Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   2   3   4   5   6   7   8   9   ...   28

10 

 

 



Birmənalı  olaraq  qeyd  etmək  lazımdır  ki,  xarici  ticarət  strategiyasının 

proteksionist  variantı  milli  istehsalın  müdafiəsini  nəzərdə  tutur.  Bu  hal  isə  xarici 

ticarət  əməliyyatlarının  bir  qədər  azalması  ilə  nəticələnir.  Odur  ki,  dövlət  xarici 

ticarətin  tənzimlənməsi  məqsədilə  gömrük-tarif  və  qeyri-tarif  tənzimlənməsi 

metodlarından (kvotalar, lisenziyalar, subsidiyalar, dempinq) istifadə edir. 

 

İqtisadi  ədəbiyyatda  apardığımız  araşdımaların  nəticələri  göstərir  ki, 



istənilən  gömrük  müdafiəsi  məcmu  milli  sərvətin  azalmasına  gətirib  çıxarır.  Hər 

hansı  ölkənin  apardığı  protesionizm  siyasəti,  demək  olar  ki,  həmişə  digər  ölkələr 

tərəfindən  əks  tədbirlərin  həyata  keçirilməsinə  səbəb  olur.  Əgər  idxal  tarif  və 

qeyri-tarif  metodlarının  vasitəsilə  azaldılırsa,  onda  bir  qayda  olaraq  bunu  tətbiq 

edən ölkənin ixracı da azalır. Bu isə nəticə etibarilə məşğulluğun və məcmu tələbin 

azalmasına  gətirib  çıxara  bilər.  Onu  da  qeyd  edək  ki,  ölkələr  arasında  iqtisadi 

ziddiyyətlərin kəskinləşməsi hər iki ölkə üçün neqativ halların meydana çıxmasına 

səbəb ola bilər. 

 

Proteksionizm  siyasəti  ölkənin  idxalının  azalması,  eləcə  də  xalis  ixacının 



artması ilə əlaqədar olaraq milli valyutanın mübadilə məzənnəsini artırır. Mübadilə 

məzənnəsinin  artması  isə  idxalı  stimullaşdırmaqla  ixracı  azaldır.  Nəticə  etibarilə 

ölkənin  tədiyə  balansı  pisləşir  ki,  bu  da  mənfi  makroiqtisadi  meyllərin 

formalaşmasına gətirib çıxara bilər. 

 

Daxili  bazarın  formalaşması  variantlarından  biri  də  yüksək  texnologiyanın 



reallaşması  üzrə  layihələr,  eləcə  də  təhsil,  mədəniyyət  və  ekologiya  sahəsindəki 

beynəlxalq  proqraqmlar  çərçivəsində  qarşılıqlı  səmərəli  əməkdaşlığı  əks  etdirən 

modeldir.  Əslində  bu  model  milli  istehsalçıların  tələbatı  heç  də  xarici 

istehsalçılardan  pis  ödəmədikləri  sahələrdə  idxalın  məhdudlaşdırılmasını  nəzərdə 

tutur.  Eyni  zamanda  burada  milli  istehsalçıların  lazımi  resurslarla,  xüsusən  də 

valyuta  resursları  ilə  təmin  edilməsi  ön  plana  keçir.  Bununla  yanaşı,  idxalı 

əvəzləyən  istehsalın  yaradılmasına  istiqamətlənmə  hüquqi  cəhətdən  bərabər 

səviyyəli əməkdaşlığa keçidin ilkin şərtlərindən biri sayılır. 

 

Bundan başqa, heç şübhəsiz ki, birgə strateji layihə və proqramların inkişafı 



üçün  lazım  olan  və  yerli  istehsalçılar  tərəfindən  istehsal  edilməyən  avadanlıqların 


11 

 

idxalını  təmin  etmək  məqsədəuyğun  hesab  olunur.  Həmin  avadanlıqlar  hazır 



məhsul  istehsalının  beynəlxalq  standartlara  cavab  verən  yüksək  texnoloji 

proseslərini  xüsusi  ardıcıllıqla  yerinə  yetirən  aləti  olmaqla  yanaşı,  sabiq  İttifaq 

dövründəki hasilat, emal və avadanlığın əsas növlərinin istehsalı arasında  mövcud 

olan boşluqları doldurur. 

 

Fikrimizcə,  ölkəmizdə  müasir  avadanlıqların  idxalı  hesabına  bazarın 



tələblərinə  uyğun  texnoloji  komplekslərin  yaradılması  respublikamızın  elmi  və 

təbii  potensialından  daha  dolğun  istifadə  etməyə  imkan  verəcəkdir.  Postsovet 

məkanında  yüksək  texnologiyaların  dövlət  tərəfidən  dəstəklənməsi  beynəlxalq 

rəqabətdə formalaşmış vəziyyəti dəyişdirə bilər. 

 

Beynəlxalq  ticarətə  dövlətin  müdaxilə  dərəcəsindən  asılı  olaraq  ticarət 



siyasətinə  iki  əsas  yanaşma  mövcuddur.  Azad  ticarət  siyasəti  minimal  dövlət 

müdaxiləsini  nəzərdə  tutur  ki,  bu  da  tələb  və  təklifin  azad  bazar  alətləri  əsasında 

formalaşır.  Hər  bir  millətin  beynəlxalq  əmtəə  mübadiləsindən  faydalanması 

nöqteyi  nəzərindən  azad  ticarət  qarşılıqlı  əməkdaşlığın  optimal  forması  sayılır. 

Bununla  yanaşı,  təcrübədə  dövlətlər  çox  tez-tez  azad  ticarətin  müxtəlif 

üsullarından  istifadə  edirlər.  Milli  iqtisadiyyatın  maraqlarını  təmin  etmək 

məqsədilə  daxili  bazarın  xarici  rəqabətdən  qorunmasının  bu  cür  dövlət  siyasəti 

proteksionizm adlandırılır [21, s.356]. 

 

Ticarət siyasətinin bu iki istiqamətlərindən hansısa birinə üstünlük verilməsi 



haqqında  məsələ  iqtisadçılar  arasında  uzunəsrlik  mübahisənin  predmeti  sayılır. 

Tarixin  bu  və  ya  digər  dövrlərində  xarici  ticarət  siyasəti  gah  bu,  gah  da  o  biri 

istiqamətə meyl etmişdir. 

 

Azad  ticarət  mövqeyindən  iqtisadiyyatın  səmərəliliyi  məsələlərini  gömrük 



rüsumundan  qazanmaq  və  uduzmağın  güzgü  əksi  kimi  təhlil  etmək  lazımdır. 

Proteksionist  siyasətin  xərclər  səviyyəsinə  milli  gəlirdə  onun  payı  kimi  baxmaq 

məsləhət  bilinir.  Beynəlxalq  təcrübə  göstərir  ki,  inkişaf  etmiş  ölkələrdə  müdafiə 

tədbirlərinin  xərc  kəmiyyəti  milli  gəlirlə  müqayisədə  cüzidir.  Azad  ticarət 

sahibkarları  daimi  rəqabəti  qoruyub  saxlamağa  və  xarici  bazarlara  yeni  çıxışları 

daha fəal axtarmağa məcbur edir. 




12 

 

 



Daha  ümumi  planda  proteksionizm  tərəfdarlarının  əsaslandırmaları  ondan 

irəli  gəlir  ki,  azad  ticarətdən  gəlirlər  bütün  meydana  çıxan  xərcləri  kompensasiya 

etmir,  əmtəə  və  xidmətlərin  azad  hərəkəti  şəraitində  dövlətlərin  qarşılıqlı  asılılığı 

onları  partnyorların  davranışlarının  kəskin  dəyişmələrindən  qoruya  bilmir. 

Proteksionizmi  müdafiə  dəlillərini  daha  təfsilatı  ilə  nəzərdən  keçirdikdə  belə 

məlum  olur  ki,  azad  ticarətə  heç  də  ideal  siyasət  kimi  baxmaq  olmaz    [23,  s.225-

243]. 

 

Xarici  ixracatçıların  qiymətlərinə  təsir  göstərə  bilən  böyük  ölkəyə  rəğmən 



proteksionizmin  xeyrinə  arqument  ondan  ibarətdir  ki,  rüsum  idxalın  qiymətini 

aşağı salır  və beləliklə də ticarət şəraitinin yaxşılaşması üçün  imkan  yaradır. ABŞ 

kimi böyük ölkələr üçün ticarət şərtləri ilə bağlı olan dəlil ölkənin in hisar mövqeyi 

ilə  bağlı  olan  dəlilə  transformasiya  olunur.ABŞ-da  müəyyən  dərəcəyə  qədər 

bundan istifadə edilə bilər, lakin müxtəlif ticarət müqavilələri buna mane olur. 

 

Bununla  yanaşı,  ticarət  şərtləri  ilə  bağlı  sübutlar  mühüm  məhdudiyyətlərə 



malikdir.  Azərbaycanın  da  aid  edildiyi  kiçik  ölkələrin  böyük  hissəsi  öz  ixrac 

qiymətinə  olduğu  kimi,  dünya  bazarında  idxal  qiymətinə  son  dərəcə  zəif  təsir 

göstərə  bilər.  Ona  görə  də  onlar  üçün  göründüyü  kimi,  proteksionist 

məhdudiyyətlər aparıcı əhəmiyyət kəsb etmir. 

 

Proteksionizmin tərəfdarları belə hesab edirlər ki,idxalın məhdudlaşdırılması 



yerli  istehsalçılara  kömək  etmək  üçün,  iş  yerlərini  qoruyub  saxlamaq  üçün  və 

beləliklə də sosial dayanıqlığı təmin etmək üçün vacibdir. Onların fikrincə, idxalın 

azaldılması  ölkədə  məcmu  tələbi  artırır  və  bununla  da  istehsalın  və  məşğulluğun 

artımını  stimullaşdırır.  Lakin  proteksionizm  siyasəti  ziddiyyətlidir,  çünki  o, 

rəqabəti məhdudlaşdırmaqla milli istehsalın natamam səmərəliliyinə gətirib çıxarır. 

 

Bəzən  proteksionizmə  gələcəkdə  proteksionist  müdafiə  səviyyəsini  tədricən 



aşağı salmağı nəzərdə tutmaqla yeni yaradılan perspektiv sənaye sahələrinə kömək 

üçün  müvəqqəti  tədbirlər  kimi  baxılır.  Bəzən  isə  elə  hallar  olur  ki,  ölkənin  yeni 

müqayisəli  və  digər  üstünlüklərinin  formalaşması  nöqteyi-nəzərindən  bu  və  ya 

digər  sahənin  perspektivlik  dərəcəsini  müəyyən  etmək  son  dərəcə  çətinləşir.  Bu 

halda da proteksionizm səmərəliliyin artım stimullarını azaldır və ola bilsin ki, bu 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə