Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

38 

 

olmuşdur.  Onu  da  qeyd  edək  ki,  2004-2005  ci  illər  MDB  ölkələri  ilə  olan  ticarət 



əlaqələrində  müəyyən  artımın  olması  da  müşahidə  olunsa  da,  2014-cü  ildə  xarici 

ticarət  dövriyyəsində  MDB-nin  xüsusi  çəkisi  2005-ci  illə  müqayisədə  18,1  faiz 

bəndi azalaraq 9,4%-ə enmişdir. 

2005-2014-  cü  illərdə  Azərbaycanın  ixracatında  əsas  yer  tutan  ölkələr  kimi 

ilk olaraq İtaliyanı,daha sonra isə Fransa, İsrail, ABŞ, Rusiya, Türkiyə, Gürcüstan, 

İndoneziya  və  Hindistanı  göstərmək  olar.    Bu  ölkələrin  Azərbaycanın  ixracında 

məcmu payı 2005-2014-cü  illər ərzində Azərbaycanın dünyanın orta hesabla 170-

ə  yaxın  dövləti  ilə  ticarət  əlaqələrinə  girməsinə  baxmayaraq,  ixracın  90%-i  24 

ölkənin  payına  düşmüşdür.  Müvafiq  olaraq  2014-cü  ildə  Azərbaycanın  idxalının 

90%-i  20 ölkənin, ixracının 90 %-i isə 16 ölkənin payına düşmüşdür. 

 

Göründüyü kimi,ixrac olunan  məhsulların 26%-dən çoxu İtaliyaya göndərilir 



ki,  bunun  da  əsas  hissəsini  xam  neft  təşkil  edir.  Ümumiyyətlə,  son  illərdə  ixracın 

80-90%-ni  neft  və  neft  məhsulları  təşkil  etdiyindən,  ixracın  coğrafi  strukturunu 

qeyri-neft sektoru üzrə ayrılıqda tədqiq etməyi daha məqsədəuyğun olardı. 

Azərbaycanın  idxalında  əsas  yer  tutan  ölkələrdən  ilk  olaraq  Rusiyanı,daha 

sonra  isə  Türkiyə,  Almaniya,  Ukrayna,  Böyük  Britaniya,    Çin,  ABŞ,  Yaponiya, 

Qazaxıstan,  İtaliya,  Finlandiya,  Fransa,  Hollandiya,  İran  və  Hindistanı  göstərmək 

olar.  2005-2014-cü  illərdə  bu  ölkələrdən  11-nin  Azərbaycanın  idxalında  məcmu 

payı  orta  hesabla  75,0%  təşkil  etmişdir.  Burada  Rusiyanı  və  Türkiyəni  xüsusi 

olaraq  ayırmaq  lazımdır.    Belə  ki,  təkcə  onların  payı  müvafiq  olaraq  14,9  %    və 

14,2% olmuşdur. 

Mövcud  olan  qanunauyğunluqları  sistemli  şəkildə  öyrənmək  üçün,  bu 

əlaqələri milli iqtısadiyyatın sahələri üzrə və həmçinin xarici ticarətdə iştirak edən 

məhsulların  funksional  təyinatına  görə  qruplaşdırmaqla  təhlil  etmək  zəruridir. 

Başqa  sözlə,  xarıci  ticarət  əlaqələrini  keyfiyyət  aspektləri  üzrə  də  təhlil  etmək 

lazımdır. 

 Təhlil  göstərir  ki,  1991-ci  ildə  Azərbaycanın  ixracında  kənd  təsərrüfatı  və 

onun  emalı  sənayesinin  məhsulları  böyük  xüsusi  çəkiyə  malik  (45,8%)  olmuş, 

həmin  ildə  yanacaq-energetika  sənayesinin  ixracdakı  payı  isə  cəmi  12,7% 




39 

 

olmuşdur.  Lakin  1995-ci  ilə  qədər  bu  sahədə  əsaslı  dəyişiklik  baş  vermiş,  kənd 



təsərrüfatı  və  onun  emalı  sənayesinin  məhsulları  da  daxil  olmaqla  1991-ci  ildə 

ixracda  az-çox  rol  oynayan  bütün  digər  sahələrin-metallurgiya,  kimya  və  neft-

kimya,  maşınqayırma  və  yüngül  sənaye  sahələrinin  ixracı  1995-ci  ildə  əsaslı 

şəkildə aşağı olmuş, bununla da yanacaq-energetika sənayesinin məhsulları ixracın 

yarıdan  çoxunu  təşkil  etmişdir.  Əslində  1991-ci  illə  müqayisədə  1995-ci  ildə 

yanacaq-energetika  sənayesinin  məhsullarının  ixracı  mütləq  ifadədə  cəmi  4,5% 

artmışdır.  Lakin  bu  dövr  ərzində  digər  sahələrin  ixracdakı  payı  kəskin  şəkildə 

azalmışdır. Bu azalma kənd təsərrüfatı  və onun emalı sənayesinin  məhsulları  üzrə 

6,5  dəfə,  yüngül  sənaye  məhsulları  üzrə  10,3  dəfə,  maşınqayırma  sənayesi 

məhsulları  üzrə  4,4  dəfə,  kimya  sənayesi  məhsulları  üzrə  5,4  dəfə,  metallurgiya 

sənayesi  məhsulları  üzrə  isə  6,4  dəfə  olmuşdur.  Kənd  təsərrüfatı  məhsulları  ilə 

yüngül sənaye məhsullarının ixracının həcmi 1995-ci illə müqayisədə 2000-ci ildə 

də  əsaslı  şəkildə  (müvafiq  olaraq  1,5  və  4,1  dəfə)  azalmış  və  bu  azalma  2001-ci 

ildə  də  davam  etmişdır.  Bu  dövr  ərzində  yanacaq-energetika  sənayesi 

məhsullarının  ixracındakı  artım  hər  il  mütəmadi  olaraq  davam  etmiş  və  2002-ci 

ildə  1995-ci  illə  müqayisədə  6,8  dəfə  artaraq  ümumi  ixracın  88,9%-i  qədər 

olmuşdur.  Digər  sahələrin  məhsullarının  ixracında  isə  bu  dövr  ərzində  xüsusi  bir 

dəyişiklik  olmamışdır.  Deməli,  2000-2014-cü  illərdə  ixracın  həcmindəki  artım 

yanacaq-energetika sənayesinin hesabına olmuşdur. Başqa sözlə, baxsaq görərik ki, 

son  illər  ərzində  ixracda  olan  artım  birmənalı  şəkildə  neft  və  neft  məhsullarının 

hesabına təmin edilmişdir. Bundan başqa, 2000-2014-cü illər ərzində ixracın 90%-

dən çoxu neft və neft məhsullarıdan  ibarət olmuşdur. 

Təhlil aparılan dövr ərzində idxalın strukturunun iqtisadiyyatın sahələri üzrə 

təhlili  göstərir  ki,  1991-ci  ildə  ixracda  olduğu  kimi  idxalda  da  nisbətən  böyük 

xüsusi  çəki  kənd  təsərrüfatı  və  onun  emalı  sənayesinin  məhsullarına  məxsusdur. 

Eyni  zamanda  həmin  ilin  idxalında  daha  sonra  metallurgiya  sənayesi  məhsulları, 

həmçinin  də  kimya,  maşınqayırma  və  yüngül  sənaye  sahələri  nisbətən  böyük 

xüsusi  çəkiyə  malik  olmuşdur.  Lakin  cədvəldən  gördüyümüz  kimi  1995-ci  ildə 

idxal  edilən  kənd  təsərrüfatı  və  onun  emalı  sənayesi  məhsulları  1991-ci  illə 



40 

 

müqayisədə 6,5 dəfə, yüngül sənaye malları 17,8 dəfə, metallurgiya və metal emalı 



məhsulları  8,7  dəfə,  kimya  sənayesi  məhsulları  3,2  dəfə,  maşınqayırma  sənayesi 

məhsulları  1,6  dəfə  azalmışdır.  Sözsüz  ki,  bu  dövr  ərzində  idxalın  həcminin 

azalmasının  əsas  səbəbi  keçmiş  SSRİ-nin  vahid  xalq  təsərrüfatı  kompleksi 

çərçivəsində  yaradılşmış  istehsal-kooperasiya  və  ticarət  əlaqələrinin  pozulması  və 

digər ölkələrlə xarici iqtisadi, o cümlədən də ticarət-iqtisadi əlaqələrinin hələ ilkin 

formalaşma  mərhələsində  olması  idi.  Məsələn,  məlumdur  ki,  1991-ci  ilə  qədər 

metallurgiya, kimya və maşınqayırma sənayesinin  məhsulları həm hazır məhsullar 

kimi,  həm  də  uzun  illər  ərzində  formalaşmış  istehsal-kooperasiya  əlaqələri 

əsasında  istehsal  məqsədləri  üçün  gətirilirdi.  Bu  əlaqələrin  pozulması  səbəbindən, 

eləcədə  həmin  istehsal  sahələrinin  (o  cümlədən  də  yüngül  və  yeyinti  sənayesi 

sahələrinin)  Azərbaycanda  olduğu  kimi  digər  keçmiş  müttəfiq  respublikalarda  da 

böhrana  uğraması  səbəbindən,  müvafiq  məhsulların  idxalı,  qeyd  etdiyimiz  kimi, 

əsaslı  şəkildə  azalmışdır.  Qeyd  edək  ki,  1991-ci  ildə  idxalda  elə  də  böyük  xüsusi 

çəkiyə malik olmayan ağac emalları  məhsulları və tikinti  materiallarının da həcmi 

1995-ci ildə müvafiq olaraq 2,4 dəfə və 12% azalmışdır.                                                                                  

Azərbaycan müstəqil dövlət kimi digər dünya dövlətləri ilə iqtisadi əlaqələri 

aktiv şəkildə genişləndirdiyinə görə, digər tərəfdən isə müvafiq sənaye sahələrinin 

istehsalında  əsaslı  bir  irəliləyiş  olmadığına  görə,  artıq  1995-ci  ildən  sonra  idxalın 

həcmi  hər  il  artmışdır.  Bu  artım  kənd  təsərrüfatı  və  onun  emalı  sənayesinin 

məhsulları  istisna olmaqla bütün digər sahələri,  xüsusilə  maşınqayırma sənayesini 

əhatə  etmişdir.  Belə  ki,  artıq  2002-ci  ildən  etibarən  bu  sənaye  sahəsinin 

məhsullarının  idxalının  həcmi  hətta  1991-ci  ilin  səviyyəsini  də  keçmişdir.  Bu  hal 

eyni  zamanda  ağac  emalı  məhsullarına  və  tikinti  materiallarına  da  aiddir.  Qeyd 

edək  ki,  idxalın  artımının  bir  səbəbi  kimi  müvafiq  istehsal  sahələrinin  inkişafının 

zəif  olmasını  göstərmişdiksə  də,  bu  baxımdan  maşınqayırma  sənayesinin 

məhsulları  olan  maşın  və  avadınlıqların,  həmçinin  də  tikinti  materiallarının 

idxalının  artmasını  müsbət  hal  kimi  qiymətləndirmək  lazımdır.  Çünki  bu 

məhsulların  idxalı  müvafiq  istehsal  sahələrinin  inkişaf  etdirilməsinə  səbəb 

olmaqla, idxal olunan bir sıra məhsulların gələcəkdə yerli istehsalla əvəzlənməsinə 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə