Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 419,13 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix05.03.2018
ölçüsü419,13 Kb.
#29824
1   2   3   4   5   6   7   8   9   10   ...   15

 

21

Gümüş ağ rəngli metaldır, 961



0

S əriyir, sıxlığı 10,53 q/sm

3

-dir, bərkliyi NB 



25  kqs/mm

22

  bərabərdir.  Elektriki  ən  yaxşı  keçirən  metaldır.  Korroziyaya  qarşı 



davamlıdır. Gümüş həm təmiz halında və həm də ərinti halında sənayenin müxtəlif 

sahələrində  geniş  istifadə  olunur.  Ondan  yuvilir  əşyaları,  yeməkxana  dəstləri, 

kofeyniki və başqa məmulatlar hazırlanır. 

Platin  açıq-boz  rəngli  metaldır,  1773

0

S  əriyir,  sıxlığı  21,45  q/sm



3

-dir, 


bərkliyi NB 25 kqs/mm

2

-dir. Korroziyaya qarşı davamlıdır. Ondan elektrodlar,, bir 



sıra cihaz detalları, yuvilir məmulatları hazırlanır. 

Metal  məmulatlarının  hazırlanmasında  aşağıdakı  texnoloji  proseslər 

daxildir:  məmulatın  tədarükü,  onların  mexaniki,  termiki  emalı,  korroziyadan 

qorunmaq  üçün  onların  səthinə  qoruyucu  və  ya  qoruyucu  dekorativ  örtüklərin 

çəkilməsi və məmulatın yığılması. 

Metalların tökmə üsulu ilə emalı. Bu metod çox geniş yayılmışdır. Çünki bu 

metod  başqa  metodlara  nisbətən  ucuz  başa  gəlir.  Tökmə  metodu  əsasən  təzyiq 

altında emal etmək metodu mümkün olmayan hallarda istifadə olunur. Bu metodla 

çuqun,  polad  məmulatlarının  istehsalında  və  həm  də  bu  metodla  alüminium,  mis, 

maqnezium,  nikel,  sink  və  onların  ərintiləri  üçün  tətbiq  olunur.  Bunun  üçün 

əvvəlcə istənilən məmulatın forması hazırlanır və ərimiş məmulat formaya tökülür. 

Bu  metodun  üstün  cəhəti  ondan  ibarətdir  ki,  metalın  xərci  azalır,  detalın  qiyməti 

aşağı düşür və işin həcmi aşağı düşür. 

Tökmə  üsulunda  formalar qum  və  gil qarışığından,  metal  formadan  istifadə 

olunur.Torpaq  forması  ilə  çayniklər,  kostrul  və  başqa  məmulatlar  alınır.  Bu 

metodla  əsasən  çuqun  və  alüminium  ərintilərdən  istifadə  olunur  və  əsasən  bu 

metodla  maşın  detalları,  müxtəlif  cihazlar,  ət  maşınının  tutacağı  və  korpusu 

tökülür. Tökmə üsulunda metal forma götürüldükdə bu üsul kokil metodu adlanır. 

Metodun  xüsusiyyəti  ondan  ibarətdir  ki,  metal  forma  əvvəlcə  qızdırılır  və  sonra 

ərimiş  məmulat  tökülür.  Bu  metodla  çuqun,  əlvan  metallar  və  onların  ərintiləri, 

alüminium,  onun  ərintilərindən  istifadə  olunur.  Bu  metodla  müxtəlif  qab-qacaq, 

elektrik  mühərriklərinin  korpusu,  bəzi  detalları,  daxili  yanacaq  mühərriklərinin 




 

22

detallarını  və  bir  sıra  mexanizmləri  hazırlayırlar.  Onun  mənfi  cəhəti  ondan 



ibarətdir  ki,  mürəkkəb  formaları  hazırlamaq  çətindir  və  eləcə  də  metal  forma 

istiliyi yaxşı keçirdiyinə görə ərimiş çuqun kövrək struktur quruluşa malik olur ki, 

bu da onun keyfiyyətinə mənfi təsir göstərir. Tökmə üsulu ilə emal prosesində bir 

sıra defektlər əmələ gəlir. Bunlar aşağıdakılardır: metal daxili və xarici qabarcıqlar, 

çatlar,  məmulatın  formadan  kənara  çıxması,  metalın  formanı  tam  doldurmaması, 

formanın çertyoja uyğun gəlməməsi və s. misal ola bilər. Bu defektlər metalın tam 

qaynar  olmamasından,  formaya  metalın  tökülmə  prosesində  və  qəliblərə  tökmə 

vaxtı  fasilələrin  əmələ  gəlməsindən  əmələ  gəlir.  Bütün  bunlar  metalın  xassələrinə 

və həm də onların istehlak xassələrinə mənfi təsir göstərir. 

Metalın  təzyiqlə  emalı.  Metalların  təzyiqlə  emalı  onların  xarici  qüvvənin 

təsiri  altında  əksinə  qayıtmamaq  və  dağılmamaq  şərtilə  öz  formasını  dəyişməsi 

xassəsinə  əsaslanır.  Başqa  sözlə  desək  onların  təzyiqlə  emalı  onların  plastiklik 

xassəsinə  əsaslanır.  Saf  metalların  plastikliyi  çox,  ərintilərinin  plastikliyi  isə  az 

olur. Qeyd etmək lazımdır ki, ərintilərin tərkibində qarışıqlar çox olduqca, onların 

plastikliyi  azalır.  Məsələn,  dəmir-polad-çuqun.  Dəmir  olduqca  plastikdir,  polad 

dəmirə  nisbətən  az  plastikdir.  Çuqun  isə  plastik  deyildir.  Ona  görə  də  çuqunu 

ştamplamaq  olmaz,  dağılır.  Metalın  temperaturu  artdıqca,  onun  plastikliyi  artır. 

Deformasiyaya  qarşı  müqafiməti  azalır.  Ona  görə  də  təzyiqlə  emaldan  əvvəl 

metalları qızdırırlar. Qızdırılma müxtəlif sobalarda aparılır. 

Təzyiqlə  emalın  başlanması  və  qurtarması  temperatur  həddinə  təzyiqlə 

emalın  temparatur  intervalı  deyilir.  Bu  hədd  intervalı  ərintilərin  hal  diaqramından 

tapılır.  Məsələn,  tərkibində  0,8%-ə  qədər  karbon  olan  poladlar  üçün  temperatur 

intervalı 750

0

S-dən yüksək olmamalıdır. Poladlar üçün temperatur intervalı dəmir-



sementit hal diaqramından tapılır. 

Ərintilərin temperatur intervalı onların kimyəvi tərkibindən asılıdır. 

Metalların  təzyiqlə  emalı  aşağıdakı  metodlara  bölünür:  1.  müvəqqəti;  2. 

qənaətli;  3.  səmərəli;  4.  yüksək  məhsuldar  metal  emalı.  Bu  üsulun  inkişafı  və 




 

23

təkmilləşməsi  nəticəsində  pəstahların  ölçüləri  hazır  hissələrin  ölçülərinə  daha  da 



yaxınlaşır və bəzən hazır hissələr də alınır (məsələn, dəqiq ştamplama). 

Bütün  bunlar  metaldan  qənaətlə  istifadə  edilməsini  təmin  edir,  sonrakı 

kəsmə ilə emalda əmək tutumunu azaldır, məhsulun maya dəyərini aşağı salır. 

Təzyiqlə emalın əsas üsulları aşağıdakılardır: yayma, məftil çəkmə, döymə-

presləmə,  qızğın  həcmi  və  soyuq  təbəqə  ştamplamadır.  Qeyd  etmək  lazımdır  ki, 

yayma,  məftil  çəkmə  və  presləmə  metallurgiya  zavodlarında,  ancaq  döymə  və 

ştamplama isə maşınqayırma zavodlarında aparılır. 

Hazırda  istehsal  olunan  poladın  90%-i  əlvan  metalların,  55%-i  (Pb-dan 

başqa) təzyiqlə emal olunur. Poladın qalan 10%-dən və 45%-dən əlvan metallardan 

metal tökmədə istifadə olunur. 

Yayma prosesi. Yayma prosesi metallurgiya zavodlarında aparılır. Məsələn, 

Sumqayıt Boru Yayma Zavodu metallurgiya zavodudur. 

Polad,  mis  və  alüminium  istehsalında  alınan  maye  sobalardan  çalovlara 

tökülür  və  oradan  isə  külçələr  almaq  üçün  metal  qəliblərə  tökülür.  Külçələr 

qəliblərdən çıxarıldıqdan sonra qızğın halda metallurgiya zavodunun yayma sexinə 

göndərilir və orada yayma prosesinə uğrayır. 

Metal pəstahın müxtəlif tərəflərə fırlanan valların sürtünmə qüvvəsinin təsiri 

ilə dartılıb sıxılmaqla forma və ölçülər alınmasına yayma prosesi deyilir. 

Yayma üç üsulla, yəni uzununa, eninə və çəp yayma üsullarına ayrılır. 

Uzununa yayma üsulunda vallar bir-birinə görə əks istiqamətdə fırlanır. 

Eninə yaymada paralel oxlu vallar eyni istiqamətdə fırlanır. 

Çəp yayma üsulu isə boruların yayılması prosesində tətbiq olunur. 

Yayma  prosesi  yayma  dəzgahlarında  aparılır.  Bu  proses  aşağıdakı  3 

əlamətlərinə görə təsnif olunurlar: 

1.  Valların  sayına  və  yerləşməsinə  görə  yayma  dəzgahları  iki  vallı,  üç  vallı, 

dörd vallı və çox vallı dəzgahlara ayrılır; 

2.  Işçi qəfəslərinin sayına görə: bir qəfəsli, çox qəfəsli, fasiləsiz dəzgahlar; 



Yüklə 419,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə