Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
1   2   3   4   5   6   7   8   9   ...   29

14 

 

 



 

turizm  sahəsinə  faktorları  baxımından  yanaşma,  onun  nəzəri  və  metodoloyi 

prinsipləri müəyyənləşdirilir. 

İqtisadi  ədəbiyyatlarda  turizm  sahəsinin  amili  olaraq:  torpaq  amili,  ekoloji 

mühit, əhalinin məşğulluğu və əmək haqqının təşkili ilə yanaşı onun yüksəldilməsinə 

olan  ehtiyaclar,  turizmin  kommersiya  mənfəəti,  inteqrasiya  tələbatı  və  respublikanın 

digər  dövlətlər  və  şirkətlər  ilə  təsərrüfat  əlaqələrinin  intensivliyi  həmçinin  ölkənin 

təhlükəsizliyi amilləri təşkil edir. 

 Turizmin  inkişafının  əsas  istiqamətləri  Azərbaycanın  iqtisadi  potensialının 

strukturu,  onun  iqtisadi  dövriyyəyə  cəlb  edilməsinin  əsas  istiqamətləri  ,  həmçinin 

istehlak seqmentinin sosial-demoqrafik xarakteristikası ilə müəyyənləşir. 

Turizmin müasir modelə uyğun yanaşma, əhalinin sosial-demoqrafik vəziyyəti, 

həyat  səviyyəsi  və  onun  sonrakı  inkişafı  ilə  müəyyənləşir.  Turizmin  inkişafının 

dünyəviliyi,  onun  istehlakçılarının  bütün  dünya  əhalisinin  olması  və  çoxşaxəli 

istehlak süqmentlərinin xüsusiyyətləri müəyyənləşdirilir. 

Turizm  dünya  iqtisadiyyatının  dinamik  inkişaf  edən  sahələrindən  biridir. 

İnkişafın  yüksək  sürəti  böyük  həcmdə  valyuta  kəsrləri,  iqtisadiyyatın  başqa 

sahələrinə  də  təsir  göstərdiyindən  son  nəticədə  (beynəlxalq  miqrasiya)  turizm 

sənayesi ildən ilə genişlənir. 

Turizmin sahə olaraq formalaşması və inkişafının strategiyası  makro və  mikro 

səviyyəli  problemlərin  resallaşması  prizmasından  ölçülür.  Ona  görə  də  konseptual 

inkişaf  və  konkret  proqramların  öz  məqsəd  və  funksional  təyinatına  görə  işlənib 

hazırlanması mühüm əhəmiyyət kəsb edir. 

Resurs təminatı- ehtiyatların mövcud fəaliyyəti və perspektivini nəzərə almaqla 

proqnozlaşdırılır.  Sistem  baxımından  turizmin  inkişafının  müəyyən  idarə  olunma 

cəhətləri  mövcuddur  ki,  bunların  konkret  ölçülməsi  və  genişləndirilməsi  yolları 

əsaslandırılır. 

Azərbaycan  Respublikasında  konseptual  inkişaf  amili  olaraq    turizmin 

inkişafının vacibliyi artıq respublikada qəbul edilmişdir. 

Turizmin özünün strateji inkişaf sahəsi olmaq və inteqrasiya üçün vacib aminl 

olduğu  onun  iqtisadi  və  sosial  rolunu  müəyyənləşdirir.  Turizmin  inkişafı  coğrafi 



15 

 

 



 

şərtlərlə  müəyyənləşsə  də,  onun  sonrakı  inkişafı,    respublikada  digər  sahələrin 

inkişafı və inteqrasiya effekti səmərəli istifadə etmək üçün yaradılan kompleks şərait 

və  fəal  tədbirlər  məcmuu  ilə  müəyyənləşir.  İlkin  şərait  olaraq  respublika  əhalisinin 

maddi  rifahı,  onun  ən  zəruri  məhsullar  tələbatının  ödənilmə  ərəcəsinin  maksimum 

həddi,  həmçinin  yoxsulluq  həddinddən    uzaqlaşmaqla  orta  və  yüksək    təminat 

səviyyəsində yaşayan əhali qruplarının xüsusi çəkisi ilə ölçülə bilər.  

Turizmdə ən çox milli-etnik və texnoloji amil olaraq əhalinin yaş tərkibi onun 

istehlak  davranışında  daha  çox  maddi  və  mənəvi    nemətlərin  seçilməsi 

qabiliyyətindən asılıdır.  

Turizmin inkişafı çox daha iqtisadi təminat səviyyəsi və demoqrafik tərkibi ilə 

müəyyənləşir.  Belə  ki,  Avropa  əhalisi  ilə  azərbaycan  əhalisi  arasında  turizmin 

mənfəətindən istifadə dərəcəsi eyni ola bilər. Bu fərqlər hər bir nəfərə düşən ÜDM-ə 

(ümumi  daxili  məhsula),yaxud  gəlirə,  eyni  zamanda  hər  ailədə  işləyənlərin  sayına 

görə  mümkündür.  Ona  görə  də  turizmin  inkişaf  istiqaməti,  xarici  turistlər  üçün 

xidmətçilərin  təşkili  və  idarə  edilməsi,  digər  tərəfdən  əhalinin  yerli  və  xarici  turizm 

xidmətindən  istifadə  edilməsi  məqsədləri  kimi  baxıla  bilər.  Bu  məqsədlərin  həlli  və 

təşkili  və  idarə  etmə  obyekti  olmaqla  onun  mahiyyətinin  kompleks  təhlili  yaxud 

proqnozu kimi istifadə olunur. 

Turizmin  inkişafı  rekreasiya  kopleksinin  tərkib  hissəsi  olmaqla  özünün  daxili 

strukturu  və  təşkili  formaları  üzrə  təsnifləşdirilir.İqtisadi  ədəbiyyatlarda  turizmin 

təşkili  quruluşu,  uyğun  əhali,  məqsədi  və  biznes  fəaliyyətinin  rəngarəngliyinə  görə, 

həmçinin  hər  bir  respublika  formalaşmış  potensialına  görə  müxtəlif  forma  və 

məzmun  kəsb  edir.  Belə  ki,  ərazi,  sahə,  məhsul  və  məqsəd  turizmləri  Azərbaycan 

Respublikasında onun amilləri ilə müəyyənləşir. 

Turizmin  inkişafı  makrosəviyyədə  iqtisadi  artımın  və  həmçinin  ümumdaxili 

məhsulun  bölgüsü  və  yenidən  bölgüsünün  tərkib  hissəsi  kimi  müxtəlif  ölkələrdə 

özünün qanuna uyğunluqları ilə seçilir. 

     Azərbaycanda turizmin potensial göstəricisi, onun əhalisinin sayı, əhalisinin turist 

xidmətindən istifadə etmək qabiliyyətinə malik olan kontingentlərinin sayı, həmçinin 

turizmin  maddi-texniki  bazasını  təşkil  etmək  üçün  maliyyə  resurslarının  miqdarı  ilə  



16 

 

 



 

müəyyənləşə bilir.Təbii ki, potensial imkanlar  həmin imkanların turizm dövriyyəsinə 

cəlb  edilməsi  ehtimalından,  konkret  proqramlar  və  iqtisadi  təşkilati  tədbirlərin 

məcmuu  ilə  müəyyənləşir.  Bütövlükdə  turizmin  mövcud  vəziyyəti  ilə  onun 

perspektivi  arasında  müəyyən  variant  olsa  da    islahatlar  şəraitində  və  gəlirlərin 

perspektiv  artım  sürətinə  malik  olan  Azərbaycanda  bu  transformasiya  keyfiyyətli  və 

çox  güclü  olmalıdır.  Məhz  turizm  sahəsində  islahatların  həyata  keçirilməsi 

mərkəzləşdirilmiş qaydada deyil,dünya təcrübəsinə əsaslanan qeyri-dövlət təşkilatları 

və resursları hesabına baş verməsi daha xarakterik xüsusiyyətdir.  

     Turizmin  inkişafında  mövcud  riskləri  bölüşdürmək  üçün  sahibkarlıq  mühitinin 

yaradılması,  hər  bir  sahibkarın  müxtəlif  turist  kontingentləri  üçün  bazarın  təşkili 

cəhdlərinin  etməsi  şəraiti  transformasiyanın  təşkilati-metodiki  tərəfidir.Ona  görə  də 

bu  gün  turizm  seqmentlərinin  və  turizm  motivinin  təhlili,  onun  formalaşması  və 

dinamikasında  baş  verən  struktur  dəyişmələrin  qiymətləndirilməsi,  son  nəticə 

planlaşma  üçün  əhəmiyyətli  baza  ola  bilir.  Turizm  cəhdlərini  onun  tələbatının 

obyektiv və həmçinin mümkün dəyişmə həddi, əhalinin gəlirləri və fizioloji tələbatla 

ölcüldüyü  kimi,  perspektiv  cəhdlər  sivilizasiya,  əhalinin  istehlak  davranışının 

təkmilləşməsi,  ailə  və  qadın  (gender)  inkişafı  ilə  əlaqədə  olur.  Ona  görə  də  təhlil 

metodikası  ancaq  mövcud  statistik  materiallar  üzərində  deyil,  məqsəd  və  meyara 

uyğun dəyişmə meylini aça bilən konstruktiv qiymətləndirmə üzərində qurmalıdır.Elə 

bu baxımdan da turizmin inkişaf xarakteristikası və metodikası daha çox konstruktiv 

göstəricilər  və  həmçinin  davranış  meyllərinə  uyğun  dinamik  vəziyyətlə  izah 

olunmalıdır.Ona  görə  də  turizmin  inkişaf  xarakteristikası  və  metodikası  daha  çox 

konstruktiv  göstəricilər  və  həmçinin  davranış  meyllərinə  uyğun  dinamik  vəziyyətlə 

izah  olunmalıdır.  Belə  ki,  həyat  səviyyəsinin  mövcud  vəziyyətində  cari  gəlirlərin 

artması,  ərzaq  və  qeyri-ərzaq  istehsalı  üçün  daha  üstün  artımın  olmasına  üstünlük 

verilirsə,  turizmin  bu  artımdan  daha  çox  inkişafı,  onun  məhsulunun  reallaşması 

nəticəsi ilə özünü biruzə verəcək. 

 Qrafik  –  gəlirlər,  həyat  səviyyəsi  və  ərzaq;  qeyri-ərzaq  və  turist  məhsullarının 

istehlak  dinamikasını  göstərir.  Azərbaycan  iqtisadiyyatının  və  əhalinin  yoxsulluq 

həddinin  səviyyəsinin  təhlili  göstərir  ki,  əhalinin  40%-i  adam  başına  düşən  gəlir 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə