Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
1   ...   21   22   23   24   25   26   27   28   29

71 

 

 



 

qədər  böyük  əhəmiyyət  daşıdığı  demək  artıqdır.  Eyni  zamanda  Avropa  oyunları 

Azərbaycanın  turizm  sektoru  üçün  böyük  imkanlar  yaratmışdır.  Olimpiya  Oyunları 

ərəfəsində    ölkəmizə  10  minlərlə  xarici  qonaq  gəlmişdir.  İştirakçıların  sayını  və 

əhəmiyyətini nəzərə alanda 1-ci Avropa Oyunları indiyədək Azərbaycanda keçirilmiş 

ən böyük tədbir olmuşdur. 

    “  Avropa  Oyunları  ölkəmizin  beynəlxalq  nüfuzunun,  inkişaf  səviyyəsinin  ələxsus 

da  iqtisadi  imkanlarının  göstəricisidir.  Və  eyni  zamanda    Azərbaycanın  ev 

sahibliyində  Avropanı  bir  araya  gətirən  idman  və  dostluq  bayramıdır”,  Azərbaycan 

Respublikasının  Prezidenti,  Milli  Olimpiya  Komitəsinin  rəhbəri  İlham  Əliyev  ilk 

Avropa oyunlarını haqqlı olaraq məhz bu cür dəyərləndirib. 

     Avropa  Oyunlarında  idman  yarışlarının  keçirilməsi  üçün    nəzərdə  tutulmuş  18 

idman  obyekti  vaxtında  və  yüksək  keyfiyyətlə,  müasir  beynəlxalq  standartların  

tələblərinə  uyğun  tikilib  və  ya  yenidən  qurularaq  istifadəyə  verilmiş,  yarışlar  üçün 

tam  hazırlanmışdır.  18  idman  obyektindən  12-  sinin  daimi    (o  cümlədən  5  yeni 

obyekt – Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Su İdman Sarayı, Bakı 

Atıcılıq Mərkəzi, BMX Veloparkı), 6-sının isə müvəqqəti yarış obyektləri (Su Polosu 

Çimərlik  Arenası,  3x3  basketbol    Arenası,  Dağ  velosipedi  Veloparkı,  Triatlon  və 

şosse velosipedi  yarışları  üçün qurğular) 0lmasına  baxmayaraq, Su Polosu, Çimərlik 

Arenası, 3x3 basketbol Arenasını özündə birləşdirən Avropa Oyunları Parkının tikinti 

və  quraşdırma  işləri  çox  yüksək  səviyyədə  aparıldığından,  gələcəkdə  daimi  idman 

obyekti kimi  istifadəsi nəzərdə tutulur.tmuşdur. 

     Avropanın  50  ölkəsinin  idmançılarının  iştirak  etdiyi  bu  möhtəşəm  tədbirdə 

Azərbaycan  21-i  qızıl,  15-i  gümüş  və  20-si  bürünc  olmaqla  56  medal  qazanmış  və 

medallar cədvəlində Rusiya Federasiyasından sonra 2-ci yeri  tutmuşdur. Azərbaycan 

idmançılarının  bundan  əvvəl  keçirilmiş  Yay  Olimpiya  Oyunlarında  qazandığı 

uğurlarla  müqayisə  göstərir  ki,  I  Avropa  Oyunlarında  yığmamız  yeni  keyfiyyət 

səviyyəsinə qalxdı.  London  Tay Olimpiya  Oyunlarında  Azərbaycan  yığması  Avropa 

ölkələri  arasında  15-ci  yerə  yüksəlmişdisə,  Bakı  2015-də  onlar  gərgin  mübarizədə 

daha yüksək – 2-ci pillədə yerini quruyub saxlaya bildi. 




72 

 

 



 

    Bütün bunları ümumiləşdirərək, artıq başa çatmış ilk Avropa Oyunları Azərbaycan 

üçün  bir  qürur  mənbəyi  və  gələcək  üçün  vizit  kartıdır.  Bu  Oyunları  keçirməklə  biz 

özümüzə olan inamı artırdıq, idman infrastrukturumuza investisiya qoyuruq. 

 

3.3. Azərbaycanda turizmin inkişaf perspektivlərinin  

proqnozu 

     Ölkəmizin turizm sahəsində böyük inkişaf perspektivləri var.  “Azərbaycan 2020: 

gələcəyə  baxış”  İnkişaf  Konsepsiyası  çərçivəsində  2020-ci  ilədək  turizm 

infrastrukturunun  inkişaf  etdirilməsi,  beynəlxalq  standartlara  cavab  verən  turizm 

xidmət  sahələri  dairəsinin  genişləndirilməsi,  sektorun  rəqabət  qabiliyyətinin 

yüksəldilməsi və digər məsələlər nəzərdə tutulur. 

     Azərbaycan  çox  nadir  təbii,  mədəni,  milli,  etnoqrafik  ehtiyatlar,  zənginliklər 

kompleksinə  malikdir.  Əlverişli  coğrafi  mövqeyi,  doqquz  iqlim  qurşağı,  flora  və 

faunasının  müxtəlifliyi,  zənginliyi,  dəniz  sahilində  yerləşməsi,  mədəni-tarixi  irsi, 

ləziz  mətbəxi,  yüksək  qonaqpərvərlik  ənənələri  ölkəmizdə  turizmin  inkişafı  üçün 

böyük  perspektivlər  açır.  Zəngin  mədəni-tarixi  irsi  və  əlverişli  təbii  şəraiti  olan 

Azərbaycanın  turizm  sahəsində  böyük  inkişaf  perspektivləri  var.  Bu  sahədə  aparılan 

işlərin nəticəsi olaraq, demək olar ki, son illər dövlətimizin qayğısı sayəsində turizm 

inkişafımızın 

prioritet 

istiqamətlərindən 

birinə 

çevrilmişdir.Turizmin 



ölkə 

iqtisadiyyatının  mühüm  hissəsinə  çevrilməsi  regionların  infrastruktur  cəhətdən 

inkişafını  da  təmin  edir.  Ümumiyyətlə,  respublikamızın  bütün  rayonlarında  - 

Qobustan,  İsmayıllı,  Qəbələ,  Oğuz,  Şəki,  Qax,  Zaqatala,  Balakən,  Lerik,  Masallı, 

Gədəbəy,  Naftalan,  Şamaxı  və  digər  adlarını  sadalaya  bilmədiyimiz  bölgələrimizdə 

müasir  turizm  obyektləri,  mehmanxanalar,  istirahət  zonaları  tikilməkdədir. 

İnfrastruktur  yenilənir  ki,  bu  proses  də  daxili  və  xarici  turizmin  inkişaf  etdirilməsi 

istiqamətində mühüm addımdır. 

   Müvafiq  dövlət  proqramları,  o  cümlədən  “Azərbaycan  2020:  gələcəyə  baxış” 

İnkişaf Konsepsiyasında da turizmin inkişaf hədəfləri dəqiq əksini tapıb. Konsepsiya 

çərçivəsində  2020-ci  ilədək  turizm  infrastrukturunun  inkişaf  etdirilməsi,  beynəlxalq 



73 

 

 



 

standartlara cavab verən turizm xidmət sahələri dairəsinin genişləndirilməsi, sektorun 

rəqabət  qabiliyyətinin  yüksəldilməsi,  turizmin  ÜDM-də  xüsusi  çəkisinin  artırılması 

istiqamətində  tədbirlərin  həyata  keçirilməsi  nəzərdə  tutulur.  Bu  sahəyə  dair 

qanunvericilik  və  standartların  təkmilləşdirilməsi,  bölgələrdə  turizm  fəaliyyətinin 

stimullaşdırılması,  informasiya-təbliğat  işinin  gücləndirilməsi,  milli,  tarixi-mədəni, 

sosial-iqtisadi  və təbii  xüsusiyyətlərin  nəzərə alınması  yolu  ilə  turizm  marşrutlarının 

yaradılması təşviq ediləcək. 

      Müasir, inkişaf etmiş turizm infrastrukturunun yaradılması istiqamətində həlledici 

rolu  ölkə  Prezidenti  İlham  Əliyev  tərəfindən  həyata  keçirilən,  məqsədi  ölkəmizi 

inkişaf  etmiş  infrastruktura  malik  turizm  mərkəzinə  çevirmək  olan  siyasət  oynayır. 

Bununla əlaqədar olaraq, ilk öncə, Azərbaycanda nümunə olan dağ turizm kompleksi 

Şahdağı,  həmçinin  Bakıda  və  Bakı  ətrafında  tikilmiş  məşhur  beynəlxalq  brendlərin 

çoxsaylı iri otellərini qeyd etmək yerinə düşər.Qeyd etmək lazımdır ki, Azərbaycanda 

turizm sahəsində reallaşdırılan ən böyük layihələr sırasında “Şahdağ” və “Tufandağ” 

qış-yay  turizm  komplekslərinin  yaradılması  özünəməxsus  yer  tutur.Onu  da  qeyd 

etmək  yerinə  düşər  ki,  ölkəmizdə  turizmin  müxtəlif  növlərinin  inkişafına,  turizm 

sahəsində  çalışan  kadrların  hazırlanmasına  yeni  təkan  verəcək  “Azərbaycan 

Respublikasında  2007-2016-cı  illər  üçün  turizmin  inkişafına  dair  Dövlət  Proqramı” 

qəbul  edilib.  Turizm  sektorunun  dinamik  inkişafı  üçün  peşəkar  kadrların 

hazırlanmasına diqqət artırılmaqdadır. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü 

ilə Turizm Universiteti yaradılıb, ixtisaslı kadrlar hazırlanır. Həmin kadrlar dünyanın 

məhşur  otel  və  mehmanxanalarında  təcrübə  keçirlər.  Bundan  əlavə,  turizm  sahəsi 

üçün  əlverişli  guşələrimizdən  olan  İsmayıllıda  peşə  məktəbinin  yaradılması  da  bu 

sahədə  olan  təcrübəli  mütəxəssislərin  yetişməsinə  xidmət  edir.Vətənimizdə  həmişə 

gəzmək,  istirahət  etmək  üçün  gözəl  şərait  olmuşdur.  Bunu  görkəmli  fransız  yazıçısı 

Aleksandr Dümanın(1802-1870)fikirləri də bir daha təsdiqləyir. Tarixən Azərbaycana 

səyahət  etmiş  şəxsiyyətlər  bu  ölkənin  mədəniyyəti  və  incəsənəti,  ədəbiyyatı, 

coğrafiyası,  habelə  Azərbaycan  xalqının  qonaqpərvərliyi  haqqında  çox  maraqlı  və 

dəyərlifikirlərsöyləyiblər.http://www.anl.az/down/meqale/iki_sahil/2014/noyabr/4036

18.htm. 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə