Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

22 

 

 



Gömrük siyasəti sahəsində normativ-hüquqi bazanın mövcudluğu ilə yanaşı, 

hazırkı dövrdə bu bazanın yeniləşməsi, ölkənin xarici ticarətinin həcminin getdikcə 

artması və lazımi stimullaşdırıcı amillərin, həmçinin daxili bazarın qorunması, yeni 

bazarların  araşdırılması  və  yerli  məhsulların  dünya  bazarlarına  çıxışının 

asanlaşdırılması  kimi  məsələlərin  həlli  üçün  müasir  tələblərə  cavab  verən  yeni 

qanunların  qəbul  olunması  və  mövcud  qanunvericiliyin  təkmilləşdirilməsi 

məqsədəuyğundur.  

 

Ümumi  iqtisadi  inkişafda  xüsusi  çəkiyə  malik  məqamlardan  biri  də  yüksək 



keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya 

bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsidir. Bu, həm də istənilən 

ölkənin xarici ticarət tərəfdaşları ilə münasibətlərinin daha sürətlə inkişaf etməsinə, 

beynəlxalq əməkdaşlığın  dərinləşməsinə  təsir  göstərən əsas  faktorlar sırasında  yer 

alır.  İxrac  imkanlarının  daim  artan  xətt  üzrə  inkişaf  etməsi  ölkəmizdə  də  həyata 

keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu mənada ölkə 

prezidenti    İ.Əliyevin  2010-cu  ilin  mayın  14-də  idxal-ixrac  əməliyyatlarının 

tənzimlənməsi 

qaydalarının 

təkmilləşdirilməsi 

sahəsində 

əlavə 


tədbirlər 

görülməsinə yönələn fərmanı xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə ona görə ki, 

sözügedən fərman idxal-ixrac prosedurlarının iqtisadi inkişafın bugünkü tələblərinə 

uyğunlaşdırılması  və  sadələşdirilməsi  baxımından  zəruri  xarakter  daşıyır.  Bu 

fərmanla "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi 

Qaydaları"na  edilmiş  əlavə  və  dəyişikliklər  ixrac  potensialından  daha  səmərəli 

istifadəyə xidmət edir.  

       Bütün  bunlar  ölkə  iqtisadiyyatının  diversifikasiyasına  yönəldilmiş  tədbirlərin 

miqyasının daha da genişləndirilməsini zəruri edir. Dövlət başçısının "Azərbaycan 

Respublikasında 

idxal-ixrac 

əməliyyatlarının 

tənzimlənməsi 

qaydalarının 

təkmilləşdirilməsi  sahəsində  əlavə  tədbirlər  haqqında"  2010-cu  il  14  may  tarixli 

fərmanı məhz idxal-ixrac əməliyyatlarının daha da sadələşdirilməsinə yönəlmişdir. 

Hesab  edirik  ki,  idxal-ixrac  əməliyyatlarının  tənzimlənməsi  qaydalarına  edilmiş 

əlavə  və  dəyişikliklər  xarici  ticarət  fəaliyyətinin  daha  da  liberallaşdırılmasına, 

idxal-ixrac  əməliyyatlarının  sadələşdirilməsi  və  prosedurların  asanlaşdırılmasına, 



23 

 

biznes  mühitinin  davamlı  olaraq  yaxşılaşdırılmasına  və  sahibkarlığın  davamlı 



inkişafına əlavə stimul yaradacaqdır. 

       Ölkənin  uzunmüddətli,  dayanıqlı  iqtisadi  inkişafının  təmin  olunması 

baxımından  xarici  bazarlara,  o  cümlədən  Avropa  bazarlarına  çıxış  imkanlarının 

genişləndirilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  "Azərbaycan  Respublikası 

regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafına  dair  Dövlət 

Proqramı"nın  birinci  ilinin  yekunlarına  həsr  olunmuş  konfransda  Azərbaycan 

Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev  bununla  bağlı  bildirmişdir:  "Biz 

yeni  bazarlar  axtarmalıyıq.  Ənənəvi  bazarlar  var  və  o,  böyük  bazarlardır.  Bizim 

beynəlxalq  və  xarici  siyasətimiz  o  bazarları  bizim  üçün  açıb.  Ancaq  biz  yeni 

bazarlar axtarmalıyıq.  Biz keyfiyyətli  məhsullarla, onlara  uyğun  olan standartlarla 

Avropa bazarlarına çıxmalıyıq"[1].  

         Aydındır ki, xarici bazarlar hesabına yerli istehsalın və buna uyğun olaraq 

onun  ixracının  artırılması  iqtisadi  artımın  yeni  mənbələrinin  formalaşdırılmasını 

imkan  verəcəkdir.  Azərbaycan  iqtisadi  baxımdan  keçid  dövrünü  artıq  başa 

vurmuşdur.  Qeyd  olunan  dəyişikliklər  həm  də  idxal-ixrac  əməliyyatlarının 

bütövlükdə  bazar  prinsiplərinə,  eləcə  də  beynəlxalq  təcrübəyə  uyğunlaşdırılması 

baxımından düzgün sayılmalıdır.  

Azərbaycanın  qeyri-neft  məhsullarının  ixrac  imkanlarının  genişləndirilməsi 

istiqamətində  ilk  növbədə  qeyri-neft  potensialının  cəmləşdiyi  regionların  inkişafı 

ilə  bağlı  müvafiq  dövlət  proqramlarına  uyğun  olaraq  kompleks  tədbirlər  görülür. 

Bundan  əlavə,  sahibkarlığın  inkişafına  təkan  verən  dövlət  dəstəyi  tədbirləri,  o 

cümlədən  kənd  təsərrüfatı  məhsulları  istehsalçılarının  2019-cu  ilədək  torpaq 

vergisi  istisna  olmaqla,  bütün  vergilərdən  azad  edilməsi,  kənd  təsərrüfatı 

məhsulları  istehsalçılarına  subsidiyaların  verilməsi,  "Aqrolizinq"  ASC  vasitəsilə 

güzəştli  şərtlərlə  gübrə  və  kənd  təsərrüfatı  texnikasının  təmin  edilməsi,  xüsusi 

iqtisadi  zonaların,  tənzimləmə  və  inzibati  prosedurları  sadələşdirməklə,  biznes  və 

investisiya  mühitinin  daha  da  yaxşılaşdırılması,  sənaye  şəhərciklərinin,  biznes 

inkubatorların yaradılması istiqamətində görülən işlər və digər tədbirlər ölkəmizdə 

istehsalın  genişlənməsində,  ixrac  imkanlarının  artmasında  xüsusi  əhəmiyyətə 



24 

 

malikdir.Bununla  yanaşı, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 



ixracyönümlü  layihələr  maliyyələşdirilir.  Burada  regionlarımızda  inşa  edilən 

soyuducu  və  taxıl  anbarlarının  əhəmiyyətini  xüsusilə  qeyd  etmək  lazımdır.  Artıq 

regionlarda  taxıl  və  soyuducu  anbar  komplekslərinin  tikintisinin  güzəştli  qaydada 

maliyyələşdirilməsi  həyata  keçirilir.  Bu  komplekslərin  yaradılması  ərzaq 

təhlükəsizliyinin  təmin  olunmasına,  regionların  sosial-iqtisadi  inkişafına  və 

investisiya  cəlbediciliyinin  artırılmasına,  kənd  təsərrüfatının  intensiv  inkişafına, 

məhsul  itkisinin  qarşısının  alınmasına,  daxili  bazarın  qorunmasına,  istehlakçıların 

hüquqlarının  müdafiə  olunmasına,  yeni  texnologiyaların  tətbiqinə  və  ixrac 

potensialının  artırılmasına  təkan  verməklə,  ölkə  iqtisadiyyatının  inkişafına  səbəb 

olacaqdır.  Belə  ki,  kənd  təsərrüfatı  məhsullarının  ixrac  potensialından  səmərəli 

istifadə baxımından bir məhsulun istehsalı qədər, onun müvafiq saxlama şəraiti ilə 

təmin olunması mühümdür. İnşa edilən soyuducu və taxıl anbarları kənd təsərrüfatı 

məhsullarının  bazara  çıxış  müddətinin  artırılması  və  məhsulun  istehsal 

mövsümündə  ucuz  qiymətlə  ixrac  edilməsi  əvəzinə  onun  müəyyən  müddət 

saxlayaraq daha münasib qiymətlə ixrac edilməsinə imkan yaradır. Bununla yanaşı, 

ölkəmizin 

ümumiləşdirilmiş 

preferensiyalar 

sisteminə 

(GSP) 


qoşulması 

sahibkarların 

mövcud 

və 


yeni 

ixrac 


bazarlarına 

çıxış 


imkanlarının 

genişləndirilməsi  baxımından  atılmış  ciddi  addım  kimi  qiymətləndirilməlidir.      

Hazırda Azərbaycanda istehsal olunan məhsulların dünyanın əksər ölkələrinə ixrac 

edilməsi  onu  deməyə  əsas  verir  ki,  Azərbaycanda  dünya  standartlarına  uyğun, 

yüksək  keyfiyyətli  məhsul  istehsal  edən  müəssisələr  mövcuddur  və  onların  sayı 

davamlı  olaraq  artır.  Bu,  eyni  zamanda  dövlətin  iqtisadi  siyasətinin 

prioritetlərindəndir.  Keyfiyyət  respublika  üçün  əhəmiyyətli  göstəricidir.  Çünki 

istehsal  olunan  məhsulların  yüksək  keyfiyyətli  olması  həmin  məhsulların  ixrac 

bazarlarında  rəqabət  qabiliyyətini  artırdığı  kimi,  istehlakçılarımızın  da  keyfiyyətli 

məhsul  istehlak  etmək  hüququnun  təmin  olunması  deməkdir.Ona  görə  də,  daxili 

bazarın  haqsız  rəqabətdən  qorunması,  idxal  malların  müvafiq  keyfiyyət 

standartlarına  uyğunluğuna  nəzarətin  gücləndirilməsi  və  istehlakçılarımızın 

hüquqlarının  təmin  edilməsi  məqsədilə  Antiinhisar  Siyasəti  və  İstehlakçıların 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə