Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

26 

 

 



 

    Onu  da  qeyd  etmək  lazımdır  ki,  nəqliyyat  sisteminin  inkişafı  və  ixtisaslaşmış 

turistn  nəqliyyatının  meydana  çıxması,  az  vəsait  sərf  etməklə  xarici  ölkələrə  turist 

səfərlərini  daha  əlverişli  etmişdir.  Nəqliyyat  vasitələrinin  seçimi,  turistin  gəldiyi 

ölkənin  coğrafi  mövqeyindən,  turisti  göndərən  ölkənin  hansı 

məsafədə 

yerləşməsindən,  eyni  zamanda  turistin  sosial  vəziyyətindən  və  onun  maliyyə 

imkanlarından asılıdır. 

     Reklam  xidməti-.bu  ictimai  informasiyanın,  daha  doğrusu  insanlar  arasında 

münasibətlərin  növ  müxtəlifliyindən  biridir.  Bu  informasiya,  yeniliyin  fəal 

elementləri  özündə  daşıyır.  Turizmdə  reklamın  rolu  böyükdür,  çünki  reklamın  turist 

məhsuluna  olan  təlabatının  xarakteri  və  ölçülərinə  bilavasitə  təsir  göstərir.  Bu  və  ya 

digər  bir  ərazinin  turizm  resursları  və  bazar  təklifləri  barədə  əhalinin  xəbərdar 

edilməsi səviyyəsini məhz reklam müəyyən edir. 

-  turist  agentlikləri  tərəfindən  həyata  keçirilən  xidmətlər  (səyahət  marşurutunun 

hazırlanması, mehmanxanada və nəqliyyat vasitələrində yerlərin bronlaşdırılması, yer 

kürəsinin  hər  hansı  bölgəsinin  turizm  resursları  haqqında  bilgilər,  turistin  getdiyi 

bölgədə olan yerləşdirmə vasitələri, gömrük və sərhəd rəsmiyyəti, valyuta məzənnəsi 

və  s.  haqqında  informasiya  verilməsi).  Səyahət  və  ekskursiya  büroları  tərəfindən 

həyata keçirilən xidmətlərə isə gid-tərcüməçi, ekskursiya bələdçisi, qrup rəhbərləri ilə 

təminat və s. aiddir. - turistlərin mənəvi təlabatlarının ödənilməsi(teatr, kino, konsert 

zalları,muzey,  sərgi,  rəsm  qaleriyası,  parklar,  tarixi  və  təbiət  qoruqlarına  gedişlərin 

təşkili,  tarix  və  mədəniyyət  abidələrinə  baxışların  keçirilməsi,  festivallarda,  idman 

yarışlarında və digər tədbirlərdə iştirakın təmin edilməsi) üzrə göstərilən xidmətlər. 

- turistlərin  mənəvi təlabatlarının ödənilməsi(teatr, kino, konsert zalları,muzey, sərgi, 

rəsm  qaleriyası,  parklar,  tarixi  və  təbiət  qoruqlarına  gedişlərin  təşkili,  tarix  və 

mədəniyyət  abidələrinə  baxışların  keçirilməsi,  festivallarda,  idman  yarışlarında  və 

digər tədbirlərdə iştirakın təmin edilməsi) üzrə göstərilən xidmətlər; 

-  turistlərin  işgüzar  və  elmi  maraqların  təmin  edilməsi  (konqress,assambleya, 

konfrans,  simpozium,  toplantı,  seminar,  yarmarka  və  sərgilərdə  iştirak  etmək)  üzrə 

göstərilən xidmətlər; 



27 

 

 



 

-  inzibati-nəzarət  orqanlarının(sərhəd,valyuta,karantin,polis  xidmətləri,  pasport,viza 

və s. sənədlərin hazırlanması) göstərdikləri xidmətlər; 

- informasiya vasitələrinin (qəzet,jurnal,radio,televiziya və s.) göstərdiklərixidmətlər; 

-  dövlət  turizm  idarələrinin  (komitə,  departament,  nazirlik  və  s.)  göstərdikləri 

xidmətlər; 

- turist birliklərinin göstərdikləri və s.xidmətlər daxildir.  

     Həmçinin turizm təsərrüfatı ilə məşğul olan subyektlər öz fəaliyyətlərini daimi 

etmək üçün müxtəlif əmək vasitələrinə malik olmalıdırlar.Turizmdə istifadə olunan 

əmək vasitələrinin məcmusu onun maddi-texniki bazasının əsasını təşkil edir. 

  Turizmin maddi-texniki bazasına,turizm tikililəri (binalar), onların texniki təchizatı 

(avadanlıq), nəqliyyat vasitələri və digər əsas fondlar daxildir. 

     Azərbaycanda  daxili  turizmin  inkişafında  ekoloji  problemlərin  yaranması 

müasir  dövrdə  aktual  problemlərdən  sayıla  bilər.  Son  illərdə  bölgələrdə  kütləvi 

turizm  hərəkatının  genişlənməsi,  yeni  istirahət  mərkəzlərinin  tikilməsi,  dağlıq  və 

dağətəyi,  meşəlik  ərazilərdə  turizm  yükünün  artması  ətraf  mühitin  qorunmasını 

aktuallaşdırır. 

    Ölkədə  daxili  turizmin  son  illər  sürətli  inkişafı  ətraf  mühitə  təsiri  artırmışdır.Bu 

təsir  regionlar  üzrə  müxtəlif  olmaqla,  əsasən  dağlıq  və  dağətəyi  bölgələri  daha  çox 

əhatə etmişdir. Tədqiqatlar göstərir ki, ölkənin daxili turizm bazarında Quba-Xaçmaz, 

Şəki-Zaqatala,  Dağlıq  Şirvan  bölgələri  daha  intensiv  mənimsənilmişdir.  Bununla 

yanaşı Xəzər dənizinin sahilləri yay mövsümü dövründə ölkə vətəndaşlarının istifadə 

etdiyi ərazilərdən sayılır. 

     Azərbaycanda rekreasiya yükü meşə, meşə-çöl, dəniz sahili ərazilər üçün daha çox 

mənimsənilmişdir.  Turizm  baxımdan  daha  çox  istifadə  olunan  bölgələrdə  əsasən 

meşələr,  iqlim  komfortluğu,  dəniz  sahili  mövqe  və  digər  təbii  amillərə  daha  çox 

üstünlük  verilir.  Ölkədə  turizm  baxımından  ən  çox  yüklənmə  Xəzər  sahillərində, 

alçaq dağlıq ərazilər və meşə landşaftı üstünlük təşkil edir. Belə ki, Xəzərin Nabran-

Yalama,  Abşeronun  şimali  ənənəvi    turizm-  istirahət  mərkəzləri  olduqlarına  görə 

rekreasiya  yükü  çoxdur.  Aparılmış  tədqiqatlara  görə  mövsüm  dövründə  Nabran-

Yalama  sahillərində  5-8  kv.m.  çimərlik  sahəsi,  2-3kv.m.  qədər  meşəlik  düşür.  Əgər 




28 

 

 



 

Xəzərsahili  bölgədə  çimərliklərin  yüklənmə  səviyyəsinin  8-15  kv.m.,  həmçinin  hər 

nəfərə  düşən  meşəlik  sahəsinin  20  kv.m.-dən  çox  olmasını  nəzərə  alsaq  Nabran-

Yalama sahillərində turizm yükü normadan yüksəkdir. 

      Abşeronun şimal sahillərində, qismən Lənkəranın Xəzər sahili çimərliklərində və 

sahildən  5-10  km  daxilə  doğru  olan  ərazilər  turizm  baxımdan  daha  çox 

mənimsənilmiş  və  rekreasiya  yüklənməsi  çoxdur.Turizm  yükü  qeyd  olunan  ərazidə 

ekoloji tarazlığın pozulmasına,  meşə örtüyünün azalmasına səbəb olur. Onu da qeyd 

edək ki, Nabran-Yalama turizm bölgəsində mərkəzləşdirilmiş kanalizasiya sisteminin 

olmaması,  məişət  tullantılarının  təkrar  emalının  aparılmaması  ətraf  mühitə  daha  çox 

ziyan  vurur.  Burada  məişət  tullantıları  meşənin  müəyyən  basdırılır,  kanalizasiyalar 

yeraltı suları çirkləndirir, çaylara  və dənizə axıdılır.  Burada  yerli əhalinin  meşələrdə 

mal-qara otarmasını əlavə etsək  ekoloji  gərginliyin  yüksək olmasını təsəvvür etmək 

olar.  Belə  acınacaqlı  vəziyyət  digər  istirahət  mərkəzlərində  də  müşahidə  edilir.  Son 

illər  aparılan  iqtisadi  islahatlar,  əhalinin  gəlir  mənbəyinin  artması  turizm  hərəkatına 

qatılanların sayını artırmışdır. Buna görə də mövcud istirahət mərkəzlərində xidmətin 

səviyyəsinin yüksəldilməsi, qiymətlərin tənzimlənməsi, ekoloji şəraitin və rekreasiya 

yükünün  nəzərə  alınması  vacibdir.  Qeyd  olunan    amillərin  nəzərə  alınması  müvafiq 

icra hakimiyyəti və yerli bələdiyyə  orqanları istirahət mərkəzlərində tikintiyə nəzarət 

etməli,  ətraf  mühitə    dəyən  ziyana  görə  cərimələrin  miqdarı  artırılmalı,  əhali  və 

turistlə  turistlər  arasında  ətraf  mühitlə  bağlı  maariflənmə  işi  aparılmalıdır.  Onu  da 

qeyd  edək  ki,  dünyanın  məşhur  milli  parklarında  turistlərin  ondan  istifadə  qaydası, 

məişət tullantılarının toplandığı qutular , dincəlmək üçün yerlər ayrılır ki, bu da ətraf 

mühitin qorunmasına şərait yaradır. 

    Bununla  yanaşırekreasiya  yükünün  tədricən  az  mənimsənilmiş  kənd  təsərrüfatının 

istifadəsindən  çıxarılmış  ərazilərə  yönəldilməsi  vacibdir.  Belə  ki,  Abşeronun  cənub 

sahilləri, Şabran-Giləzi zonası, Kürdili rayonu, həmçinin dağətəyi bölgələrdə istirahət 

mərkəzləri yaratmaq mümkündür ki, bu da rekreasiya yükünü azaltmış olar. 

 

 

 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə