Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   2   3   4   5   6   7   8   9   10   ...   28

19 

 

 



İxrac  edilən  malların  gömrük  dəyərinə  nəzarəti  gücləndirmək  məqsədilə 

“Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  gətirilən  və  bu  ərazidən  çıxarılan 

malların  gömrük  qiymətləndirilməsi  sisteminin  tətbiqi  Qaydaları”na  Nazirlər 

Kabinetinin  müvafiq  qərarı  ilə  dəyişikliklər  və  əlavələr  edildikdən  sonra, 

beynəlxalq  təcrübə  nəzərə  alınmaqla,  “Azərbaycan  Respublikasının  gömrük 

ərazisinə idxal edilən və bu ərazidən çıxarılan malların gömrük dəyərinin müəyyən 

edilməsi  və  gömrük  orqanları  tərəfindən  nəzarət  prosesinin  həyata  keçirilməsi 

Qaydaları”  layihəsi  hazırlanmışdır.  Malların  gömrük  qiymətləndirilməsi  üzrə 

gömrük  orqanları  arasında  operativ  qarşılıqlı  əlaqənin  və  zəruri  koordinasiyanın 

təşkil  edilməsi,  eləcə  də  gömrük  orqanlarına  metodiki  köməklik  göstərilməsi  və 

qiymət  intizamının  daha  da  gücləndirilməsi  üçün  qiymət-məlumat  bazasının 

yaradılması  istiqamətində  müəyyən  işlər  görülmüş,  hər  bir  əmtəə  kodu  üzrə 

məlumat  bazası  rəsmiləşdirilən  mallar  üzrə  gömrük  dəyərini  təhlil  etməyə  imkan 

verir. 


 

Təhlil göstərir ki, son vaxtlar gömrük işi sahəsində valyuta nəzarəti xüsusilə 

gücləndirilmiş,  konsiqnasiya  əməliyyatları  üzrə  vaxtı  çatmış  və  gecikdirilmiş 

vəsaitin  ixracatçıların  bank  hesablarına  daxil  olması,  eləcə  də  barter  yolu  ilə 

aparılan ixrac əməliyyatları üzrə göndərilən malların ekvivalent dəyərində əvəzinin 

respublikaya gətirilməsi təmin edilmişdir. 

 

Azərbaycan  Respublikası  Gömrük  Məcəlləsinin  115-ci  maddəsinə  əsasən 



gömrük  rüsumunun  və  aksizlərin  hesablanması  üçün  malların  və  nəqliyyat 

vasitələrinin  “Gömrük  tarifi  haqqında”  AR  Qanununa  uyğun  olaraq  müəyyən 

edilən  gömrük  dəyəri  əsas  götürülür.  Malın  gömrük  dəyəri  isə  gömrük  sərhədinə 

qədər  mala  çəkilən  bütün  xərclərin(istehsalçının  qiyməti,  nəqliyyat  xərcləri, 

yükləmə-boşaltma, sığorta və s.) cəmindən ibarətdir. ƏDV-nin hesablanması üçün 

malın  gömrük  rüsumunun  cəmi,  aksizə  düşən  mallar  üçün  isə  həcminin  aksiz 

məbləğinin cəmi əsas götürülür. 

 

Bu  qanuna  görə,  gömrük  tariflərinin  əsas  məqsədləri  kimi,  Azərbaycan 



Respublikasının  ərazisinə  malların  gətirilməsi  və  çıxarılmasının,  valyuta 

gəlirlərinin  və  xərclərinin əlverişli  nisbətinin təmin edilməsi,  valyuta sərvətlərinin 




20 

 

Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  gətirilməsi  və  bu  ərazidən 



çıxarılması  üzərində  səmərəli  nəzarətin  həyata  keçirilməsi,  habelə  ölkə 

iqtisadiyyatının  dünya  təsərrüfatı  ilə  səmərəli  inteqrasiyasına  şərait  yaradılması 

məsələləri təsbit olunmuşdur. 

 

Məlum  olduğu  kimi,  valyuta  tənzimlənməsi  ixrac  və  idxalın  əsas  iqtisadi 



tənzimlənmə vasitələrindən biri kimi çıxış edir. Belə ki, 1994-cü ildə qəbul olunan 

“Valyuta  tənzimlənməsi  haqqında”  Azərbaycan  Respublikasının  qanunu  ixrac-

idxalın valyuta tənzimlənməsinin hüquqi əsaslarını müəyyən edir. Bu qanuna görə, 

həm  hüquqi,  həm  də  fiziki  şəxs  olan  rezident  və  qeyri-rezidentlərin  valyuta 

sərvətlərini  Azərbaycan  Respublikasına  köçürmək,  gətirmək  və  göndərmək 

hüquqları  təsbit  olunur.  Burada  Azərbaycan  Respublikası  Milli  Bankı  və 

Azərbaycan  Respublikasının  Dövlət  Gömrük  Komitəsi  ölkədə  valyuta  nəzarətini 

həyata keçirən orqanlar kimi müəyyən olunmuşdur. 

 

Onu  da  qeyd  edək  ki,  2001-ci  ildə  qanunda  ölkəyə  valyuta  vəsaitlərinin 



gətirilməsi, habelə ölkədən çıxarılması ilə bağlı bəzi dəqiqləşdirmələr aparılmışdır. 

Hazırda  qeyd  edilən  qanunun  yeni  variantında  fiziki  şəxslər  tərəfindən  əvvəllər 

nağd  şəkildə  ölkə  ərazisinə  gətirilmiş  valyuta  vəsaitlərinin  ölkədən  çıxarılması  50 

min  ABŞ  dolları  ekvivalentinə  qədər  məhdudlaşdırılmışdır.  Bununla  yanaşı, 

əsasən,  fiziki  şəxs  olan  rezidentlər  tərəfindən  Azərbaycan  Respublikasının 

ərazisinə  gətirilən  valyuta  vəsaitlərinin  məbləği  50  min  ABŞ  dolları  ekviva-

lentindən  artıq  olduqda,  gömrük  orqanları  həmin  vəsaitlərlə  bağlı  müvafiq 

məlumatları 7 gün müddətində ölkənin Milli Bankına və müvafiq icra hakimiyyəti 

orqanına  təqdim  etməlidir.  Bundan  başqa,  Azərbaycan  Respublikasında  qeyri-

rezidentlərin 

valyuta 

əməliyyatlarını 

müəyyən 

edən 


maddədə 

aparılan 

dəyişikliklərə  görə,  qeyri-rezidentlər  tərəfindən  ölkə  ərazisinə  gətirilən  və  xaricə 

aparılan  valyuta  vəsaitləri  ekvivalentinə  qədər  sərbəst,  bundan  yuxarı  həcmdə 

vəsaitlər  isə  müəyyən  gömrük  rəsmiləşdirmələri  vasitəsilə  həyata  keçirilməlidir. 

Digər  bir  düzəlişə  görə,  Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin 

yerinə  valyuta  nəzarəti  agentləri  kimi  əsas  valyuta  nəzarəti  orqanı  müvəkkil 

banklar təsbit edilmişdir. 




21 

 

 



Hazırda  xarici  ticarət  əlaqələrinin  tarif  tənzimlənməsi  “Azərbyacan 

Respublikasının  idxal-ixrac  əməliyyatları  üzrə  gömrük  rüsumlarının  dərəcələri, 

gömrük  rəsmiləşdirməsinə  görə  alınan  yığımların  miqdarı  haqqında”  Azərbaycan 

Respublikası Nazirlər  Kabinetinin 2001-cil il  12 aprel  tarixli 80  nömrəli qərarı  və 

sonrakı illərdə bu qərara edilmiş bəzi dəyişiklik və əlavələrlə tənzimlənir. Belə ki, 

həmin  Qərara  görə  yalnız  metallurgiya  sənayesinin  ilkin  məhsulları  (dənəvər  və 

tozşəkilli  məhsullar)  hər  ton  üçün  5  ABŞ  dollarından  15  ABŞ  dollarına  qədər 

həcmdə  ixrac  vergisinə  cəlb  edilir.  Qeyd  edilən  qərara  əsasən,  hökumət  yerli 

istehsalı  stimullaşdırmaq  üçün  ölkədə  istehsalı  mümkün  olan  bir  çox  məhsulların 

idxalına  gömrük  rüsumlarını  yüksəltmişdir.  Belə  ki,  xarici  ticarətə  daxil  olan 

16672  əmtəənin  5235-i  (və  ya  31,4%)  15%-lik  dərəcə  ilə  idxal  rüsumuna  cəlb 

edilir. Bununla yanaşı, 2757 əmtəədən (və ya 16,5%-dən) 0,5%-lik, 2098 əmtəədən 

(12,6%) isə 0%, 1%, 3%, 5%, 10%-lik dərəcə ilə idxal rüsumu tutulur. Yerdə qalan 

6582 (və ya 39,5%) əmtəə spesifik gömrük rüsumuna cəlb edilir. Bununla  yanaşı, 

qanunvericilik aktına görə, gömrük ixrac vergilərinin malların(işlərin, xidmətlərin) 

müqavilələrə  əsasən  satdığı  valyuta  ilə  ödənilməsi  və  Azərbaycan  Respublikası 

Hökumətinin  xarici  ölkələrlə  azad  ticarət  saziş  olduğu  təqdirdə  ikitərəfli  azılığa 

əsasən  malların  idxalına  və  ya  ixracına  gömrük  vergisi  tətbiq  olunması  təsbit 

edilmişdir. 

 

1997-ci  ilin  əvvəlindən  etibarən  ölkədə  BVF-nin  tövsiyələri  əsasında  15%-



lik  vahid  idxal  rüsum  dərəcələri  tətbiq  olunmağa  başlamışdır.  Bu  həmin  dövrdə 

qüvvədə olan vahid mal nomenklaturasının 97 mal qrupundan 69-na aid edilmişdir. 

Qalan 28 mal qrupuna isə 5%-lik gömrük idxal rüsumu tətbiq edilir. 2003-cü ildən 

isə  bu  mal  qruplarının  bəzilərinə  (məsələn,  güllər  və  sair  bitkilər,  meyvələr  və 

qozlar adlı  mal qruplarına) dəyişiklik  edilərək 15%-lik  gömrük  idxal rüsumlarına 

keçirilmişdir. 

 

2012-ci  il  yanvarın  1-dən  yeni  Gömrük  Məcəlləsinin  qüvvəyə  minməsi  ilə 



əlaqədar  gömrük  işini  əhatə  edən  40-a  yaxın  normativ-hüquqi  sənəd  yeni 

Məcəlləyə  uyğun  olaraq  hazırlanmış,  o  cümlədən  komitənin  yeni  əsasnaməsi  və 

strukturu təsdiq edilmişdir. 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə