Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»


 METAL MƏMULATLARININ ÇEŞID XARAKTERISTIKASI



Yüklə 419,13 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix05.03.2018
ölçüsü419,13 Kb.
#29824
1   ...   7   8   9   10   11   12   13   14   15

 

42

2.3. METAL MƏMULATLARININ ÇEŞID XARAKTERISTIKASI  



VƏ KEYFIYYƏT EKSPERTIZASI 

 

Metal  malları  öyrənərkən  əsasən  məmulatın  çeşidinə,  onların  təsnifatına, 



müxtəlif  məmulatların  müəyyən  olunmasına,  sortlaşmanın  xarakterik  qəbulu  ilə 

tanışlığa  və  məmulatın  keyfiyyətinin  təyini  əsas  göstərilir.  Çeşid  qrupunu 

öyrənərkən  məmulatları  və  eksponatları  ətraflı  nəzərdən  keçirirlər,  kataloqlarda 

DÜIST-lərlə,  plakatlarla  və  preyskurantlarla  tanış  olurlar.  Məmulatın  hər  çeşid 

qurupu  üçün  bu  qrupa  hanmı  məmulatlar  daxil  olduğunu,  onların  müxtəlif 

əlamətlərə  görə  təsnifləşməsini,  eyni  təyinatlı  məmulatların  ayrı-ayrı  tərzinin 

fərqləndirici əlamətlərini, onların tətbiqi xüsusiyyətləri aydınlaşdırılır. 

Məmulatlar  və  texniki  şərtlərlə  işləyərkən,  ayrı-ayrı  hissələrin  hansı 

materialdan hazırlandığını, hansı halda onların emala məruz qalmasını, nöqsanların 

aşkar  edilməsini,  keyfiyyətə  verilən  tələbatları  təyin  edirlər  və  tədqiqat  üsullarını 

müəyyənləşdirirlər. 

Növünü təyin etmək üçün məmulat diqqətlə nəzərdən keçirilir, onlarda olan 

nöqsanlar  aşkar  olunur,  hər  nöqsanın  yerini  və  onun  ölçülərini  və  həm  də 

nöqsanların  miqdarı  göstərilir.  Daha  sonra  isə  uyğun  gələn  TŞ-dən  istifadə 

olunaraq məmulatın növü müəyyən olunur. 

Preyskurantla  işləyərkən,  məmulatların  adlarına  görə  onun  quruluşu 

öyrənilir.  Preyskurantların  quruluşunda  olan  fərqə  fikir  verilir.  Eyni  məmulatın 

bəzəyinin  halından,  materialından,  formasından,  ölçüsündən  və  növündən  asılı 

olaraq  qiymətinin  dəyişməsini  təhlil  edirlər,  ticarət  güzəştləri  və  şərtləri  ilə  tanış 

olurlar. 

Məmulatlara xarakteristika: məmulatın adı, istehsal üsulu, materialı, bəzəyi, 

əsas  ölçüləri,  preyskurant  üzrə  artikulu,  nöqsanların  növü  haqqında  nəticə  (TŞ-ə 

əsasən)  kimi  sxem  üzrə  verilir.  Metal  qablar  öyrənilərkən  bu  qabların  hər 

yarımqrupunun,  həm  də  örtüyünün  hansı  tərkibdə  və  markada  metaldan  və 

ərintilərdən  hazırlanmasına  fikir  verilir.  Onların  fərqləndirici  əlamətlərinə  görə 



 

43

qabların  hazırlanma  üsulunun,  onun  səthinin  emalı  və  örtüyünün  çəkilməsini 



müəyyən edirlər. 

Hər  yarımqrup qabların ərzaq  məhsullarının  kimyəvi təsirinə, suya,  yuyucu 

məhlullara,  yanacağa  qarşı  davamlılığı  aydınlaşdırılır.  Qabların  gigiyenik 

xassələrinin  nə cür olduğunu –  metalın  gövdəsi  və örtüyü, zəhərli  olub-olmaması, 

ərzağı  boyayıb-boyamaması,  qabın  çirkdən  asanlıqla  təmizlənib-təmizlənməməsi 

qeyd  edilir.  Bütün  bundan  sonra  müxtəlif  tərzdə  qabların  çatışmayan  və  üstün 

cəhətləri müəyyən olunur. 

Metal  qabların  çeşidini  aşağıdakı  yarımqruplara  bölmək  olar:  çuqun  qablar 

(qara  və  minalı),  polad  qablar  (minalanmış,  sinklənmiş,  qalaylanmış,  qara  və 

boyalı),  paslanmayan  polad  qablar,  alüminium,  bürünc  qablar  və  mis-nikelin 

ərintisindən olan qablara (melxior və neyzilber). 

Metal  məmulatların  çeşidinin  öyrənilməsi  onların  xarici  görünüşünü 

nəzərdən  keçirməklə  başlanır.  Düzgün  DÜIST-lərdən  və  kataloqlardan  istifadə 

edərək,  mövcud  tərzdə  qabların  təyinatını  və  düzgün  göstəricilərini,  adlarını 

müəyyən  edirlər.  Bu  zaman  onların  şərti  işarələrinə  fikir  verilir.  Sonra 

nümunələrdə  rənginə,  çalarlığına,  xüsusi  çəkisinə  görə  gövdəsinin  və  örtüyünün 

hansı metaldan hazırlandığını təyin edirlər. 

Istehsal üsuluna görə qabları müəyyən etmək üçün bu və ya başqa texnoloji 

əməliyyatların  xüsusiyyətləri  ilə  bağlı  olan  fərqləndirici  cəhətləri  (əlamətləri) 

bilmək  lazımdır.  Məsələn,  tökmə  qabların  divarları  daha  qalın  olur,  nəinki  təzyiq 

üsulları  (ştamplama,  uzatma,  basma)  ilə  hazırlanan  qablara.  Tökmə  qablarda 

novların təmizlənmiş izləri, dəliklər və tökmələr olur. 

Tökmə qabların çeşidi təzyiq üsulu ilə hazırlanan qablar yalnız çuqundan və 

təkrar tökmə alüminium  ərintilərindən qablar  istehsal olunur. Tikişli qablar təzyiq 

üsulu  ilə  hazırlanan  qablardan  məmulatın  gövdəsinin  ayrı-ayrı  hissələrinin 

birləşdiyi  yerlərdə  tikişlərin  olması  ilə  fərqlənir.  Səthi  pardaxlanmış  qablar, 

qoruyucu-dekorativ  örtüklü  gövdəli  metal  görünüşlü  qablardan  həm  də  səthinin 

bəzəyi üsulu ilə fərqlənirlər. Məsələn, paslanmayan poladdan, ya da alüminium və 




 

44

onun  ərintilərindən  istehsal  olunan  qablar,  nisbətən  çox  vaxt  səthi  pardaxlanmış 



olur.  Paslanmayan  poladdan  olan  qablar  xromlanmış  və  nikellənmiş  buraxılmır. 

Poladdan  olan  qablar  adətən  qoruyucu-dekorativ  örtüyə  malik  olur.  Metal 

məmulatları təyinatına görə çeşidlənirlər. Bu əlamətlərinə görə onlar aşağıdakılara 

bölünürlər: 

1.  metal qablar; 

2.  bıçaq növləri və yeməkxana cihazları; 

3.  mətbəx-təsərrüfat əşyaları; 

4.  metal alətlər; 

5.  qızdırıcı cihazlar; 

6.  qapı və pəncərə alətləri. 

Metal  məmulatlarını  həm  də  istifadə  təyinatına,  düzəldilmə  metoduna  görə 

də  çeşidləşdirirlər.  Qeyd  etmək  lazımdır  ki,  metal  məmulatlarının  çeşidi  son 

vaxtlar  çox  genişlənmişdir.  Bəzi  məmulatların  istifadə  xassələri  artmışdır.  Başqa 

bir  növləri  isə  konstruksiyasının  əlverişliliyinə  görə  saxlanmaq  və  daşınmaq  üçün 

əlverişlidir. 

Metal qablar təyinatına əsasən aşağıdakı növlərə bölünürlər: 

1.  yeyinti məhsulları üçün; 

2.  sanitar-gigiyenik; 

3.  müxtəlif təyinatlı qablar. 

Yeyinti  məhsulları  üçün  istifadə  olunan  qablar  da  öz  növbəsində 

aşağıdakılara  bölünür:  tazlar,  çörək  və  şirniyyat  hazırlamaq  üçün  peçlər  (sobalar) 

və  s.  Yeməkxanalarda  istifadə  olunanlara  aşağıdakılar  aiddir:  müxtəlif  ölçülərdə 

boşqablar,  podnoslar,  qənd  qabı,  çörək  qabı,  konfet  qabı,  vazalar,  bakallar, 

çayniklər, samovarlar və s. 

Sanitar-gigiyenik  qablara  isə  su  üçün  baklar,  vedrə,  tazlar,  vannalar,  əl-üz 

yuyanlar  daxildir.  Müxtəlif  təyinatlı  qablara  isə  bidonlar,  müxtəlif  qıflar,  bağ  və 

bostanda istifadə olunan su çiləyicilər daxildir. 



Yüklə 419,13 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə