Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   2   3   4   5   6   7   8   9   ...   28

 

X.H.Kazımlının, 



Ş.H.Hacıyevin, 

A.Ş. 


Şəkərəliyevin, 

C.Q.Nuriyevin, 

A.Ə.Əliyevin,  K.F.Heydərovun,  Q.S.Bayramovun, B.C.Sadıqovun, İ.Q.Quliyevin 

və  başqalarının  əsərlərində  daxili  bazarın  formalaşmasında  qiymət  siyasətinin 

roluna dair bəzi nəzəri və praktiki məsələlərə diqqət yetirilmişdir. 

 

Bu  problemin  ayrı-ayrı  aspektləri  isə  dünya  ölkələrinin  bir  sıra  alimlərinin: 



E.P.Puzakovanın, 

S.K.Kazantsevin, 

V.S.Draqonovun, 

V.K.Sençaqovun, 

S.İ.Çernışovun, 

T.V.Xudoykinanın, 

P.R.Kruqmenin, 

İ.T.Balabanovun, 

L.İ.Abalkinin,  A.M.Babaşkinanın,  Y.V.Vasilyevin,  A.P.Kireyevin  və  başqalarının 

tədqiqat obyekti olmuşdur. 

 

Aparılan tədqiqatların şəksiz əhəmiyyətini  etiraf edən  müəllif  hesab edir ki, 



diqqət mərkəzində xarici ticarətin liberallaşdırılmasının ümumi iqtisadi problemləri 

və  nəticələri  yerləşdiyi  halda,  Azərbaycan  Respublikasının  əmtəə  idxalının 

tənzimlənməsinin  ümumi  sisteminin  inkişafına  yerli  iqtisadi  ədəbiyyatda  kifayət 

qədər  fikir  verilməmişdir.  Bu  səbəbdən  də  biz  qeyd  edilən  problemin  təqdim 

edilməsini qarşıya məqsəd qoymuş və tədqiqat işimizi həmin mövzuya həsr etməyi 

məqsədəuyğun hesab etmişik. 

 

Tədqiqatın  məqsəd  və  vəzifələri.  Tədqiqat  işinin  məqsədi  müasir  şəraitdə 

daxili  bazarın  formalaşmasının  nəzəri-metodoloji  əsaslarını,  Azərbaycanda  onun 

inkişaf  meyllərini  və  xüsusiyyətlərini,  habelə  xarici ölkələrin təcrübəsini, eləcə də 

Azərbaycanın qiymət sistemində mövcud hüquqi və təşkilati-iqtisadi münasibətləri 

dərindən  öyrənib  ümumiləşdirmək  əsasında  qiymət  siyasətinin  daxili  bazarın 

formalaşması  və  inkişafına  təsirinin  gücləndirilməsinə  dair  elmi  cəhətdən 

əsaslandırılmış təkliflər işləyib hazırlamaqdan ibarətdir. 

 

Qarşıya  qoyulmuş  məqsədə  çatmaq  üçün  aşağıdakı  vəzifələr  nəzərdə 



tutulmuşdur: 

-  müasir  şəraitdə  gömrük-tarif  siyasətinin  mahiyyəti  və  məzmunun  yeni 

nəzəri-metodoloji aspektlərdən öyrənilib aşkara çıxarılması; 

-  liberallaşma  və  proteksionizmin  əsas  xüsusiyyətlərinin,  qarşılıqlı  əlaqə  və 

ziddiyyətlərinin tədqiqi; 



 

-  iqtisadi  islahatların  müxtəlif  inkişaf  mərhələlərində  dövlətin  gömrük-tarif 



siyasətinin  formalaşması  xüsusiyyətlərinin  öyrənilib  aşkara  çıxarılması  və  onların 

elmi cəhətdən əsaslandırılması; 

-  Azərbaycanda  xarici  iqtisadi  fəaliyyətin  gömrük-tarif  tənzimlənməsinin 

müasir vəziyyəti və ona təsir edən amillərin təhlili və qiymətləndirilməsi; 

-  ölkənin  daxili  bazarının  formalaşmasında  gömrük-tarif  siyasətindən 

istifadə  mexanizminin  təkmilləşdirilməsinə  dair  elmi  cəhətdən  əsaslandırılmış 

təkliflərin işlənib hazırlanması; 

 

Tədqiqatın  metodologiyası  və  nəzəri  əsasları.  Tədqiqatın  nəzəri-

metodoloji  əsaslarını  mövcud  iqtisadi  nəzəriyyələr,  görkəmli  dünya  və  ölkə 

iqtisadçı  alimlərinin  əsərləri,  Azərbaycan  Respublikasının  bu  barədə  qəbul  etdiyi 

qanun  və  qərarlar,  gömrük-tarif  siyasəti  və  xidməti  ilə  bağlı  normativ-hüquqi 

sənədlər, tariflər və ticarət haqqında beynəlxalq razılaşmalar təşkil edir. 

Tədqiqat  prosesində  iqtisadi-statistik,  statistik-qruplaşma,  müqayisəli 

iqtisadi  təhlil,  sistemli  təhlil,  müşahidə  və  balans  metodlarından  istifadə 

olunmuşdur. 

 

Tədqiqatın  obyekti kimi  Azərbaycan Respublikasının  gömrük-tarif sistemi 

seçilmişdir. 

 

Tədqiqatın  predmetini  daxili  bazarın  və  gömrük-tarif  sisteminin 

formalaşması və inkişafı ilə bağlı iqtisadi münasibətləri özündə əks etdirən hadisə 

və proseslərin öyrənilməsi təşkil edir. 

 

Tədqiqatın 

informasiya 

bazası. 

Dissertasiya 

işində 

Azərbaycan 



Respublikası  Statistika  Komitəsinin,  Dövlət  Gömrük  Komitəsinin,  Vergilər 

Nazirliyinin  statistik  materiallarından,  mühüm  beynəlxalq  iqtisadi  təşkilatların,  o 

cümlədən ÜTT-nin qanunvericilik bazasından və statistik hesabat materiallarından, 

eləcə də xüsusi olaraq mövcud tədqiqatın məqsədinin reallaşdırılması üçün analitik 

və  informasiya  nəşrlərindən  müəllif  tərəfindən  yığılaraq  sistemləşdirilmiş 

materiallardan istifadə edilmişdir. 

 

Tədqiqatın  elmi  yeniliyi.  Dissertasiya  işinin  elmi  yeniliyi  aşağıdakılardan 

ibarətdir: 




 

-   gömrük-tarif siyasətinin mahiyyəti və məzmunu iqtisadi inkişafın hazırkı 



mərhələsinə  uyğun  yeni  nəzəri-metodoloji  aspektlərdən  öyrənilib  aşkara 

çıxarılmışdır; 

-  yeni  şəraitə  uyğun  olaraq  liberallaşma  və  proteksionizmin  əsas 

xüsusiyyətləri, qarşılıqlı əlaqə və ziddiyyətləri aşkara çıxarılmışdır; 

-  iqtisadi  islahatların  mərhələlərindən  asılı  olaraq  dövlətin  gömrük-tarif 

siyasətinin  tətbiqi  modelinin  müəyyən  edilməsi  xüsusiyyətləri  aşkara  çıxarılıb 

əsaslandırılmışdır; 

-  xarici  iqtisadi  fəaliyyətin  gömrük-tarif  tənzimlənməsinin  mövcud 

vəziyyəti  təhlil  olunmaqla  daxili  bazarın  qorunması  üzrə  proqnoz  istiqamətlər 

əsaslandırılmışdır; 

-  daxili  bazarın  formalaşmasında  gömrük-tarif  siyasətindən  istifadə 

mexanizminin təkmilləşdirilməsinə dair təklif və tövsiyələr işlənib hazırlanmışdır. 

 

İşin  təcrübəvi  əhəmiyyəti.  Tədqiqat  işinin  nəticələri  beynəlxalq  iqtisadi 

münasibətlərin  genişlənməsi  şəraitində  daxili  bazarın  formalaşması  və  inkişafı 

məqsədilə  gömrük-tarif  siyasətindən  istifadə  mexanizminin  təkmilləşdirilməsinə 

yönəldilmişdir.  Daxili  bazarın  qorunması  üzrə  tədbirlər  Dövlət  Gömrük 

Komitəsinin  praktiki  fəaliyyətində  və  qiymətlərin  tənzimlənməsi  zamanı  istifadə 

oluna  bilər.  Dissertasiya  işinin  nəticələri  “Qiymətin  əmələ  gəlməsi”,  “Qiymət  və 

qiymətləndirmə” və s. fənlər üzrə mühazirə kurslarında istifadə edilmişdir.  

İşin  quruluşu.  Dissertasiya  işi  giriş,  üç  fəsil,  nəticə  və  təkliflərdən  ibarət 

olub,  ədəbiyyat  siyahısı  ilə  birlikdə  kompüter  yazısında  –  səhifə  olmaqla  özündə 

15 cədvəli, 6 sxemi, 4 qrafiki əhatə edir. 

 

 



 

 

 

 

 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə