Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
1   2   3   4   5   6   7   8   9   ...   29

17 

 

 



 

səviyyəsinə  görə  yoxsulluq  həddindədir.  Məhz  bu  qrup  əhalinin  turizmdən 

istifadəsini təşkil etmək predmeti olmayan təhlil deməkdir. Ona görə də adam başına 

düşən  turizm  məhsulunun  orta  statistik  göstəricilər  üzrə  götürülməsi,  bütövlükdə 

makrosəviyyəli təhlil üçün qəbul oluna bilər. 

Qrafik 1.1. 

 

 

                    Щяйат сявиййяси               Туризм мящсулуна ещтийаж 



                                    

                                                             

Ярзаг вя гейри-ярзаг истещлакы 

Э 

                                                                               



    Onu  da  qeyd  etmək  lazımdır  ki,  hər  bir  turizm  ilə  məşğul  olan  sahibkar  və 

iatehlakçı üçün  üçün adekvat təsəvvür təhrik etmiş olur. Ev təsərrüfatlarının  istehlak 

strukturu, ayrı-ayrı məhsulların istehlak strukturunda xüsusi çəkisini müəyyən edir. 

     Adam  başına  düşən  gəlir  səviyyəsi  istehlak  üçün  mövcud  qiymətlərdə  turizm 

məhsuluna  ehtiyacların  ödənilməsi  üçün  əsas  olsa  da,  onun  kifayət  olması  üçün 

mövcud  gəlirlərin  səviyyəsi  ərzaq  və  qeyri-ərzaq  tələbatını  ödəməlidir.  Əhaliyə 

göstərilən  pullu  xidmətlərin  daha  çox  artması,bir  sıra  xidmətlərin  istehlak  dav- 

ranışında yer tutması və qiymətlərin artması ilə baş verir. 

     Turizm  məhsulunun  qiymətinin  dəyişməsi,  onun  xərc  strukturu  ilə  və  turist 

obyektlərinin keyfiyyətinin dəyişməsi ilə bağlıdır. Belə ki, otel təsərrüfatının inkişafı 

üç ulduzlu mehmanxanadan beş ulduzlu, içərisində bütün xidmət növü olan kompleks 

əyləncə  mərkəzlərinə  keçirilməsi,  istirahət,  müalicə  və  idman  kompleksləri  ilə  

kompleks  xidmət  obyektlərinin  turizm  müəssisələrində  olması  daha  çox  onun 

qiymətinin  artması  ilə  baş  verir.  Rəqabət  mühitində  bu  qiymətin  aşağı  düşməsi 

mümkün  olsa  da  bütövlükdə  dünya  standartlarına  uyğun  qiymət  dəyişməsi  turist 

xidmətinin dəyərini və onun satış qiymətini artırır.  

Mədəni turizm sahələrinin bölməsi ilə funksional əhəmiyyət kəsb edən sağlamlıq 

obyektlərin,  səhiyyənin  geniş  mülkiyyətinin  artması  turizm  obyektlərinin, 




18 

 

 



 

subyektlərinin  funksional təyinatını  və onun  resurs quruluşunu  genişləndirir. Turizm 

məhsulunun  qiymətinin  dəyişməsi  əhalinin  alıcılıq  qabiliyyəti  ilə  deyil,  turizm 

xərclərinin çoxalması və dünya qiymətlərinin turizm sferasında daha üstün artması ilə 

izah  oluna  bilir.  Turizm  məhsulu  daha  çox  yüksək  təminatlı  əhali  qrupları  və 

dövlətlər üçün xarakterikdir. 

      Turizmin  respublikada  inkişafında  yüksək  amillərlə,  onun  inkişafını  ləng  edən 

amillərin  öz  ətalətini  saxlamaq  dayanıqlığı    mövcuddur.  Hər  ölkədə  idxal  və  ixrac 

xarakteri turizmin inkişafı ilə bağlı olmaqla bir-birinə qarşılıqlı təsir edir. 

     Müsbət  saldo  əsasən  neft  məhsullarının  ixracı  ilə  bağlıdır.  Turizmin 

inkişafında  gəlirlərin  formalaşması  baxımından  ixrac  məhsulları  gəlirlərin  başqa 

ölkələrdə 

istifadəsinə 

şərait 


yaradır. 

cümlədən, 



əhalinin 

gəlirlərinin 

qütbləşdirilməsində  neft  sektorunun  payı  artdıqca  onların  xarici  ölkələrə  getmək  və 

xarici  ölkədən  mal  gətirmək  qabiliyyəti  artır.  İxracatın  xarakteri  və  onun  hansı 

ölkələrə  ixrac  olunması  həmin  ölkələrlə  iqtisadi  əlaqələr  və  turist  birliklərinin 

yaradılması  üçün  maddi  baza  yaradır.Belə  ki,  respublikada  turizm  motivi  olaraq  iş 

birliklərinin  olması  vacibdir.  İdxal  həcmi  respublikada  məcmuu  bazar  tələbatına 

uyğun  istehlak  mallarını  və  həmçinin  istehsal  tələbatını  ödəmək  imkanlarını  artırır, 

respublika  daxili  istehlakçıların  və  xarici  ölkədən  gələn  iş  adamlarının  istehsal  və 

istehlak  xərclərini  ödəmək  üçün  respublikada  marketinq  strukturunu  təkmilləşdirir. 

Daha  çox  rəqabət  mühiti  yaratmaqla  istehlak  seqmentlərinin  yüksək  keyfiyyətli 

olması üçün zəruri tədbirlər görülür.  

Turizmin  dinamikası,  onun  əsas  istiqamətləri,  respublika  iqtisadiyyatında  onun 

ictimai-siyasi,  mədəni  quruculuqda  baş  verən  keyfiyyət  dəyişmələri  və  dünya 

standartlarına uyğun təşkilati-iqtisadi tədbirlərin həyata keçirilməsi ilə ölçülür. 

Ölkədə turizmin inkişaf etdirilməsi, turizm infrastrukturunun yaradılması  əsasən 

də  mehmanxana  və  mehmanxana  tipli  obyektlərin  inşası  sürətlə  həyata  keçirilir. 

Fəaliyyəti  dayandırılmış    mehmanxanaların    yenidən  qurulmasına,  digər  tərəfdən  bu 

tipli  yeni  obyektlərin  inşasına  yerli  və    xarici  sahibkarlar  sərmayə  qoymaqdan  

çəkinmirlər.Turizm  sferasının  inkişaf  etdirilməsi  dövlət  tərəfindən  dəstəklənərək 

“Azərbaycan  Respublikası  Sahibkarlığa  Kömək  Milli  Fondunun  vəsaitinin  istifadəsi 



19 

 

 



 

Qaydaları”nda  turizm  infrastrukturunun  inkişafının  maliyyələşdirilməsi  baxımından 

bu  istiqamətdə  də  güzəştli  kreditlərin  verilməsinə  yer  verilmişdir.  Fondun  vəsaiti 

hesabına  regionların  və  turizm  infrastrukturunun    inkişafı  istiqamətində  bir  çox 

turizm  obyektlərinin  genişləndirilməsinə  və  inşa  olunmasına  müvəkkil  banklar 

tərəfindən  güzəştli  kredit  ayrılmışdır.Ölkədə  turizmi  inkişaf  etdirmək,  turizm 

imkanlarından  səmərəli  istifadə  etmək  məqsədilə  ölkənin  sosial-iqtisadi  inkişafını 

təmin  edən  vasitələrdən  biri  kimi  təbii  və  insan  resurslarından  məqsədyönlü  istifadə 

olunması  istiqamətində  Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamı  ilə 

“Azərbaycan  Respublikasında  2002-2005-ci  illərdə  turizmin  inkişafına  dair  Dövlət 

Proqramı”  təsdiq  edilmişdir.  Bu  Dövlət  Proqramının  məqsədi  normativ  hüquqi 

bazanın  təkmilləşdirilməsini,  turizm  fəaliyyətinin  təşkili,  onun  inkişafının  idarə 

olunmasını,  marketinq  tədbirlərinin  görülməsini,  turistlərə  xidmətin  beynəlxalq 

standartlar  səviyyəsinə  çatdırılmasını,  turizm  infrastrukturunun  təkmilləşdirilməsini, 

bu  sahədə  elmi  təminatı  və  daxili  turizmin  təşkili  üçün  tədbirlərin  həyata 

keçirilməsini təmin etməkdən ibarətdir. 

Belə  ki,  turizm  infrastrukturunun  inkişaf  etdirilməsinə  yanaşmada  Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  Qərarı  ilə  “Turist-ekskursiya  xidmətlərinin 

sertifikatlaşdırılması  Qaydası”nın  təsdiq  edilməsi  bu  istiqamətdə  artıq  mehmanxana 

və  mehmanxana  tipli  obyektlərin  beynəlxalq  standartlara  uyğun    qurulmasını  və 

yüksək  xidmət    imkanları  əldə  etməsini    təmin  etmişdir.  Bu  da  təbii  olaraq  dünyada 

qəbul  olunmuş  “ulduz”  dərəcələrini  müəyyən  edərək  beynəlxalq  turizm  xidmət 

dərəcələrinin əldə edilməsi istiqamətində həyata keçirilir. 

Azərbaycanın  turizm  sferasında  beynəlxalq  arenaya  çıxması  üçün  1975-ci  ildə 

yaradılmış  və  bu  gün  130-dan  çox    üzvü  olan  Ümumdünya  Turizm  Təşkilatında  

ölkəmizin də təmsil olunması  inkişaf etmiş və  geniş təcrübəyə  malik olan   ölkələrin 

təcrübələrindən istifadə etmək imkanı yaradır. 

Hazırda dünya  xalqları arasında əlaqələrin  inkişafına  xidmət edən turizm sahəsi 

Azərbaycanda  geniş  inkişaf  etməkdir    və  140-dan  çox  turist  şirkəti  daxili  və  xarici 

turizmi  reallaşdırmaq    məqsədilə  ölkəmizi  beynəlxalq  arenada  uğurla  təmsil  edir. 

Bütün  bunlar  onu  göstərir  ki,  yaxın  gələcəkdə  Azərbaycan  gözəl  turizm  məkanına 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə