Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
1   ...   21   22   23   24   25   26   27   28   29

74 

 

 



 

      Bu  fikirləri  Prezident  İlham  Əliyev  paytaxtımızda  beşulduzlu  "Four  Seasons 

Hotel Baku"nun açılışında bildirib. 

    Mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində 

böyük  inkişaf  perspektivlərinə  malikdir. Ölkəmizdə turizmin əksər  növlərinin (kənd, 

müalicə-sağlamlıq,  ekoloji,  mədəni,  sosial,  kommersiya,  idman  və  s.)  inkişafı  üçün 

geniş  imkanlar  mövcuddur.  Turizmin  inkişafına  dair  dövlət  proqramlarının  həyata 

keçirilməsi  nəticəsində  bu  sahənin  dinamik  inkişafı  üçün  münbit  şərait  yaradılmış, 

beynəlxalq  turizm  bazarına  inteqrasiyanın  təmin  olunmasının  əsası  qoyulmuş,  milli 

turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. 

   Hazırda  turizm  dünyada  sürətlə  inkişaf  edən  biznes  sahələrindəndir.  Dünya  üzrə 

ümumi  milli  məhsulun  10  faizi,  ixracatın  8  faizi  beynəlxalq  turizmin  payına  düşür, 

göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. 

Dünyada  əmək  qabiliyyətli  əhalinin  8,1  faizi  turizm  sektorunda  və  onunla  bağlı 

iqtisadiyyat sahələrində məşğuldur. 

    Ölkəmizdə  turistləri  yerləşdirmə  biznesi  dinamik  surətdə  inkişaf  edir.  Turizm 

sahəsində  çalışanların  peşə  hazırlığının  artırılması  məqsədi  ilə  2006-cı  ildə  Turizm 

İnstitutu  yaradılmış,  onun  nəzdində  müxtəlif  peşələr  üzrə  daimi  fəaliyyət  göstərən 

kurslar  açılmışdır.  Ümumdünya  Turizm  Təşkilatının  dəstəyi  ilə  müxtəlif  təlim 

proqramları  həyata  keçirilməkdədir.  Aparılan  kompleks  işlərin  nəticəsi  olaraq 

Azərbaycana  gələn  turistlərin  sayı  ilbəil  artır,  respublikamızda  fəaliyyət  göstərən 

turizm şirkətlər şəbəkəsi genişlənir. 

    Ötən  müddətdə  Azərbaycan  milli  mədəniyyətinin  və  turizm  potensialının 

beynəlxalq aləmdə tanıdılması, ölkəmizin  dünyanın  mədəniyyət  və turizm  məkanına 

geniş  inteqrasiya olunması,  milli  mədəni  irsimizin, dəyər  və sərvətlərimizin qorunub 

saxlanılması,  inkişaf  etdirilməsi  və  gələcək  nəsillərə  olduğu  kimi  çatdırılması 

istiqamətində  müəyyən  nəticələrə  nail  olunmuşdur.  Azərbaycanın  qeyri-maddi 

mədəni  irsinin  qorunması,  bərpası,  təbliği  istiqamətlərində  görülən  işlərin  davamı 

olaraq  Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyi  tərəfindən  "2010-

2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramı təsdiq edilmişdir. 




75 

 

 



 

    Turizm  sektorunun  ölkə  iqtisadiyyatının  aparıcı  sahələrindən  birinə  çevrilməsi  bu 

gün  Azərbaycanda  ən  mühüm  vəzifə  olaraq  qarşıda  durur.  Son  illər  Azərbaycanda 

əldə  olunmuş  sosial-iqtisadi  nailiyyətlər  bu  vəzifənin  yeni  imkanlara  adekvat 

səviyyədə  yerinə  yetirilməsinə  şərait  yaradır.  "Azərbaycan  Respublikasında  2010-

2014-cü  illərdə  turizmin  inkişafına  dair  Dövlət  Proqramı"  ölkədə  turizm 

problemlərinin  həlli  və  turizm  sahəsinin  daha  da  inkişaf  etdirilməsinin  təmin 

olunmasına  xidmət  edir.  Dövlət  proqramının  başlıca  məqsədi  Azərbaycanda  yüksək 

iqtisadi,sosial  və  ekoloji  tələblərə  cavab  verən  müasir  turizm  sahəsinin 

formalaşdırılması  və  onun  ölkə  iqtisadiyyatının  əsas  inkişaf  dayaqlarından  birinə 

çevrilməsinin  təmin  edilməsidir.  Bu  məqsədə  nail  olmaq  üçün  aşağıdakı  əsas 

vəzifələrin həlli nəzərdə tutulur: Azərbaycanın tarixi, mədəni və mənəvi irsinin, adət-

ənənələrinin  dünyada  təbliği,  ayrı-ayrı  regionların  və  şəhərlərin  tarixini  əks  etdirən 

materialların  nəşr  etdirilməsi  və  yayılması,  müasir  informasiya  və  kommunikasiya 

texnologiyalarının  tətbiq  edilməsi;  ölkədə  turizm  infrastrukturunun  yüksək 

beynəlxalq  tələblər  səviyyəsində  qurulmasına  istiqamətlənmiş  məqsədyönlü 

fəaliyyətin  həyata  keçirilməsi;  turizm  sahəsində  normativ-hüquqi  bazanın  və  dövlət 

tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi; mehmanxanaların və digər turizm 

xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi. 

     Qeyd  etmək  lazımdır  ki,  Azərbaycanda  qeyri-ənənəvi  turizm  növlərinin  inkişaf 

etdirilməsinin  xüsusi  əhəmiyyəti  vardır.  Ölkəmizin  turizm-rekreasiya  ehtiyatlarının 

zənginliyi  qeyri-ənənvi  turizm  növlərinin  inkişafına  şərait  yaradır.  Bəs  görəsən 

ölkəmiz üçün hansı turizm növləri qeyri-ənənvi sayılır? 

      Zəngin turizm-rekreasiya ehtiyatlarının olmasına baxmayaraq, ölkəmizdə hələ ki, 

ekoloji turizm, kənd turizmi, macəra-ekstremal, etnik və s. turizm sahələrinin inkişafı 

haqqında danışmaq çətindir. Daxili turizm üçün bu adı çəkilən turizm sahələri qeyri-

ənənvi  sayıla  bilər.  Bu  sahədə  mövcud  olan  boşluqları  aradan  qaldırılması  üçün 

müvafiq  tədbirlər  həyata  keçirilir.  Lakin  proses  çox  ləng  getdiyindən  istəklər 

layihələr  çərçivəsində  qalır.Regionlarda  turizm  infrastrukturunun  təhlil  olunduqda 

Böyük  Qafqazın  dağ  və  dağətəyiərazilərində  qeyri-ənənəvi  turizm  növlərinə  aid 

məqsədyönlü  şəkildə  turizm  klasterlərinin  yaradılması  xüsusi  önəm  daşıyır./11./. 



76 

 

 



 

Artıq  bu  bölgələrdə  bəzi  qeyri-ənənəvi  turizm  növlərinə  rast  gəmək  olar.  Məsəln, 

2012-ci  ilin  sonunda,  Qusar  şəhərindən  30  kilometr  şimalda,  rayonundağlıq  Alayan 

kəndi  ərazisində  yerləşən  Şahdağ  Qış-Yay  Turizm  Kompleksinin  və  2014-cü  ilin 

yanvarında,Qəbələ  rayonunda  “Tufan”Dağ-Xizək  Yay-Qış  İstirahət  Kompleksinin 

istifadəyə  verilməsi  turistlər  üçün  ölkəmizdə  dağ-xizək  və  dağ-qış  idman  növləri  ilə 

məşğulolaraqinkanlarınıyaradır.(htt//www.anspress.com/index.php?a=2&lng=az&nid

=  245281(electron  resurs).  Dağlıq  ərazidə  Eksperimental  Turizmin  təşkili  dünya 

praktikasında geniş yayılmışdır.  

    Azərbaycan dağlarının da dağ idman növləri baxımından böyük perspektivi vardır. 

Hətta  ölkəmizdə  Hava  və  Eksperimental  İdman  Növləri  Federasiyası  tərəfindən 

dağadırmanma,  qayayadırmanma,  buzadırmanma  və  s.  kimi  ekstremal  idmanın 

növləri  üzrə  aktiv  fəaliyyət  həyata  keçirilir.  Federasiyanın  təşəbbüsü  ilə  paraşütdən, 

deltaplandan  tullanma,  Qaraçay  və  Qudyalçayda  kanyoninq  həyata  keçirilmişdir. 

Təşkil  edilən  fəaliyyətlərin  əksəriyyəti  Böyük  Qafqaz  dağlarının  payına  düşür. 

Federasiya  tərəfindən  ekstremal  idmam  növ  xidmətləri  üzrə  təklif  olunan  xidmətlər 

ölkəmizdə  dağ  idman  növləri  inkişafına  yönəldilib.  Lakin  daxili  bazarda    bu  idman 

növünə müraciət edənlərin sayının az olması onu ölkəmiz üçün qeyri-ənənəvi turizm 

növləri sırasına daxil etmə imkanı verir. 

   Respublika  turizm  mərkəzinin  Şəkidə  Daşüz  kəndində  fəaliyyət  göstərməsi 

ılkəmizdə  hələ  ki,  qeyri-ənənəvi  sayılan  atçılıq  turizminin  inkişafı  üçün  əlverişli 

zəmin yaradır. 

      Son  zamanlar  ölkəmizdə  paintball  yarışlarının  təşkili  həyata  keçirilir. 

Respublikada  ilk  dəfə  olaraq  Ağstafada  Paint-Ball  və  Stend  atçılıq  mərkəzi  inşa 

edilib.  Eyni  zamanda,  paytaxtda  Baku  Paintball    Center  klubu  fəaliyyət  göstərir. 

Gənclərin  Paintballa  göstərdiyi  maraq    digər  rayonlarda  da  bu  tip    mərkəzlərin 

tikilməsinə  ehtiyac  olduğunu  təsdiqləyir  və  onların  əyləncə  mərkəzi  olmaqla  yanaşı 

yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaqdır. 

     Əlavə olaraq respublikanın Böyük  Qafqaz dağlarında paraplanla tullanma, banci-

jampinq,  vertolyotlarda  turların  təşkili  və  s.  kimi  xidmətlər  göstərmək,  həmçinin 

hadisə turizmi kimi qeyri-ənənvi turizm növlərini inkişaf etdirmək mümkündür. 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə