Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

29 

 

 



 

II FƏSİL: Azərbaycanda turizmin inkişafının  mövcud vəziyyəti 

 

2.1 Turizmin regional xüsusiyyətləri və Azərbaycanda 



formalaşmasının tədqiqi 

 

   

Turizmin  regional  xüsusiyyətləri  dedikdə,  onun  yerləşməsi  və  planlaşması 

istiqamətlərində  hər bir regionun  iqtisadi potensialını  iqtisadi dövriyyəyə cəlb etmək 

intensivliyi  başa  düşülür.  Turizmin  coğrafi  iqtisadi  mahiyyəti  onun  ərazi 

xüsusiyyətlərini  formalaşdırır.  Belə  ki,  regional  iqtisadiyyat  təbii  coğrafi  və  tranzit 

şəraitindən  asılıdır.  Hər  bir  regionda  müəyyən  resurslar,  onlardan  istifadənin 

texnologiyalarы,  əhalisi  və  məskunlaşma  problemləri  mövcuddur.  Buna  görə  də 

regionların  hərtərəfli  və  kompleks  inkişafı  üçün  onların  resurs  potensialını 

qiymətləndirmək, yeni iş yerlərinin açılmasını təmin etmək və fəaliyyət sahələri kimi 

səmərəli iqtisadi təsərrüfat sahələri qurmaq kritetial meyar baxımından əsaslandırılır. 



    Regionların  iqtisadiyatı  ölkə  iqtisadiyyatının  tərkibidir.  Ölkə  iqtisadiyyatında 

baş  verən  dinamizm,  inkişaf  proporsiyaları,  qanunauyğunluqlar  regionların  iqtisadi 

imkanlarına  təsir  edir.  Regionlar  bir-biri  ilə  və  mərkəzlə  əlaqədar  vahid  təsərrüfat 

sistemlərini  yaradır.  Təbii  ki,  bu  təsərrüfat  inzibatçılıq  əsasında  deyil,  qarşılıqlı 

əlaqələr  prinsipləri  üzərində  qurulur.  Regionların  iqtisadiyyatı  məhəlli  maraqlar 

üzərində  qurulduğu  halda  ölkə  iqtisadiyyatı  ümumi  mənafelər  üzərində  qurulur.           

Ölkənin  iqtisadi təhlükəsizliyi  hər bir  vətəndaşın,  hər  bir şəxsin  iqtisadi  maraqlarını, 

sosial inkişafını mərkəzləşdirilmiş fondlar vasitəsilə, resurslar vasitəsilə təmin etmək 

strategiyası  əsas  götürülür.  Inteqral,  yəni  makroiqtisadi  maraqlar,  resurslar,  lokal, 

məhəlli  və  birgə  imkanlar  hesabına  uyğunlaşdırılır.  Bu  baxımdan  regionlarda 

təsərrüfat  subyektləri,  sosial  əhali  qrupları  öz 

maraqlarını,  tələbatlarını 

mərkəzləşdirilmiş  ölkə  səviyyəsində  həll  etməklə  vahid  sistemin  region 

daşıyıcılarına,    subyektinə  çevrilir.  Bu  əlaqələr,  uyğunlaşma  iqtisadi  mexanizmlər 

olan  ÜDM-un  istehsalında,  bölgüsündə,  dövlət  büdcəsinin  formalaşmasında, 

istifadəsində,  həmçinin  hər  hansı  qərar  qəbulunun  ayrı-ayrı  sahələrə  təsirində  öz 

səmərəsini tapır. 



30 

 

 



 

    Turizmin  sahəsi  region  iqtisadiyyatında  sahə  və  sosial  rol  oynayır.  Həm  məhəlli 

region,  həm  də  ölkə  mərkəzləşmiş  səviyyədə  özünəməxsus  mexanizmlərlə  icra 

olunur.  Belə  ki,  ÜDM-un  yaranmasında,  bölgüsündə  dövlət  büdcəsi  gəlirlərinin 



formalaşmasında,  regionlarda  yerli  büdcələrin  formalaşmasının  mənbələri  rol 

oynayır.  Buna  görə  də  region  iqtisadi  potensialı  dedikdə,  geniş  mənada  hər  bir 

regionda  olan  potensial  turist  imkanlarını  qiymətləndirmək  və  onlardan  istifadə 

yollarını  müəyyən  etməklə  ümumi  iqtisadi  inkişafa  təsiri  qiymətləndirmək, 

proqnozlar  vermək  mümkündür.  Turizmin  regional  maraqları  və  dövlət  maraqları 

arasında  sərhədlər,  miqyaslar,  bölgü  resursların  istifadəsilə  bağlıdır,  amma  müasir 

şəraitdə  regionların  özünü  idarəetmə  prinsipləri  bu  resursların  istifadəsindənə  əldə 

olunan ölçüsü ilə seçilir, əsaslandırılır.  



    Turizm  baxımından  bəzi  regionlar  daha  əlverişli,  daha  sosial  tutumlu  və  regionun 

kompleks  inkişafı  üçün  əhəmiyyətli  olur.  Buna  görə  də  turizm  2  əsas  istiqamətdə 

öyrənilir: 

1) makroiqtisadi meyarlara uyğun; 

2) regionun sosial inkiшafına uyğun. 

   Turizm təbii sərvətlərlə bağlı olduğuna görə onun təkrar istehsalı yerli əhaliyə 

ayrılmaq  üçün  vəsaitlərlə  təmin  olunur.  Ona  görə  də  mərkəzləşmiş

 

büdcə  hesabına 



sahibkarlığa  kömək,  yaxud  subsidiyalar  vasitəsilə  ayrı-ayrı  regionlarda  turizmin 

inkişafı stimullaşdırılır.  

Turizmin sosial-iqtisadi  mahiyyəti, onun sahə  funksionallığı bu sahənin tədqiqi 

sahələrini  və  uyğun  metodiki  aspektləri  xüsusiləşdirilir.  Bildiyimiz  kimi  turizmin 

obyektinin əsas məqsədi və onun perspektiv əhəmiyyəti, bu sahənin tənzimlənməsi və 

idarə  olunmasında  nəzərə-metodoloji  prinsipləri  və  uyğun  tədqiqat  sfersını 



formalaşdırır.  İlkin  mövcud  turizmin  kompleks  təminatı  bu  sahəyə  olan  tələbatla 

müəyyənləşir. Turizm təkcə turist tələbatı ilə deyil, iqtisadi sahə kimi gəlir gətirən və 

bununla  da  turist  tələbatının  stimullaşdırılmasına  nail  olmaqda  maraqlarını  güdür. 

Turizmin  iqtisadi  sahə  kimi  tədqiqinin  əsas  məqsədi  onun  səmərəlilik  fəaliyyəti 

işçilərinin  sayı  və  həmçinin  bölgü  və  istehlak  sferasında  oynadığı  rol  və  onun  təsiri 

ilə formalaşan  gəlirlər istehlak və səviyyələri ilə ölçülür. Turizmin  iqtisadi  məqsədi 




31 

 

 



 

ilə yanaşı, onun sosial məqsədi və bazar tipli iqtisadi sistemdə kommersiya mənfəəti 

əldə etmək aspektləri prioritet istiqamətlərdir.Azərbaycanda turizm inkişafı üçün təsir 

edən  region  amillərin  nəzərə  almaq,  turist  amillərini  nəzərə  almaq  turist  məhsuluna 

tələbatın seqmentləşməsi modeli aşağıdakı kimi vermək olar: 

Turist məhsuluna tələbatının seqmentləşdirilməsi 

Meyar 

Tələbatın seqmentləşdirilməsi 



I coğrafi meyar 

Azərbaycanın coğrafiyası 

Təbii sərvətləri, və turist səfərinin məqsədi  

Respublikanın 

ayrı-ayrı 

regionlarına 

turistlər 

Turistlərin yaşayış məkanı 

II Sosial meyarlar. 

1.Yaş 


30 yaş  

2.Cins 


Yaş qrupları üzrə turizm 

3.Sənəti 

 

4. Ailə başçısının peşəsi 



 

5.Turist məkanında 

Cins  üzrə  turizm,  peşə  qrupları  üzrə  turizm,  qarışıq 

turizm forması 

6.Daimi yaşayanların sayı 

Müxtəlif fəaliyyət növləri üzrə turizm 

7.Ailəvi turist 

Cəmiyyətin  müxtəlif  qatlarına  görə  seqmentləşmə 

qruplar 

8.Milliyyəti 

Böyük və kiçik sərhədlərdən turistlər, kənd turistləri 

uşaqların sayına görə, qruplaşan turistlər  

9.Dini mənsubiyyət,gəlirlərin səviyyəsi 

Etnik qruplar üzrə turistlər  

 

Dini turizm 



 

Sosial turizm 

 

Ekoloji turizm 



 

Baha olmayan turizm 

III. Psixoloji meyarlar 

1.Səfərin motivi 

Müalicə turizmi 

İşgüzar turizm 

İdial turizm 

Tanışlıq turizmi 

Kommunikasiya turizmi(məlumatlar mübadiləsi) 

2.Turistlərin tipi(psixoloji şəkil) 

Müxtəlif təsnifatlar (Məsələn-ğ,f,-B-tipləri) 

3.Mövsüm 

Əsas mövsümlər arası ilin ayları üzrə 

4.Gedişin təşkili 

Sərbəst turist şirkətlər üzrə 

5.Gedişin forması  

Qrup,fərdi 

6.Nəqliyyat vasitələrinin istifadəsi 

Avtomobil, təyyarə, velosiped 

7.Yerləşmə vasitələrinin istifadəsi 

Nəqliyyat növləri üzrə otel, motel və komitələr, xüsusi 

evlər və mənzillər,başqa növ yerləşmələr 

8.Gedişin müddəti  

Uzunmüddətli (1 gündən çox) qisa müddətli  

(2 gün) orta müddət (7-14 müddət) 

9.Turist məqsədlərininuzaqlaşdırılması 

Müxtəlif seqmentləşmə meyarları 

10.Maliyyələşdirmə mənbəələri 

Sosial sığortalaşdırma Ailə büdcəsi 

11.Məsləhətlər    və  turist  səfərində  qərar 

qəbulunda otaqlar 

Turist 


agentləri, 

bürolar 


kütləvi 

informasiya 

mərkəzləri. 

 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə