir.  Onlara  frezer,  yonucu,  yivaçan  cihazlar  daxildir.  Bu  metodda  yaranan 

defektlər  aşağıdakılardır:  düzəldilən  detalın  forma  və  ölçüsünün  çertyoja  uyğun 

gəlməməsi,  səthinin  kələ-kötür  olması,  səthdə  əmələ  gələn  cızılma  və  həm  də  yiv 

açmada yivin ölçüyə uyğun gəlməməsidir. 

Metal  detallarının  (hissələrinin)  birləşməsi  metodu.  Metal  məmulatlarının 

hazırlanmasında 2 birləşmə növü mövcuddur: ayrılması mümkün olan və ayrılması 

mümkün olmayan. 

Ayrılması  mümkün  olan  detallar  vint,  qayka,  bolt  və  başqa  birləşdirici 

vasitələrlə  həyata  keçirilir.  Onlar  detalın  təmizlənməsini,  təmirini  və  həm  də  bəzi 

hissələrinin  dəyişdirilməsini  asanlaşdırır.  Ayrılması  mümkün  olmayanlara  isə 

qaynaq,  payka  (qalaylama),  zaklepka  (hissələri  bir-birinə  bərkidən  alüminium 

məftil hissəsi) daxildir. 

Qaynaq  prosesində  metal  hissələr  istər  elektrik  cərəyanının  vasitəsilə  və  ya 

asetilen  qaynağı  vasitəsilə  metal  hissələr  yüksək  temperatur  həddinə  qədər 

əridilərək  birləşdirilir.  Bu  metodda  da  bir  sıra  defektlərə  rast  gəlinir.  Bunlara 

detalların  hissələrinin  düzgün  yerləşdirilməməsi,  bərkidicinin  başlığının  çəp 

olması, hissələrin möhkəm bərkidilməməsi və s. nöqsanlar misal ola bilər. 



 

28

Qaynaq  zamanı  əmələ  gələn  defektlərə  məmulatın  tərpənməsi,  detalların 



ölçülərinin  dəyişməsi  və  bir-birinə  uyğun  gəlməməsi,  tam  qaynaq  olunmaması, 

detalın  səthində  metal  damcısının  əmələ  gəlməsi  və  s.  Bütün  bunlar  metalın 

keyfiyyətinə və istehlak xassələrinə mənfi təsir göstərir. 

Metalın  səthinə  örtüklərin  çəkilməsi.  Məmulatlardan  asılı  olaraq  metal 

səthlərin örtülməsi 2 qrupa bölünür: metalla örtülmə və qeyri-metalla örtülmə. 

Metalla örtülmənin özü də 3 növdür: 

1.  qalvanik; 

2.  çökdürmə; 

3.  həll olma. 

Qalvanik  metodda  məmulat  xüsusi  vannalarda  yerləşdirilir.  Vannada  səthə 

çəkiləcək  metalın  məhlulu  olur.  Vannaya  elektrik  cərəyanı  buraxılır.  Anod 

vəzifəsini  örtəcək  metal,  katod  isə  məmulat  olur.  Prosesə  elektrik  cərəyanı 

buraxıldıqda metal ionları katoda tərəf hərəkət edəcək (məmulata) və onun üzərinə 

çökəcək örtük əmələ gətirəcəkdir. 

Xalq istehlakı malları üçün çox zaman nikel, xrom, qalay, sink, qızıl, gümüş 

örtüklərdən istifadə olunur. 

Çökdürmə metodunda təmizlənmiş məmulat ərimiş sinkin içərisinə batırılır. 

Soyuma  zamanı  məmulatın  səthinə  sink  çökür  və  onu  korroziyadan  qoruyur.  Bu 

metod  ən  çox  məişət  əşyalarında  istifadə  olunur.  Bunlara  məişət  vannaları, 

vedrələr, ləyənlər və s. üçün tətbiq olunur. 

Həll  olma  metodu  (qaynar  metod)  əsasən  iki  və  daha  çox  metalların  isti 

halda  bir-birində  həll  olmasıdır.  Onlar  soyuduqda  isə  möhkəm  birləşmə  əmələ 

gətirirlər.  Bu  metodda  örtük  kimi  asan  əriyən  metallar  götürülür.  Bunlara  sink, 

qalay, qurğuşun misal ola bilər. 

Qeyri-metal örtüklərə lak boyalar, silikat, emal örtükləri misal ola bilər. 

Silikat emal örtük üçün xammala qum, soda, potaş, qurğuşun oksidi, torpaq 

daxildir.  Bu  qarışıq  xüsusi  peçlərdə  700-1300

0

S  yandırılır.  Sonra  qarışıq  soyuq 



suya  tökülür.  Alınan  kütlə  üyüdülür  və  torpaqla  qarışdırılır  və  məmulatın  səthinə 


 

29

çəkilir.  Götürülən  məmulatın  təyinatından  asılı  olaraq  emalın  tərkibi  də  müxtəlif 



olur. 

Emala  göndərilən  məmulat əvvəlcə  yaxşı təmizlənir, emala salınır  və sonra 

xüsusi  peçlərdə  yandırılır.  Axırıncı  mərhələdə  qrunt  emalın  səthinə  örtücü  emal 

çəkilir. Örtücü emal müxtəlif rəngdə ola bilər. 

Emal  əsasən  çuqun  qablara,  kostullara,  çayniklərə,  müxtəlif  cihazların 

səthinə çəkilir. Bütün bunlar metalı korroziyadan qoruyur. 

Bu proseslərdə bir sıra defektlər ola bilər. Bunlara aşağıdakılar daxildir. 

Metalın səthində metal örtüyünün eyni qalınlıqda örtülməməsi, bəzi yerlərdə 

örtüyün olmaması, səthin tutqun olması, qara nöqtələrin olması, cızılma və s. 

Emal  örtüyün  defekti  qat  əmələ  gəlmə,  çatlama,  emalın  tərkibinin  düzgün 

olmaması, nazik çatlar və başqaları daxildir. 

Metalın  səthinə  qiymətli  metalların  çəkilməsi.  Metalın  səthinə  qızıl  örtük 

qalvanik  metodla  çəkilir.  Bəzən  metal  məmulatlarının  səthinə  başqa  qiymətli 

metallarla  ikiqat  çəkilir.  Bu  metodla  yuvilir  məmulatları,  saatlar,  bədii  tərtibatlı 

məmulatlar, müxtəlif qab-qacaqların səthinə çəkilir. 

Qalvanik  metodla  metal  məmulatların  səthinə  gümüş  örtük  də  çəkilir.  Belə 

məmulatlar da qızıl kimi bəzək işlərində, müxtəlif qab-qacaqlara tətbiq olunur. 

Bu  proseslərdə  də  defekt  müşahidə  olunur.  Bunlara  məmulatın  səthinin 

örtülməyə  yaxşı  hazırlanmaması,  prosesin  düzgün  aparılmaması  və  s.  misal  ola 

bilər. 


 

 



Yüklə 419,13 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə