Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 419,13 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix05.03.2018
ölçüsü419,13 Kb.
#29824
1   2   3   4   5   6   7   8   9   ...   15

 

5

BIRINCI FƏSIL. NƏZƏRI ICMAL 



1.1. METAL MƏMULATLARI ISTEHSALININ  

INKIŞAF MƏRHƏLƏLƏRI

 

 



Metallar  həm  istehsal  prosesləri  və  həm  də  müxtəlif  istehlak  üçün  əsas 

materiallar hesab olunur. Onlar xalq təsərrüfatı, kənd təsərrüfatı, məişət, kosmos və 

başqa sahələrdə  geniş  istifadə olunurlar.  Hər  hansı bir ölkənin  iqtisadi  inkişafında 

metallar əvəzolunmazdır. 

Inqilaba  qədər  Rusiyada  metal  istehsalı  çox  aşağı  vəziyyətdə  idi.  Belə  ki, 

Rusiya  metal  məmulatlarının  istehsalına  görə  Amerika,  Ingiltərə,  Almaniya  və 

fransadan  sonra  5-ci  yeri  tuturdu.  Əlvan  metallar  sahəsində  Rusiyanın  vəziyyəti 

daha da ağır idi. Bunun dünya üzrə istehsal olunan 1  mln ton əlvan metalın ancaq 

33 min tonunu Rusiya istehsal edirdi. 

M.V.Lomonosov XVIII əsrdə metallara aid birinci dərs vəsaiti tərtib etdi ki, 

onun  əsasında  bir  neçə  nəsil  rus  mühəndisləri  bu  vəsaitdən  bəhrələndilər.  1831-ci 

ildə N.N.Anosov birinci dəfə metalların mikroskopla daxili quruluşunu öyrəndi və 

o,  daha  keyfiyyətli  metal  alınmasının  texnologiyasını  verdi.  1868-ci  ildə 

D.K.Çernov  metallar  üzərində  elmi  tədqiqat  işi  apararaq,  göstərdi  ki,  metalları 

yüksək  temperaturda  qızdırdıqda  və  dərin  soyutduqda  onun  daxili  quruluşunda 

dəyişiklik  əmələ  gəlir.  Bununla  o,  ərintilərdə  faza  dəyişikliyi  nəzəriyyəsini  verdi. 

1903-cü  ildə  N.S.Kurnakov  metalların  fiziki-kimyəvi  analiz  metodunu  müəyyən 

etdi və metalı əridərkən temperaturu ölçən pirometrin konstruksiyasını verdi. 1902-

ci  ildə  A.A.Baykov  1-ci  dəfə  ərintilərin  bərkiməsini  tədqiq  etdi  və  bununla 

Peterburq  Politexnik  Institutunda  elmi  laboratoriyanın  əsasını  qoydu.  Inqilabdan 

sonra  metallar  və  onların  termiki  emalı  sahəsində  elmi  işlər  daha  da  inkişaf 

etdirildi və bu sahədə böyük müvəffəqiyyətlər qazanıldı. 

Q.V.Kurdyumov,  N.N.Aqeev,  N.A.Minkeviç  və  başqaları  XX  əsrdə 

metalların  alınması,  termiki  emalı,  müxtəlif  ərintilərin  alınması,  onların 




 

6

rentgenquruluşlu  analiz,  deformasiyasını  öyrənmişlər.  Birinci  dəfə  A.L.Baboşina 



və N.T.Qudnova liqirlənmiş poladın alınması texnologiyasını verdilər. 

Metallar  içərisində  alüminium  böyük  əhəmiyyət  kəsb  edir.  O,  birinci  dəfə 

sərbəst  halda  1825-ci  ildə  Danimarka  alimi  X.K.Ersted  tərəfindən  alınmışdır.  O, 

kalium amalqaması ilə AlCl

3

 təsir etməklə almışdır. Daha sonra 1827-ci ildə alman 



alimi Völer AlCl

3

-ə kalium metalı ilə təsir etməklə sərbəst alüminium almışdır. 



1886-cı  ildə  Amerikada  G.Xoll  və  Fransada  P.Eru  müasir  metodla  Al

2

O



3

-

dan  elektroliz  metodu  ilə  almışlar.  Ondan  sonra  alüminium  istehsalı  daha  yüksək 



sürətlə  inkişaf  etdi.  Hal-hazırda  alüminium  istehsalı  dünya  miqyasında  dəmirdən 

sonra ikinci yeri tutur. 

Rusiyada  birinci  alüminium  zavodu  1932-ci  ildə  Volxov  şəhərində  işə 

düşdü.  Onun  ardınca  1942-ci  ildə  Novokuzneskdə,  1945-ci  ildə  Voqoslavda  və 

1962-ci ildə Irkutskidə alüminium zavodları tikildi. 

Azərbaycanda  isə  alüminium  zavodu  Gəncə  şəhərində  1932-ci  ildə  Al

2

O

3



 

zavodu tikildi, 1955-ci ildə isə alüminium zavodu tikilməyə başladı və 1966-cı ildə 

məhsul  verməyə  başladı.  Burada  sərbəst  alüminiumdan  əlavə  sulfat  turşusu, 

alüminium  oksid,  kalium  kübrəsi  də  alındı.  Sumqayıtda  alüminium  zavodu  1949-

cu ildə tikilməyə başladı, ancaq 1955-ci ildə məhsul alınmağa başladı. 

Alüminiumun  belə  qısa  bir  zamanda  tətbiq  sahələrinin  artması,  onun  yer 

qabığında  çox  olması  ilə  (8,8%),  onun  fiziki,  kimyəvi,  mexaniki  xassələri  ilə 

əlaqədardır. Onun ərintiləri də böyük praktiki əhəmiyyətə malikdir. 

Azərbaycan  dövləti  müstəqillik  qazandıqdan  sonra  başqa  sahələrdə  olduğu 

kimi alüminium və ondan alınan məmulatlar üzrə idxal və ixrac sahəsində də az iş 

görməmişdir.  

Göründüyü  kimi  istər  ixrac  və  istərsə  də  idxal  hələlik  yüksək  səviyyədə 

deyildir.  Lakin zaman keçdikcə dövlətimizin   müstəqilliyi  möhkəmləndikcə,  idxal 

və ixrac mübadiləsi də artacaqdır. 

 



 

7

1.2. METAL MƏMULATLARININ ISTEHLAK XASSƏLƏRI VƏ 



KEYFIYYƏTINƏ VERILƏN TƏLƏBLƏR 

 

Metal  malları  insanlara  hər  bir  zaman  lazımdır  və  onların  tələbatlarının 



ödənilməsində  daim  yardımçıdır.  Belə  ki,  yeməklərin  hazırlanmasında,  binaların 

təmir  işlərində,  ev  əşyaları  və  şəxsi  istifadədə,  bağ  və  bostanda  bəzi  işlərin 

aparılmasında əvəzolunmaz bir materialdır. 

Metal  məmulatları  bir  sıra  kompleks  göstəricilərə  malik  olmalıdır.  Bunlara 

funksional,  erkonometrik,  estetik,  istismarda  etibarlılıq,  təmirə  yararlı, 

uzunmüddətli və saxlanılma xassələrinə malik olmalıdır. 

Metalların  funksional  xassələrinə onların təyinatı daxildir. Belə ki, qabların 

funksional  xassəsinə  onların  yeməklərin  yaxşı  bişirilmə  qabiliyyəti,  müəyyən 

həcmə malik olması, yeməkləri saxlama qabiliyyəti və s. 

Bütün  bu  xassələr  metalın  konstruksiyası  və  qabların  hansı  materialdan 

hazırlanmasından  asılıdır.  Metalların  içərisində  bu  xassələrə  malik  olanlar 

alüminium  qabları,  paslanmayan  poladdan,  emallaşdırılmış  polad  qablar 

daxildirlər. 

Sinkdən  hazırlanan  qablar  zəhərliliyinə  görə  yemək  qabları  hazırlamağa 

yaramır.  Qara  çuqun  məmulatları  isə  yeməkdə  olan  vitaminləri  parçalayır  və  bu 

zaman yeməkdən «dəmir» dadı hiss olunur. 

Alətlər  hazırlayan  maşınların  funksional  xassələrinə  onların  işləmə 

qabiliyyətləri, materialın bərkliyi və konstruksiyası daxildir. 

Metal  məmulatların  erqonomik  xassələrinə  onların  istifadə  olunmağa 

yararlığı, gigiyenik xassələri, zərərsiz olması və təhlükəsiz olmalarıdır. 

Metal məmulatlarının əsas xassələrinə onların istifadəyə yararlığıdır. Onlara 

qabların  və  ya  alətlərin  tutma  yararlığıdır  ki,  o  da  tutacaqların  ölçüsü  və 

formasından  asılıdır.  Məsələn,  qabların  tutacaqları  yaxşı  olar  ki,  plastmasdan 

olsun, çünki onlar istiliyi, elektriki pis keçirir, estetik cəhətdən yaxşı, yüngül olur. 




Yüklə 419,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə