Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 419,13 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix05.03.2018
ölçüsü419,13 Kb.
#29824
1   2   3   4   5   6   7   8   9   ...   15

 

8

Bunlardan  əlavə  tutacaq  ölçüsü  barmaqla  tutmağa  uyğun  olmalı  və  kənara  tərəf 



qatlanmış olmalıdır.  

Istifadə  olunan  alətlərdə  istifadəyə  yararlı  olmalıdır.  Belə  ki,  onu  istifadə 

edən şəxsin barmağı və əlinin içi alətin tutacağına yaxşı oturmalıdır ki, ona üstdən 

təsir  edə  bilsin.  Qeyd  etmək  lazımdır  ki,  alətin  yararlığından  başqa  istifadə  edən 

şəxsin fizioloji qabariti də rol oynayır. 

Metal  məmulatların  gigiyenik  xassələrinə  onların  çirklənmə  dərəcəsi  və 

onların  asan  təmizlənməməyi  daxildir.  Asan  təmizlənməsi  üçün  onun  səthi  hamar 

olmalıdır. 

Məmulatların  zərərsizliyi  bütün  istifadə  sahələrinə  aid  edilir.  Bunların 

içərisində  yemək  hazırlamaq  üçün  olan  qabların  zərərsizliyi  daha  əsas  götürülür. 

Bunlara müxtəlif qazanlar, kostrullar, yeməkxana dəstləri daxildirlər. Ona görə də 

belə  məmulatları  zərərsiz  materiallardan  hazırlayırlar.  Bunun  üçün  alüminium, 

paslanmayan  polad,  üzəri  emal  ilə  örtülmüş  çuqundan  olan  qablar  və  ya 

yeməkxana dəstlərindən istifadə olunurlar. 

Metal  məmulatların  təhlükəsizliyinə  onlarda  kəsici  çıxıntıların  olmaması, 

metalın  səthinin  hamar  olması,  iti  kəsiklərin  olması  daxildirlər  ki,  istifadə  olunan 

metal məmulatlarında bu nöqsanlar olmamalıdır. 

Bəzi  metal  məmulatlarının  mürəkkəb  quruluşa  malik  olmaları  ilə  əlaqədar 

olaraq  onlar  təmir  olunmurlar.  Ona  görə  də  onların  işləmə  müddətinə 

uzunömürlülüyü və ya uzun müddət təmirsiz qalması xassələri daxildirlər. 

Metal  məmulatların  fiziki  uzunömürlülüyü  əsasən  onların  möhkəmliliyi, 

örtüyün davamlılığı, detalın hissələrinin möhkəm bərkidilməsi və s. daxildirlər. 

Bəzi  metal  məmulatlarının  uzunömürlülüyünün  müddəti  müəyyən  edilmir. 

O  xassəni  ancaq  onların  kimyəvi  və  termiki  davamlılığı,  hissələrinin 

birləşdirilməsinə, sürtünməyə, zərbəyə qarşı davamlılığı ilə ölçürlər. 

Bir  sıra  metal  məmulatları  üçün  işləmə  müddəti  müəyyən  olunmuşdur. 

Məsələn,  NV  170-187  nümunəsinə  uyğun  yiyələrin  istifadə  müddəti  180  dəqiqə, 



 

9

mətbəx  ətçəkənlərinin  etibarlılığı  onun  bıçağının  işləmə  müddəti  ilə  ölçülür.  Bu 



müddət 300 saatdan az olmamalıdır. 

Metal  məmulatlarının  estetik  xassəsinə,  kompozisiyanın  bütövlüyü,  onun 

rasional  forması,  ətraf  əşyalarla  əlaqələri,  moda  və  stilin  uyğunluğu,  rəng 

uyğunluğu daxildirlər. 

Rəng quruluşu  metal  məmulatlarının estetik xassələrində əsas yeri tutur. O, 

metal  əşyanın  görünüşünü,  ölçüsünü,  çəkisini  və  hətta  onda  soyuqluq  və  istilik 

əhval-ruhiyyəsini yaradır. 

Metal  məmulatların  estetik  xassələrinə  onların  bədii  tərtibatı  böyük  təsir 

göstərir. Belə ki, estetik tərtibat onu əhatə edən başqa əşyalara uyğun gəlməlidir. 

Beləliklə,  metal  məmulatların  istehlak  xassələrinə  təsir  edən  faktorlara 

məmulatın özü, onun konstruksiyası, alınma üsulları daxildirlər. 

 



 

10

IKINCI FƏSIL. TƏCRÜBƏVI HISSƏ 



2.1. METAL MƏMULATLARININ KEYFIYYƏTINI  

FORMALAŞDIRAN AMILLƏR  

 

Metal  məmulatlarının  keyfiyyətini  formalaşdıran  faktorlara  aşağıdakılar 



daxildir:  xammal  və  onun  keyfiyyəti,  onların  emal  üsulları.  Bildiyimiz  kimi 

metallar təyinatına görə 2 qrupa bölünür: 1. qara metallar; 2. əlvan metallar. 

Qara metallara dəmir və onun ərintiləri olan çuqun və polad daxildir. 

Dəmir.  O,  açıq  boz  rəngli  metaldır.  Onun  sıxlığı  7,9  q/sm

3

,  ərimə 



temperaturu  1539

0

S-dir.  Dəmir  plastik  və  özlü  metaldır.  Onun  bərkliyi  Brinellə 



görə  80-100  kqs/sm

2

.  O,  bir  sıra  metal  və  qeyri-metallarla  ərinti  əmələ  gətirir. 



Dəmirin  karbonlu  ərintilərinin  yavaş  soyudulması  nəticəsində  aşağıdakı  formaları 

olur. Bunlara ferrit, austenit, sementit və perlit daxildir (7-10). 

Ferrit  dedikdə  dəmirdə  az  miqdar  (0,4%)  karbonun  həll  olması  nəzərdə 

tutulur. O, tərkibcə təmiz dəmirə yaxındır. 

Austenit.  Dəmirin  tərkibində  karbonun  miqdarı  bərk  məhlul  halındadır.  O, 

723


0

S-dən yuxarı temperaturda əmələ gəlir.  

Sementit.  O,  dəmirin  karbonla  əmələ  gətirdiyi  kimyəvi  birləşmədir.  O, 

kövrək və bərkdir (700-800 kqs/mm

2

). 


Perlit.  O,  ferlit  ilə  sementinin  mexaniki  qarışığıdır.  Onun  tərkibində 

karbonun miqdarı 0,8%-dir və bərkliyi Brinellə görə 180-200 kqs/mm

2

-dir. 


Dəmiri  filizlərdən  reduksiya  metodu  ilə  alırlar.  Bu  filiz  maqnitli  dəmir 

(Fe


3

O

4



) və Fe

2

O



3

 tərkibdə olur. 



Çuqun. O, dəmirin karbonla ərintisidir. Onun tərkibində karbonun  miqdarı 

2-6,67%  arasında  dəyişir.  Xalq  istehlak  mallarının  alınmasında  karbonun  miqdarı 

əsasən  3-4,5%  olur.  O,  çox  kövrək  olur.  Ona  görə  də  təzyiq  altında  emal  etmək 

olmur.  Ancaq  tökmə  metodu  ilə  emal  olunur  və  ucuz  başa  gəlir.  Onun  kimyəvi 

tərkibi  Fe

3

C-ə  (dəmir-karbid)  uyğun  gəlir.  Karbondan  başqa  onun  tərkibində  Si, 




 

11

Mn,  S,  P  elementləri  də  olur.  Burada  P  və  S  zərərli  qatışıqdır.  Onlar  çuqunun 



tərkibini aşağı salır (15-20). 

Müasir zamanda dünya əhalisinin hər bir nəfərinə ildə 100 q-dan çox çuqun 

düşür. Ayrı-ayrı ölkələrdə bu rəqəm belədir: Yaponiyada 600 kq, Almaniyada 470 

kq, ABŞ-da 160 kq, Rusiyada isə 410 kq çuqun düşür. 

Silisiumun  çuqunda  miqdarı  1,5-4,5%  arasında  olur.  O,  çuquna  mexaniki 

bərklik verir. 

Manqan  0,3-0,8%  arasında  olduqda  çuqunun  bərkliyini  artırır.  Kükürd  isə 

(0,1-0,12%) onun mexaniki xassələrini azaldır. 

Domna  peçlərində  çox  boz  çuqun  alınır.  Onun  tərkibində  karbon  qrafit 

halında olur. O, çox kövrəkdir, aşağı bərkliyə malikdir. Sənayedə aşağı markalarda 

çuqun alınır: SG 18-36, SG 12,28, SG 28-48 və başqaları. 

Çuqundan  əsasən  polad  alınır.  Çuqunu  almaq  üçün  şixta  materialı  kimi 

dəmir  filizindən,  yanacaqdan  və  flüsdən  istifadə  olunur.  Onu  almaq  üçün  qırmızı 

dəmir  daşı  (Fe

2

O

3



),  maqnitli  dəmir  (Fe

3

O



4

),  qonur  dəmir  (2Fe

2

O



3H

2



O),  şpat 

dəmir daşından (FeCO

3

) ibarət olan filizlərdən istifadə olunur. 



Qeyd  etmək  lazımdır  ki,  mədənlərdən  çıxarılan  dəmir  filizlərinin  ölçüləri 

bəzən 1-15 m-ə qədər olur. Domna sobalarında istifadə olunan filizlərin ölçüləri isə 

50-80 mm çox olmamalıdır. Ona görə də dəmir filizləri xırdalanmalıdır. 

Cılız  filizlər,  yəni  dəmiri  az  olan  filizlər  zənginləşdirilir.  Onlar    aşağıdakı 

üsullarla  zənginləşdirilir:  1.  Yüksək  təzyiqli  su  ilə  yumaqla;  2.  Qravitasiya  üsulu 

ilə.  Bu  üsul  mineralların  xüsusi  çəkilərinin  müxtəlif  olmasına  əsaslanır. 

Xırdalanmış  filiz  suya  tökülür.  Bu  zaman  ağır  minerallar  çökür,  yüngüllər  isə 

suyun üzərində qalır; 3. maqnitlə zənginləşdirmə. 

Domna  sobalarında  yanacaq  kimi  koksdan  istifadə  olunur.  Onun 

parçalarının ölçüsü 40-80 mm olmalıdır. 

Flüs  kimi  əhəngdaşından  (CaCO

3

)  istifadə  olunur.  Onun  ölçüsü  30-80  mm 



olmalıdır. 

Çuqun almaq üçün həmçinin metal qırıntılarından da istifadə olunur. 




Yüklə 419,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə