Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

62 

 

 



 

 

Burada K



n

-əməyin səmərəliyinin dinamikasının kompleks göstəricisi 

             B-əmək məhsuldarlığın dəyişməsinin 

             H-əmək məhsuldarlığının dəyər göstəricisi 

 İş  qüvvəsinin  istifadəsinə  turist  əməyinin  məhsuldarlığına  amillərin  xarakteri  və 

məzmununa görə aşağıdakı qruplara bölmək olar. 

-ümumi iqtisadi amillər 

-turist sənayesi firmaları üzrə təsir edən amillər. 

Ümumi    iqtisadi  amillər  iqtisadiyyatın  inkişafının  artım  templəri  və  investisiya 

qoyuluşları,  elmi-texniki  tərəqqi  və  innovasiyalar,  turist  sənayesinin  inkişafı, 

infrastuktur  obyektləri  və  işçilərin  peşəkarlığı  və  hazırlığına  dövlət  dəstəyi.  Turist 

firmaları  səviyyəsində  amillərə  turist  xidmətinin  təşkili  və  fəaliyyətində  keyfiyyət 

üçün reallaşan tədbirlər əməyin təşkili və iqtisadi stimullar sistemi firma səviyyəsində 

planlaşma, marketing və idarə etmənin təkmilləşməsi  üsulları daxildir. 

Turzimdə əməyin səmərəliyinin mühüm yolu, elmi-texniki tərəqqi turizm firmalarının 

müasir  texnoligiyalarndan  istifadəsi,  yeni  nəqliyyat  növləri  və  kiçik  mexanizmləri 

təşkil edir. Digər  yol turizm  fəaliyyətində  məhsulun keyfiyyətini  yüksəltmək turistin 

tələbinə  və  zövqünə  uyğun  onun  təkmilləşməsi  və  turzim  xidmətində  keyfiyyət 

problemlərinin  həlli  rolunda  başqa  bir  amil  turizmdə  əməyin  xarakterinə  uyğun 

stimullar sistemini tədbiqi və daha çox əmək haqqı sistemni təkmilləşməsi təşki edir. 

Əməyin  təşkili  və  idarə  edilməsində  onun  müəyyən  normalarında  və  elmi  əsaslarla 

təşkili  və  idarə olunması sosial  müdafiə rıçaqlarının  istifadə edilməsi  ilə  müasir tipli 

əmək  prosesinin  təşkili  əsas  rol  oynayır.  Turizm  əməyinin  səmərəliyinin  turzim 

məhslunun reallaşması və ondan gələn gəlirlərin artırılması ilə mümkün olur. Turzim 

gəlirləri təkrar istehsal və kadr potensialını gücləndirmək üçün istifadə olunur. 

 

 



 

 

 




63 

 

 



 

 

3.2 Turizmin inkişaf mexanizmlərinin təkmilləşdidirilməsi 

  Respublika iqtisadiyyatında turizm sektoru prioritet sahəyə çevrilib. Prezident İlham 

Əliyevin 2011-ci  ili  "Turizm  ili" elan etməsi  Azərbaycanda turizmin  inkişafına daha 

geniş meydan açacaq. 

Zəngin  tarixi  irsə  və  əlverişli  təbii  şəraitə  malik  olan  Azərbaycan  turizm  sahəsində 

böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin inkişafı 

üçün  geniş  imkanlar  mövcuddur.  Bütün  bu  reallıqları  nəzərə  alaraq,    Azərbaycanda 

turizmin  inkişafı  üçün  münbit  şərait  yaradılmış,  beynəlxalq  turizm  bazarına 

inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə 

davamlılığı yüksəlmişdir. 

       Prezident  İlham    Əliyevin  ötən  il  imzaladığı  Sərəncam  əsasında  respublikada 

"2010-2014-cü  illərdə  turizmin  inkişafına  dair  Dövlət  Proqramı"nın  təsdiq  olunması 

ötən  ildə  ölkədə  bu  sahədə  uğurlu  işlərin  icrası  ilə  nəticələndi.  Dövlət  Proqramı 

ölkədə  turizmin  rastlaşdığı  problemlərin  həll  edilməsi  və  turizm  sahəsinin  daha  da 

inkişaf  etdirilməsinin  təmin  edilməsində  əhəmiyyətli  rola  malikdir.  Dövlət 

Proqramının  başlıca  məqsədi  Azərbaycanda  yüksək  iqtisadi,  sosial  və  ekoloji 

tələblərə  cavab  verən  müasir  turizm  sahəsinin  formalaşdırılması  və  onun  ölkə 

iqtisadiyyatının  əsas  inkişaf  dayaqlarından  birinə  çevrilməsinin  təmin  edilməsidir. 

Dövlət  Proqramına  uyğun  olaraq  həyata  keçirilən  layihələrin  nəticəsi  olaraq  turizm 

sektorundakı  nailiyyətlər  Azərbaycanda  2011-ci  ildə  turizmin  inkişafına  da  böyük 

təkan  oldu.  Bu  gerçəkliklərin  nəticəsi  və  bu  sahənin  inkişafının  daha  da 

sürətlənməsini  nəzərə  alaraq,  Prezident  İlham  Əliyevin  2011-ci  ili  "Turizm  ili"  elan 

etməsi Azərbaycanda turizmin inkişafına daha geniş meydan açacaq.  

Qeyri-neft  sahələrinin  yüksəlişi  ilə  davamlı  iqtisadi  inkişafın  təmin  edilməsi  müasir 

dövrdə  ölkəmizdə  qarşıda  duran  mühüm  vəzifədir.  Turizm  öz  perspektivliyinə  görə 

qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur. Azərbaycanda turistlərin 

yerləşdirmə  biznesi  dinamik  surətdə  inkişaf  edir.  Turizmin  inkişafı  və  turizm 




64 

 

 



 

sektorunun  ölkə  iqtisadiyyatının  aparıcı  sahələrindən  birinə  çevrilməsi  bu  gün 

Azərbaycanda  ən  mühüm  vəzifə  olaraq  qarşıda  durur.  Son  illər  Azərbaycanda  əldə 

olunmuş  sosial-iqtisadi  irəliləyiş  bu  vəzifənin  yeni  imkanlara  adekvat  səviyyədə 

həllinə  şərait  yaradır.  Azərbaycanın  turizm  sahəsində  turizm  imkanlarının  təbliğ 

edilməsi,  daxili  turizmin  inkişafı  və  turizm  xidməti  infrastrukturunun  qurulması 

sahəsində böyük işlər görülüb və hazırda bu işlər davam etdirilməkdədir. Gün-gündən 

inkişaf  edən  respublikanın  iqtisadiyyatında  turizm  sektoru  prioritet  sahəyə 

çevrilmişdir.  Ölkənin  turizm  sahəsinin  təqdim  etdiyi  xidmətlərin  keyfiyyət 

səviyyəsinin  beynəlxalq  standartlara  uyğunluğunun  təmin  edilməsi,  dünya  turizm 

xidmətləri  bazarında  ölkə  turizminin  rəqabət  qabiliyyətinin  artırılması  Dövlət 

Proqramı əsasında davamlı olaraq həyata keçirilirBelə ki, turizm sahəsində normativ 

hüquqi bazanın və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, ölkənin 

turizm  potensialından  istifadə  imkanlarının  genişləndirilməsi  bu  sahənin  inkişafında 

mühüm  rol  oynayır.  Dövlət  Proqramına  istinadən,  beş  il  ərzində  ölkənin  bütün 

regionlarında  turizm  fəaliyyətinin  stimullaşdırılması,  turizm  sahəsinə  yerli  və  xarici 

investisiyaların  cəlb  edilməsi,  turizmin  müxtəlif  növlərinin  inkişaf  etdirilməsi, 

mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi 

nəzərdə tutulur. 

Artıq Azərbaycan turizmi beynəlxalq səviyyədə keçirilən sərgilərdə nümayiş etdirilir. 

Azərbaycan  dünyanın  müxtəlif  ölkələrində  turizm  sərgiləri  ilə  özünün  sərvətlərini 

göstərə bilir. Fransanın Paris şəhərində "Top Resa" və Yaponiyanın Tokio şəhərində 

"JATA",  Küveyt  dövlətinin  Əl-Küveyt  şəhərində  "KİF-2010"  beynəlxalq  turizm 

sərgilərində  təmsil  olunması  Azərbaycanın  turizm  potensialını  iştirakçılar  və 

ziyarətçilər arasında təbliğ etmək məqsədi daşıyır. Bu sərgilərdə Azərbaycan müxtəlif 

dillərdə-fransız, yapon və ingilis dillərində reklam çap məhsulları, təbliğat vasitələrini 

təqdim  edir.  Onu  da  qeyd  edək  ki,  Azərbaycan  2011-ci  ilin  ilk  ayında,  Vyanada 

növbəti  beynəlxalq  tətil  yarmarkası  -  "Ferien-Messe  Wien  2011"  -də  iştirak  edib. 

2011-ci  ildə  keçirilən  ilk  beynəlxalq  turizm  yarmarkasında  da  zəngin  proqramla 

təmsil  olunub.  Azərbaycan  Prezidenti  tərəfindən  "Turizm  ili"  elan  olunmuş  cari  ildə 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə