Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
1   2   3   4   5   6   7   8   9   ...   29

 

 



 

turizm  marşrutlarının  yaradılması  və  inkişaf  etdirilməsi  və  turizm  inkişafı  sahəsində 

beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdəndir.  

     Ulu  öndər  Heydər  Əliyevin  siyasi  kursunun  layiqli  davamçısı,  Prezident  İlham 

Əliyev  ölkəmizdə  turizmin  inkişafını  vacib  istiqamətlərdən  biri  kimi  daim  diqqətdə 

saxlayır. Buna ən bariz  nümunə kimi  Prezident İlham Əliyev tərəfindən 2011-ci  ilin 

Azərbaycanda “Turizm ili” elan olunmasını göstərmək olar. “Turizm ili” çərçivəsində 

bir  sıra  tədbirlərin  keçirilmişdir.  Təsadüfi  deyildir  ki,  bu  məqsədlə  Mədəniyyət  və 

Turizm Nazirliyinin nəzdində xüsusi işçi qrupu yaradılmışdır.  

          Sosial-iqtisadi sahə kimi turizm əsasən XIX əsrin ortalarından inkişaf   etməyə  

başlamışdır.    Bu  dövrə  qədər  isə  turizm  fərdi  gəzinti  və  səyahət  xarakteri  daşımış, 

qeydiyyata düşmədən müxtəlif əraziləri, ölkələri gəzən adamlara «turist» demişlər. 

       Azərbaycan  elə  bir  coğrafi  məkanda  yerləşir  ki,  burada  təbiətin  demək  olar  ki, 

bütün  gözəlliklərinə  rast  gəlinir.  Azərbaycanın  turistik  bölgəyə  çevrilməsi  üçün 

burada  çox  geniş  imkanlar  var.  Turizmin  inkişafı  iqtisadiyyatımızın  güclənməsi, 

gəlirlərin xeyli artması və ən əsası, regionların sosial-iqtisadi inkişafının əsasını təşkil 

edə bilər. 

     Müasir  dövrümüzdə  turizm  bölgəsinə  çevrilmək  təkcə  iqtisadi  baxımdan  deyil, 

həm  də  siyasi  baxımdan  ölkəmiz  üçün  çox  vacibdir.  Çünki  bu  gün  dünyada  gedən 

proseslər  və  təhlükəsizlik  məsələləri  baxımından  turizmin  inkişafı  labüddür.  

Turizm  həm  də  ölkələri,  xalqları  bir-birinə  yaxınlaşdırır,  beynəlxalq  münasibətləri 

gücləndirir,  iqtisadi  və  mədəni  əlaqələrin  inkişafına  təkan  verir.  Turizmin  həcmini 

artırmaqla,  turistik  bölgəyə  çevrilməklə  biz  eyni  zamanda  regionların  sosial-iqtisadi 

inkişafını çox sürətlə  və effektiv şəkildə  həyata keçirə bilərik.Turizmin  inkişafı  həm 

də regionların sosial iqtisadi baxımdan qısa bir müddətdə dirçəlməsi deməkdir. 

   Regionlarda yaşayış üçün normal şərait qurulduğu halda, xeyli insan kənd və rayon 

yerlərində yaşamağa meyl edəcək. Eyni zamanda bununla həm də kəndlinin problemi 

həll  olunur,  gəlir  mənbələri  əldə  etmiş  olur.  Bu  gün  Azərbaycanda  turizmin  inkişafı 

üçün çox geniş imkanlar var.  

     



 

 



 

     


Turizmin  inkişafı  ilə  bir  sıra  problemlər  də  avtomatik    turizmin  inkişafı  nəticəsində 

ekoloji  təmiz  məhsul  istehsalına  diqqət  yönələcək  ki,  bu  da  növbəti  uğurlara  səbəb 

olacaq:  “Azərbaycanda  ekoloji  təmiz  məhsul  istehsalını  gücləndirsək,  bu,  turistlərin 

bölgəyə  marağını,  eyni  zamanda  regionların  inkişafını  gücləndirəcək”.  Yəni  bundan 

aydın olur ki,turizmin bölgələrin sosyal-iqtisadi inkişafina təsiri misilsizdir. 

    Azərbaycanda  son  illər  turizmin  inkişafına  diqqət  artırılıb,  bu  istiqamətdə  ilkin 

addımlar atılır. Turizm sahəsində açılan hər bir iş yeri multiplikativ effekt prinsipi ilə 

3-4,  bəzən  6-7  yeni  iş  yerlərinin  açılmasına  səbəb  olur.  Yəni  bu  proses  su  və  ərzaq, 

kənd  təsərrüfatı  məhsullarının  istehsalını  genişləndirir,  xidmət  sahələrinin 

keyfiyyətinin artırılması üçün peşəkar kadrlar yetişdirilir və bunun üçün kurslar açılır. 

Bunlar hamısı yeni iş yerləri və bölgələrin inkişafı deməkdir.  

    Sosial-iqtisadi  inkişaf  sahəsində  də  şaxələndirmə  siyasətini  yürüdən  Azərbaycan 

XXI  yüzilliyin  əvvəllərində  dinamik  inkişafla  səciyyələnən  proseslər  kontekstində 

dünyaya  yeni  dövlətçilik  modelini  tanıtdırmağa  nail  oldu.  Daha  dəqiq  deyilsə,  bu 

nailiyyət ölkənin ümumdaxili məhsulun artım tempinə görə 2005-ci ildən başlayaraq 

sıçrayışlı dövr yaşaması, bir neçə il ərzində isə ÜDM-in artım tempinə görə dünyada 

lider  dövlətə  çevrilməsi  oldu.  Son  on  ildə  Azərbaycanda  adambaşına  düşən 

ümumdaxili  məhsul 7.5 dəfə, dövlət büdcəsinin  xərclər  hissəsi  isə 21 dəfə artmışdır. 

Bu  illər ərzində ölkədə orta  illik  iqtisadi artım  tempi 15.6  faiz təşkil etmişdir. Məhz 

sosial  rifaha  ünvanlanmış  islahat  və  balanslaşdırılmış  inkişaf  kursu  nəticəsində 

Azərbaycan  postsovet  ölkələri  arasında  ilk  olaraq  bir  ictimai-iqtisadi  formasiyadan 

digərinə keçid dövrünü uğurla başa çatdırmış oldu. hesabına insanların maariflənməsi 

baş  verir,  müasir  dəyərlər  aşılanır.  Aşağıdakı  cədvəldən  göründüyü  kimi  turizm 

müəssisələrinin  əsas  göstəricilərində  üzrə  il-ildən  artım  müşahədə  olunur.    Bu  da 

respublikamızda turizmin inkişafından xəbər verir. 

 

 



 


10 

 

 



 

Cədvəl 1.1. 

                                           Turizm müəssisələrinin əsas göstəriciləri 

 

  

2010 



2011 

2012 

2013 

2014 

Müəssisələrin sayı 

126 

141 

170 

197 

218 

İşçilərin sayı (kənar əvəzçilər 

də daxil edilməklə), nəfər 

1418 

1541 

1730 

1729 

1 794 

      ondan: 



  

  

  

  

  

turizm fəaliyyəti ilə məşğul 



olan işçilərin sayı, nəfər 

1159 

1279 

1473 

1 515 

1 567 


Müəssisələrin əldə etdiyi  

gəlir, min manat 

19065,3 

22634,8 

27121,5 

29600,9 

31 107,1 

      ondan: 



  

  

  

  

  

turizm fəaliyyətindən  



14755,5 

17804,7 


21597,1 

24823,6 


26 031,0 

Məhsul (xidmət) istehsalına 

çəkilən xərclər, min manat 

17811,3 

20662,1 

23540,8 

25292,5 

27 018,1 

      ondan: 

turizm fəaliyyətindən  

13805,7 


16065,6 

18903,1 


21818,2 

25 708,60 



Əhaliyə satılmış turizm 

yollayış blanklarının sayı, 

ədəd 

34121 

42583 

62866 

65448 

66 233 

o cümlədən: 

ölkə daxilində səyahət etmək 

üçün Azərbaycan 

vətəndaşlarına, ədəd 

3385 


4045 

5121 


7078 

6 990 


ölkədən kənarda səyahət 

etmək üçün Azərbaycan 

vətəndaş-larına, ədəd 

27030 


34254 

52378 


53 771 

54 900 


Azərbaycan ərazisində 

səyahət etmək üçün xarici ölkə 

vətəndaşlarına, ədəd 

3706 


4284 

5367 


4 599 

4 343 


Əhaliyə satılmış turizm 

yollayış blanklarının dəyəri, 

min manat 

25848,7 

29316,6 

40693,2 

42892,3 

44 820,3 

o cümlədən: 

ölkə daxilində səyahət etmək 

üçün Azərbaycan 

vətəndaşlarına, min manat 

1708,4 


2021,1 

3147,4 


2747,9 

2 764,0 


ölkədən kənarda səyahət 

etmək üçün Azərbaycan 

vətəndaşlarına, min manat 

19750,2 


22583,4 

33652,3 


36991,0 

39 708,5 

Azərbaycan ərazisində 

səyahət etmək üçün xarici ölkə 

vətəndaşlarına, min manat 

4390,2 


4712,1 

3893,4 


3153,4 

2 347,8 


Qəbul edilmiş və göndərilmiş 

turistlərin sayı, nəfər 

69923 

83620 

101431 

91 961 

92 305 

Mənbəə:www.stat.qov.az.-2015 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə