Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 419,13 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix05.03.2018
ölçüsü419,13 Kb.
#29824
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

 

24

3.  Məhsulunun  təyinatına  görə:  yarım  məhsul  və  hazır  məhsul  istehsal  edən 



dəzgahlara ayrılır. 

Yayma  istehsalının  məhsulları  müxtəlif  qalınlıqlı  təbəqələr,  zolaqlar, 

reyslər,  bərabər  və  qeyri-bərabər  tərəfli  bucaqlar,  şvellerlər,  inşaat  armaturları, 

çubuqlar, borular və s. 

Presləmə  üsulu.  Bu  prosesə  əsasən  qurğuşundan  başqa,  əlvan  metallar 

uğradılır. Son vaxtlar kiçik polad hissələr də bu prosesə uğradılır. 

Qırmış  plastik  metalı  qapalı  həcmdə  sıxmaqla  onun  en  kəsiyindən  kiçik 

gözlükdən keçirməklə  müəyyən  formaya salınması prosesinə presləmə deyilir. Bu 

proses hidravlik preslərdə aparılır. Preslərin  gücü 1000 t – 20000 t olur. Presləmə 

üsulu iki metodla: 1. düzünə; 2. əksinə presləmə ilə aparılır. 

Düzünə  presləmələrdə  qızğın  silindrik  metal  pəstah  presin  konteyner 

adlanan qalın divarlı polad silindrin içərisinə yerləşdirilir. 

Konteyner  odadavamlı  poladdan  hazırlanmış  və  gözlüyün  forması 

preslənəcək məmulatın formasını əks etdirən (oxşayan) matris bərkidilir. Hidravlik 

presin pyansonun təzyiqinin təsiri ilə (sıxılması) metal matrisin gözlüyündən çıxır. 

Əks  presləmədə  isə  bağlı  konteynerin  içərisinə  qızğın  metal  qoyulur  və 

ucuna matris bərkidilən içi boş puanson daxil olur. Puanson hərəkət etdikdə matris 

metala  təsir  edir  (metalı  sıxır)  və  qızğın  metal  gözlükdən  çıxır.  Əks  presləmə 

əsasən  metal  çubuqların  istehsalında  tətbiq  olunur.  Bu  presləmədə  metal  itkisi  az 

olur. Presləmə ilə çubuqlar, borular və müxtəlif çeşidli məmulatlar istehsal olunur. 

Çəkmə prosesi (məftilçəkmə prosesi). Çəkmə  matrisanın lövhəsinin daralan 

gözlüyündən  metalı  dartıb  keçirməklə  en  kəsiyinin  azalması  və  uzununa 

ölçülərinin artması prosesinə çəkmə və ya çəkib uzatma deyilir. 

Bu  üsulla  0,02-1  mm  qalınlığı  olan  məftillər,  nazik  divarlı  borular,  saat 

istehsalı üçün dişli çarxlar və s. məmulatlar alınır. Bu üsulda metal pəstaha əsasən 

qızdırılmır. Çəkmə ilə emal prosesi aşağıdakı əməliyyatlardan ibarətdir: 

1.  metal pəstahın plastikliyini artırmaq üçün tabalmaya uğraması; 



 

25

2.  pəstahın  üzərindəki  oksid  təbəqəsini  qızdırılmış  H



2

SO

4



  ilə  aşılaması 

(yuyulması); 

3.  pəstahın  ucunun  matrisanın  gözlüyündən  çıxa  bilməsi  və  onun  dartma 

tutucusu ilə tutula bilməsi üçün en kəsiyinin kiçildilməsi; 

4.  çəkmə; 

5.  çəkmə məmulatın termik emalı; 

6.  məmulatın lazımi ölçüdə doğranması. 

Çəkmə  prosesi  çəkmə  dəzgahlarında  aparılır.  Dəzgaha  çəkib  dartmanı 

yerinə yetirməyə görə 3 növə bölünür: 

1.  barabanlı; 

2.  zəncirli; 

3.  hidravlik dəzgahlar. 

Sərbəst  döymə.  Çəkicin  ardıcıl    zərbələri  və  ya  presin  sıxma  təzyiqi  ilə 

metalın sərbəst tərəflərə  deformasiyasına sərbəst döymə deyilir.  Belə döymə  fərdi 

və  kiçik  seriyalı  istehsalda  səmərəlidir.  Sərbəst  döymə  metal  emalı  üsullarından, 

məsələn,  metal  tökmə,  ştamplamadan  və  s.  ilə  müqayisədə  bir  çox  üstünlüklərə 

malikdir. Sərbəst döymə üsulunda çəkisi 0,1 kq-dan 300 tona qədər olan pəstahlar 

almaq  mümkündür.  Bu  üsulda  metalın  daxili  quruluşu  (strukturu)  və  mexaniki 

xassələri dəyişir. Burada güclü avadanlıqlar tələb olunmur. Sərbəst döymə əl ilə və 

ya  maşınla  aparılır.  Sərbəst  döymə  proseslərində  bir  sıra  dəmirçi  döymə 

əməliyyatları tətbiq edilir. 

1.  Oturtma.  Bu  zaman  pəstahın  hündürlüyünü  azaltmaqla  eninə  ölçüləri 

artırılır; 

2.  Sıxıb  uzatma  və  ya  yayma.  Bu  əməliyyat  zamanı  pəstahın  en  kəsiyini 

azaltmaqla uzununa ölçüləri artırılır; 

3.  Əymə. Pəstaha tələb olunan əyrilikdə forma vermək üçün tətbiq edilir; 

4.  Burma; 

5.  Dəlmə. Pəstahın daxilində boşluqların açılması dəlmə adlanır. 




 

26

Göstərilən  əməliyyatları  yerinə  yetirmək  üçün  əsas  və  köməkçi  alətlərdən 



istifadə olunur. Sərbəst döymənin texnoloji prosesi aşağıdakı əməliyyatlardır: 

1.  döymə çertyojuna uyğun pəstahların doğranması; 

2.  pəstahların qızdırılması; 

3.  döymə prosesi; 

4.  alınan  döymə  məmulatların  termiki  emalı  və  təmizlənməsi.  Sərbəst 

döymənin əsas avadanlıqları döymə çəkicləri və preslərdir. 

Sərbəst  döymədə  pnevmatik  və  buxar-hava  çəkiclərindən,  hidravlik  döymə 

presindən istifadə olunur. 

Həcmi  ştamplama.  Sərbəst  döymədən  fərqli  olaraq,  ştamplamada  metal 

(material)  ştamp  alətinin  daxili  bölgünün  forma  və  ölçülərini  almaqla  baş  verir. 

Ştamp metal qəlibdir. Onun daxili forması pəstahın xarici səthini yaradır. Ştamplar 

odadavamlı poladdan hazırlanır. Ştamplanacaq metallar plastikliyə malik olmalıdır. 

Buna  görə  də  metalları  qızdırırlar.  Buna  əsasən  həcmi  ştamplama  qızğın  həcmi 

ştamplama adlanır. 

Qızğın  həcmi  ştamplamanın  sərbəst  döymə  ilə  müqayisədə  bir  çox 

üstünlükləri  vardır.  Belə  ki,  əmək  məhsuldarlığını  10  dəfəyə  qədər  yüksəldir, 

alınan  məmulatın  ölçüləri  dəqiq  və  səthi  hamar  olur  ki,  o  da  sonrakı  mexaniki 

emalda emal payını azaldır, metala qənaət edilir, yüksək ixtisaslı fəhlə tələb etmir. 

Mənfi  cəhəti  isə  odur  ki,  ştamplama  ilə  çəkisi  100-200  kq-a  qədər  olan 

məmulatlar alınır. 

Ştamplama 2 hissədən ibarət olan polad qəlibdir. 

Qızğın  həcmi  ştamplama  ilə  məmulatın  hazırlanmasında  texnoloji  proses 

aşağıdakı əsas əməliyyatlardan ibarətdir: 

1.  metalın lazımi ölçüdə doğranması; 

2.  pəstahın qızdırılması; 

3.  qızğın həcmi ştamplama; 

4.  termik emalı və təmizlənməsi. 



Yüklə 419,13 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə