Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   2   3   4   5   6   7   8   9   ...   28

16 

 

ölkə 



daxilində 

idxal 


əvəzləyici 

məhsulların 

stimullaşdırılması 

həyata 


keçirilməlidir.  Belə  siyasət  yalnız  istehlak  mallarına  deyil,  sənaye  təyinatlı 

məhsullara, xüsusilə də elektrik və məişət avadanlıqlarına tətbiq ediməlidir. Lakin 

yaddan  çıxarmaq  olmaz  ki,  respublikamız  üçün  ilk  növbədə  kənd  təsərrüfatı  və 

ərzaq  məhsulları  istehsalının  inkişafını  stimullaşdırmaq  vacibdir.  Ona  görə  ki, 

həmin  məhsulların  idxalından  asılılıq  respublikamızı  daim  çətin  vəziyyətə  salır, 

xüsusilə də istehlak mallarının alınması böyük xərclər hesabına başa gəlir. Odur ki, 

gələcəkdə ölkənin idxaldan asılılığının azalması onun iqtisadi təhlükəsizliyini daha 

da  artıracaqdır.  Daha  mühüm  məqam  ondan  ibarətdir  ki,  kənd  təsərrüfatı 

istehsalının  intensivləşdirilməsinin  stimullaşdırılması  Azərbaycanın  iqtisadi 

cəhətdən daha inkişaf etmiş ölkələr sırasına çıxmasına imkan verəcəkdir. 

 

Şübhəsiz  ki,  dövlətin  həyata  keçirdiyi  düzgün  idxal  siyasəti  iqtisadi  artıma, 



tələbatların  ödənilməsinə  və  daxili  bazar  həcminin  genişlənməsinə  müsbət  təsir 

edir və milli sərvətin artmasına səbəb olur. Səmərəli və ağlabatan idxal siyasətinin 

həyata  keçirilməsi  bazar  iqtisadiyyatına  keçid  dövrünü  yaşayan  ölkələr  üçün 

xüsusilə  zəruridir.  Belə  bir  siyasət  əslində  ölkənin  əsas  istehsal  amillərindən 

(xammal,  enerji  resursları,  müxtəlif  maşın  və  avadanlıqlar)  asılılığının  kəskin 

azaldılmasını nəzərdə tutan diversifikasiya olunmuş idxalın həyata keçirilməsindən 

ibarətdir.  İdxalın  divesifikasiyasını  həyata  keçirməklə  ölkələr  idxal  əvəz  edən 

sahələri müasir qabaqcıl texnologiyalar əsasında qurmaqda maraqlı olurlar. 

 

İdxal siyasətinin  həyata keçirilməsinin əsas alətlərindən biri  idxalın  gömrük 



və  kəmiyyət  məhdudiyyətlərindən  ibarətdir.  Bu  alətlər  vasitəsilə  həyata  keçirilən 

məhdudiyyətlər  idxal  olunan  məhsulların  təklifində  birbaşa  əks  olunur  və  idxalın 

yerli sənayeyə zərərli təsirinin neytrallaşdırılmasını təmin edir. 

 

Nəzəriyyə və praktika göstərir ki, əgər hər hansı məhsulun dünya qiymətləri 



milli  qiymətlərdən  aşağıdırsa,  bu  zaman  milli  istehsalçıların  təklifi  azalır, 

istehlakçıların tələbi artır, həcmlər arasındakı fərqi isə idxal təmin edir. Bu zaman 

dövlət  gömrük  rüsumundan  istifadə  edərək  tələb  və  təklif  arasında  tarazlığ  təmin 

edir. Bunun nəticəsində dövlət gəlir əldə edir və onun özünəməxsus bölgüsü həyata 

keçirilir, yerli istehsalçılar üçün əlverişli bazar şərtləri formalaşır. 



17 

 

 



İdxalı  tənzimləmək  məqsədilə  tariflər  elə  müəyyən  edilməlidir  ki,  onların 

dünya  qiymətləri  ilə  cəmi  daxili  qiymətlərdən  yüksək  olsun.  Qeyd  edilən  şərtlər 

çərçivəsində  istehlakçılar  yerli  məhsulları  almaqla  onun  gəlirliyini  və  artımını 

təmin  edəcəklər.  Sənayenin  inkişafı  onun  güclənməsinə  və  rəqabət  qabiliyyətinin 

artmasına  gətirib  çıxaracaq  və  bununla  da  o,  gələcəkdə  dünya  bazarına  çıxa 

biləcək. 



1.2. Daxili bazarın formalaşmasında gömrük-tarif siyasətinin iqtisadi 

 zəruriliyi və təşkilati-hüquqi əsasları 

 

Makromaliyyə  sabitliyinin  təmin  edilməsində  və  ölkənin  sosial-iqtisadi 



inkişafının  möhkəm  təməlinin  qoyulmasında  digər  iqtisadi  tənzimləyicilərlə 

yanaşı,  gömrük-tarif siyasətinin də əhəmiyyəti danılmazdır. Lakin keçid dövrünün 

ilk  illərində  real  şəraitə  uyğun  dövlətin  gömrük-tarif  siyasəti  olmadığına  görə  bu 

proses  ümumi  iqtisadi  mexanizmin  tərkib  hissəsi  kimi  yox,  kortəbii  şəkildə  baş 

vermişdir. Respublikamızın o zaman vahid “rubl” məkanında olması, habelə MDB 

və  digər  qonşu  ölkələrdə  qiymətlərin  sərbəstləşdirilməsi  şəraitində  ölkənin  özü 

üçün  zəruri  olan  məhsul  və  malların  kənara  axını  təhlükəsi  yaranmışdı.  Bunun 

qarşısını  almaq  məqsədilə  1992-ci  ilin  aprelində  hökumət  tərəfindən 

“Respublikanın  daxili  bazarının  iqtisadi  müdafiəsi  haqqında”  qərar  qəbul  olundu. 

Həmin  qərara  əsasən  yalnız  neft  və  qaz  kondensatının,  təbii  və  sıxılmış  qazın, 

mühərrik  və  soba  yanacağının,  kerosin  və  benzinin,  elektrik  və  istilik  enerjisinin, 

çörəyin,  uşaq  qidasının  əsas  növlərinin,  tibbi  təyinatlı  məhsulların  və  dərman 

ləvazimatının,  taksidən  başqa  əhaliyə  nəqliyyat  xidmətinin,  telefon  üçün  abunə 

haqqının,  yataqxanada  yaşamağa  görə  haqq  da  daxil  olmaqla  mənzil  kirayəsi 

haqqının,  kommunal  xidmətlərin  əsas  növlərinin  qiymət  və  tariflərinin  dövlət 

tənzimlənməsi nəzərdə tutulurdu. 

 

1995-ci  ildən  etibarən  ölkənin  xarici  iqtisadi  fəaliyyətinin  tənzimlənməsi 



üçün  bir  sıra  normativ-hüquqi  aktlar  qəbul  edilmişdir.  Belə  ki,  “Gömrük 

Məcəlləsi”,  “Sahibkarlıq  fəaliyyəti  haqqında”,  “İstehlakçıların  hüquqlarının 

müdafiəsi  haqqında”,  “Əmtəə  nişanı  və  coğrafi  göstəricilər  haqqında”,  “Dövlət 

satınalmaları  haqqında”  qanunlar,  “”Sahibkarlığın  inkişafı  və  dövlət  nəzarəti 




18 

 

sisteminin  təkmilləşdirilməsi  sahəsində  süni  maneələrin  aradan  qaldırılması 



haqqında”, “Alkaqollu içkilərin, etil spirtinin və tütün məmulatlarının istehsalının, 

idxalının  və  satışının  tənzimlənməsi  sahəsində  əlavə  tədbirlər  haqqında”, 

“Azərbaycan  Respublikasında  xarici  ticarətin  daha  da  liberallaşdırılması 

haqqında”, 

“Azərbaycan 

Respublikasında 

antiinflyasiya 

tədbirlərinin 

gücləndirilməsi  haqqında”  Azərbaycan  Respublikası    Prezidentinin  Fərmanları 

qəbul edilmişdir. 

 

Gömrük  siyasəti  haqqında  qəbul  edilmiş  əsas  normativ-hüquqi  sənədlərdən 



biri  “Gömrük  tarifi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunudur  (20  iyun 

1995-ci il)[5]. 

 

“Gömrük tarifi  haqqında” AR Qanunun 4-cü  maddəsinə əsasən  Azərbaycan 



Respublikasında gömrük rüsumlarının 3 növü müəyyən edilmişdir:  

1) advalor-malların gömrük dəyərinə görə faizlə hesablanan;  

2) spesifik-mal vahidinə görə müəyyən olunmuş dəyərlərlə hesablanan;  

3) kombinə edilmiş-hər iki növü birləşdirməklə hesablanan. 

 

AR  NK-nın  “Azərbaycan  Respublikasında  ixrac-idxal  əməliyyatları  üzrə 



gömrük rüsumlarının dərəcləri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların 

miqdarı  haqqında”  12  aprel  2001-cil    tarixli  80  saylı  qərarına  əsasən  advalor, 

aksizli mallara isə spesifik rüsumlar tətbiq olunur. 

 

Təhlil 



olunan 

dövrdə 


xarici-iqtisadi 

fəaliyyətdə 

gömrük-tarif 

tənzimlənməsinin 

və 

gömrük 


orqanlarında 

maliyyə-vergi 

mexanizminin 

təkmilləşdirilməsi,  gömrük-vergi  qanunvericiliyinə  dair  normativ-hüquqi  bazanın 

möhkəmləndirilməsi  istiqamətində  xeyli  işlər  görülmüş,  spesifik  rüsumların 

advalor rüsumlarla əvəz olunmasının  mərhələli  qrafiki əsasən  yerinə  yetirilmişdir. 

Nazirlər  Kabinetinin  qərarı  ilə  daha  6  mal  qrupunda  spesifik  rüsumlar  advalor 

rüsumlarla  əvəz  edilmişdir.  İstehsalı  genişləndirmək  və  ixraca  əlverişli  şərait 

yaratmaq  məqsədilə  eyni  adlı  malların  idxalına  tətbiq  olunan  gömrük  tarif 

dərəcələrinə  yenidən  baxılmış,  daxili  bazarın  qorunması  və  yerli  istehsalın 

həvəsləndirilməsi üçün müəyyən tədbirlər nəzərdə tutmuşdur. 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə