Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
1   2   3   4   5   6   7   8   9   ...   29

11 

 

 



 

Turizmin  müasir  şəraitdə  inkişaf  problemləri,  onun  qloballaşma  xüsusiyyətləri 

və  resurs  potensialının  struktur  dəyişmələri,  onun  inkişafının  aktuallığını  yaradır. 

Turizmin  sosial-iqtisadi  rolu  və  sahə-ərazi  resurslarının  iqtisadi  dövriyyəyə    cəlb 

edilməsi    xüsusiyyətləri  -  onun  idarə  olunmasının    xüsusiyyətlərini  yaradır.  Turizm 

sahə, funksional iqtisadi və  sosial vəzifələri  olmaqla  müasir  islahatlar proqramının  

tərkib  hissəsidir.  Turizmin  ərazi  və  sahə    quruluşu,  turizm  tələbatına  və    ölkə 

iqtisadiyyatının  struktur  dəyişmələrinə    uyğun  aparılır.  Turizmin  inkişafında    kənd 

təsərrüfatı və  kəndin inkişafına şərait yaratmaqla  müasir dövrdə  iqtisadiyyatın ərazi 

strukturunun  təkmilləşməsinə nail olmaq olur. 

Qeyd  edək  ki,  uğurla  reallaşdırılan  inkişaf  strategiyası  artıq  özünün  növbəti  - 

üçüncü  mərhələsi  ərəfəsindədir.  2013-2020-ci  illəri  əhatə  edəcək  bu  mərhələdə 

ölkədə  turizm  infrastrukturunun  inkişaf  etdirilməsi  və  turizm  xidmətlərinin  daha  da 

genişləndirilməsi,  regionlarda  və  Bakıda  yeni  müasir  standartlara  cavab  verən 

mehmanxanaların,  Şahdağ  Qış-Yay  Turizm  Kompleksinin  istifadəyə  verilməsi  və 

tarixi  abidələrin  bərpası  kimi  tədbirlərin  davam  etdirilməsi  nəticəsində  turizm 

sektorunda 2013-2016-cı illər ərzində orta hesabla 21,9 faiz artım gözlənilir.  

Əminik ki,ölkə prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş «Azərbaycan-

2020:  gələcəyə  baxış»  İnkişaf  Konsepsiyasında  müəyyən  edilmiş  hədəflərin 

reallaşdırılması, xüsusilə də turizm sahəsini əhatə edən irimiqyaslı tədbirlərin həyata 

keçirilməsi  və  yuxarıda  sadaladığımız  problemlərin  həlli  nəticəsində  regionlarımızın 

və  kəndlərimizin  tarazlı  inkişafı  və  bununla  da  gələcəkdə  Azərbaycanın  davamlı 

inkişafı,  eləcə  də  bölgə  əhalisinin  və  xalqımızın  rifahının  daha  da 

yaxşılaşması 

təmin ediləcək.

 

http://webcache.googleusercontent.com/. 



      

Sürətli  inkişaf  tempinə  görə  turizm  sənayesi  XX  yüzilliyin  fenomeni 

adlandırılmışdır.  ÜTT-  nin  məlumatlarına  görə  2014-cü  ilin  yekunu  üzrə  dünya 

iqtisadiyyatında    ümumdaxili  məhsulun  9%-i  bu  sahənin  üzərinə  düşür.Turizm 

dünyada  cəmi  kapital  qoyuluşunun  7%-ni,  istehlak  xərclərinin  11%-ni,  vergi 

tədiyyələrinin 5%-ni təşkil edir. Dünya ixracında gəlirin 6%-ə qədəri məhz turizm  

 



12 

 

 



 

sənayesinin  payına  düşür  ki,  bu  da  dünyada  yalnız  neft  və  neft  məhsullarının  və 

avtomobillərin ixracatından azdır. 

   Turizmin  iqtisadiyyatda  rolu,  onun  iqtisadi  artımda,  tarazlı  iqtisadi  siyasətdə  və 

beynəlxalq iqtisadi əlaqələrdə xüsusi çəkisi ilə müəyyənləşir. İqtisadi artım  ÜDM-in 

artımı  və  bu  artımda  turizm  sahəsinin  rolu  qiymətləndirilir.  Bəzi  ölkələrdə  turizm 

dövlət büdcəsinə olan daxilolmaların 15% və bəzən də daha çox hissəsini təşkil edir. 

Turizm ümummilli məhsulun Fransada 7%-ni, Çexiyada 6%-ni, Macarıstanda 8%-ni, 

İspaniya, İsveçrə, İtaliyada 13-17%-ni təşkil edir. Kiprdə isə bu göstərici 20%-ə çatır.  

     Azərbaycanda  turizm  üçün  xarakterik  sahələrdə  yaradılan  əlavə  dəyərin  ölkənin 

ümumi daxili məhsulunda xüsusi çəkisi 2013-cü ildə 3,6% ,  2014-cü ildə 4,1% təşkil 

etmişdir. İqtisadiyyatın əsasını neft sənayesi təşkil edən ölkəmiz üçün bu rəqəm digər 

sahələrə nisbətən çox böyükdür./2.səh.177./ 

    Turizm  iqtisadiyyatın  əsas  sahələri  olan  nəqliyyat,  rabitə,  inşaat,  kənd  təsərrüfatı, 

xalq  istehlak  mallarının  istehsalına  əhəmiyyətli  dərəcədə  təsir  göstərir.  Turizm 

sənayesində göstərilən xidmətlərin həcminin artımı yeni iş yerlərinin açılmasına digər 

sahələrə  nisbətən  daha  tez  təsir  göstərir,  nəinki  digər  sahələr.  Buradan  görünür  ki, 

turizm sosial-iqtisadi inkişafın özünəməxsus katalizator rolunu oynayır.  

    Turizm  bir  sosial-iqtisadi  təzahür  kimi  mürəkkəb  və  çox  şaxəlidir.  Turizm 

xidmətləri  istehlakçılar  üçün  bir  rekreasiya,  işgüzar,  maarifləndirmə  və  s.  məqsədlə 

görülmüş  səyahətdir(səfər,yürüş).Turizm  sənayesi  ilə  məşğul  olanlar  üçün  isə  bu 

kapital  qoyulması  üşün  bir  sahə  olduğu  kimi,  potensial  müştərilərin  ehtiyaclarının 

ödənilməsinə yönələn bir fəaliyyət sahəsidir. 

     Müasir  turizmin  inkişaf  təmayüllərinin  təhlili  göstərir  ki,  siyasi  iqtisadi  və  sosial 

amillərin  təsiri,  yeni  reklam-informasiya  texnologiyasının  tətbiqi  inkişaf  etmiş 

ölkələrdə  turizm  inkişafının  sıçrayışına  səbəb  olur.  Həm  ölkə  daxili,  həm  də 

beynəlxalq turizm sürətlə inkişaf edir. 

     Turizm,  insanların  insanların  səyahətlərindən  meydana  gələn  ehtiyaclarının 

qarşılanması ilə əlaqəli olduğu üçün, sosial xüsusiyyət təşkil edir. Sosial hadisələr isə, 

sosial elmlərin mövzusu olduğundan, bu baxımdan turizm də sosial bir elmdir. 

  



13 

 

 



 

1.2.Turizmin 

inkişaf dinamikası və əsas amilləri 

   Turizmin  mahiyyətinin  açılması,  onun  sosial  iqtisadi  mahiyyəti  statistik  və 

dinamik  göstəricilər  sistemi  ilə  izah  olunur.  Sistem  anlayışı  və  təhlili  baxımından 

turizmin mövcud vəziyyəti respublikaya gələn və respublikadan gedən turistlərin sayı 

respublika  əhalisinin  yerli  turist  xidmətindən  müxtəlif  formada  istifadəsi,həmçinin 

turist infrastrukturu yaradan obyektlərin və onların keyfiyyəti ilə ölçülür.  

   Azərbaycan  iqtisadiyyatının  sosial-iqtisadi  inkişafının  sahə  və  ərazi 

problemləri onun dayanıqlı və tarazlı dinamikası respublikanın təbii, insan və coğrafi 

resurslarının səmərəliistifadəsi və bazar münasibətləri şəraitində imkanların alternativ 

layihələr  əsasında  iqtisadi  dövriyyəyə  cəlb  edilməsi  ilə  mümkündür.  Respublikanın 

inkişaf  konsepsiyası  onun  resurslarının  kompleks  istifadə  edilməsi  yolu  ilə 

maksimum  həyat  səviyyəsi  və  təhlükəsiz  həyat  fəaliyyətini  qərarlaşdırmaqdan 

ibarətdir.  Sosial-iqtisadi  amil  olaraq  turizmin  mövcud  vəziyyəti  onun  qlobal 

məqsədlərin  reallaşmasında  rolunu  qiymətləndirməklə  bu  sahənin  inkişafının 

tənzimlənməsi  bütövlükdə  iqtisadi  inkişaf  strategiyasının  və  strateji  planlaşmanın 

tərkib hissəsi kimi çıxış edir. 

Turizm  dövriyyəsinə  daxil  olan  resurs  potensialı,  onların  mövcud  istifadə 

formaları  və  səmərəliliyi  bu  sahənin  ilkin  fəaliyyəti  və  sonrakə  perspektivi  üçün  bir 

sıra təşkilati-maliyyə və proqram tədbirlərinin əsaslandırılması, onların elmi-metodiki 

proqnoz  əsaslarını  yaradır.  Ona  görə  də  konseptual  yanaşma  baxımından  turizmin 

inkişafı  həm  iqtisadi  artım,  həm  investisiya  prioritetləri,  həmçinin  ərazi  və  region 

inkişaf  problemlərinin  həlli  üçün  əsas  rol  oynayır.İqtisadi  rol  kompleks  göstəricilər 

sisteminin,  səmərə  və  xüsusi  səmərə  yolu  ilə  nəzəri  cəhətdən  qiymətləndirilir.  Amil 

olaraq  hər  bir  konseptual  vəzifənin  reallaşmasında  fəal  roluna  görə  turizmin  sintetik 

səmərəsi vahid göstərici ilə müəyyənləşir. 

 Turizmin  iqtisadi  rolu  və  onun  əsas  istifadəsi  istiqamətləri  hər  bir  ölkənin 

iqtisadi  inkişaf  konsepsiyası  və  resurs  potensialının  növü,  həmçinin  təşkilatı 

idarəetmə  strukturlarının  əməyi  və  səmərəliliyi  ilə  optimallaşdırılır.  Ona  görə  də 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə