Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
1   2   3   4   5   6   7   8   9   10   ...   29

20 

 

 



 

çevriləcək və digər tərəfdən qabaqcıl turizm ölkələri sırasında öz layiqli yerini tutaraq 

xarici turistlərin ölkəmizə axınına  nail olacaqdır.

 [

http://www.intranslaw.com/jurnal-



199.html.]. 

 Ölkədə  sosial  turizmin  inkişafına  gəldikdə:-  sosial  turizmin  inkişafı  həmin 

ölkənin  sosial  nailiyyətini  özündə  əks  etdirir.  1980-  ci  ildə  keçirilən  Ümümdünya 

konfrans  iştirakçılarının  gəldikləri  qənaətə  görə  sosial  turizmin  hədəfi  aztəminatlı 

insanların  istirahət  imkanlarının  genişlənməsinə  xidmət  etməlidir.  Yəni  sosial 

turizmin  əsas  funksiyasına  ilk  növbədə  dövlətin,  yerli  hakimiyyətin  büdcə  hesabına 

ayırdığı vəsaitlə gerçəkləşən istirahət imkanı başa düşülməlidir.[2.səh.214.] 

Sosial  turizm  aztəminatlı  ailələr,  tələbələr,  sağlamlıq  imkanları  məhdud  olanlar 

və əlillər üçün nəzərdə tutulan turizm növüdür. Bu turizm növünün reallaşması üçün 

hər  bir  müəssisənin  maliyyə  imkanları  olmalıdır.  Sovetlər  birliyi  müddətində  bu 

yalnız  həmkarlar  ittifaqı  xətti  ilə  qabaqcıl  işçilərin  istirahəti  və  sağlamlıqlarının 

bərpası  məqsədi  ilə  həyata  keçirilirdi.    Müasir  şəraitdə  sosial  turizmin  inkişafı 

müxtəlif  ölkələrdə  müxtəlif  səviyyədədir.  Məsələn,  ABŞ  və  Almaniya  kimi  inkişaf 

etmiş ölkələrdə dünya turizm istiqaməti kimi  sosial turizm yoxdur. 

 Bir  sıra  digər  ölkələrdə  isə  ümumiyyətlə  sosial  turizmə  dövlət  dəstəyi  yoxdur. 

Bu  ilk  növbədə  onunla  izah  olunur  ki,  turizm  mənfəət  verməlidir,  halbuki  sosial 

turizm  yalnız  vəsait  qoyuluşları  tələb  edir.  Üsrtəlik  sosial  turistlər  əyləncə 

sənayesinin  inkişafına  kömək  etmək  iqtidarında  deyil.  Deməli,  sosial  turizmin  əsas 

problemlərindən  biri  onun  maliyyələşdirilməsi  mənbələrinin  aşkar  edilməsindən 

ibarətdir.Buna  baxmayaraq  uzun  illər  milyonlarla  turistlər  yenə  də  sosial  turizmin 

hesabına  səyahət  edirlər.  Sosial  turizmin  maliyyə  mənbələrini  formalaşdıran 

orqanlara  aiddir:1.Dövlət  müəssisələri;  2.Dövlət  fondları;  3.Qeyri-hökümət  fondları; 

4.Xeyriyyə təşkilatları. 

Avropanın  bəzi  dövlətlərində  sosial  turizmə  son  vaxtlar  müəyyən  diqqət 

artmaqdadır.Məsələn  bu  sahə  üzrə  Almaniyada  xristian  mehmanxanalar  şəbəkəsi 

məşhurdur. Xidmət xərclərini xüsusi fondlar ödəyir.  

 

 



21 

 

 



 

1.3. Turizmin inkişafının müasir problemləri 

     Əgər  bir  neçə  il  əvvəllər  turizm  fəal  istirahətin  geniş  yayılmış  və  ən  kütləvi 

növlərindən  biri  hesab  edilirdisə,  artıq  indi  bu  sahə  daha  qlobal  məna  kəsb  etməyə 

başlayıb. Belə ki, hazırda turizm əsasən iqtisadi inkişaf, zəngin büdcə mənbəyi hesab 

olunur.  Məsələn,  turizmin  dünyanın  gəlirli  sahəsinə  çevrilən  ölkələrindən  Türkiyə 

ötən  il  turizmdən  35  milyard  dollar  qazanmışdı.  İspaniya,  Fransa  kimi  inkişaf  etmiş 

Avropa  ölkələrində  də  turizmdən  gələn  gəlir  ölkə  büdcəsinin  təqribən  8-10  faizini 

formalaşdırır.  Hətta  inkişafdan  geridə  qalan  Afrika  ölkələrində  də  turizmin  inkişafı 

prioritet  sayılır.  Xüsusən  savannalara,  milli  qoruqlara  təşkil  edilən  turizm  adrenalin 

həvəsli və cibizəngin turistlər üçün cəlbedici bir məkana çevrilib. 

    Təbii ki, təbiəti və iqlimi zəngin Azərbaycanın da milli turizmdən qazanacağı xeyli 

sahələr  mövcuddur.  Məhz  bu  sahələrin  prioritet  təşkil  etməsi  üçün  Prezident  İlham 

Əliyevin  xüsusi  diqqət  və  qayğısı  özünü  imzalanan  Dövlət  proqramlarında  göstərir. 

Belə ki, son 10  ildə Prezident  İlham Əliyevin turizmin  inkişafına dair  imzaladığı bir 

neçə  Dövlət  proqramları  mövcuddur.  Xüsusən,  turizmin  müxtəlif  növlərinin  inkişaf 

etdirilməsi,  həmçinin  turizmin  inkişafının  yeni  mərhələsinə  təkan  verəcək 

“Azərbaycan  Respublikasında  Turizmin  İnkişafına  dair  2008-2016-cı  illər  üçün 

Dövlət  Proqramı”  hazırlanmışdır.  Həmçinin,  Azərbaycan  Respublikası  Prezidentinin 

müvafiq  Fərmanının  tələbinə  uyğun  olaraq  “Turizm  və  rekreasiya  zonalarının 

nümunəvi  Əsasnaməsi”  hazırlanmışdır.  Ötən  illər  ərzində  turizmin  nümayiş  obyekti 

kimi istifadə olunması məqsədəuyğun hesab edilən bir sıra tarix-mədəniyyət abidələri 

bərpa edilmiş və turistlərin istifadəsinə verilmişdir. 

     İndi  Azərbaycanın  bölgələrində  ən  müasir  otel  və  pansionatların  tikintisi 

sürətlənib. Qəbələdə, İsmayıllıda, Qubada, Qusarda, Masallıda, Lənkəranda, Lerikdə, 

Şəkidə,  Şamaxıda,  Balakəndə  və  digər  rayonlarımızda  4  və  5  ulduzlu  otellərin  sayı 

davamlı  olaraq  artır.  Xüsusən  Qəbələnin  turizm  imkanları  o  qədər  genişlənibdir  ki, 

hətta  burada  bəzən  turisistlərin  yerləşdirilməsi  problemləri  yaranır.  Təbii  ki,  bütün 

bunlar müvəqqəti xarakter daşıyır. 




22 

 

 



 

    Turizmə  dair  Şamaxı  rayon  Mədəniyyət  və  Turizm  İdarəsindən  məlumata  görə, 

2014-cü  ilin  8  ayı  ərzində  Şamaxıya  58  minədək  turist  səfər  edib.  Sadə  bir 

hesablamaya  görə,  hər  bir  turist  orta  hesabla  istirahətinə  200  dollar  xərcləsə  bu  12 

milyon dollara  yaxın  vəsait deməkdir. Demək, rayon büdcəsinin təxminən 10  faizini 

turizmlə zənginləşdirmək mümkündür. 

     Qeyd edək ki, 27 sentyabr hər il Azərbaycanda “Ümumdünya Turizm Günü” kimi 

qeyd olunur. Həmin gün təşkil olunan tədbirlər çərçivəsində həmçinin, hər il müxtəlif 

mövzularda  -  turizm  sahəsində  mövcud  problemlər  və  onların  həlli  yollarının 

müzakirəsi,  turizm  sahəsində  xidmət  səviyyəsinin  yaxşılaşdırılması,  turizm 

infrastrukturunun  yaradılması  və  s.  mövzusunda  “Ümumrespublika  Daxili  Turizm 

Konfransları” da keçirilir. Eləcə də bu müddət ərzində turizm şirkətləri, turist xidməti 

obyektlərinin iştirakı ilə Daxili Turizm Sərgisi də keçirilmişdir. 

    MDB-də “Soçi qış turizmi” istisna olmaqla Azərbaycan qış turizmi yaradan yeganə 

ölkədir.  Qusar  rayonundakı  Dağ-Xizək  Qış  Turizmi  meydançalarının  istifadəyə 

verilməsi ölkəmizə ilin hər fəslində turist axını yaradan özəl bir haldır. Belə ki, əgər 

iki-üç  il  əvvələdək  Azərbaycana  turistlər  yalnız  yaz  və  yay  aylarında  maraq 

göstərirdilərsə,  Qusar  Dağ-Xizək  Qış  turizmi  yaradılandan  sonra  ölkəmizə  qış 

aylarında da turist səfərləri artmağa başladı. Xüsusən bu möhtəşəm turizm məkanında 

süni  iqlim  yaratma  mexanizmi,  yəni  qar  yağdırma  işi  reallaşandan  sonra  buraya 

maraq daha da yüksəlib.Təbii ki, milli turizmin inkişafı ölkəmizdə prioritet təşkil edir 

və  bu  sahə  üzrə  çalışanlara,  turizmə  sərmayə  yatırmaq  istəyənlərə  dövlət  dəstəyi  də 

mövcuddur.  Mətbuatda  gedən  informasiyalara  görə,  son  10  ildə  turizmin  inkişafı 

üçün özəl sektora hərtərəfli- həm maliyyə, həm də digər iqtisadi resurslarla köməklik 

edilərək onlara kreditlər və subsidiyalar ayrılıbdır.  

     Ancaq bununla belə irad və təklifləri də var. Burada otellərdə sıxlıqdır və onların 

sayının  artması  şərtdir.  Digər  tərəfdən,  qiymətlərdə  endirimlər  olsa,  xüsusən  xarici 

vətəndaşlara nisbətən ölkə vətəndaşlarına qiymətlərdə güzəştlər tətbiq edilsə bu, daha 

münasib olar. 

       İnsanları  daha  çox  cəlb  edən  turizm  əyləncə  obyektlərinə,  milli  mətbəxin  dadlı 

təamlarına  üstünlük  vermək  lazımdır.  Eyni  zamanda,  on  illərlə  kənd  həyatından 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə