Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

25 

 

Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin daha da genişləndirilməsi 



istiqamətində  işlər  aparılır.  İxrac  bazarlarında  rəqabətqabiliyyətlilik  baxımından 

qablaşdırma,  etiketləmə  də  böyük  əhəmiyyətə  malikdir  və  xüsusi  diqqət 

mərkəzində saxlanılmalıdır. Ümumilikdə qeyd etmək  istəyirəm  ki,  göstərilən  işlər 

Azərbaycanın  qeyri-neft  ixrac  potensialının  reallaşmasında  əhəmiyyətli  rol 

oynayacaqdır. 

 

1.3. İdxal-ixrac məhsullarına qiymətlərin tənzimlənməsində gömrük 

siyasətindən istifadənin konseptual məsələləri 

Dövlətin  xarici  ticarət-iqtisadi  əlaqələrə  müdaxiləsi  qaçılmaz  və  cəmiyyət 

üçün  arzuolunandır.  Eyni  zamanda,  qeyd  olunmalıdır  ki,  bazar  iqtisadiyyatı 

şəraitində  dövlətin  iqtisadi  proseslərə  təsiri  yalnız  tənzimləmə  şəklində 

mümkündür.  Iqtisadi  tənzimləmənin  göstərilən  tərəflərinin  elmi  əsaslarını  öyrən-

mək  məqsədilə əvvəlcə  istehlak  malları  üzrə xarici ticarət dövriyyəsinə daxil olan 

malları iki qrupa bölək:  

Birinci  qrupa  ölkənin  özündə  istehsal  olunmayan  və  ya  ölkənin  onu  idxal 

etmək  məcburiyyətində  qaldıbı  malları  daxil  edək.  Dövlətin  həmin  malların 

idxalını  tənzimləməsi  idxal  rüsumlarının,  bir  sıra  əlavə  vergilərin  və  keyfiyyət 

ekspertizası kimi texniki yoxlamaların tətbiqi ilə məhdudlaşır.  

Ikinci  qrupa    ölkənin  özünün  kifayət  qədər  istehsal  edə  bildiyi  malları  daxil 

edək.  Dövlətin  bu  sahədə  xarici  ticarəti  çevik  və  düşünülmüş  siyasət  ilə 

tənzimləməsi  ölkə  iqtisadiyyatı  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  baxımdan, 

vaxtı  ilə  SSRİ  kimi  böyük  ölkədə  bir  çox  kənd  təsərrüfatı  və  ərzaq  məhsulları  ilə 

məşhur olan Azərbaycanın hazırda, hətta öz istehlak bazarında xaricdən gətirilmiş 

bu cür malların üstünlük qazanmasının səbəbi yəqin ki, düşündürücüdür. Dövlət bu 

qrup  mallarla  xarici  ticarət-iqtisadi  əlaqələr  sahəsində  hansı  siyasəti  həyata 

keçirməlidir  sualına  cavab  vermək  üçün  yenə  də  tələb  və  təklif  qanunlarına 

qayıdaq. 

Belə  fərz  edək  ki,  əmtəənin  dünya  bazarındakı  qiyməti  (P

w

)  onun  daxili 



bazardakı qiymətindən (P

e

) aşağıdır.  Bu  halda dünya  bazarı qiyməti  xəttinin  tələb 




26 

 

(D) və təklif (S) xətləri ilə kəsişmə nöqtələrinə (A və B) uyğun malın miqdarı bir-



birindən  fərqlənir,  daha  doğrusu  dünya  bazarı  qiymətinin  təklif  xəttini  kəsdiyi 

nöqtəyə  uyğun  əmtəə  həcmi  (Q

1

)  onun  tələb  xəttini  kəsdiyi  nöqtəyə  uyğun  əmtəə 



həcmindən  (Q

2

) az olur.  Başqa sözlə,  (Q



2

-Q

1



)

 

fərqinə bərabər əmtəə  həcmini ölkə 



idxal etmiş olur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Bu vəziyyət xarici ölkə istehsalçılarını daha çox məhsul istehsal etməyə sövq 



etdiyi halda, daxili istehsalçıların bəzilərinin bazardan çıxmasına səbəb olur (çünki 

əks halda onlar gəlir əldə etmək əvəzinə ziyana düşərlər) və beləliklə, ümumilikdə 

istehsalçıların  ümumi  rifahı  aşağı  düşür.  Lakin,  eyni  zamanda,  ölkədəki  alıcıların 

ümumi rifahı yüksəlir, çünki həmin əmtəələri daha ucuz qiymətə alırlar. 

 

Indi  ölkənin  itkilərini  və  qazancını  müqayisə  edək.  Xarici  ticarət  olmadığı 



halda istehlakçıların gəliri əmtəəni almaq üçün ödəməyə hazır olduqları məbləğ ilə 

faktiki  ödədikləri  məbləğin  fərqi  ESR

e

    üçbucağının  sahəsinə  (Qrafik  1.1),  yəni 



tələb  xətti  ilə daxili bazar qiyməti  xətti arasındakı sahəyə,  istehsalçıların  gəliri  isə 

daxili  bazar  qiyməti  və  təklif  xətləri  ilə  mədudlaşmış  EFP

e

  üçbucağının  sahəsinə 



bərabər  olduğundan  ümumi  gəlir  ECF    üçbucağının  sahəsinə  bərabər  olur.  Xarici 



 

Q

1



 

Q

2



 

Р 

Q



е

 

Р



w

 

Р



е

 







Qrafik.1.1.Əmtəənin dünya bazar 

qiyməti daxili bazar qiymətindən 

aşağıda olduqda istehsalı və 

istehlakçıların gəlirləri 

  

Р 

Р



w

 

Р



е

 







Q

1

 



Q

 

Q



2

 

Qrafik 1.2. Əmtəənin dünya bazar 



qiyməti daxili bazar qiymətindən 

yuxarı olduqda istehsalı və 

istehlakçıların gəlirləri 



27 

 

ticarətə icazə verildiyi halda istehlakçıların gəliri artıb BCP



w

 üçbucağının sahəsinə, 

istehsalçıların  gəliri  isə  AFP

w

  üçbucağının  sahəsinə  bərabər  olur.  Bu  sahələrin 



toplam  olaraq  AEV  üçbucağı  ilə  FES  üçbucağının  cəminə  bərabər  olduğundan 

xarici  ticarətə  icazə  verildiyi  halda  cəmiyyətin  ümumi  rifahı  AEV  üçbucağının 

sahəsi  qədər  yaxşılaşmış  olur,  yə’ni  bu  halda  ümumilikdə  götürdükdə  cəmiyyətin 

gəliri itirdiyindən çox olur. 

Indi  isə  fərz  edək  ki,  əmtəənin  dünya  bazarı  qiyməti  onun  daxili  bazar 

qiymətindən  yüksəkdir.  Xarici  ticarətə  icazə  verilibsə,  təbiidir  ki,  əmtəənin  bir 

hissəsi  xarici  bazarlara  çıxarılır  və  nəticədə  əmtəənin  daxili  bazar  qiyməti  həmin 

əmtəənin dünya bazarı qiyməti səviyyəsinə qalxır. Bu halda əmtəənin dünya bazarı 

qiyməti  xətti  yenə  də  yerli  tələb  və  yerli  təklif  xətlərini  iki  müxtəlif  məhsul 

həcminə  malik  nöqtələrdə  kəsir:  Q

1

  və  Q


2

  (Qrafik  1.2.).  Q

1

  ölkə  istehlakçılarının 



dünya  bazarı  qiymətinə  bərabər  qiymətə  ala  biləcəkləri  maksimum  əmtəə  həcmi, 

Q

2



  isə  ölkə  istehsalçılarının  dünya  bazarı  qiymətinə  sata  biləcəkləri  maksimum 

əmtəə  həcmidir. Qrafikdən də  göründüyü  kimi Q

1

 < Q


, Q


2

 >Q


e

.  Başqa sözlə, bu 

halda  yerli  istehlakçılar  daha  az  əmtəə  istehlak  edirlər  və  odur  ki,  onların  ümumi 

qazancı azalır və tərsinə, ölkə istehsalçıları daha çox mal istehsal edirlər və odur ki, 

onların  gəlirləri  da  artır.  Lakin  yenə  də  əvvəlki  halda  olduğu  kimi  cəmiyyət 

ümumilikdə ticarətdən AEV üçbucağının sahəsi qədər gəlirini çıxmış olur. 

Buradan  göründüyü  kimi,  nəzəri  cəhətdən  sərbəst  şəkildə  həyata  keçirilən 

xarici  ticarət-iqtisadi  əlaqələr  bu  prosesdə  iştirak  edən  tərəf-müqabil  ölkələrin  hər 

biri  üçün  faydalıdır.  Lakin  real  həyatda ayrı-ayrı ölkələrin  milli  maraqları  və ölkə 

daxilində  cəmiyyətin  ümumi  marağı  ilə  xarici  ticarət-iqtisadi  əlaqələrin 

iştirakçılarının  xüsusi  maraqları  üst-üstə  düşmədiyindən  xarici  ticarət-iqtisadi 

əlaqələrin müxtəlif vasitələrlə tənzimlənməsi   zərurəti yaranmışdır.

 

 

Beynəlxalq  təcrübə  sübut  edir  ki,  xarici  ticarət-iqtisadi  əlaqələrin  inzibati 



tənzimlənmə  vasitələri  yaznız  fövqəladə  şəraitdə  səmərəlidir,  normal  iqtisadi 

inkişaf şəraitində isə inzibati vasitələrlə iqtisadi vasitələr arasındakı nisbət iqtisadi 

vasitələrin  xeyrinə  dəyişir.  Lakin  bu  halda  da  xarici  ticarət-iqtisadi  əlaqələrin 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə