Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   2   3   4   5   6   7   8   9   ...   28

13 

 

hal  son  dərəcə  uzun  müddət  davam  etsin.  Yeni  təşəkkül  tapan  sahələr  üçün  azad 



ticarət rejimi  (subsidiyalar  və digər  güzəştlər) proteksionizmə  nisbətən daha üstün 

köməklik üsulu ola bilər. 

 

Proteksionizm  dövlət  büdcəsi  kəsirinin  kompensasiyası  məqsədilə  əlavə 



gəlirlərin alınması üçün tətbiq edilə bilər. Xüsusilə də bu, normal vergi siyasətinin 

yenicə  formalaşdığı  və  vergi  yığımı  ilə  əlaqədar  çətinliklərin  mövcud  olduğu 

dövlətlərdə (Azərbaycan və digər bazar iqtisadiyyatlı ölkələrdə) geniş yayılmışdır. 

Bu  ona  görə  cəlbedicidir  ki,  gömrük  rüsumlarını  yığmaq,  məsələn,  mənfəətdən 

vergini  yığmaqdan  daha  asandır.  Lakin  bu  halda  büdcəyə  daxilolmalar  idxala 

tələbin  elastikliyi  səviyyəsindən  çox  asılıdır  və  kifayət  qədər  yüksək  elastiklik 

zamanı  dövlət  gəlirləri  proteksionizm  güclü  olduqda  deyil,  məhz  zəiflədikdə 

artacaqdır. 

 

Ölkənin  iqtisadi  təhlükəsizliyini  və  müdafiə  qabiliyyətini  təmin  edən 



sahələrə  rəğmən  bəzən  proteksionizmin  xeyrinə  irəli  sürülən  arqumenti  fövqəladə 

hallar  şəraitində  ölkənin  idxaldan  son  dərəcə  asılılıq  təhlükəsindən  irəli  gəlir. 

Burada  həmçinin  irəli  sürülən  müddəaların  konkret  təhlili  zəruridir.  Belə  ki, 

proteksionizmin  köməyilə  strateji  cəhətdən  bərpa  oluna  bilməyən  resursların 

(məsələn,  Azərbaycan  üçün  səciyyəvi  olan  neftin  və  qazın)  stimullaşdırılması 

gələcəkdə  idxal  daşımalarından  asılılıq  yarada  bilər.  Mütəxəssislərin  fikrincə, 

xarici  ticarətə  məhdudiyyətlər  tətbiq  etməklə  bu  məhsulları  bahalaşdırmaq  deyil, 

onların  aşağı  dünya  bazar  qiymətləri  üzrə  strateji  ehtiyatlarını  yaratmaq 

məqsədəuyğundur  [21,s.358].  Doğrudan  da,  digər  hallarda  olduğu  kimi,  strateji 

sahələr  xarici  ticarət  proteksionizminə  nisbətən  subsidiya  üsulu  ilə  daha  səmərəli 

qoruna bilər. 

 

Proteksionizmin  xeyrinə  aparılan  əsas  arqumentlərin  təhlili  sübut  edir  ki, 



onlar  birmənalı  deyillər,  mübahisə  doğurandırlar  və  konkret  dəqiqləşdirmələrə 

ehtiyacları  vardır.  Çox  hallarda  məhz  həmin  məqsədlərin  təmin  edilməsinin  daha 

fəal  vasitələri  mövcuddur.  Proteksionist  siyasəti  millətin  rifah  halında  törətdiyi 

praktiki 

olaraq 

qaçılmaz 



itkilərdən 

başqa 


dövlətlərarası 

ziddiyyətlərin 




14 

 

kəskinləşməsinə  ixracın  ixtisarı  ilə  əlaqədar  əlavə  neqativ  nəticələrə  də  səbəb  ola 



bilər. 

 

Bəzi iqtisadçıların da belə bir fikri ilə tam razılaşmaq olmaz ki, proteksionist 



xarici  siyasəti  ölkəyə  idxalı  azaltmaqla  və  xalis  ixracı  artırmaqla  milli  valyutanın 

mübadilə  məzənnəsinin  yüksəlməsinə  kömək  etməklə  onun  səviyyəsinə  mütləq 

təsir  göstərir.  Mübadilə  məzənnəsinin  yüksəlməsi  də  öz  növbəsində  idxalı 

stimullaşdırır  və  ixracı  azaldır.  Bunun  da  nəticəsində  ölkənin  tədiyyə  balansının 

pisləşməsi  baş  verir  [24,  s.72-84].  Bizim  fikrimizcə,  proteksionizmin  bu  təsirinin 

düzxətli olmadığını israr edənlər tamamilə haqlıdırlar [21, s.359]. Keçən əsrin 50-

60-cı  illərindən  etibarən  beynəlxalq  iqtisadiyyat  üçün  proteksionizmdən  daha  çox 

liberallaşmaya  və  azad  xarici  ticarətə  keçid  xüsusilə  xarakterik  olmuşdur.  70-ci 

illərin başlanğıcından isə əks meyl gücləndi-ölkələr daxili bazarı xarici rəqabətdən 

qoruyaraq bütün mümkün tarif və qeyri-tarif maneələrini işə saldılar. Xarici ticarət 

siyasətinə  bu  cür  ikili  yanaşma  indinin  özündə  də  Azərbaycanda  qorunub 

saxlanmaqdadır.  Belə  ki,  bu  siyasətin  iki  tərəfi  arasında  nisbət  iqtisadiyyatın 

inkişafının konkret şəraitindən və mərhələlərindən asılı olaraq formalaşır. 

 

Ölkənin  xarici  iqtisadi  strategiyası  mütləq  regional  və  dünya  təsərrüfatı, 



maliyyə-valyuta  sistemləri  və  strukturlarında  geniş  və  qarşılıqlı  fayda  əsasında 

iştirak  etmək  məqsədilə  iqtisadiyyatın  açıqlılığı  prinsipinə  söykənməlidir  (61, 

s.40).  İqtisadiyyatın  açıqlığı  həmişə  beynəlxalq  iqtisadi  münasibətlərin  müəyyən 

inkişaf mərhələlərinin spesifik xüsusiyyətlərini əks etdirmişdir. Belə ki, beynəlxalq 

əlaqələr, hər şeydən əvvəl, xarici ticarət münasibətləri kimi mövcud olduğu dövrdə 

A.Smitin  yaşadığı  vaxtdan  başlayaraq  “ticarət  azadlığı”  prinsipi  yayılmamışdı. 

Həqiqətən, “iqtisadiyyatın açıqlığı” və “ticarətin azadlığı” konsepsiyaları bir-birilə 

üst-üstə  düşmürlər.  ”İqtisadiyyatın  açıqlığı”  əmtəələrlə  ticarət  kimi  başa  düşülən 

“ticarət  azadlığı”  tezisindən  geniş  olub,  özündə  istehsal  amillərinin,  infor-

masiyaların  hərəkətinin,  valyutaların  qarşılıqlı  mübadiləsinin  sərbəstliyini 

birləşdirir. 

 

İdxal ölkənin daxili bazarının formalaşmasında mühüm əhəmiyyət kəsb edir. 



İdxal  sahəsindəki  siyasət  daxili  iqtisadi  siyasət  ilə  sıx  əlaqədardır  və  ölkənin 


15 

 

inkişafının  ümumi  strategiyasını  əks  etdirir.  Təhlil  göstərir  ki,  Azərbaycan 



Respublikasının  idxal  strukturunda  qida  və  istehlak  mallarının  xüsusi  çəkisi  daha 

böyükdür. Dünya təcrübəsinə görə, istehsal təyinatlı məhsulların, yəni ilk növbədə 

müxtəlif  maşın  və  avadanlıqların  xüsusi  çəkisinin  yüksək  olduğu  idxal  strukturu 

daha  səmərəli  hesab  edilir.  Təbii  ki,idxalın  mövcud  strukturu  ölkə  iqtisadiy-

yatındakı  vəziyyətlə  əlaqədardır.  İdxalın  bu  cür  strukturunun  formalaşması  xeyli 

dərəcədə  kənd  təsərrüfatı  istehsalının  zəifliyi,  yüngül  və  yeyinti  sənayesinin 

geriliyi, istehlak bazarının əsas məhsullarla təmin olunması sisteminin yoxluğu ilə 

izah olunur. Odur ki, idxalın strukturunun  təkmilləşdirilməsi  üçün ölkənin  ümumi 

iqtisadi  durumunun  yaxşılaşdırılması,  eləcə  də  daxili  istehsal  və  istehlak 

strukturunun inkişafı üzrə tədbirlərin həyata keçirilməsi son dərəcə vacibdir. 

 

Şübhəsiz  ki,  idxalın  strukturunun  dəyişdirilməsi  və  təkmilləşdirilməsində 



gömrük  rüsum  və  vergiləri  mühüm  əhəmiyyət  kəsb  edir.  Dünya  təcrübəsi  sübut 

edir  ki,  elmtutumlu  və  istehsal  təyinatlı  məhsulların  idxalını  optimallaşdırmaq  və 

diversifikasiya  etmək  üçün  mallara  yüksək  gömrük  rüsumları  və  vergiləri 

qoyulmamalıdır. İqtisadi  islahatların  ilk  illərində  istehsalın  və ÜDM-in artırılması 

üçün ölkəyə xarici kapital axınına ehtiyac olduğu halda Azərbaycanda sərt gömrük 

siyasəti  həyata  keçirilirdi.  Bu  isə  xarici  mübadilə  sahəsində  mövcud  olan  dünya 

təcrübəsinə  uyğun  gəlmirdi.  Uruqvay  raundu  çərçivəsində  aparılan  danışıqlar 

prosesində  qəbul  edilən  qərarların  reallaşması  nəticəsində  dünya  ticarətində 

gömrük  rüsum  tarifləri  1997-ci  ildə  40%-dən  1999-cu  ilin  sonuna  4%-ə  qədər 

azaldıldı. Bununla yanaşı, keçən əsrin 70-ci illərindən başlayaraq 100-dən çox ölkə 

valyuta  rejmini  ləğv  etmiş,  160  ölkə  isə  investisiyaları  tənzimləyən  1300-dən  çox 

ikitərəfli  qarşılıqlı  saziş  imzalamışdır.  Onu  da  qeyd  edək  ki,  xarici  iqtisadi 

münasibətlərin  bu  cür  liberallaşdırılması  dünya  mübadiləsinin  inkişafına  və 

beynəlxalq investisiya prosesinin intensivləşməsinə təkan vermişdir. 

 

Bütün  bunları  nəzərə  alaraq,  hazırda  Azərbaycanda  istehsal  olunan 



məhsullara(kənd  təsərrüfatı,  bir  sıra  istehlak  malları  və  s.)  münasibətdə  idxal 

rüsum dərəcələri artırılmışdır. Məsələ burasındadır ki, yalnız bu yolla daxili bazarı 

qorumaq və istehsalçını stimullaşdırmaq mümkündür. Fikrimizcə, bununla yanaşı, 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə