Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 419,13 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix05.03.2018
ölçüsü419,13 Kb.
#29824
1   ...   7   8   9   10   11   12   13   14   15

 

45

Metal qablar  həm də  materialına  və  xarici  səthinin  işlənmə  növünə  görə  də 



çeşidlənir:  tökmə  üsulu  ilə  düzəldilən  qablar  (çuqun  və  alüminium),  ştampovka 

üsulu  ilə  düzəldilən  qablar  (polad,  alüminium,  latun,  melxior),  qaynaq  üsulu  ilə 

olan  qablar  (polad,  alüminium).  Bütün  bunlardan  əlavə  eyni  növ  qablar  müxtəlif 

formada  ola  bilərlər.  Məsələn,  kostrullar  eyni  zamanda  silindrik,  konusşəkilli, 

şarşəkilli ola bilərlər. 

Polad  emallı  qablar.  Belə  qablar  yüksək  gigiyenik  və  estetik  xassələrə 

malikdirlər.  Onların  istifadə  müddəti  yüksəkdir.  Çatışmayan  cəhətləri  ondan 

ibarətdir ki, onların mexaniki və termiki xassələri aşağıdır. 

Polad  emallı  qabların korpusları ştampovka metodu ilə hazırlanır (şəkil 1). 

Belə qablar üçün nazik polad listlərdən istifadə olunur. Onların qapağı korroziyaya 

davamlı poladdan, şüşədən və plastik kütlədən hazırlanır. 

Qablar  içəri  tərəfdən  ağ  emallı,  xarici  tərəfdən  isə  ağ  və  ya  rəngli  emalla 

örtülür. Onlar  müxtəlif  metodlarla rənglənirlər. Belə qablar  üçün  müəyyən ölçülər 

mövcuddur.  Onların  həcmi  0,15-dən  50  litrə  qədər,  diametri  isə  60-dan  600  mm 

qədər olur. Onların çeşidləri olduqca çoxdur. Bunlara kostrullar, çörək üçün qablar, 

skovorodkalar, qıflar, su götürmək üçün qablar, bidonlar, kuvşinlər, dolçalar, salat 

qabı, boşqablar, çay və kofe qabları, vedrə, tazlar və s. misal ola bilər. 

Bütün bunlar müxtəlif ölçüdə və müxtəlif formada istehsal olunur. 

Üzəri  sinklə  örtülmüş  polad  qablar.  Belə  qabları  düzəltmək  üçün  ya 

poladın üzərinə sink örtüyü çəkilir və ya nazik sinklənmiş poladdan istifadə olunur. 

Bu  cür  qablar  əsasən  su  saxlamaq  və  həm  də  təsərrüfatın  müxtəlif  sahələrində 

geniş  istifadə  olunur.  Onlar  içməli  su  qızdırmaq,  müxtəlif  yeməkləri  saxlamaq 

üçün yaramırlar. Bildiyimiz kimi sink duzları zəhərlidir, qızdırıldıqda onun duzları 

suda  həll  olaraq  ona  keçir  və  istifadəyə  yararsız  olur.  Belə  qablar  benzin  və 

kerosinə  qarşı  davamlı  olurlar.  Bunlara  paltar  qaynatmaq  üçün  baklar,  vannalar, 

vedrələr və s. daxildirlər. 



Paslanmayan  poladdan  hazırlanan  qablar.  Belə  qablar  tərkibində  12%-

dən  yuxarı  xrom  metalı  olan  poladlardan  hazırlanır  və  bu  poladın  markası 




 

46

12X18H9T-dir.  Ştampovka  metodu  ilə  hazırlanan  belə  qablar  suya,  turşuya  qarşı 



davamlı  olurlar.  Belə  metallar  qiymətli  olduğuna  görə  onların  çeşidi  çox  yüksək 

deyildir.  Onların  istifadə  müddəti  olduqca  yüksəkdir.  Belə  poladlardan  kostrullar, 

skovorodkalar,  stəkanlar,  sabun  qabı  və  başqa  qablar  hazırlanır.  Onların  istismar 

müddəti 18 aydır. Yüksək keyfiyyət nişanlılar üçün istismar müddəti 24 aydır. 



Çuqun qara və emallı qablar. Çuqun qablar üçün C412-C428 markalı boz 

çuqundan  istifadə  olunur.  Çuqun  qara  qablara  son  zamanlar  tələbat  xeyli 

azalmışdır. Ona səbəb onların suya və turşulara qarşı davamsız olmasıdır. Belə ki, 

su  mühitində  dəmir  ionları  suya  keçir  və  yeməkdə  olan  vitaminləri  parçalayır, 

yeməyin  rənginə,  dadına  mənfi  təsir  göstərir.  Həm  də  dəmir  qablar  ağır  olur  və 

tutqun rəngli olur. Belə qablara qazanlar, tavalar, qarşoklar misal ola bilər. 

Emallı çuqun qabların tərkibi də çuqun qara qabların tərkibi kimidir və eyni 

qablar üçün istifadə olunur (şəkil 2). Emallı qablar daha yüksək gigiyenik xassəyə 

malikdir. Bunlarda dəmir ionları yemək məhsullarını görmür, vitamin parçalanmır, 

yeməyin dadına  və  rənginə təsir  olunmur.  Onların çeşidi olduqca çoxdur. Bunlara 

kostrullar, skovorodlar, su üçün baklar, sous qabları və s. qablar misaldır. 

Ştampovka  və  tökmə  metodu  ilə  hazırlanan  alüminium  qablar

Ştampovka  metodu  ilə  hazırlanan  qablar  nazik  listlərdən  aşağıdakı  markada  olur: 

AD,  AD-1,  AD-100,  AO,  A-5,  A-7.  Belə  qablar  əvvəlcə  əsasda  isladılır,  sliflənir, 

emallaşır,  xromlaşdırılır  və  emallanaraq  üzərinə  müxtəlif  bədii  rənglər  vurulur. 

Belə  alüminium  kostrulların  dib  hissəsi  qalın  olur  ki,  xörək  bişiriləndə  yanmasın. 

Bu  qablar  yüngül  olur,  ona  görə  də  möhkəm  olmurlar.  Belə  ki,  onlar  asanlıqla 

deformasiya  olunaraq  xarici  görünüşlərini  dəyişirlər.  Onlar  korroziyaya  qarşı 

davamsız  olduqları  üçün  onların  içərisində  duzlu,  marinovat  və  turşu  xassəli 

məhsulları uzun müddət saxlamaq məsləhət olunmur. 

Alüminium kostrullar müxtəlif ölçülərdə olurlar və onlar müxtəlif məqsədlər 

üçün işlədilir. Məsələn, 2 tutacaqlı silindrik qablar 100, 250 mm dərinlikli, 80-200 

yarımdərinlikli  olurlar.  Onların  diametri  140-360  mm,  tutumu  isə  0,8-15  litr 

arasında olur. 



 

47

Tez bişirən kostrullar adi kostrullara nisbətən xörəyi, xörəyin növündən asılı 



olaraq 2-10 dəfə  tez bişirir. Ondan əlavə  xörəyin  vitamini parçalanmır  və  həm  də 

elektrik enerjisinə qənaət olunur. 

Alüminiumdan həm də vazalar, podnoslar, rozetkalar, çayniklər, kofeyniklər 

və s.  hazırlanır. Ondan  həm  də sanitar-gigiyenik  məqsədlər  üçün  vedrələr, baklar, 

tazlar, əl-üz yuyanlar da hazırlanır. 

Tökmə metodu ilə hazırlanan alüminium qablar kimyəvi davamlılığına görə 

ştampovka  üsulu  ilə  hazırlanan  qablardan  yaxşı  olurlar.  Onlar  əsasən  yemək 

hazırlamaq  üçün  istifadə  olunur.  Bunlara  müxtəlif  ölçüdə  qazanlar,  tavalar  misal 

ola bilər. 

Tökmə  metodu  ilə  hazırlanan  tarelka  və  miskalar  keramik  qablar  kimidir. 

Onların  diametri  175,  200,  250…400  mm,  hündürlüyü  isə  32,  40-58  mm  olur. 

Miskaların diametri 14, 16, 17, 5, 20…40 mm, hündürlüyü isə 60-170 mm olur. 

Alüminiumdan  hazırlanan  süd  və  qənd  qabları  qapaqlı  konusvari  olur. 

Onların  tutumları  0,35;  0,40;  0,5;  0,8  litr  olur.  Alüminium  vedrələr  konusvari, 

hərəkət edən tutacaqlı olurlar. Onların tutumu 10, 11, 12, 13 litr olur. Bidonlar ağzı 

möhkəm bağlanan qapaqlı olurlar. Onların həcmi 0,5; 1; 2…5; 8; 10 litr olur. 

Alüminium  baklar  silindrik  və  kvadrat  halında  olurlar.  Onlar  əsasən  buğda 

və un məhsulları üçün istifadə olunurlar. 

Silindrik  bakların  diametrləri  90,  120,  140,  200  mm,  tutumları  isə  0,5;  1; 

2…5 litr olur. 

Kvadrat  bakların  diametrləri  100,  120,  140,  160,  170  mm,  hündürlükləri 

110, 130, 190 mm, tutumları isə 1, 2…5 litr olur. 

Alüminium  məmulatlar  17151-81  DÜIST  əsasən  hazırlanır  və  onların 

istismar müddətləri istehsal olunub satışa buraxılan vaxtdan 24-36 ay olur. 

Tökmə  alüminium  qabların  divarı  və  dibləri  müvafiq  olaraq  2,5-10  mm 

arasında  olur.  Onların  divarları  və  dibləri  qalın  olduqları  üçün  mexaniki  təsirlərə 

qarşı  davamlı  olurlar.  Onlarda  bişirilən  yeməklər  yanmır  və  hər  hərəfli  bişirlər. 

Tökmə  alüminium  qablar  müxtəlif  metallarla  olan  ərintilər  halında  istifadə 




 

48

olunurlar.  Onlar  korroziyaya  qarşı  davamlı  olurlar  və  onlar  AK5M2,  AK7, 



AK7M2  markalarda  olurlar.  Tökmə  üsulu  ilə  hazırlanan  qablar  ştampovka  ilə 

hazırlanan  qablardan  işlənmə  metodu,  ölçüsü  və  növünə  görə  fərqlənirlər.  Tökmə 

alüminium  qablardan  0,5;  1…4  litr  qapaqlı  kostrullar,  ördək  və  qazı  bütöv 

bişirmək  üçün  1;  1,5;  3;  3,5;  4;  6  litr  qablar,  1,5;  2,5;  4;  6;  12;  15;  20  litrlik 

qarşoklar hazırlanır. 

Yeməkxana  priborları  və  bıçaq  məmulatları.  Bıçaqlar  təyinatına  görə 

yeməkxana və təsərrüfat, bufet və anbar bıçaqlarına bölünürlər. 

Bıçaqların  təyinatından  asılı  olaraq  onların  tiyələri  və  dəstəkləri  müxtəlif 

olurlar.  Tiyələr  karbonlu  və  paslanmayan  poladdan  hazırlanır.  Dəstəklər  isə 

buynuz, plastmas, ebonit, sümük, ağac və əlvan metallardan hazırlanır. 

Bıçaqların  tiyələri  dişli  və  düz  olur.  Onların  ancaq  bir  tərəfi  kəsən  olur. 

Onların tiyələrinin möhkəmliyi Rokvel metodu ilə HRC-44-56 bərabərdir. 

Yeməkxana  bıçaqlarının  tiyəsi  paslanmayan  poladdan,  melxior,  neyzilber 

ərintilərin, dəstəkləri isə plastmas və ağacdan hazırlanır. Onların tiyələri enli, ensiz 

halında  olur.  Yeməkxana  bıçaqlarının  tiyələri  paslanmayan  poladdan  müxtəlif 

ölçülərdə  olurlar  və  müxtəlif  marka  altında  buraxılır.  Məsələn,  HDC  –  uzunluğu 

215-235 mm,  HDD – 190-210, HDP – 190-210 mm. 

Ərintilərdən  hazırlanan  bıçaqlar  215-235  mm,  190-210  mm,  tiyəsinin 

qalınlığı isə 0,7-2 mm arasında olur. 

Bufet üçün  istifadə olunan  bıçaqların  uzunluğu  280  mm  (çörək  üçün), 170-

195 mm (limon kəsmək üçün), meyvə üçün 175 mm. 

Təsərrüfat  bıçaqları  əsasən  çörək,  ət,  balıq,  meyvə,  tərəvəz  üçün  işlədilir. 

Onların  tiyəsi  karbonlu  poladdan,  dəstəyi  isə  plastmas  və  ya  ağacdan  hazırlanır. 

Onların  ölçüsü  165-360  mm,  eni  11-62  mm,  qalınlıqları  isə  0,7-4,5  mm  arasında 

olur (şəkil 5). 

Anbar bıçaqları 40, 45, 65, 65Q, 70Q markalı poladlardan hazırlanır. Onlar 

tək tiyəli və ya da çox predmetli olurlar. Onların tiyələrinin uzunluqları 40-60, 65-




 

49

85,  90-110  mm  olur.  Onların  istismar  müddəti,  satılan  vaxtdan  hesablanaraq  1 



ildir. 

Qayçılar.  Onlar  təyinatına  görə  təsərrüfat,  cib,  dərzi,  manikür  qayçılarına 

bölünür. Dərzi qayçılarının tiyələri enli olur. Cib qayçılarının ucları küt olur. 



Çəngəllər.  Onlar  paslanmayan  poladdan  nilxior  və  başqa  ərintilərdən 

hazırlanır.  Onların  dəstəyi  sümükdən,  buynuz,  plastmas,  ağacdan  və  ya  da  əlvan 

metaldan  hazırlanır. Onlar  yeməkxana, desert,  və  uşaq  üçün  hazırlanırlar. Onlar 3 

və ya 4 şanalı olurlar. Bəziləri isə hətta 2 şanalı olur (şəkil 7). 



Qaşıqlar. Onlar da  yeməkxana, desert, çay, kofe təyinatlı olurlar. Onlar da 

çəngəllər  hazırlanan  materiallardan  hazırlanır.  Qaşıqlar  onların  funksional 

təyinatına  əsasən  konstruksiya  olunur.  Onların  da  uzunluqları  müxtəlif  olur:  160-

18 mm, 140-160 mm, 95-115 mm. 

Qaşığın içi, çəngəlin şanaları, bıçağın tiyəsi və başqa yeməkxana dəstlərinin 

səthi  hamar  parıldayan  olmalıdır.  Onlarda  cızılma,  çat,  çökəklik  olmamalıdır. 

Dəstəkləri isə möhkəm, məsaməsiz, hamar olmalıdır. 

Yeməkxana  priborlarının  korroziyaya  davamlılığını  aşağıdakı  kimi 

yoxlayırlar. 

Yağsızlaşmış məmulat 20-25

0

S-də 1 saat müddətində 4%-li sirkə turşusunda 



saxlanılır. Yoxlamadan sonra məmulat üzərində pas ləkəsi olmamalıdır. 

Plastmas  dəstəklərin  istiliyə  davamlılığı  isə  aşağıdakı  kimi  yoxlanılır. 

Dəstək  15  dəqiqə  80

0

S-də  saxlanılır.  Təcrübədən  sonra  dəstək  çatlamamalı, 



yumşalmamalı, rəngsizləşməməli və deformasiyaya uğramamalıdır. 

Onların  markalanması  zamanı  hər  bir  partiyada  mal  nişanəsi,  istehsal  edən 

zavodun  adı,  metalın  markası,  məmulatın  kateqoriyası  və  məmulatın  qiyməti 

göstərilməlidir. 

Karbonlu  poladdan  hazırlanan  məmulatlar  qablaşmadan  əvvəl  korroziyaya 

qarşı sürtkü yağı ilə yağlanmalıdır. 

Yeməkxana  dəstləri  kağız  karton  qablarda  qablaşdırılır.  Paslanmayan 

poladdan olan məmulat polietilen paketlərdə qablaşdırıla bilər. 




 

50

Karobkada və futlyarda hər bir əşya ayrılıqda qablaşdırılır. 



Karobkadakı  məmulat  texniki-normativ  sənədlərə  əsasən  və  ya  mal  verən 

müəssisə ilə mal alan arasında olan müqaviləyə əsasən qablaşdırılır. 

Bütün metal məmulatların markalanması, qablaşdırılması, daşınması və həm 

də daşınma şərtləri metal qablarda olduğu kimidir. 



Müxtəlif  alətlər.  Bunlar  təyinatlarına  görə  metal  emal  etmək  (çilingər, 

dəmirçi),  ağac  emal  edən  (  stolyar,  xarrat),  dəri  emal  edən  (ayaqqabı  üçün  olan 

alətlər).  Ağac  emal  edən  alətlərə  mişarlar,  rubankalar,  deşicilər,  burucu  alətlər 

(müxtəlif  drellər),  baltalar  daxildir.  Bunlardan  əlavə  yiyələr,  çəkiclər,  montaj 

alətlərinə müxtəlif otverkalar, qaz açarı, iki başlı açarlar daxildir. 

Bağ-bostan  alətləri.  Bunlara  dəryazlar,  lopatka,  oraqlar,  yavalar,  sekator 

(ağacın  qurusunu  kəsən  qayçılar),  qırmıqlar  və  müxtəlif  formalı  bıçaqlar 

daxildirlər. 

Qızdırıcı  cihazlar.  Qızdırıcı  cihazlar  maye,  bərk  və  qaz  ilə  işləyən 

növlərinə  bölünürlər.  Kerosinlə  işləyən  cihazlara  kerosinkalar,  primuslar  və 

kiroqazlar daxildirlər. 

Qazla  işləyən  cihazlara  stasionar  qaz  plitələri  və  turistlər  üçün  olan  plitələr 

misaldır.  Bərk  yanacaq  (daş  kömür,  torf,  ağac)  ilə  işləyən  cihazlara  müxtəlif 

plitələr, peçlər daxildirlər. 



Qapı və pəncərə üçün istifadə olunan dəstlər. Bunlara petlələr, tutacaqlar 

(ruçkalar),  şpinqaletlər,  daxili  və  xarici  qıfıllar,  qapıda  baxmaq  üçün  optiki 

gözlüklər, qapının bağlanması üçün prujinlər və başqa alətlər daxildirlər. Bunların 

hamısı  təyinatından  asılı  olaraq  müxtəlif  ölçü  və  formada  olurlar.  Onların  hamısı 

insanların yaşayışı və rahatlığı üçün əsas vasitədir. 

 

 



 

51

NƏTICƏ VƏ TƏKLIFLƏR 

 

Metal  məmulatlar  həm  sənaye  istehsal  sahələrində  və  həm  də  məişətdə 



istifadə  olunan  əsas  məhsullardan  biri  hesab  olunur.  O,  xalq  təsərrüfatında,  kənd 

təsərrüfatında, məişətdə, kosmosda və başqa sahələrdə əvəzolunmaz xammal kimi 

böyük  əhəmiyyət  kəsb  edir.    Metal  məmulatlar  həm  saf  və  həm  də  müxtəlif 

ərintilər  halında  işlənilir.  Hal-hazırda  5000  adda  müxtəlif  ərintilər  məlumdur  və 

onlar bir sıra fiziki-kimyəvi və mexaniki xassələrinə görə saf metallardan üstündür. 

Metal məmulatların istehlak xassələrinə estetik, erqonolik, etibarlılıq, təmirə 

yararlılıq  və  uzunömürlülük  aiddirlər  və  bu  xassələr  ətraflı  göstərilmişdir.  Onları 

formalaşdıran  faktorlar  modelləşdirmə  və  istehsal  proseslərindən  ibarətdir.  Ona 

görə  də  bu  proseslər  ətraflı  verilmişdir.  Onlar  təyinatlarına  görə  aşağıdakı 

yarımqruplara  bölünür:  bəzək  əşyaları,  sənaye  proseslərində  dəzgahların 

hazırlanmasına,  kənd  təsərrüfatında  kənd  təsərrüfatı  maşınlarının,  alətlərinin 

hazırlanmasına,  məişət  əşyalarının  hazırlanmasına,  kosmotik  süni  peyklərinin 

hazırlanmasına bölünürlər. 

Bütün metal məmulatları hazırlanarkən müəyyən etalon (standart) və texniki 

şəraitin  normativ  sənədlərini  əsas  götürürlər.  Belə  ki,  onların  səthi  hamar,  düz, 

parlaq olmalı, üzərində pas izləri, nöqtə, qat, qabarcıq nöqsanları olmalıdır. 

Buraxılış işinə dair aşağıdakı təklifləri verirəm: 

1.  Respublikada  xarici  investisiyaların  köməyindən  istifadə  edərək  qabaqcıl 

texnika  və  texnologiyaya  cavab  verən  metal  məmulatlarının  istehsalına 

başlamaq olar. 

2.  Respublikada  özəlləşdirmə  islahatı  aparılır.  Bu  iqtisadi  islahatın  köməyi  ilə 

Daşkəsəndə  dəmir  filizlərindən  istifadə  etməklə  polad  istehsalına  başlamaq 

vaxtı çatmışdır. 

3.  Metal  məmulatlarının  korroziyasının  qarşısını  almaq  üçün  onlara  müxtəlif 

metal örtüklər, emal çəkmək lazımdır. 



 

52

4.  Onların  saxlanması,  daşınması,  qablaşdırılmasında  DÜIST  və  texniki 



şəraitdə  göstərilən  tələblərə  uyğun  olmalıdır.  Bu  metal  məmulatlarının  həm 

xarici görünüşünu yaxşılaşdırar və onların alıcılıq qabiliyyətini yaxşılaşdırar 

və onlara əhali tərəfindən olan tələbat getdikcə artar. 

 

 



 


 

53

ƏDƏBIYYAT 

 

1.  R.I.Şükürov, M.M.Rəhimov. Metallurgiya. Bakı. «Maarif». 1985. 



2.  А.А.Борвар. Металловедение. Металлургиздат. 1956. 

3.  Н.Ф.Болховитинов. Металловедение и термическая обработка. Машгиз. 

1954. 

4.  А.И.Гуляев. Металловедение. Оборингиз. 1956. 



5.  Г.А.Кащенко. Основы металловедения. Машгиз. 1957. 

6.  В.А.Никофоров. Технология металлов. Машгиз. 1952. 

7.  С.А.Балезин. Коррозия металлов и борьба с ней. Изд. «Знание» серия 3, 

№ 72, 1953. 

8.  И.И.Корнилов.  Металлические  соединения  и  их  значение  в  технике. 

Изд. ВВИА. 1956. 

9.  С.А.Балезин. От чего и как разрушаются металлы. Учпедгиз. 1956. 

10. Металловедение и термическая обработка. Под редакцией Н.Т.Гулцова. 

Металлургиздат. 1956. 

11. М.Н.Кунявский  и  А.И.Самохоцкий.  Основы  металловедения  и 

термическая обработка. Машгиз. 1955. 

12. А.П.Смирягин. 

Промышленные 

цветные 


металлы 

и 

сплавы. 



Металлургиздат. 1949. 

13. Большая  Советская  Энциклопедия.  Статьи  «металлы»,  «металлургия», 

«металловедение», «термическая обработка» и др. 

14. Н.Т.Гурцов. Курс лекции по металлографии и термической стали. Изд. 

Московского Института стали.  

15. А.Ф.Мырцимов.  «Основные  пути  и  средства  технического  прогресса  в 

черной металлургии». 

16. Е.Н.Маслов. Основы металловедения. Изд. МИФИ. 1958. 

17. И.Н.Богачев. Металлография чугуна. 



 

54

18. В.Я.Локшин.  Технология  эмалирования  металлических  изделий. 



Росгизместпром. 1951. 

19. В.А.Лайнер  и  Г.К.Швыряев.  Химическая  и  электрохимическая 

обработка металлов. Металлургиздат. 1951. 

20. Н.В.Одноралов. 

Декоративная 

отделка 


металлических 

изделий 


широкого потребления. Росгизместпром. 1954. 

21. Н.Ф.Моисеев,  М.М.Кузнецов.  Машины  и  орудия  для  садоводства  и 

виноградарства. Машгиз. 1957. 

22. Г.М.Зак и др. Металлокерамика в производстве металлических изделий 

широкого потребления. КОИЗ. 1956. 

23. М.А.Феодоров,  Е.Е.Дадесенец.  Оценка  и  качество  промышленных 

товаров. М. Экономика. 1977. 

24. М.А.Николаева.  Товароведение  потребительских  товаров.  М.Норма. 

1999. 

25. Товароведение непродовольственных товаров. М.Экономика. 1989. 



26. Т.И.Волкова.  Товароведение  металлов,  металлических  изделий  и  руд. 

М.Металлургия. 1973. 

27. И.М.Лифиц  и  др.  Исследование  непродовольственных  товаров.  М. 

Экономика. 1988. 

28. Н.М.Чечеткина,  Т.И.Путилина.  Экспертиза  товаров.  М.  Издательство 

ПРИОР. 2000. 

29. М.А.Николаева. 

Товароведение 

потребительских 

товаров. 

Издательство НОРМА. Москва. 2002. 

30. М.Бурева. Товароведение непродовольственных товаров. Москва. 2001. 

31. А.Ф.Шепелев,  В.А.Галаджян,  А.С.Туров.  Товароведение  и  экспертиза. 

Издательство центр «Март» - 2002. 

32. А.Ф.Шепелев, 

И.А.Перепежская. 

Товароведение 

и 

экспертиза 



металлохозяйственных товаров. Ростов-на-Дону. «ФЕНИКС» - 2002. 


 

55

33. Товароведение  непродовольственных  товаров.  Т.1.  Ростов-на-Дону. 



«ФЕНИКС» - 2001. 

34. Г.И.Кутянин. Пластические массы и химические товары. Издательство 

«Экономика». Москва. 1971. 

35. Б.В.Любимов.  Защитные  покрытия  изделий.  Л.  «Машиностроение». 

1969. 

36. Т.И.Волков. Товароведение металлов, металлических изделий и руд. М. 



Металлургия. 1973. 

37. И.М.Дьяченко.  Эффективность  развития  порошковой  металлургии.  М. 

Экономика. 1979. 

38. Г.Гоберман. «Производство металлической посуды» 1984. 

39. В.В.Архипов. Технология металлов. Москва. 1976. 

40. Г.Г.Крушенко. Металловедение, обработка металлов. 1976. 

41. Н.Н.Курнаков,  В.Г.Зайцев  и  др.  Товароведение  металлохозяйственных 

товаров и бытовых машин. Москва. Экономика. 1966. 

42. Б.А.Кузьмин.  Технология  металлов  и  конструкционные  материалы. 

Москва. «Машиностроение». 1989. 



Yüklə 419,13 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə