Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 419,13 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix05.03.2018
ölçüsü419,13 Kb.
#29824
1   2   3   4   5   6   7   8   9   ...   15

 

12

Domna  sobası  şaquli  şaxt  tipli  sobadır.  O,  xaricdən  qalın  polad  təbəqə  ilə 



əhatə  olunub,  daxildən  isə  odadavamlı  şamot  kərpiclə  hörülür.  O,  5  hissədən 

ibarətdir: 

1.  Yuxarı hissə «koloşnik» adlanır. Oraya filiz koks və flüs verilir; 

2.  Koloşnik hissəsindən aşağıda «şaxta» hissəsi yerləşir; 

3.  Şaxta hissəsindən sonra «buğluq» hissəsi yerləşir; 

4.  Buğluqdan sonra «çiyinlik» hissəsi yerləşir; 

5.  Aşağı  hissədə  isə  «kürə»  hissəsi  yerləşir.  Kürənin  aşağısından  novlar 

vasitəsilə maye çuqun və posa buraxılır. 

Hazırda dünyada faydalı tutumu 2000 m

3

-dən çox olan 130-a yaxın Domna 



sobası  vardır.  Onlardan  40-ı  Yaponiyadadır.  Sobanın  maksimum  məhsuldarlığı 

12000 ton/gündür. 

Domna  sobaları  fasiləsiz  olaraq  5-8  il  və  daha  çox  işləyir  və  ondan  sonra 

əsaslı  təmirə  dayanır.  Domna  sobasının  daxilində  koks,  oraya  üfürülən  O

2

  ilə 


birləşərək dəm qazı (CO) əmələ gətirir. 2C + O

= 2CO – Q  



Dəm  qazı  qüvvətli  reduksiyaedicidir  və  o,  yuxarıda  göstərilən  dəmir 

birləşmələrini sərbəst dəmirə qədər mərhələlərlə reduksiya edir. 

3Fe

2

O



+ CO = 2Fe

3

O



+ CO

2

 



Fe

3

O



+ CO = 3FeO + CO

2

 

FeO + CO = Fe + CO



2

 

Beləliklə  alınan  çuqun  təyinatına  görə  2  yerə  bölünür:  1.  təkrar  emal 



çuqunu;  2.  tökmə  çuqun.  Təkrar  emal  çuqunu  (93%)  polad  almaq  üçün  istifadə 

olunur. 


Tökmə  çuqun  isə  metaltökmə  istehsalatında  çuqun  məmulatları  istehsal 

edilməsi üçün istifadə olunur. 

Domna  posasından  tikinti  materialları  (sement,  kərpic,  çınqıl)  almaq  üçün 

istifadə olunur. 




 

13

Çuqun istehsalı üçün ən mühüm göstəricilərdən biri hər bir ton çuqun üçün 



koks  sərfidir.  Ən  yaxşı  sobalarda  bir  ton  çuqun  əritmək  üçün  400  kq  koks  sərf 

olunur. 


Polad.  Polad  dəmirin  karbonla  ərintisidir  ki,  karbon  ərintidə  cəmi  2%-ə 

qədər  olur.  Xalq  istehlak  tələbatlarında  tərkibində  karbonu  0,08-1,4%  olan  polad 

istifadə  olunur.    Onun  tərkibində  olan  qarışıqlar  çuqunda  olduğu  kimidir.  Onun 

tərkibində az da olsa silisium, kükürd, manqan, fosfor olur. Bu elementlər poladın 

xassələrinə  mənfi  təsir  göstərir.  Onun  möhkəmliyini  aşağı  salır,  yüksək 

temperaturda onun səthində çatlar əmələ gətirir. 

Polad  yüksək  mexaniki  xassəyə  malikdir,  ona  görə  də  o,  xalq  istehlak 

malları  almaq  üçün  müxtəlif  metodlarla  istehsal  olunur.  Poladın  istehsalı  üçün 

konvertor, marten və elektro ərimə metodları mövcuddur. 

Konverter  üsulu  1952-1953-cü  illərdə  ilk  dəfə  Avstriyanın  zavodlarında 

həyata  keçirilib. Onun  ideyasını  ilk dəfə 1934-cü  ildə rus  mühəndisi N.Marqovoy 

irəli  sürmüşdür.  Bu  üsul  hazırda  geniş  tətbiq  olunur  və  70%-dən  çox  polad  bu 

üsulla  əridilir.  Oksigen-konverter  sobası  daxildən  odadavamlı  kərpicdən 

hörülmüşdür, xaricdən 50-100 mm qalınlığında polad təbəqə ilə əhatə olunmuşdur. 

Ərimə  prosesi  başlanmazdan  əvvəl  soba  üfüqi  vəziyyətə  gətirilir.  Oraya 

metal  qırıntıları  verilir,  sonra  onun  üzərinə  temperaturu  1100-1200

0

S  olan  maye 



çuqun  tökülür.  Bu  materiallar  sobanın  2/3  hissəsi  qədər  olur.  Sonra  soba  şaquli 

vəziyyətə gətirilir və flüs (CaO) verilir və oksigen üfürülür. Maye metalın səthində 

temperatur  2500

0

S-yə  qədər  yüksəlir.  Konverter  sobasında  əvvəlcə  Fe  oksidləşib 



FeO əmələ gətirir. Bu zaman Mn, S, P elementləri də oksidləşir. 

2Fe + O


2

 = 2FeO 


2Mn + O

2

 = 2MnO 



Si + O

2

 = SiO



2

 

4P + 5O



2

 = 2P


2

O

5



 

Sonra isə FeO koksla reaksiyaya daxil olaraq Fe alınır. 




 

14

FeO + C = Fe + CO – Q 



Eyni vaxtda posanın əmələ gəlməsi reaksiyası baş verir. 

FeS + CaO = CaS + FeO 

Ərimə  prosesi  zamanı  maye  metaldan  analiz  götürülür,  əgər  karbonun 

miqdarı nəzərdə tutulan poladın karbonuna uyğun olduqda proses dayandırılır. 

100 ton həcmi olan konverterdə ərimə  müddəti 30-32 dəqiqə davam edir. 1 

ton polad almaq üçün 50-60 m

3

 oksigen sərf olunur. 



Konverter prosesi daha yüksək müsbət cəhətlərlə xarakterizə olunur: 

1.  yüksək keyfiyyətli poladın alınması; 

2.  prosesin 

məhsuldarlığının 

yüksək 

olması, 


Marten 

sobasının 

məhsuldarlığından 10 dəfə çoxdur; 

3.  Marten poladına nisbətən maye dəyərinin aşağı olması; 

4.  kapital xərclərinin az olması; 

5.  35-40%-ə qədər polad qırıntılarından istifadə olunması; 

6.  sobanın  quruluşunun  sadə  olması  və  texnoloji  prosesin  asan  idarə 

edilməsi; 

7.  yanacaqdan  istifadə  edilməsi.  Sobada  istilik  ekzotermik  reaksiyaların 

hesabına alınır. 

Bu üsulun mənfi cəhətləri: 

1.  metal və odadavamlı material itkisinin çox olması; 

2.  maye çuqun tələb olunması və s. 

Marten  sobalarında  polad  istehsalı.  Bu  üsul  1864-cü  ildə  Marten 

tərəfindən  (Fransa)    tətbiq  olunmuşdur.  20-50-ci  illərdə  bu  üsulla  80%-ə  qədər 

polad əridilirdi.  Bu  metodda  yanacaq  kimi, həm qaz  və  həm də  mazutdan  istifadə 

olunur.  Bu  proses  konverter  metodundan  10  dəfə  gec  başa  gəlir.  Burada  xammal 

kimi  çuqun,  metallom,  müxtəlif  otxodlardan  istifadə  olunur.  Proses  müddətində 

peçə  ligirlənmiş  metallar  (Cr,  W,  Mo)  əlavə  oluna  bilər.  Ona  görə  də  bu  metodla 

daha qiymətli polad almaq olar ki, bu da korroziyaya, kimyəvi maddələrin təsirinə 

qarşı davamlı olur. 




Yüklə 419,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə