Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 419,13 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix05.03.2018
ölçüsü419,13 Kb.
#29824
  1   2   3   4   5   6   7   8   9   ...   15


AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI 

AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI 

 

Fakultə : «Əmtəəşünaslıq» 



Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi 

 

 



B U R A X I L I Ş   I Ş I 

 

Mövzu:

 

Металдан олан мяишят мямулатларынын кейфиййятинин  



             експертизасы 

Işin rəhbəri: dos. Səidov R.Ə. 

Tələbə: Nəhmədova Günay İlham 

Bölmə: azərbaycan  

Qrup:312 

 

«Təsdiq edirəm» 

Kafedra müdiri :__________ prof.Ə.P.HƏSƏNOV 

 

 

 

B A K I   2015 



 

 



 

2

P L A N 

 

GIRIŞ 



I FƏSIL. NƏZƏRI HISSƏ 

 

1.1. 


Metal məmulatları istehsalının inkişaf mərhələləri 

1.2. 



Metal məmulatlarının istehlak xassələri və keyfiyyətinə verilən 

tələblər 



II FƏSIL. TƏCRÜBƏVI HISSƏ 

 

2.1. 



Metal məmulatlarının keyfiyyətini formalaşdıran  

amillər  

10 

2.2. 


Metal məmulatlarının keyfiyyətinin  

qiymətləndirilməsi və ekspertizası 

30 

2.3. 


Metal məmulatlarının çeşid xarakteristikası və  

keyfiyyət ekspertizası 

42 

NƏTICƏ VƏ TƏKLIFLƏR 

51 


ƏDƏBIYYAT 

53 


 

 

 




 

3

G I R I Ş 

 

Dövlətimiz  müstəqillik  qazandıqdan  sonra  bazar  iqtisadiyyatına  qədəm 



qoymuşdur.  Bu  dövrdə  Azərbaycan  xalqı  bir  sıra  çətinliklərlə  üzləşmişdir. 

Ölkəmizdə  fəaliyyət  göstərmiş  bir  sıra  istehsalat  sahələrinin  başqa  MDB  ölkələri 

ilə  əlaqələri  zəifləmiş  və  ya  tam  kəsildikdən  sonra  bir  çox  istehsal  müəssisələri 

xammal  və  ya  cihazların  bəzi  hissələrinin  çatışmamazlığından  istehsalı 

dayandırmış və ya onların istehsal gücü 50-70% azalmışdır. 

Bu  maneələr  də  dövlətimizin  qarşısında  duran  əsas  vəzifələrdən  biri  olan, 

istehlak  bazarında  istehsal  və  istehlak  mallarının  işlənib  hazırlanmasına  və 

tələbatın ödənilməsini çətinləşdirir və ona mənfi təsir göstərir. 

Bütün  bunların  həyata  keçirilməsi  hər  bir  müstəqil  dövlət  üçün  böyük 

əhəmiyyət kəsb edir. 

Bunun üçün hər bir müəssisə rəqabətə davam gətirməli, tələblərə cavab verə 

biləcək,  dünya  bazarında  beynəlxalq  standartlara  cavab  verə  biləcək,  qabaqcıl 

xarici ölkələrin qabaqcıl texnologiyasından istifadə edərək, yüksək keyfiyyətli xalq 

istehlak malları istehsal etməlidir. Həm də istehsal olunan məhsullar yerli xammal 

əsasında  fəaliyyət  göstərsə,  məhsulun  keyfiyyəti  ilə  bərabər  istehsal  rentabelliyi 

artar. Buna görə də başqa istehsal sahələri kimi poladtökmə və poladəritmə istehsal 

sahələrinə və onlara köməkçi sahələrə də xüsusi diqqət yetirmək lazımdır. 

Hazırda respublikamızda poladəritmə zavodlarında tədricən yerli xammallar 

tətbiq olunmaqdadır. 

Buraxılış  işinin  məqsədi  metal  məmulatlarının  çeşidi  və  onların  keyfiyyət 

ekspertizasının  tədqiq  olunmasından  ibarətdir.  Bu  məqsədə  nail  olmaq  üçün 

aşağıdakı vəzifələr yerinə yetirilmişdir: 

-  metal məmulatlarının keyfiyyətinə verilən tələblərin öyrənilməsi; 

-  metal məmulatlarının çeşidinin istehlak xassələrini formalaşdıran faktorların 

ekspertizası; 



 

4

-  metal məmulatlarının çeşidinin bəzi istehlak xassələrinin tədqiq olunması və 



keyfiyyətinin ekspertizası. 

Buraxılış  işinin  eksperimental  hissəsi  Bakıda  Metaləritmə  Zavodu, 

Sumqayıt  Alüminium  Zavodlarında  yerli  xammallar  tədqiq  olunmuş  və  təcrübə-

sınaq nümunələri hazırlanmışdır. 

Buraxılış  işində  metal  məmulatlarının  çeşidinin  xassələri  məlum  standart 

metodlar əsasında tədqiq olunmuşdur. 

Buraxılış  işində  yerli  xammal  əsasında  istehsal  olunmuş  metal 

məmulatlarının çeşidinin istehlak xassələri ilk dəfə olaraq öyrənilmişdir. 

Buraxılış işində işlənib hazırlanmış nəticə və təkliflər yerli xammal əsasında 

istehsal olunan metal məmulatlarının istehsalında və onların çeşidində tətbiq oluna 

bilər və bu zaman iqtisadi səmərə əldə etmək olar. 

Metaləritmə  və 

metaltökmə  sənayesinin  keçmiş  SSRI  dövründə 

özünəməxsus  inkişaf  yolu  vardır.  Sonrakı  axırıncı  illərdə  sənaye  miqyasında 

keyfiyyətli  metal  məmulatları  istehsal  etmək  mümkündür.  Hal-hazırda  müəssisə 

qarşısında  duran  əsas  problemlər  qabaqcıl  xarici  ölkələrin  texnologiyasından 

istifadə etmək və yerli xammalın istifadəsidir. 

Məhz  elə  bu  baxımdan  metal  məmulatlarının  çeşidi  və  onların  keyfiyyət 

ekspertizası  mövzusuna  həsr  olunmuş  buraxılış  işi  dövrün  tələblərinə  cavab  verir 

və aktual bir mövzu olduğunu bir daha təsdiqləyir. 

Buraxılış  işində  metal  məmulatlarının  çeşidi  və  onun  keyfiyyət 

göstəricilərini  tədqiq  etməklə  onun  keyfiyyətinə  görə  təyinatının  düzgün 

seçilməsinə  təminat  vermiş  oluruq.  Bununla  bərabər  metal  məmulatlarının 

istehsalını  beynəlxalq  standartların  tələblərinə  cavab  verən  yüksək  keyfiyyətli 

məmulat  nümunələri  ilə  müqayisə  etməklə  aşkar  olunan  nöqsanları  yox  etmək 

üçün  həm  xammalın  keyfiyyətinin  yüksəldilməsinə  və  həm  də  istehsal 

texnologiyasının təkmilləşməsinə istiqamət vermək mümkündür. 



Yüklə 419,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə