Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 419,13 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix05.03.2018
ölçüsü419,13 Kb.
#29824
1   2   3   4   5   6   7   8   9   ...   15

 

15

Yüksək  təzyiq,  havasız  mühitdə  və  daha  xüsusi  şəraitdə  istifadə  olunur. 



Ondan  paslanmayan  polad  alınır  (12%  Cr).  Bu  metodun  mənfi  cəhəti  ərimə 

prosesinin uzun müddət davam etməsi, yüksək yanacaq sərf olunması, quruluşunun 

mürəkkəb olmasıdır. Müsbət cəhəti odur ki, yüksək keyfiyyətli ligirlənmiş poladın 

alınması, sobada həm qaz və həm də mazutdan istifadə olunmasıdır ki, onların hər 

ikisi müasir kimyanın əsas xammalıdır. 

Elektrik  sobalarında  poladın  alınması.  Polad  əritmək  üçün  2  növ 

sobalardan istifadə olunur: 1. elektrik qövs sobası; 2. induksiya sobası. 

Elektrik sobalarında polad əritmənin bir sıra üstünlükləri vardır: 

1.  yüksək  temperaturun  alınması  nəticəsində  çətin  əriyən  metalların  mümkün 

olması; 

2.  sobanın daxilində reduksiyalayıcı və neytral mühitin yayılması; 

3.  metalın itkisinin az olması; 

4.  sobanın quruluşunun sadə olması; 

5.  müxtəlif tərkibli və hallı (bərk, maye) şixtədən istifadə olunması. 

Bütün bunlara  görə elektrik sobası  yüksək keyfiyyətli polad əritmədə  geniş 

tətbiq olunur. 

Elektrik-qövs  sobaları  3  fazlı  cərəyanla  işləyir.  Onların  həcmi  50-400  ton 

olur. Elektrik qövsü metal ilə sobaya salınmış 3 ədəd elektrod arasında yaranır. 

Irihəcmli  sobanın  üst  hissəsi  ayrılıqda  hazırlanır.  Yəni  sobaya  şixta 

yüklənən  zaman  o,  kənara  çəkilir,  qurtardıqdan  sonra  isə  yenidən  əvvəlki  yerinə 

gətirilir. 

Elektrik  sobalarında  şixta  materialı  kimi  polad  qırıntıları,  təkrar  emal 

çuqunu  təşkil  edir.  Bu  üsulun  mənfi  cəhəti  ondan  ibarətdir  ki,  yüksək  elektrik 

enerjisi, yəni 1 ton polad almaq üçün 500-950 kvt/saat enerji tələb etməsi və əritmə 

prosesinin uzunmüddətli – 4,5-6 saat davam etməsidir. 

1990-cı  illərə  qədər  Azərbaycanda  bir  neçə  poladəritmə  zavodu  vardı. 

Bunlardan  Sumqayıt  Boru-Prokat  (yayma),  Səttarxan  adına,  Keşlə  Maşınqayırma, 




 

16

Əmircandakı «Əriyən modellər üzrə dəqiq tökmə» zavodlarında polad əridilirdi və 



bu zavodlarda 900 min tona yaxın polad istehsal olunurdu. 

1990-cı ildən sonra bu zavodların istehsalı azaldı və hətta bəziləri dayandı. 

24 iyun 2001-ci ildə Bakı Poladəritmə Zavodu açıldı. Bu zavod ildə 350 min 

ton polad əridərək və 250 min ton müxtəlif inşaat armaturu istehsal edir. 

Zavod  ABŞ,  Almaniya,  Rusiya,  Hindistan,  Moldovadan  gətirilmiş  müasir 

avadanlıqla  quraşdırılmışdır  və  məhsuldarlığı  60  ton  olan  bir  ədəd  elektrik-qövs 

sobası  işləyir.  Əlvan  metallar  içərisində  alüminium  və  onun  ərintiləri  xüsusi  yer 

tutur. 


Alüminium.  Müasir  texnikada  istifadə  olunmasına  görə  alüminium 

dəmirdən sonra ikinci yeri tutur. Onun sıxlığı 2,7 q/sm

3

, ərimə temperaturu 660



0

S, 


qaynama temperaturu 2500

0

S-dir. O. Yer qabığının 8,8%-ə qədərini təşkil edir. O, 



yaxşı  plastik,  korroziyaya  davamlı,  elektriki  və  istiliyi  yaxşı  keçirir.  Kimyəvi 

cəhətdən aktiv olduğundan saf  halda tapılmır.  Ancaq  müxtəlif birləşmələr  halında 

olur (34-40). Alüminium almaq üçün xammal kimi boksidlərdən istifadə olunur. 

Boksidlər  48-60%  Al

2

O

3



,  10-30%  Al  (OH)

3

,  1,7%  SiO



2

  və  az  miqdarda 

dəmir  birləşməsindən  ibarətdir.  Son  zamanlar  alüminium  almaq  üçün  kaolindən, 

nefelindən və alunitdən istifadə olunur. 

Kaolinin  tərkibində  (Al

2

O



2SiO



2H



2

O)  alüminium  oksidin  miqdarı  20-

40% arasında dəyişir. 

Nefelinin  tərkibində  (Na

2



.



  K

2



.

  Al


2

O

3



  . 

2SiO


2

)  Al


2

O

3



  miqdarı  24-34% 

təşkil edir. 

Alünitin  tərkibində  (Na

2

SO



K



2

SO

4



  . 

Al

2



(SO

4

)



3

 



2Al

2

O



3

  . 


6H

2

O)  Al



2

O

3



 

miqdarı 22-23%-ə bərabərdir. 

Dünyada  ən  böyük  alunit  yataqları  Çində  və  respublikamızda  Daşkəsən 

şəhəri yaxınlığındakı Zəylik yatağıdır. 

Alüminium 3 mərhələdə alınır: 

1.  alüminium filizindən Al

2

O

3



 alınması; 

2.  Al


2

O

3



-dən elektroliz metodu ilə ilkin alüminiumun alınması; 


 

17

3.  saflaşdırma  metodu  ilə  alüminiumun  bir  sıra  zərərli  qarışıqlardan 



təmizlənməsi. 

Al

2



O

3

 qələvi metodu ilə alınması aşağıdakı reaksiyalara əsaslanır: 



Al

2

O



3

 . 


4H

2

O + 2NaOH = 2NaAlO



2

 + 5H


2

Natrium alminat hidroliz olunur: 



NaAlO

2

 + 2H



2

O = NaOH + Al(OH)

3

 

Alınan  Al(OH)



3

  1150-1200

0

S-də  fırlanan  sobalarda  közərdilir  və 



susuzlaşdırılır. 

2Al(OH)


3

  Al


2

O

3



 + 3H

2



Alunitdən «qaynar qat» üsulu ilə Al

2

O



3

 alınma texnologiyası Azərbaycan və 

Sankt-Peterburq  alimləri  tərəfindən  hazırlanmışdır.  Dünyada  «qaynar  qat» 

texnologiyası ilə işləyən, ilk və yeganə alüminium zavodu Gəncədə tikilmişdir. 

Elektroliz metodu ilə alüminium 1886-cı ildə ABŞ-da Xoll və Fransada Eru 

tərəfindən  təklif  olunmuşdur.  Elektroliz  prosesi  elektrolizer  adlanan  xüsusi 

vannalarda  aparılır.  Konstruktiv  quruluşca  elektrolizer  xaricdən  metal  təbəqə  ilə 

örtülür,  daxildən  isə  karbonlu  materiallardan  preslənmiş  bloklardan  hörülür. 

Vannanın  daxilində  katod  vəzifəsini  görən  kömür  örtük  və  kömür  anodlar 

yerləşdirilir.  Al

2

O

3



  əridilmiş  kriolit  (Na

3

AlF



6

)  içərisində  parçalanır.  Proses  950-

1000

0

S gedir. Al



2

O

3



 əvvəlcə kriolitdə həll olur, sonra isə elektrik cərəyanının təsiri 

altında ionlara parçalanır. 

Al

2

O



3

 

⇄ Al



+3

 + AlO


3

-3

 



Al

+3

 3 elektron qəbul edərək sərbəst Al çevrilir. 



Al

+3

 + 3e = Al



0

 

AlO



3

-3

  isə  12e  verərək  Al



2

O

3



  çevrilir  və  O

2

  ayrılır.  Alınan  Al



2

O

3



  təkrar 

prosesdə istifadə olunur. 

4 AlO

3

-3



 – 12e = 2 Al

2

O



3

 + 3O


2

 

Elektrolizin sutkalıq məhsuldarlığı orta hesabla 350 kq yaxın olur. Beləliklə 



1 ton alüminium almaq  üçün 1,98 ton  Al

2

O



3

, 0,1 ton kriolit və 0,6 ton preslənmiş 

kömür anod tələb olunur. 



Yüklə 419,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə