Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   ...   20   21   22   23   24   25   26   27   28

80 

 

-  idxal  ölkəsinə  belə  malların  göndərilməsi  nəticəsində  ixrac  edənin  əldə 



etdiyi mənfəət. 

Bütün  bu  məlumatlar  istehsalçı  ölkədə  tətbiq  olunan  mühasibat  uçotunun 

qəbul edilmiş ümumi prinsiplərinə uyğun olmalıdır. 

Qeyd etmək  lazımdır ki,  «Gömrük  tarifi  haqqında»  Azərbaycan Respublikası 

Qanunun  II  maddəsində  qeyd  edildiyi  kimi,    respublikada  malların  gömrük 

dəyərinin  müəyyən  edilməsi  (gömrük  qiymətləndirilməsi)  sistemi  gömrük 

qiymətləndirilməsinin  beynəlxalq  təcrübədə  qəbul  olunmuş  ümumi  prinsiplərinə 

əsaslanır  və  Qanunun  IV  fəsli  “Gömrük  dəyərinin  müəyyən  edilməsi  üsulları  və 

onların tətbiqi qaydaları”nı müəyyənləşdirir. 

Gömrük  və  statistika  uçotunun  metodologiyasında  ixrac  və  tranzit  uçotunun 

nizamsız aparılmasına, əmtəələrin SIF və FOB qiymətləri arasında qeyri-müəyyən 

fərqlərin  yaranmasına  səbəb  olan  bir  sıra  nöqsanlar  mövcuddur.  Bütün  bunların 

nəticəsidir ki, ticarət hesabatlarında subyektiv xarakterli nöqsanlar üzə çıxır ki, bu 

da ixracın qeydiyyatdan yayınmasında, idxal və ixracın dəyərinin və həcminin süni 

olaraq azaldılmasında ifadə olunur. 

Bu  cür  pozuntu  hallarına  idxalın  gömrük  vergilərindən  aksizdən,  ƏDB  və 

mənfəət  vergisindən  yayınmasını  göstərə  bilərik.  Bundan  başqa,  bəzi  idxalçılar 

ölkəyə  ixrac  zamanı  bu  ölkədə  müəyyən  edilən  imtiyazlardan  istifadə  üçün  onun 

gələcəkdə mənşəyini saxmalaşdırmaq məqsədilə  gətirilən əmtəəni gizlədir. 

Vergi  Məcəlləsinin  159.3-cü  maddəsində  nəzərdə  tutulmuş  qaydada  malların 

idxalı    zamanı  ƏDV  gömrük  orqanları  tərəfindən  hesablanır.  Idxal  zamanı  ƏDV-

dən  azad  olunan  malların  siyahısı  Vergi  Məcəlləsinin  164-cü  maddəsi  və 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2005-ci il tarixli 11 saylı 

«Azərbaycan  Respublikasının  ərazisinə  gətirilən,  əlavə  dəyər  vergisindən  azad 

olunan  malların  siyahısı  haqqında»  qərarı  ilə  müəyyənləşdirilmişdir.  Mallar  idxal 

olunarkən  vergi  tutulan  əməliyyatların  dəyərinə  və  ya  idxal  olunan  malların 

qiymətinə  gömrük  orqanları  tərəfindən  Azərbaycan  Respublikası  nazirlər 

Kabinetinin  12  yanvar  1998-ci  il  tarixli  7  saylı  «Azərbaycan  Respublikasının 

gömrük  ərazisinə  gətirilən  və  bu  ərazidən  çıxarılan  malların  gömrük 



81 

 

qiymətləndirilməsi sisteminin tətbiqi qaydaları haqqında» qərarı ilə yenidən baxıla 



bilər. 

Idxal olunan  malların mal göndərən tərəfindən  müəyyən edilən qiyməti bazar 

qiymətlərindən  fərqləndikdə  gömrük  orqanlarının  bazar  qiymətləri  nəzərə 

alınmaqla ƏDB-ni hesablamaq hüququ vardır. Bu qiymətlər vergitutma məqsədləri 

üçün  istifadə  edilir.  Malları  idxal  edən  vergi  ödəyicisi  həmin  malları 

malgöndərənin  müəyyən  etdiyi  qiymətdə  mədaxil  edərək  uçota  alır.  Gömrük 

orqanlarının  müəyyən  etdiyi  şərti  bazar  qiymətləri  həmin  mallarla  aparılan 

əməliyyatlarda  vergi  orqanları  tərəfindən  bazar  qiymətləri  barədə  bir  mənbə  kimi 

istifadə  oluna  bilər.  ƏDB  ödəyiciləri  tərəfindən  gömrük  orqanlarına  ödənilmiş 

ƏDB  məbləği  idxal  olunan  mallardan  sahibkarlıq  məqsədləri  üçün  istifadə 

edildikdə Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir. 

Gömrük-tarif  tənzimlənməsi  mexanizmi    cilalanmalı  və  gömrük  tariflərinin 

səmərəliliyinin yüksəlməsinə nail olunmalıdır. 

- Azərbaycan  bazarı  keyfiyyətsiz  əmtəələrdən  qorunması  və  gömrük 

laboratoriyalarının  nəzarətedici  rolu  fəallaşdırılmalı,  eləcə  də  idxal  əmtəələrinin 

sertifikatlaşdırılması və hüquqların müdafiəsi sistemi təkmilləşdirilməlidir; 

- gömrük  qanunvericiliyinin  stabilləşdirilməsi,  gömrük  rəmiləşdirilməsinin 

sürətliliyi  və  sadəliyi  əlverişli  investisiya  mühitinin  yaradılmasını  və  xarici 

investisiyaların  cəlb  olunmasını,  o  cümlədən  emaledici  gömrük  reъiminin  geniş 

tətbiqini  təmin  etməlidir  ki,  bu  da  istehsalın  beynəlxalq  kooperasiyası, 

uzunmüddətli kontraktların  və razılaşmaların rəmiləşdirilməsi  üçün əlverişli şərait 

yaradacaqdır; 

- yerdəyişməsi  Azərbaycanın  gömrük  sərhədinə  nəzərdə  tutulan  malların 

gömrük rəsmiləşdirilməsi təkmilləşdirilməsi və inkişaf etdirilməlidir; 

- elektron-hesablama texnikasından  maksimum  istifadə etməklə  yük-gömrük 

bəyannaməsinin təqdimatı təlim olunmalıdır; 

- gömrük  orqanları  işçilərinin  sosial  statusu  və  sosial  müdafiəsi 

möhkəmləndirilməli,  gömrük  xidmətinin  nüfuzunun  yüksəldilməsi  tədbirləri 




82 

 

reallaşdırılması, 



Azərbaycanın 

gömrük 


orqanlarının 

əmək 


şəraiti 

yaxşılaşdırılmalıdır; 

- yüklərin  müxtəlif  reъimlər  üzrə  hərəkət  etdiyi  gömrük-buraxılış 

məntəqələrində nəzarət gücləndirilməlidir. 

Gömrük  infrastrukturunun  yaradılması  onun  ölkənin  iqtisadi  sərhədçi 

funksiyalarının  yerinə  yetirilməsinin  təmin  etməlidir.  Xarici  ticarət    siyasətində 

ixraca yönümlülük  və  idxaləvəzləyici  balanslaşdırma  ixracın stimullaşdırılması  və 

səmərəli  idxal vergisi qoyulması ilə əlaqələndirilməlidir. Ixracın genişləndirilməsi 

və  tənzimlənməsi  ölkə  iqtisadiyyatının  dayanıqlı  inkişafının  real  hərəkətverici  

qüvvəsidir. 

Xarici  ticarət  siyasətində  idxaləvəzləyicinin  strateъi  inkişafında  gömrük 

maneələri  başlıca  rol  oynamalıdır.  Ölkədə  qeyri-neft  sektorunun  inkişafında 

tariflərin  düzgün    müəyyən  edilməsi  böyük  əhəmiyyət  kəsb  edir.  Azərbaycan 

hökuməti  əmtəə  dəyərinin,  əmtəə  dəyərinin    yerdəyişməsinin  və  gömrük 

sərhəddinə  nəqlinin  gömrük  qiymətləndirilməsi  üzrə    dünya  təcrübəsinin 

nailiyyətlərini  nəzərə  almalı,  əksər  dövlətlərin  qəbul  və  istifadə    etdiyi  gömrük 

qiymətləndirilməsi prinsiplərini tətbiq etməlidir. 

 

 

 

 

 

 

 

 

 



 

 

 

 




83 

 

NƏTICƏ 

Magistr işinin yекunundа аşаğıdакı nəticə və təкlifləri vеrməк оlаr. 

İdxal ölkənin daxili bazarının formalaşmasında mühüm əhəmiyyət kəsb edir. İdxal 

sahəsindəki siyasət daxili  iqtisadi siyasət ilə sıx əlaqədardır  və ölkənin  inkişafının 

ümumi  strategiyasını  əks  etdirir.  Təhlil  göstərir  ki,  Azərbaycan  Respublikasının 

idxal strukturunda qida və istehlak mallarının xüsusi çəkisi daha böyükdür. Dünya 

təcrübəsinə görə, istehsal təyinatlı məhsulların, yəni ilk növbədə müxtəlif maşın və 

avadanlıqların xüsusi çəkisinin yüksək olduğu idxal strukturu daha səmərəli hesab 

edilir.  Təbii  ki,idxalın  mövcud  strukturu  ölkə  iqtisadiyyatındakı  vəziyyətlə 

əlaqədardır.  İdxalın  bu  cür  strukturunun  formalaşması  xeyli  dərəcədə  kənd 

təsərrüfatı  istehsalının  zəifliyi,  yüngül  və  yeyinti  sənayesinin  geriliyi,  istehlak 

bazarının  əsas  məhsullarla  təmin  olunması  sisteminin  yoxluğu  ilə  izah  olunur. 

Odur  ki,  idxalın  strukturunun  təkmilləşdirilməsi  üçün  ölkənin  ümumi  iqtisadi 

durumunun  yaxşılaşdırılması,  eləcə  də  daxili  istehsal  və  istehlak  strukturunun 

inkişafı üzrə tədbirlərin həyata keçirilməsi son dərəcə vacibdir. 

 

Bütün  bunları  nəzərə  alaraq,  hazırda  Azərbaycanda  istehsal  olunan 



məhsullara  (kənd  təsərrüfatı,  bir  sıra  istehlak  malları  və  s.)  münasibətdə  idxal 

rüsum dərəcələri artırılmışdır. Məsələ burasındadır ki, yalnız bu yolla daxili bazarı 

qorumaq və istehsalçını stimullaşdırmaq mümkündür. Fikrimizcə, bununla yanaşı, 

ölkə 


daxilində 

idxal 


əvəzləyici 

məhsulların 

stimullaşdırılması 

həyata 


keçirilməlidir.  Belə  siyasət  yalnız  istehlak  mallarına  deyil,  sənaye  təyinatlı 

məhsullara, xüsusilə də elektrik və məişət avadanlıqlarına tətbiq ediməlidir. Lakin 

yaddan  çıxarmaq  olmaz  ki,  respublikamız  üçün  ilk  növbədə  kənd  təsərrüfatı  və 

ərzaq  məhsulları  istehsalının  inkişafını  stimullaşdırmaq  vacibdir.  Ona  görə  ki, 

həmin  məhsulların  idxalından  asılılıq  respublikamızı  daim  çətin  vəziyyətə  salır, 

xüsusilə də istehlak mallarının alınması böyük xərclər hesabına başa gəlir. Odur ki, 

gələcəkdə ölkənin idxaldan asılılığının azalması onun iqtisadi təhlükəsizliyini daha 

da  artıracaqdır.  Daha  mühüm  məqam  ondan  ibarətdir  ki,  kənd  təsərrüfatı 

istehsalının  intensivləşdirilməsinin  stimullaşdırılması  Azərbaycanın  iqtisadi 

cəhətdən daha inkişaf etmiş ölkələr sırasına çıxmasına imkan verəcəkdir. 




84 

 

Ölkənin  iqtisadi  təhlükəsizlik  tələblərinə  cavab  verən  daxili  bazarın 



formalaşmasında  özəlləşdirmə  proqramının  həyata  keçirilməsi  də  az  əhəmiyyət 

kəsb etmir. Tədqiqatlar göstərir ki, özəlləşdirmə bir tərəfdən, iqtisadi təhlükəsizliyi 

möhkəmləndirə bilər, digər tərəfdən  isə,  iqtisadi təhlükəsizliyin təmin olunmasına 

mənfi  təsir  göstərə bilər. Məsələ burasındadır ki, şəxsi  mülkiyyət sahibləri  heç  də 

öz mallarının qədrini başqalarından az bilməz və onların qorunması məqsədilə hər 

cür tədbirlərə əl atmağa  və  müxtəlif  yollar axtarmağa hazırdırlar.  Fikrimizcə, özəl 

sektorların  inkişafına,  xüsusilə  istehsal  yönümlü  özəl  müəssisələrin  yaradılmasına 

dövlət  qayğısının  artırılması  ölkənin  iqtisadi  təhlükəsizliyinin  təmin  olunmasına 

birbaşa  yardım  kimi  qiymətləndirilməlidir.  Unutmaq  olmaz  ki,  dövlət  dünya 

bazarına  məhsul  çıxara  biləcək  özəl  müəssisələrin  rəqabətə  davamlı  olması  üçün 

lazımi kömək göstərməlidir. Bunun üçün o, müxtəlif üsullardan, məsələn, maliyyə 

yardımı,  güzəştli  kredit,  gömrük-tarif  güzəştləri,  vergidən  azadetmə  və  ya  onu 

azaltma,  müasir  texnologiyaların  alınmasına  və  gətirilməsinə  yardım  və  s. 

üsullardan  istifadə  edə  bilər.  Həm  də  bu  zaman  ixrac  malları  istehsal  edənlərə 

üstünlük  verilməlidir.  Qeyd  etmək  lazımdır  ki,  Azərbaycanda  istehsalı 

stimullaşdırmaq  üçün  istər  gömrük-tarif  tənzimlənməsi  tədbirlərindən,  istərsə  də 

vergi  siyasətindən  uğurla  istifadə  olunur.  Bu  isə  artıq  öz  səmərəsini  verməkdədir. 

Belə  ki,  istehsalın  həcmi  ilbəil  artır  və  ixracda  qeyri-neft  sektoruna  məxsus 

malların  xüsusi  çəkisi  yüksəlir.  Nəzəriyyə  və  praktika  göstərir  ki,  kənd 

təsərrüfatında  hansı  təsərrüfat  formalarının  üstünlük  təşkil  etməsindən  asılı 

olmayaraq, dövlətin özünün düşünülmüş ərzaq proqramının olması və onun həyata 

keçirilməsinə  ciddi  nəzarət  ölkənin  iqtisadi  təhlükəsizliyinin  təmin  edilməsində 

xüsusi  əhəmiyyət  kəsb  edir.  Hər  bir  dövlət  çalışır  ki,  ilk  növbədə  xarici  ərzaq 

təminatından  imkan  daxilində  az  asılı  olsun.  Bunun  üçün  o,  fermerlərə,  kənd 

təsərrüfatı  işçilərinə  sifariş  verməli,  lazım  gəldikdə  isə  güzəştli  kreditlər 

ayırmalıdır. Toxum, gübrə və imkan daxilində texnologiya ilə təchizat məsələsi isə 

inkişaf  etmiş  dövlətlərdə,  o  cümlədən  ABŞ-da  olduğu  kimi,  Kənd  Təsərrüfatı 

Nazirliyinin səlahiyyətinə verilməlidir. 




85 

 

Müasir  mərhələdə  Azərbaycan  ixracı  böyük  inkişaf  perspektivinə  malik 



deyildir.  Buradan  da  göründüyü  kimi,  xarici  ticarətin  liberallaşdırılması,  bizim 

fikrimizcə,  milli  iqtisadiyyatın  müdafiə  olunması  amili  kimi  çıxış  edir.  Odur  ki, 

xarici siyasətdə proteksionist və liberal istiqamətlərin müqayisə edilməsinə ehtiyac 

vardır.  Xüsusilə  də  bu  halda  dünya  təcrübəsindən  faydalanmaq  lazımdır.  Belə  ki, 

müasir  dünyada  heç  bir  ölkə  mütləq  azad  ticarətlə  məşğul  olmurlar.  İstənilən 

dövlət üçün onun üçün qəbul olunmuş xarici ticarət siyasətinin milli modeli işlənib 

hazırlanmışdır.  Təbii  ki,  Azərbaycanın  xarici  ticarət  siyasəti  milli  iqtisadiyyatın 

genişlənməsi  və  inkişafı,  iqtisadi  artımın  daha  da  sürətləndirilməsi  vasitələrindən 

biri  kimi  çıxış  etməlidir.  Milli  iqtisadiyyatın  müdafiəsi  üçün  idxal  rüsumları  və 

müdafiənin səmərəli formalarından istifadə etmək lazımdır. 

 

Bundan  başqa,  ölkənin  sənaye  siyasəti  konsepsiyasına  və  xarici  ticarət 



siyasəti  prinsiplərinə  əsaslanmaqla  Azərbaycanın  ixrac  strategiyası  konsepsiyasını 

işləyib  hazırlamağı  məqsədəuyğun  hesab  edirik.  Azərbaycanın  müasir  xarici 

ticarətinin  əmtəə  strukturunu  əhəmiyyətli  dərəcədə  dəyişmək  lazımdır.  Prioritet 

ixrac  müəssisələrini  ayırmaq  lazımdır,  oxşar  məhsulların  idxalına  isə  yüksək  tafif 

dərəcələri tətbiq olunmalıdır. 

Gömrük-tarif 

tənzimlənməsi 

mexanizminin 

təkmilləşdirilməsi 

üçün 


aşağıdakı  tədbirlərin  görülməsi  məqsədəuyğundur:  gömrük  tarifinin  əmtəə 

nomenklaturası  əsasında  və  beynəlxalq  standartlara  uyğun  olaraq  differensiya 

olunmuş  gömrük  rüsum  dərəcələri  nəzərə  alınmaqla  metodologiyasının  və  tətbiqi 

qaydasının  hazırlanması;  tarif  güzəştləri  (profensiyaları)  sisteminin  və  tətbiqi 

təcrübəsinin  təkmilləşdirilməsi;  malların  XİFƏN  üzrə  düzgün  təsnifatlaşdırılması 

üzərində 

nəzarət 

mexanizminin 

hazırlanması; 

bütün 


səviyyələrdə 

tarif 


tənzimlənməsi mexanizminə aid kompleks məsələlərin həll edilməsi.  

 

 



 

 

 



 


86 

 

İSTIFАDƏ ОLUNMUŞ ƏDƏBIYYАT SIYАHISI: 



1."Azərbaycan  Respublikası  regionlarının  2009-2013-cü  illərdə  sosial-

iqtisadi  inkişafına  dair  Dövlət  Proqramı"nın  birinci  ilinin  yekunlarına  həsr 

olunmuş  konfransda  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham 

Əliyevin nitqi 

2.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2014-cü  ildə  fəaliyyəti 

haqqında hesabat. Bakı, 2015, 445 s. 

3.  Azərbaycan  Statistik  Göstəriciləri  2014/Azərbaycan  Respublikası 



Dövlət Statistika Komitəsi/ Bakı: Səda, 2014., 744 s. 

4. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, Bakı, Qanun, 2003. 



5.  Azərbaycan  Respublikasının  Gömrük  tarifi  haqqında  Qanunu,  Bakı, 

Qanun, 2004. 

6.  Azərbaycan  Respublikası  İqtisadi  İnkişaf  Nazirliyi.  “Azərbaycan 



Respublikasının  2014-cü  il  və  gələn  üç  il  üzrə  iqtisadi  və  sosial  inkişaf 

konsepsiyası və proqnoz göstəriciləri. Bakı, 2013,  107s. 

7. 


"Azərbaycan 

Respublikasında 

idxal-ixrac 

əməliyyatlarının 

tənzimlənməsi  qaydalarının  təkmilləşdirilməsi  sahəsində  əlavə  tədbirlər 

haqqında" 2010-cu il 14 may tarixli fərmanı 

8.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2012-ci  ildə  fəaliyyəti 

haqqında hesabat. Bakı, 2013, 422 s. 

9.  Azərbaycan  Statistik  Göstəriciləri  2013/Azərbaycan  Respublikası 

Dövlət Statistika Komitəsi/ Bakı: Səda, 2013., 728 s. 

10. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, Qanun, 2005, 352 s. 

11.  Cozef  E.  Stiqlitz.  Qloballaşma  və  onun  doğurduğu  narazılıqlar.  Bakı: 

2004, 317 s. 

12.  Əhmədov  M.A.  Qloballaşma  və  milli  iqtisadiyyatın  formalaşması.  Bakı, 

Azərnəşr, 2003, 520 s. 

13. Əsgərova S.T  Keçid İqtisadiyyatı şəraitində Azərbaycanın  ixrac siyasəti  : 

iqtisadi elm.nam.dis.avtoreferatı: 08.00.14 ADİU, Bakı, 2008, 28 s 

 



87 

 

14.“Gömrükçü” jurnalı, iyun 2005, №6(15). 

15. Kazımov  R.N.  Qloballaşma  şəraitində  Azərbaycanın  xarici  iqtisadi 

əlaqələrinin inkişaf etdirilməsinin geoiqtisadi aspektləri : iqtisadi elm. üzrə 

fəlsəfə dok.disavtoreferatı: 08.00.14, ADİU, Bakı, 2011, 25s. 

16.  Hacıyev  Ş.H.  “Heydər  Əliyev  Azərbaycanın  milli  iqtisadi  inkişafının 



uğur  modelinin  yaradıcısıdır”,  "Milli  iqtisadi  inkişafın  Azərbaycan 

modeli  mövzusunda  beynəlxalq  konfransın  materialları".  Bakı,  may 

2006. “İqtisadçı” qəzeti, s 2. 

17. Heydərov  K.  Azərbaycan  gömrüyü  sabit  inkişaf  yolunda.  Bakı, 



«Ozan», 2005, 128 s. 

18. Şəkərəliyev  A.Ş.  Dünya  iqtisadiyyatı  və  beynəlxalq  iqtisadi 



münasibətlər. Bakı, 1999. 

19. Şəkərəliyev  A.Ş.  Nuriyev  C.Q.,  Əliyev  A.Ə.  Gömrük  işinin  təşkili  və 



idarə edilməsi. Bakı, 2003. 

20. Şəkərəliyev  A.Ş.  Dövlətin  iqtisadi  siyasəti  :  Dayanıqlı  və  davamlı 



inkişafın təntənəsi(Monoqrafiya) Bakı, "İqtisad Universiteti" 2011 

21. Гаджиев  Ш.Г.  Азербайджан  на  пути  к  мировому  сообществу: 



стратегия  внешнеэкономического  развития.  Киев:  «  Экспресс  – 

об-ява», 2000, 504 с. 

22. Конкурентоспособность  России  в  глобальной  экономике  . 



Монография. Под ред. А.А. Дынкина и Ю.В. Куренкова, Москва « 

Международные отношения» , 2003, 374с. 239,245 

23. Кругмен П.Р., Обстфелд М. Международная экономика, Теория и 



политика. Пер. с. Англ. М. ЮНИТИ, 1997, 225-243. 

24. Самуэльсон  П.Экономикс:  В  2  т.  М.:  МТП  «АЛТОН»  ВНИИСИ, 



1992. 

25. 


http://www.azstat.org

.  –  Azərbaycan  Dövlət  Statistika  Orqanının  rəsmi 

web ünvani. 

26.  


http://www.taxes.gov.az

. – AR Vergilər Nazirliyinn rəsmi web ünvanı. 

27. 

http://www.customs.gov.az



  - AR Gömrük Komitəsinin rəsmi web ünvanı. 


88 

 

Firdovsi Gasimov  



The mechanism of use of the price factor in the preservation of the internal 

market 

 

Summary 

 

The significance of the work presented is that the problems of the domestic 

market  and  the  role  of  the  customs  tariff  policy  at  its  formation  in  the  context  of 

Azerbaijan's integration into the world economy, is one of the central problems of 

the economy. 

The main purpose is to study the theoretical and methodological foundations 

of  the  internal  market,  identifying  trends  of  its  development,  features  and  on  this 

basis  to  identify  concrete  proposals  regarding  the  impact  of  customs  tariff  policy 

formation and development of the internal market. 

In this thesis analyzed customs tariff  regulation,  identified ways to  improve 

the mechanisms for the use of customs tariff policy in shaping the internal market. 

In  the  context  of  customs  tariff  reforms  grounded  software  development 

priorities  of  foreign  economic  activity,  given  specific  proposals  for  ensuring 

effective  customs  tariff  policy,  economic  management  practices  investigated 

customs tariff  relations and ways to improve them. 

In this study are scientifically sound proposals that define priorities customs 

tariff  policy formation and development of the internal market. 

 

                     



 

 

 

 

 

 

 

 

 

 

 

 


89 

 

                                  Гасымов Фирдовси Рафайыл оглы 



Механизм использования ценового фактора 

в защите внутренного рынка 

 

                                                РЕЗЮМЕ 



 

Значимость  представленной  работы  заключается  в  том,  что  проблемы 

внутреннего  рынка  и  роль  таможенно-тарифной  политики  при  ее 

формировании  в  контексте  интеграции  Азербайджана  в  мировое  хозяйство, 

являются одной из центральных проблем экономики. 

Главной 


целью 

исследования 

является 

изучение 

теоретико-

методологических  основ  формирования  внутреннего  рынка,  выявление 

тенденций  его  развития,  особенностей  и  на  этой  основе  определение 

конкретных  предложений  относительно  влияния  таможенно-тарифной 

политики на формирование и развитие внутреннего рынка. 

Таможенно-тарифное 

регулирование 

анализирован 

в 

данной 


диссертационной работе, определены пути совершенствования механизмов 

использования таможенно- тарифной политики в формировании внутреннего 

рынка. 

В  условиях  таможенно-тарифных  реформ  обоснованы  приоритеты 



програмного развития внешнеэкономической деятельности, даны конкретные 

предложения по обеспечению эффективной таможенно- тарифной политики, 

исследованы  экономические  методы  регулирования  таможенных  отношений 

и пути их совершенствования. 

В  данном  исследовании  даны  научно  обоснованные  предложения, 

которые 


определят 

приоритеты 

таможенно-тарифной 

политики 

в 

формировании и развитии внутреннего рынка. 



 

 

 



 

 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə